Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli, 16
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət büdcəsindən maliyyələşən
idarə və təşkilatların büdcədənkənar
vəsaitləri haqqında Əsasnamə”yə
dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 22 iyul tarixli, 159 nömrəli Fərmanının
1-ci bəndinə və “Azərbaycan Respublikasının
2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 4 dekabr tarixli, 212 nömrəli
Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart
tarixli, 16 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Dövlət
büdcəsindən maliyyələşən idarə və
təşkilatların büdcədənkənar vəsaitləri
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər və əlavələr
edilsin:
Əsasnamənin
1-ci bölməsinin 1-ci bəndinin 2-ci abzasında “ayrıca
cari hesablarında” sözlərinin əvəzinə
“müvafiq xəzinə hesablarında” sözləri
yazılsın.
2-ci
bölmənin 3-cü bəndinin 1-ci abzasından sonra
aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
“Azərbaycan
Respublikası ərazisində büdcə təşkilatlarının
ayrı-ayrı gəlir növlərinin, o cümlədən
istehsal-texniki malların satışından, işlərin görülməsindən və xidmətlərin
göstərilməsindən, habelə digər
fəaliyyətdən əldə olunacaq gəlirlər üzrə
dövriyyələrin əlavə dəyər vergisinə cəlb
olunması “Əlavə dəyər vergisi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir”.
4-cü
bəndin 1-ci abzası aşağıdakı yeni redaksiyada
verilsin:
“Dövlət
büdcəsindən maliyyələşən təşkilatların
xüsusi vəsaitlər üzrə əməliyyatlarını
həyata keçirmək üçün xəzinə
orqanlarında müvafiq qaydada xəzinə hesabı
açılır”.
5-ci
bəndin əvvəlinə “Yerli struktur vahidlərindən
yığılaraq mərkəzləşdirilmiş
qaydada xərclənmək üçün
bütövlükdə onların tabe olduqları yuxarı
orqanın sərəncamına köçürüləsi vəsaitlər
istisna edilməklə” sözləri əlavə edilsin.
6-cı
bəndin 3-cü abzasında “qalıqların”
sözlərindən sonra “(xarici dövlətlər,
beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
tərəfindən büdcə təşkilatlarına əvəzsiz
olaraq verilmiş maddi yardım və qrantlar istisna olmaqla)”
sözləri əlavə edilsin, həmin abzasda “(bu
bölgü ilin sonuna büdcə vəsaitlərinin istifadə
olunmayaraq təşkilatın xüsusi vəsaitinə
aid edilən məbləğlərinə şamil edilmir)”
sözləri mətndən çıxarılsın.
3-cü
abzasdan sonra yeni abzas əlavə edilsin: “Büdcə təşkilatları
xüsusi vəsait kimi əldə etdikləri gəlirlərin
5 faizinədək tabe olduqları yuxarı təşkilatların
sərəncamına köçürə bilər”.
3-cü
bölmənin 8-ci bəndinin 1-ci abzası
aşağıdakı yeni redaksiyada verilsin:
“Dövlət
büdcəsindən maliyyələşən təşkilatlar
üçün tapşırıqlar üzrə məbləğlərin
hər bir fəaliyyət növünə xəzinə
orqanlarında müvafiq qaydada xəzinə hesabı
açılır”.
9-cu
bəndin əvvəlinə “Yerli struktur vahidlərində
yığılaraq mərkəzləşdirilmiş
qaydada xərclənmək üçün
bütövlükdə onların tabe olduqları yuxarı
orqanın sərəncamına köçürülməsi
vəsaitlər istisna edilməklə” sözləri əlavə
edilsin.
10-cu
bəndin 3-cü abzasında “(bu bölgü ilin sonuna büdcə
vəsaitinin istifadə olunmayaraq təşkilatın
“tapşırıqlar üzrə” vəsaitinə aid edilən
məbləğlərinə şamil edilmir)” sözləri mətndən
çıxarılsın.
4-cü
bölmənin 12-ci bəndində “üzrə hesablardan vəsait”
sözlərinin əvəzinə “xəzinə hesabından”
sözləri, 13-cü bəndində “cari hesablarda” sözlərinin
əvəzinə “xəzinə hesablarında” sözləri əlavə
edilsin.
14-cü
bəndində “cari hesablardan” sözlərinin əvəzinə
“xəzinə hesablarından” sözləri
əlavə edilsin.
Əsasnamədə
olan “respublika büdcəsi” sözləri “dövlət
büdcəsinin mərkəzləşdirilmiş
xərcləri” sözləri ilə, “yerli büdcə”
sözləri isə “dövlət büdcəsinin yerli xərcləri”
sözləri ilə əvəz edilsin.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, bir ay müddətində “Büdcədənkənar
vəsaitlərin formalaşdırılması,
istifadə edilməsi, uçota alınması və
hesabatın təqdim olunması qaydaları haqqında” təlimatda
müvafiq dəyişikliklər etsin.
3.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. Rasizadə
Bakı
şəhəri, 8 avqust 2000-ci il
¹ 137
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3966-3968.