Dövlət
əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı (bundan sonra - II Dövlət
Proqramı) “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
və digər qanunvericilik aktlarına uyğun olaraq, habelə
son illər ölkədə həyata keçirilmiş özəlləşdirmənin
təcrübəsi nəzərə alınaraq işlənib hazırlanmışdır.
II
Dövlət Proqramının əsas məqsədi:
“Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq dövlət
əmlakının özəlləşdirilməsini
həyata keçirməkdən;
iqtisadiyyatın
strukturunun təkmilləşdirilməsi
və rəqabət mühitinin formalaşdırılması
əsasında milli iqtisadiyyatın səmərəliyini
yüksəltməkdən;
bazar
münasibətlərinin iqtisadi əsası kimi özəl
mülkiyyətçilər təbəqəsini genişləndirməkdən;
iqtisadiyyata
investisiyalar, o cümlədən xarici investisiyalar cəlb
etmək yolu ilə onun inkişafına nail olmaqdan;
dövlət
əmlakını dövlət özəlləşdirmə
çeklərinə satmaqla özəlləşdirmə
prosesinə əhalinin maksimum geniş
təbəqələrini cəlb etməkdən;
I
Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün
açıq elan edilmiş müəssisə və obyektlərin
özəlləşdirilməsini başa
çatdırmaqdan ibarətdir.
II
Dövlət Proqramı müəssisə və
obyektlərinin özəlləşdirmə
baxımından təsnifatını, dövlət
əmlakının özəlləşdirilməsi
üsullarının seçilməsi qaydasını,
dövlət özəlləşdirmə
paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının
istifadə olunması qaydasını, özəlləşdirilən
dövlət müəssisələrində əmək
kollektivinə verilən güzəştləri, özəlləşdirilən
müəssisə və obyektlərin, fiziki və ya
qeyri-dövlət hüquqi şəxslərin vəsaiti
hesabına inşa edilmiş obyektlərin yerləşdiyi
torpaq sahələrinin satılmasını,
özəlləşdirmə prosesində
yerli və xarici investorların (alıcıların) iştirakı
qaydasını, özəlləşdirmə
zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən
dövlət əmlakının haqqının
ödənilməsi qaydasını,
müəssisələrin özəlləşdirməqabağı
restrukturizasiyasını, sağlamlaşdırılmasını
və özəlləşdirilmiş
müəssisələrin dəstəklənməsini,
özəlləşdirmə prosesinin
informasiya-metodiki təminatını, dövlət
əmlakının özəlləşdirilməsi
ilə bağlı digər məsələləri
müəyyən edir.
1. Ümumİ müddəalar
1.1.
II Dövlət Proqramının baş icraçısı
və onun həyata keçirilməsi ilə bağlı
müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidmətidir
(bundan sonra – Dövlət Xidməti).
1.2.
Dövlət əmlakının özəlləşdirilməsi
prosesinə dövlət nəzarətini Özəlləşdirməyə
Nəzarət üzrə Dövlət Komissiyası (bundan
sonra - Dövlət Komissiyası) həyata keçirilir.
Dövlət
Komissiyası özəlləşdirmə
prosesinə nəzarət edir və qanunvericiliklə
müəyyən edilmiş səlahiyyətlər daxilində
qərar qəbul edir.
Dövlət
Komissiyasının tərkibi, onun vəzifələri və
səlahiyyətləri Dövlət Komissiyası haqqında
Azərbaycan Respublikasının prezidenti tərəfindən
təsdiq olunan Əsasnamə ilə müəyyən olunur.
1.3.
Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin,
onların, habelə hüquqi və fiziki şəxslər
tərəfindən inşa edilən müəssisə və
obyektlərin yerləşdiyi dövlət
mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə
fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
1.4.
Dövlət müəssisələrinin səhmdar
cəmiyyətlərə çevrilməsi və onların
həmin müəssisələrdə çalışan
işçilərin hüquqları, habelə əhalinin
sosial müdafiəsi II Dövlət Proqramına və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarına müvafiq olaraq təmin edilir.
1.5. Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsinə
dair qanunvericilik aktlarına uyğun olaraq ölkə
vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları
(çekləri) 2011-ci il yanvar ayının 1-dək
tədavüldədir.
1.6.
Özəlləşdirmə
çekləri tədavüldən
çıxarıldığı andan ixtisaslaşdırılmış
çek hərracları və dövlət
müəssisələrinin işçilərinə
güzəştlə satılmaq üçün
nəzərdə tutulmuş, lakin satılmamış səhm
və ya hissələr ixtisaslaşdırılmış
pul hərraclarında satılır.
1.7.
Müəssisənin özəlləşdirmə
planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli
satış başlayana qədər onun strukturunun və
ştat cədvəlinin dəyişdirilməsi
və işçilərin ixtisarı qadağandır.
2. Dövlət əmlakının
özəlləşdİrmə baxımından
təsnİfatı
“Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun
olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından
aşağıdakı kimi təsnifatlaşdırılır:
özəlləşdirilməsi qadağan
olunan əmlak;
özəlləşdirilməsi barədə
qərar qəbul edilən anadək dövlət
mülkiyyətində saxlanılan əmlak;
Azərbaycan
Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən
əmlak;
Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi qərarı
ilə özəlləşdirilən
əmlak.
