Azərbaycan
Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
Əyar Palatası haqqında Əsasnamənin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında
Dövlət Əyar Palatası haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
2.
Müəyyən edilsin ki, əyar haqqından toplanan vəsaitin
60 faizi dövlət büdcəsinə
köçürülür, 40 faizi Dövlət Əyar Palatasının
sərəncamında qalır.
3.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, Dövlət Əyar
Palatasının cari ilin sonunadək maliyyələşdirilməsi
ilə əlaqədar müvafiq təkliflərini, qiymətli
metallardan hazırlanmış məmulatların əyarlanma və damğalanma
qaydalarının və əyar damğalarının növləri
və quruluşunun layihəsini hazırlayıb 15 gün
müddətində Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
4.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan
Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
Əyar Palatası haqqında Əsasnamənin təsdiq edilməsi
barədə" 1992-ci il 27 mart tarixli, 148 nömrəli qərarının
1-ci bəndi qüvvədən düşmüş hesab
edilsin.
5.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasizadə
Bakı
şəhəri, 22 avqust 2000-ci il
¹
147
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3977.