Şahidlərə,
ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə
ödənilməli olan məbləğlərin miqdarı və
verilməsi Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanının
1-ci bəndinin 4-cü abzasının icrası ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
"Şahidlərə, ekspertlərə, mütəxəssislərə
və tərcüməçilərə ödənilməli
olan məbləğlərin miqdarı və verilməsi
Qaydası" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. Rasizadə
Bakı
şəhəri, 15 avqust 2000-ci il
¹
140
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3969.