Özəlləşdirilməsi qadağan
olunan əmlakın siyahısı “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilir.
Özəlləşdirmə haqqında
qanunvericilik aktlarında göstərilən hallardan başqa, özəlləşdirmə sahəsində
məhdudiyyətlərin qoyulmasına yol
verilmir.
2.2.1.
Azərbaycan Respublikasının hüdudlarından
kənarda Azərbaycan Respublikasının dövlət
mülkiyyətində olan obyektlər.
2.2.2.
Mülki müdafiə və səfərbərlik
təyinatlı obyektlərə xidmət edən
müəssisə və obyektlər.
2.2.3.
Dövlət mülkiyyətində olan sosial-mədəni
təyinatlı müəssisə və obyektlər.
2.2.4.
Xalq bədii sənət müəssisələri, "Azərkinovideo" İstehsalat Birliyinin
müəssisə və obyektləri.
2.2.5. Dövlət
elmi müəssisələri.[i]
2.2.6.
Dövlət mülkiyyətində olan təhsil
müəssisələri (dövlət icbari ümumi orta
təhsil müəssisələri istisna olmaqla).
2.2.7.
Dövlət tibb
müəssisə və obyektləri (özəlləşdirilməsi
qadağan olunan və II Dövlət Proqramının 2.3.19-cu
bəndində göstərilən müəssisə və
obyektlər istisna olmaqla). [ii]
2.2.8.
Tibb sənayesi (əczaçılıq və tibbi-bioloji
preparatlar sənayesi müəssisə və obyektləri daxil
olmaqla) müəssisə və obyektləri (özəlləşdirilməsi
qadağan olunan tibb
müəssisələri və obyektləri istisna olmaqla).
2.2.9.
Şəhər və rayonların mühəndis-infrastruktur
obyektləri (o cümlədən elektrik, istilik, qaz
təchizatı, su və kanalizasiya təsərrüfatı,
şəhər işıqlandırılması),
habelə göstərilən obyektləri istismar edən,
xidmət göstərən və saxlayan
müəssisələr.
2.2.10.
Su təsərrüfatı və meliorasiya sistemi
qurğuları (dövlət əhəmiyyətli meliorasiya
və irriqasiya qurğuları istisna olmaqla), onların
istismarı üzrə müəssisə və obyektlər.
2.2.11.
Limanlar, liman qurğuları və obyektləri.
2.2.12.
İxtisaslaşdırılmış
soyuducular, dövlət ehtiyatlarının daimi yerləşdirilməsini və saxlanılmasını təmin edən və
səfərbərlik ehtiyatlarını saxlayan anbar
təsərrüfatı obyektləri. [iii]
2.2.13.
Yanacaq-energetika kompleksi müəssisə və birlikləri o
cümlədən elektroenergetika, neft, təbii qaz
çıxaran və emal edən müəssisələr,
neft və neft məhsullarının satış bazaları.
2.2.14.
Ümummilli əhəmiyyətə malik qaz
təsərrüfatı müəssisə və
obyektləri, habelə onlara xidmət edən
təşkilatlar.
2.2.15.
Kimya, neft-kimya və biokimya müəssisələri.
2.2.16.
Rabitə müəssisələri, dövlət informasiya
və teleqraf agentlikləri.
2.2.17.
Televiziya və radioötürücü mərkəzlər.
2.2.18.
Hava, dəniz və çay nəqliyyatı
müəssisələri.
2.2.19.
Qara və əlvan metallurgiya, maşınqayırma və metal
emalı sənayesi, təkrar metal emalı müəssisə
və obyektləri.
2.2.20.
Poliqrafiya müəssisələri və nəşriyyatlar.
2.2.21.
Balıqçılıq, damazlıq və cins toxumçuluq
təsərrüfatları.
2.2.22.
Dövlət əhəmiyyətli tikinti və tikinti
materialları sənayesi müəssisə və obyektləri.
2.2.23.
Müvafiq bazarda hökmran
mövqe tutan, Azərbaycan Respublikasının qanunvericiliyi
ilə özəlləşdirilməsi
qadağan edilməyən və II Dövlət
Proqramının 2.3-cü bölməsinə daxil edilməyən
bütün müəssisə və obyektlər.
2.2.24.
Təsərrüfat hesablı elmi-tədqiqat, layihə,
layihə-axtarış təşkilatları və
müəssisələri.
2.2.25.
Dövlət kommersiya bankları və sığorta
təşkilatları.
Bu
bölmədə göstərilən müəssisə
və obyektlərin özəlləşdirilməsi
barədə qərar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) təqdimatı
ilə Azərbaycan Respublikasının prezidenti
tərəfindən qəbul edilir.
2.2.26. Standartlaşdırma və metrologiya
müəssisələri.
2.3.1.
Topdansatış və pərakəndə ticarət
müəssisə və obyektləri (o cümlədən
istehsal-texniki təyinatlı məhsullar satan
müəssisə və obyektlər).
2.3.2.
İctimai iaşə və məişət xidməti
müəssisələri və obyektləri (idarə tabeli
açıq pərakəndə ticarət, ictimai iaşə
və xidmət obyektləri daxil olmaqla).
2.3.3.
Xarici ticarət birlikləri və dövlət
təchizatının topdansatış
müəssisələri.
2.3.4.
