Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının 1
nömrəli əlavəsində 87 mal qrupunda 1-ci sütunda
"870321900" mal mövqeyindən, 2-ci sütunda onun
adından və 3-cü sütundakı gömrük rüsumu
dərəcəsindən əvvəl 1-ci, 2-ci və 3-cü
sütunlarda müvafiq olaraq "8703" rəqəmi,
"Yalnız yol təhlükəsizliyini
təmin etmək üçün idxal olunan xüsusi təyinatlı
patrul-keşik avtomobilləri (zavod-buraxılış tarixli 1
ilə qədər və istismarda olmamış avtomobillər)"
sözləri və "0" rəqəmi, həmin mal
qrupunda "8709-8710" mal mövqeyindən, 2-ci sütunda
onun adından və 3-cü sütundakı gömrük
rüsumu dərəcəsindən sonra 1-ci, 2-ci və 3-cü
sütunlarda müvafiq olaraq "8711" rəqəmi,
"Yalnız yol polisi üçün xüsusi təchiz
edilmiş ekskort motosiklləri
(zavod buraxılış tarixi 1 ilə qədər və
istismarda olmamış motosikllər)"
sözləri və "0" rəqəmi əlavə
edilsin.
2.
"Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad
olunan malların siyahısı"nda 1-ci
sütunda "8709-8710" mal mövqeyindən, 2-ci sütunda
onun adından sonra 1-ci və 2-ci sütunlarda müvafiq olaraq
"8711" rəqəmi, "Yalnız yol polisi
üçün xüsusi təchiz edilmiş ekskort
motosiklləri (zavod buraxılış
tarixi 1 ilə qədər və istismarda olmamış motosikllər)" sözləri əlavə
edilsin.
3.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. Rasizadə
Bakı
şəhəri, 15 avqust 2000-ci il
¹
138
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3968-3969.