“Bakı
Texniki Kollecinin yaradılması haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 iyun tarixli, 78
nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Bakı Texniki Kollecinin yaradılması haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 iyun tarixli, 78
nömrəli qərarının 2-ci bəndinin 3-cü
abzasının qüvvədən düşmüş hesab
edilməsi barədə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin ədliyyə və dövlət əmlakı
nazirlikləri ilə razılaşdırılmış
təklifi qəbul edilsin.
2.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasizadə
Bakı
şəhəri, 18 avqust 2000-ci il
¹
143
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3972.