Tikinti və təmir-tikinti idarələri, inşaat
materialları sənayesi müəssisə və obyektləri
(dövlət əhəmiyyətli tikinti və tikinti
materialları sənayesi müəssisə və obyektləri
istisna olmaqla), yerli sənaye kombinatları.
2.3.5.
Tikintisi dondurulmuş obyektlər,
tikintisinin normativ müddətləri ötmüş və
tikintisi başa çatdırılmamış
obyektlər.
2.3.6.
Qida sənayesi
müəssisələri.
2.3.7.
Şərab, şampan və konyak zavodları,
pambıqtəmizləmə zavodları, tütün fermentləşdirici fabriklər və
tütün kombinatları, çay və çayçəkici
fabrikləri.
2.3.8.
Çörək və çörək məhsulları,
qarışıq yem və qida konsentratları istehsalı
üzrə müəssisələr.
2.3.9.
Kənd təsərrüfatı istehsalına xidmət
edən və onu istehsal-texniki və təyinatlı
məhsullarla təmin edən müəssisələr.
2.3.10.
Yüngül sənaye müəssisələri.
2.3.11.
Ağac emalı və kağız-sellüloz sənaye
müəssisə və obyektləri, tara istehsalı və qablaşdırma müəssisələri
də daxil olmaqla.
2.3.12.
Yun emalı müəssisələri.
2.3.13.
Avtomobil nəqliyyatı müəssisələri.
2.3.14.
Ümumi istifadədə olan yolları təmir edən və
xidmət göstərən müəssisələr.
2.3.15.
Hamamlar və camaşırxanalar.
2.3.16.
Mərasim xidmətləri göstərən
müəssisə və obyektlər.
2.3.17.
Lombardlar.
2.3.18.
Turizm təşkilatları.
2.3.19.
Apteklər və aptek bazaları (anbarları), tibb texnikası
bazaları.
2.3.20.
Zibil emalı zavodları və stansiyaları.
2.3.21.
İcarəyə verilmiş dövlət əmlakı (özəlləşdirilməsi qadağan
olunan müəssisələrin əmlakı, habelə
ərazi və texnoloji cəhətdən
müəssisədən ayrı özəlləşdirilməsi
mümkün olmayan əmlak istisna olmaqla).
2.3.22.
Yerli icra hakimiyyəti orqanlarının sərəncamında
olan qeyri-yaşayış sahələri, habelə
yaşayış binalarında yerləşən
dövlət vəsaiti hesabına inşa edilmiş
qeyri-yaşayış sahələri.
2.3.23.
Sanatoriya-kurort və mehmanxana təsərrüfatı
müəssisə və obyektləri, idarə tabeliyindən
asılı olmayaraq qonaq evləri.
2.3.24.
Neft və neft məhsullarının pərakəndə
satışı üzrə müəssisə və
obyektlər.
2.3.25.
Hüquqi varisi müəyyən edilmədən ləğv
olunmuş dövlət müəssisə və
təşkilatlarının əmlakı.
3. Dövlət
müəssİsələrİnİn həcm
ölçülərİnə görə
qruplaşdırılması
3.1.
Dövlət müəssisələri işçilərin
sayına görə kiçik, orta və iri
müəssisələr üzrə qruplaşdırılaraq
özəlləşdirilir.
3.2.
Özəlləşdirmənin paralel
keçirilən iki əsas forması müəyyən edilir:
kiçik
müəssisələrin özəlləşdirilməsi;
orta
və iri müəssisələrin özəlləşdirilməsi.
3.3.
Özəlləşdirilən
dövlət müəssisələri kiçik, orta və
iri müəssisələr qrupuna aid edilməklə
aşağıdakı kimi qruplaşdırılır:
|
Sıra nömrəsi |
Sahə mənsubiyyəti |
İşçilərin sayına
görə qruplaşdırma
(nəfərlə) |
||
|
Kiçik |
Orta |
İri |
||
|
1. |
Sənaye |
50-dək |
50-150 |
150-dən
çox |
|
2. |
Tikinti |
50-dək |
50-100 |
100-dən
çox |
|
3. |
Nəqliyyat və rabitə |
50-dək |
50-100 |
100-dən
çox |
|
4. |
Elmi-texniki |
30-dək |
30-75 |
75-dən
çox |
|
5. |
Ticarət, xidmət və s. |
25-dək |
25-50 |
50-dən
çox |
4. Dövlət əmlakının
özəlləşdİrİlməsİ üsulları
4.1.
Dövlət əmlakının özəlləşdirilməsi
aşağıdakı üsullarla həyata keçirilir:
dövlət
müəssisələrinin fərdi layihələr
üzrə özəlləşdirilməsi;
özəlləşdirilən dövlət
müəssisələrinin əmlakının əmək
kollektivi üzvlərinə və onlara bərabər tutulan
şəxslərə (bundan sonra-işçilər)
güzəştli satışı;
dövlət
əmlakının ixtisaslaşdırılmış
çek və pul hərraclarında satışı;
dövlət
əmlakının hərraclar vasitəsi ilə
satışı;
dövlət
əmlakının investisiya müsabiqələri vasitəsi
ilə satışı;
icarəyə
verilmiş dövlət əmlakının satışı;
dövlət
müəssisələrinin müflis elan olunması yolu
ilə satışı.
4.2.
