Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bəzi qeyri-dövlət təşkilatları və dövri mətbuat orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsi tədbirləri haqqında" 9 fevral 2000-ci il tarixli, 19 nömrəli qərarının icrasını təmin etmək barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bəzi qeyri-dövlət təşkilatları və dövri mətbuat orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsi tədbirləri haqqında" 9 fevral 2000-ci il tarixli, 19 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, "Azərbaycan", "Qobustan", "Ulduz", "Literaturnıy Azerbaydjan", "Göyərçin" və "Günəş" jurnalının, "Ədəbiyyat qəzeti" və "Savalan" qəzetləri redaksiyalarının cari ilin üçüncü rübündə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini davam etdirsin.

 

2. "Savalan" qəzeti redaksiyasına tapşırılsın ki, cari ilin ikinci rübündə burxılmayan nömrələrin nəşrini üçüncü rüb ərzində təmin etsin.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə

 

 

Bakı şəhəri, 22 avqust 2000-ci il

¹ 146

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –  S. 3976-3977.