Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"İnzibati
Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli, 444
nömrəli Sərəncamının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli, 64
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
SSR ərazisində ov və ov təsərrüfatının
aparılması haqqında Əsasnamə"nin
40-cı bəndinin "Ä" yarımbəndi
çıxarılsın.
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9
mart tarixli, 140 nömrəli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının dövlət sərhədindən
buraxılış məntəqələrində sərhəd
qoşunlarının nəzarət-buraxılış məntəqələri
haqqında Əsasnamə"nin 4-cü
bölməsinin 7-ci və 8-ci abzasları
aşağıdakı redaksiyada yeni abzasla əvəz edilsin:
"Azərbaycan
Respublikasının dövlət sərhədindən
buraxılış məntəqələrində rejimi
pozmuş şəxsləri qanunla müəyyən edilmiş
qaydada və müddətdə inzibati qaydada tutmaq, habelə
onlarda olan əşyaları yoxlamaq və lazım olduqda
almaq".
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24
sentyabr tarixli, 152 nömrəli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında balıq
ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları"na aşağıdakı dəyişikliklər
edilsin:
a)
6-cı bəndin 8-ci abzası çıxarılsın;
b)
47-ci bəndin 5-ci abzasında "Balıq mühafizəsi
xidmətinə” sözləri "Daxili işlər
orqanlarının vəzifəli şəxslərinə"
sözləri ilə əvəz edilsin.
4.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. Rasizadə
Bakı
şəhəri, 17 avqust 2000-ci il
¹
142
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3971-3972.