Dövlət əmlakının özəlləşdirilməsinin
üsulları II Dövlət Proqramına uyğun olaraq
dövlət əmlakının özəlləşdirilməsi
barədə qərar qəbul edən Azərbaycan
Respublikasının prezidenti və ya Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən müəyyən edilir.
4.3.
Dövlət müəssisələri özəlləşdirilərkən
həmin müəssisələrdə çalışan
işçilərin hüquqları və onların sosial
müdafiəsi Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təmin edilir.
4.4.
Özəlləşdirilən
dövlət müəssisələrinin
işçilərinin həmin müəssisənin
əmlakının və ya səhmlərinin 15 faizini
güzəştli şərtlə almaq hüququ vardır.
Güzəştlərin
verilməsi və müəssisə işçilərinin özəlləşdirmədə
iştirakı II Dövlət Proqramında nəzərdə
tutulmuş qaydalara uyğun tənzimlənir.
4.1.1.
Ölkə iqtisadiyyatı üçün böyük
əhəmiyyət kəsb edən dövlət
müəssisə və obyektləri fərdi layihələr
üzrə özəlləşdirilir
və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə
satışa onun səhmlərinin 51%-i və ya daha çox
hissəsi çıxarılır səhmlərin yerdə
qalan hissələri (əmək kollektivinə
güzəştli satışa yönəldilən hissə
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinin qərarı ilə pul
hərraclarına və ixtisaslaşdırılmış
çek hərraclarına yönəldilir və ya investisiya
müsabiqəsi vasitəsilə satılır.
4.1.2.
Fərdi layihələr üzrə dövlət
müəssisələrinin özəlləşdirilməsi
qaydaları, həmin müəssisələrin siyahısı
və səhmlərinin satışı nisbəti
Azərbaycan Respublikasının prezidenti tərəfindən
müəyyən edilir.
4.1.3.
Fərdi layihələr üzrə özəlləşdirmə
prosesində Dövlət Xidməti maliyyə
məsləhətçisi cəlb edə bilər.
4.2.1.
Özəlləşdirmə prosesində
dövlət müəssisələrinin əmək
kollektivinin üzvlərinə və onlara bərabər tutulan
şəxslərə “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq aşağıdakılar aid edilir:
əsas
iş yeri həmin müəssisə hesab edilən
işçilər;
Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq,
həmin müəssisədə əvvəlki iş yerinə
qayıtmaq hüququ olan şəxslər;
özəlləşdirilən
müəssisədə 7 (yeddi) ildən çox
çalışan və həmin müəssisədən
təqaüdə çıxmış şəxslər;
1995-ci
il 1 yanvar tarixindən sonra işçilərin sayı və
ya ştatların ixtisarı nəticəsində işdən
azad olunmuş və işsiz kimi qeydiyyata alınmış
şəxslər.
4.2.2.
Dövlət müəssisələrinin çevrilməsi
nəticəsində yaranmış səhmdar
cəmiyyətlərinin səhmlərinin 15%-i və ya
kiçik müəssisə kimi özəlləşdirilən
müəssisə və obyektlərin ilkin (start) qiymətinin
15%-i, digər səhmlərin və hissələrin
satışı üsulundan asılı olmayaraq,
işçilərə birbaşa güzəştli
satışa yönəldilir.
4.2.3.
Dövlət əmlakının (səhmlərin və ya
hissələrin) güzəştli satışı həmin
əmlakın özəlləşdirmə
çeklərinə dəyişdirilməsini
nəzərdə tutur.
4.2.4.
Dövlət müəssisələrinin çevrilməsi
nəticəsində yaranmış səhmdar
cəmiyyətlərinin səhmlərinin
işçilərə güzəştli satışı
aşağıdakı qaydada həyata keçirilir:
müəssisənin
özəlləşdirilmə
komissiyası tərəfindən səhmləri satın almaq
hüquqi olan şəxslərin tam siyahısı tərtib
edilir;
işçilərin
hər birinin özəlləşdirmə
komissiyasına təqdim edəcəkləri
özəlləşdirmə
çeklərinin sayı müəyyənləşdirilir.
Bu məqsədlə son 2 çek hərracında
satılmış dövlət əmlakının
dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə
çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin
qiyməti müəyyən edilir. Güzəştli
satışa çıxarılmış səhmlərin
məcmu nominal dəyərini bir çekin qiymətinə
bölməklə hər bir işçinin bərabər
sayda təqdim edəcəkləri
çeklərin sayı müəyyən edilir. Hesablamalar
zamanı yuvarlaqlaşdırmalar ümumi
qaydada həyata keçirilir;
Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə
vasitəsi kimi istifadə müddəti başa
çatdıqdan sonra dövlət
müəssisələrinin çevrilməsi
nəticəsində yaranmış səhmdar
cəmiyyətlərinin güzəştli satışa
çıxarılmış səhmlərinin sayı
güzəştli satışda iştirak etmək hüququ
olan şəxslərin sayına bölünməklə bir
nəfərin əldə edə biləcəyi maksimum
səhmlərin sayı müəyyən edilir.
Güzəştli satışda iştirak edən hər bir
şəxs almaq istədiyi sayda səhmlərin nominal
dəyərinin 30% güzəşt edilmiş
məbləği həcmində ödəniş edir.
