Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının
qüvvədən düşmüş hesab edilməsi və
bəzi qərarlarına dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
I.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş hesab edilən bəzi qərarlarının
Siyahısı" təsdiq edilsin (əlavə olunur).
II.
Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 oktyabr tarixli, 386
nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan
SSR Nazirlər Sovetinin 1985-ci il 8 may tarixli, 152 nömrəli qərarının
redaksiyasında verilmiş "Azərbaycan SSR qəyyumluq və
himayəçilik orqanları haqqında Əsasnamə"yə
aşağıdakı dəyişikliklər edilsin:
1.
9-cu bənd üzrə:
r)
yarımbəndindən "Azərbaycan SSR-in
Nigah və Ailə Məcəlləsinin
153-cü və 154-cü maddələrinə" sözləri
çıxarılsın.;
æ)
yarımbəndindən "Azərbaycan SSR-in
Nigah və ailə Məcəlləsinin
166-cı maddəsinə" sözləri
çıxarılsın.
2. 10-cu
bənd üzrə:
e)
yarımbəndindən "Azərbaycan SSR-in
Nigah və Ailə Məcəlləsinin
160-cı maddəsinə" sözləri
çıxarılsın:
æ)
yarımbəndindən "Azərbaycan SSR-in
Nigah və Ailə Məcəlləsinin
161-ci maddəsinə" sözləri
çıxarılsın.
3.
13-cü bəndin ë) yarımbəndindən "Azərbaycan
SSR-in Nigah və Ailə
Məcəlləsinin 63-cü maddəsinə" sözləri
çıxarılsın.
4.
18-ci bənd üzrə:
"Azərbaycan
SSR-in Nigah və Ailə
Məcəlləsinin 173-cü maddəsinə" sözləri
çıxarılsın;
"on
beş yaşına çatdıqda" sözləri "on
dörd yaşına çatdıqda" sözləri ilə
əvəz olunsun.
5.
19-cu bəndin ikinci abzasından "Azərbaycan SSR-in Nigah və Ailə Məcəlləsinin
15-ci maddəsinə" sözləri
çıxarılsın.
III.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5
may tarixli, 176 nömrəli qərarı ilə təsdiq
edilmiş "Ümumtəhsil internat məktəblərinin
nümunəvi əsasnaməsi"nə
aşağıdakı dəyişikliklər edilsin:
1.
11-ci bənddə "təqdimatı" sözü "təqdimatı
əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və
himayə orqanlarının qərarı" sözləri ilə
əvəz edilsin;
2.
21-ci bənd aşağıdakı yeni redaksiyada verilsin:
"21.
Xüsusi ümumtəhsil internat məktəbində tərbiyə
alan eyni ailənin uşaqlarından hər
hansı birinin övladlığa götürülməsi məsələsi
ortalığa çıxarsa, uşağın mənafeyinə
cavab verən hallar istisna olmaqla, qardaş və
bacıların müxtəlif şəxslər tərəfindən
övladlığa götürülməsinə
yol verilmir.";
3.
30-cu bəndin on yeddinci abzası aşağıdakı yeni
redaksiyada verilsin:
"-yerli
icra hakimiyyətlərinin qəyyumluq və himayə
orqanlarının qərarı".
IV .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19
sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq
edilmiş "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"nə
aşağıdakı dəyişikliklər edilsin:
1.
16-cı bənd aşağıdakı yeni redaksiyada verilsin:
"16.
Uşaq evində tərbiyə alan eyni ailənin uşaqlarından hər hansı birinin
övladlığa götürülməsi məsələsi
ortalığa çıxarsa, uşağın mənafeyinə
cavab verən hallar istisna olmaqla, qardaş və
bacıların müxtəlif şəxslər tərəfindən
övladlığa götürülməsinə
yol verilmir.";
2.
17-ci bənddə "yaşadıqları ərazinin icra
hakimiyyətlərinin qərarına əsasən" sözləri
"yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə
orqanlarının qərarına əsasən" sözləri
ilə əvəz olunsun;
3.
18-ci bənddə "rəsmi təqdimatı"
sözü "rəsmi təqdimatı əsasında yerli
icra hakimiyyətlərinin qəyyumluq və himayə
orqanlarının qərarı" sözləri ilə əvəz
edilsin;
4.
22-ci bənddə "təhsil şöbəsi" sözləri
"təhsil şöbəsi və yerli icra hakimiyyətlərinin
qəyyumluq və himayə orqanları" sözləri ilə
əvəz edilsin.
V .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət
rüsumunun dərəcələri və ödənilməsi
qaydası haqqında" 1995-ci il 29 iyun tarixli, 156 nömrəli
qərarına aşağıdakı dəyişikliklər
edilsin:
1. I
hissənin 4-cü bəndinin a) yarımbəndində "5
misli miqdarında" sözləri "1 misli
miqdarında" sözləri ilə əvəz edilsin;
2. I
hissənin 4-cü bəndinin b) yarımbəndinin ikinci abzasında
"yetkinlik yaşına çatmamış uşaqları
olmayan ər-arvadın qarşılıqlı
razılığı əsasında" sözləri
"boşanmanın vətəndaşlıq aktlarının
dövlət qeydiyyatı orqanlarında pozulması
hallarında" sözləri ilə əvəz olunsun.
VI .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 3 dekabr
tarixli, 134 nömrəli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Övladlığa Götürmə Məsələləri
Komissiyası haqqında Əsasnamə"yə
aşağıdakı dəyişikliklər edilsin:
1.
1.2. və 1.5-ci bəndlərindən
"Nigah və" sözləri
çıxarılsın;
2.
2.1-ci bəndinin ikinci, üçüncü və
dördüncü abzasları aşağıdakı yeni
redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının
ərazisində əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən, Azərbaycan
Respublikasının vətəndaşı olan
uşağın övladlığa götürülməsi
zamanı övladlığa götürmənin
uşağın mənafeyinə uyğun olması barədə
yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə
orqanlarının məhkəməyə təqdim etdiyi rəyə
razılıq verir".;
3.
2.3-cü bəndinin üçüncü abzası və
2.4-cü bəndi çıxarılsın.
VII.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasizadə
Bakı
şəhəri, 18 avqust 2000-ci il
¹
144
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3973-3975.