Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən

düşmüş hesab edilən bəzi qərarlarının

 

 

SİYAHISI

 

 

1. "Azərbaycan SSR Maarif Nazirliyi, Səhiyyə və Ədliyyə Nazirliyinin valideyn himayəsindən məhrum olan uşaqların himayəçiliyə, qəyyumluğa və övladlığa götürülməsi haqqında təlimatının təsdiq olunması barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 16 aprel tarixli, 276 nömrəli qərarı;

 

2. "Azərbaycan SSR Nazirlər Soveti yanında valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə Komissiya haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 31 may tarixli, 418 nömrəli qərarı;

 

3. "Atalığın müəyyən olunmasının qeydiyyatı kitablarının formasının və atalığın müəyyən olunması şəhadətnaməsinin formasının təsdiq olunması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 4 dekabr tarixli, 517 nömrəli qərarı;

 

4. "Aliment tutularkən uçota alınmalı əmək haqqının (gəlirlərin) növlərinin müəyyən olunması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 20 dekabr tarixli, 544 nömrəli qərarı;

 

5. Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 17 may tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR rayon, (şəhər) Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan (VVAQ) şöbəsi haqqında Əsasnamə";

 

6. "Həddi-buluğa çatmamış uşaqlara onların aliment verməkdən boyun qaçıran valideynlərinin axtarıldığı müddətdə müvəqqəti müavinət ödənilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1984-cü il 6 fevral tarixli, 134 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 18 fevral tarixli, 59 nömrəli qərarı;

 

7. "Azərbaycan SSR rayon, (şəhər) Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi (VVAQ) haqqında Əsasnamə"yə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 20 aprel tarixli, 137 nömrəli qərarının 1-ci bəndi;

 

8. "Bir valideyn tərəfindən tərbiyə edilən üç və daha artıq uşağı olan aztəminatlı ailələrə əlavə yardım tədbirləri haqqında "SSRİ Nazirlər Sovetinin və ÜİHİMŞ-in 1986-cı il 25 sentyabr tarixli, 1137 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 22 oktyabr tarixli, 342 nömrəli qərarının I hissəsinin 4-cü bəndi;

 

9. "SSRİ Nazirlər Sovetinin "Valideynləri aliment ödənilməsindən yayınan yetkinlik yaşına çatmayan uşaqların maddi vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında" 1989-cu il 25 yanvar tarixli, 67 nömrəli qərarı barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 9 fevral tarixli, 71 nömrəli qərarı.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 avqust tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –  S. 3975-3976.