Həmin məbləğin ödənilməsi Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq
olunmuş qaydalara uyğun həyata keçirilir.
güzəştli
satış özəlləşdirmə
haqqında Dövlət Xidməti tərəfindən
rəsmi elan olunmuş gündən etibarən 25 gün
ərzində həyata keçirilir və özəlləşdirmə
komissiyası tərəfindən təqdim edilmiş
sənədlər əsasında güzəştli
satışın yekunlarına əsasən
satılmış səhmlərin sayı müəyyən
edilir;
güzəştli
satışa çıxarılan səhmlərin əmək
kollektivinin güzəştli satışda iştirak
etməmiş və qismən iştirak etmiş
üzvlərinin sayına mütənasib hissəsi Dövlət
Xidmətinin qərarı ilə özəlləşdirmə
planına uyğun olaraq digər satış üsulları
ilə özəlləşdirilir;
müəssisənin
özəlləşdirmə
komissiyasının təqdim etdiyi sənədlər
əsasında güzəştli satışın
yekunlarını təsdiq etmək üçün həmin
satışda iştirak etmiş şəxslərin ümumi
yığıncağı keçirilir və müvafiq yekun
sənədləri Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim edilir.
4.2.5.
Kiçik müəssisə və obyektlər özəlləşdirildikdə
işçilərə güzəştli satış
aşağıdakı qaydada həyata keçirilir:
vəkil
olunmuş şəxs tərəfindən güzəştli
satışda iştirak etmək hüququ olan
şəxslərin tam siyahısı tərtib edilir;
işçilərin
hər biri vəkil olunmuş şəxsə bir özəlləşdirmə payı təqdim
edir;
Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə
vasitəsi kimi istifadə müddəti başa
çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən
müəssisə və obyektin ilkin (start) qiymətinin
güzəştli satışa yönəldilən
hissəsinin 70% güzəşt edilmiş məbləği
güzəştli satışda iştirak etmək hüququ
olan şəxslərin sayına bölünməklə
hər bir işçinin bərabər həcmdə tam
ödəyəcəyi məbləğ və ona müvafiq
əldə edəcəyi əmlak payı müəyyən
edilir. Həmin məbləğin ödənilməsi Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən təsdiq olunmuş qaydalara uyğun
həyata keçirilir.
güzəştli
satılmış özəlləşdirmə
haqqında Dövlət Xidməti tərəfindən
rəsmi elan olunan gündən etibarən 25 gün
ərzində həyata keçirilir və vəkil olunmuş
şəxs tərəfindən təqdim edilmiş
sənədlər əsasında güzəştli
satışın yekunlarına əsasən bölüşdürülmüş
hissə müəyyən edilir;
güzəştli
satışa çıxarılan əmlakın əmək
kollektivinin güzəştli satışda iştirak
etməmiş üzvlərinin sayına mütənasib
hissəsi (bütünlükdə əmək kollektivi
üzvləri onlara bərabər tutulan şəxslər
güzəştli satışdan imtina etdiyi halda
hissələrin hamısı) Əmlak
Məsələləri Dövlət Komitəsinin
qərarı ilə özəlləşdirmə
planına uyğun olaraq digər satış üsulları
ilə özəlləşdirilir;
vəkil
olunmuş şəxsin təqdim etdiyi sənədlər
əsasında güzəştli satışın
yekunlarını təsdiq etmək üçün həmin
satışda iştirak etmiş şəxslərin ümumi
yığıncağı keçirilir və müvafiq yekun
sənədləri Dövlət Xidmətinə
təqdim edilir.
4.2.6.
Sənədlər Dövlət Xidməti
tərəfindən qəbul edildikdən
sonra təqdim edilmiş özəlləşdirmə
çekləri özəlləşdirmə
komissiyasının sədrinin (vəkil edilmiş
şəxsin) iştirakı ilə silinir. Özəlləşdirmə
çeklərinin silinməsi onların sağ
tərəfindəki kötüklərinin (dəlik edilmiş
hissələrin) kəsilməsi yolu ilə həyata
keçirilir.
4.2.7.
Dövlət Xidməti təsdiq edilmiş yekun
sənədləri əsasında işçilərə
müvafiq sayda səhmlərə (kiçik
müəssisə və obyektlər özəlləşdirildikdə
müvafiq hissələrə) mülkiyyət hüququnu
təsdiq edən bildiriş verir.
4.2.8.
Kiçik müəssisə və obyektlərin
satışı üzrə hərracın qalibi əmək
kollektivi olduqda, güzəştli satışın
yekunlarına əsasən işçilərin
mülkiyyət hüququ hərracın
nəticələrinə görə verilən
mülkiyyət hüququ haqqında
şəhadətnamədə öz əksini tapır.
4.3.1.
Dövlət əmlakının ixtisaslaşdırılmış
çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində
yaradılmış səhmdar cəmiyyətlərinin
səhmlərinin və ya səhm zərflərinin
sifarişlər əsasında alıcılara
satışıdır.
4.3.2.
İxtisaslaşdırılmış
çek və pul hərraclarında sifarişlər 1-ci
növ və 2-ci növ sifariş formasında təqdim edilir.
İxtisaslaşdırılmış çek
hərracında bir özəlləşdirmə
çekinə düşəcək səhm üçün
sifarişçi tərəfindən minimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə
hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır.
İxtisaslaşdırılmış pul
hərracında 1-ci növ sifarişçi ödədiyi
məbləğə görə düşəcək
səhmlərin miqdarına aşağı hədd qoymur, 2-ci
növ sifarişçi isə almaq istədiyi səhmlərin
minimum miqdarının həddini sifarişində
göstərir.
4.3.3.
İxtisaslaşdırılmış
çek və pul hərraclarının keçirilməsi
qaydaları Azərbaycan Respublikasının prezidenti
tərəfindən müəyyən edilir.
4.4.1.
Dövlət əmlakının hərraclar vasitəsilə
satışı özəlləşdirilən
əmlakın onun barəsində alıcıdan hər
hansı bir şərtin yerinə yetirilməsi tələb
olunmadan özəlləşdirmədə
alıcı kimi tanınan fiziki və hüquqi
şəxslərin mülkiyyətinə qanunvericiliklə
müəyyən edilmiş qaydada pul müqabilində
özgəninkiləşdirilməsidir.
Bu
zaman əmlak üzərində mülkiyyət hüququ
hərracın gedişində maksimum qiymət təklif
etmiş alıcıya verilir.
Satıcının
müəyyən etdiyi hallarda tərəfin
razılığı ilə özəlləşdirilən
dövlət əmlakının dəyəri
ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti
yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsindən alınan rəsmi məlumatlar
əsasında bazar dəyəri müəyyən edilən
dövlət özəlləşdirmə
payları (çekləri) ilə pul ekvivalentinə münasib
şəkildə ödənilə bilər.
4.4.2.
Dövlət əmlakının satışı üzrə
keçirilən ilk iki hərracda sifariş verilmədikdə
(və ya əmlak satılmadıqda) Dövlət
Xidməti tərəfindən üçüncü
hərracda həmin əmlakın start qiyməti ilkin start
qiymətinin 10%-i həcmində, dördüncü hərracda
ilkin start qiymətinin 25%-i həcmində, beşinci
hərracda ilkin start qiymətinin 50%-i həcmində
aşağı salına bilər.
4.4.3.
Dövlət əmlakının hərraclar vasitəsilə
satışı qaydaları Azərbaycan Respublikasının
prezidenti tərəfindən müəyyən edilir.
4.5.1.
Dövlət əmlakının investisiya müsabiqəsi
vasitəsilə özəlləşdirilməsi
zamanı dövlət əmlakı barəsində investisiya
proqramının yerinə yetirilməsi tələb olunur.
İnvestisiya proqramına dair iqtisadi, sosial və ekoloji
şərtlər müvafiq olaraq Azərbaycan Respublikasının
prezidenti və ya Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi tərəfindən
müəyyən edilir. İnvestisiya müsabiqəsinin qalibi
investisiya proqramının şərtləri daxilində
investisiyanın maksimum həcmini və onun səmərəli
qoyuluşunu özündə əks etdirən investisiya
proqramı təqdim edən hesab olunur.
4.5.2.
Müsabiqənin qalibinə (alıcıya) özəlləşdirilən
əmlak üzərində mülkiyyət hüququ yalnız
müsabiqənin tələbləri yerinə yetirildikdən
sonra keçir. Müsabiqə tələblərinin
alıcı tərəfindən yerinə yetirilməməsi
həmin əmlakın alıcıya müsabiqə vasitəsi
ilə satılması barədə bağlanmış
müqaviləyə qanunvericiliklə müəyyən
edilmiş qaydada xitam verilməsinə
əsasdır.
Müsabiqənin
qalibi özəlləşdirilən
dövlət əmlakı üzərində mülkiyyət
hüququ ona keçənədək həmin əmlakı özgəninkiləşdirə və ya onun
barəsində digər şəkildə sərəncam
verə bilməz. Müsabiqə vasitəsi ilə özəlləşdirilən dövlət
əmlakı üzərində mülkiyyət hüququnun
alıcıya keçəcəyi anadək həmin əmlaka
münasibətdə sahiblik, istifadə hüququ və
digər münasibətlər Dövlət Xidməti
ilə alıcı arasında qanunvericiliyə müvafiq olaraq
bağlanan alqı-satqı müqaviləsi
ilə tənzimlənir.
4.5.3.
Müsabiqədə xarici investorların
iştirakı qaydaları müsabiqə şərtləri
ilə müəyyən edilir.
4.5.4.
İnvestisiya müsabiqəsinə özəlləşdirilən
müəssisənin səhm zərfinin 25,5%-dən az olmamaq şərti ilə
istənilən hissəsi çıxarılır.
Müəssisənin səhmlərin qalan hissəsinin
satış nisbəti (bölgüsü) Azərbaycan
Respublikası prezidentinin və Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
müəssisənin özəlləşdirilməsinə
dair qəbul etdiyi qərarda göstərilir.
4.6.1.
II Dövlət Proqramı təsdiq edilənədək
icarə müqaviləsinə müvafiq olaraq satınalma
hüququ ilə icarəyə verilmiş dövlət
əmlakının özəlləşdirilməsi
qaydaları II Dövlət Proqramı və digər normativ
hüquqi aktlarla müəyyən edilir. İcarəyə
verilmiş dövlət əmlakının satışı
tərəflər arasında bağlanmış icarə
müqavilələrinin şərtlərindən
(satınalma hüququndan, icarə müddətindən və
s.) asılı olaraq müxtəlif üsullarla həyata
keçirilir.
4.6.2.
II Dövlət Proqramı qəbul edilənədək
bağlanmış və müvafiq qaydada Dövlət
Xidmətində qeydiyyatdan keçmiş icarə
müqaviləsi əsasında fəaliyyət
göstərən müəssisələr
aşağıdakı qaydada özəlləşdirilir:
a)
orta və iri müəssisənin səhmlərinin:
15%-i
əmək kollektivinə güzəştli satışa
yönəldilir;
30%-i
nominal dəyəri ilə ilk növbədə
icarəçiyə təklif olunur;
55%-i
ixtisaslaşdırılmış
çek hərracında satılır;
b)
kiçik müəssisələrin dəyərinin (obyektin
start qiymətinin) 15%-i əmək kollektivinə
güzəştli satışa yönəldilir, 85%-i isə
ilkin start qiyməti ilə ilk növbədə
icarəçiyə təklif olunur.
4.6.3.
İcarəçilər icarə müəssisəsinin
satışa çıxarılmış və ilk
növbədə onlara təklif olunan səhm zərfini və
ya nizamnamə kapitalı hissəsini almaqdan imtina etdikdə,
həmin müəssisələr müvafiq olaraq II
Dövlət Proqramının 5.8-ci bəndində və 6.1-ci
bəndində göstərilən qaydada özəlləşdirilir.
4.6.4.
İcarə müəssisəsinin struktur bölməsinin
ayrıca özəlləşdirilməsi
haqqında qərar həmin bölmənin ayrıca
fəaliyyət göstərməsi, onun texnoloji
cəhətdən müəssisə ilə
bağlılığı, ərazi baxımından
ayrılmasının mümkünlüyü və s. bu kimi
amilləri nəzərə almaqla Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən qəbul edilir. Bu qərar qəbul
edildikdə icarəyə götürülmüş əmlak
100% dəyəri ilə icarəçiyə təklif olunur.
İcarəçilər icarəyə
götürdükləri əmlakı almaqdan imtina etdikdə
həmin əmlak II Dövlət Proqramında nəzərdə
tutulmuş qaydada özəlləşdirilir.
4.6.5.
Özəlləşdirilməsi
qadağan olunan dövlət əmlakı istisna olmaqla,
icarə müqavilələrinə əsasən
icarəyə verilmiş digər dövlət əmlakı
(tikili, qurğu, avadanlıq və s.) onun icarəyə
verən müəssisə və ya təşkilatla
bağlılığı, ərazi baxımından
ayrılmasının mümkünlüyü və s. bu kimi
amillər nəzərə alınmaqla Dövlət
Xidməti tərəfindən aşağıdakı
qaydada özəlləşdirilir:
icarəyə
verilmiş əmlak 100% dəyəri ilə
icarəçiyə təklif olunur. İcarəçi
icarəyə götürdüyü əmlakı almağa
razılıq verdikdə, onunla alqı-satqı
müqaviləsi bağlanır və o, 30 gün
ərzində əmlakın dəyərini ödəyir;
icarəçi
icarəyə götürdüyü əmlakı almaqdan
imtina etdikdə və ya həmin təklifi aldığı
andan 30 gün ərzində əmlakın dəyərini
ödəmədikdə, həmin əmlak II Dövlət
Proqramının 4.4-cü bölməsində
nəzərdə tutulan qaydada hərraca
çıxarılır və ya müəssisə ilə
birlikdə özəlləşdirilir.
4.7.1.
Dövlət müəssisəsinin 5 dəfə hərrac
vasitəsi ilə satışı baş tutmadıqda və
ya dövlət müəssisələrinin (obyektinin) özəlləşdirilməsinə
hazırlıq mərhələsində onun ödəmə
qabiliyyətinin olmadığı halda II Dövlət
Proqramının 2.2.-ci bəndi ilə özəlləşdirilməsi
nəzərdə tutulan müəssisə və obyektlər
Azərbaycan Respublikasının prezidentinin qərarı
ilə, II Dövlət Proqramının 2.3.-cü bəndi
ilə özəlləşdirilməsi
nəzərdə tutulan müəssisə və obyektləri
isə Dövlət Komissiyasının qərarı ilə
qanunvericiliyə uyğun olaraq müflis elan edilə bilər
və müəssisə ləğv oluna bilər. Bu zaman
müəssisənin əmlakı hərrac vasitəsilə
satılır.
4.7.2.
Əmlakın satışından əldə olunan maliyyə
vəsaitinin bir hissəsi qanunvericiliklə müəyyən
edilmiş növbəlik prinsipi nəzərə alınmaqla
borcların ödənilməsinə
yönəldilir.
4.7.3.
Dövlət müəssisələrinin müflis elan
olunması yolu ilə satışı qaydaları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir.
5. Orta və İrİ dövlət
müəssİsələrİnİn səhmdar
cəmİyyətlərə çevrİlməsİ və
özəlləşdİrİlməsİ
5.1.
Özəlləşdirilən
bütün orta və iri dövlət
müəssisələri (və ya onların struktur
bölmələri) əvvəlcə səhmdar
cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir. Bu zaman
dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə
çevrilməsi texnoloji bağlılıq amili
nəzərə alınmaqla həyata keçirilir.
5.2.
Dövlət müəssisələrinin səhmdar
cəmiyyətlərinə çevrilməsi Azərbaycan
Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş
Əsasnamə ilə tənzimlənir.
5.3.
Dövlət müəssisələrinin səhmdar
cəmiyyətlərinə çevrilməsi özəlləşdirmə
komissiyaları tərəfindən hazırlanmış və
Dövlət Xidməti tərəfindən təsdiq
olunmuş özəlləşdirmə
planı əsasında həyata keçirilir.
5.4.
Dövlət müəssisələrinin səhmdar
cəmiyyətlərinə çevrilməsi haqqında
müvafiq qərar qəbul edildiyi gündən etibarən 10
gün ərzində özəlləşdirməyə
hazırlıq məqsədi ilə hər
müəssisədə (birlikdə) özəlləşdirmə
komissiyası yaradılır. Komissiya aşağıdakı
sənədləri işləyib hazırlayır və Dövlət
Xidmətinə təqdim edir:
özəlləşdirmə planı
(emissiya prospekti);
müəssisənin əmlakının inventarlaşdırılması haqqında akt və “Qiymətləndirmə
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirici tərəfindən
hazırlanmış qiymətləndirmənin
nəticələri haqqında hesabat;
kommersiya
banklarının, müştərək və digər
müəssisələrin nizamnamə kapitalında özəlləşdirilən
müəssisənin iştirak payının (səhmlərin,
hissələrin) tərkibi və dəyəri barədə
arayış və həmin payın özəlləşdirilməsi
barədə təklif;
son
3 (üç) ilin illik hesabat balansları, həmçinin son
hesabat dövrünün balansı;
səhmdar
cəmiyyətinin nizamnaməsi (dövlət
müəssisələrinin çevrilməsi
nəticəsində yaradılan səhmdar
cəmiyyətlərinin nümunəvi nizamnaməsinə
müvafiq olaraq hazırlanır).
Müəssisənin
rəhbəri və baş mühasibi Dövlət
Xidmətinə təqdim olunan əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktının,
habelə digər sənədlərin dürüstlüyü
üçün şəxsən məsuliyyət
daşıyırlar.
Yuxarıda
göstərilən sənədlər Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən hazırlanmış vahid metodikaya
əsasən tərtib olunur.
Müəssisələrin
səhmdar cəmiyyətlərinə çevrilməsinin
təsis sənədlərinə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyində baxılır
və təsdiq (müəssisənin nizamnaməsinə
münasibətdə Dövlət Xidmətinin
təklifləri əsasında) edilir. Həmin
sənədlər mövcud qanunvericiliyə cavab vermədiyi
hallarda əlavə işlənmək üçün geri
qaytarılır.
5.5.
Dövlət müəssisəsinin səhmdar
cəmiyyətinə çevrilməsi haqqında müvafiq
qərar qəbul edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində, bu
bölmənin 5.4-cü bəndində göstərilən
sənədlər təqdim edilməzsə, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin qərarı
ilə komissiya yaradılır. Komissiya ilkin sənədlər
və müəssisənin balansı əsasında müvafiq
sənədləri hazırlayır. Zəruri hallarda komissiya
öz işinə müstəqil ekspertləri və
auditorları cəlb edə bilər.
5.6.
Özəlləşdirmə
komissiyasının yaradılması və fəaliyyəti
Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə tənzimlənir.
5.7.
Özəlləşdirilən
müəssisələrin dövlətin
mülkiyyətində saxlanılması nəzərdə
tutulmayan səhmləri (hissələri) səhmdar
cəmiyyətin dövlət
qeydiyyatına alındığı andan satışa
çıxarılır.
5.8.
Orta və ya iri dövlət müəssisələri
səhmdar cəmiyyətlərinə çevrilməklə,
onların bir qismi II Dövlət Proqramının 4.1-ci və
4.5-ci bölmələrinə uyğun olaraq fərdi
layihələr üzrə və investisiya
müsabiqələri vasitəsi ilə özəlləşdirilir.
Göstərilən üsullarla özəlləşdirilən
müəssisələr istisna olmaqla, qalan və ya iri
müəssisələrin səhmləri, bir qayda olaraq,
aşağıdakı nisbətdə (bölgüdə) satılır:
a)
15% - əmək kollektivinə güzəştli satışa
yönəldilir;
b)
30% - pul hərraclarında yönəldilir;
c)
55% - ixtisaslaşdırılmış
çek hərraclarına (özəlləşdirmə paylarının
(çeklərinin) tədiyə
vasitəsi kimi istifadə müddəti başa
çatdıqdan sonra ixtisaslaşdırılmış
pul hərraclarına) yönəldilir.
Orta
və iri müəssisələrin çevrilməsi
nəticəsində yaradılan səhmdar
cəmiyyətlərinin səhmlərinin investisiya
müsabiqələri və ya fərdi layihələr
üzrə özəlləşdirilməsi
barədə qərar qəbul edildikdə, investisiya
müsabiqəsinə və ya fərdi layihə üzrə
satışa yönəldilən səhm zərfi
nəzərə alınmaqla, səhmlərin yerdə qalan
hissələri (əmək kollektivinə güzəştli
satışa yönəldilən hissə istisna olmaqla)
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin qərarı
ilə bərabər nisbətdə bölünməklə
pul hərraclarına və ixtisaslaşdırılmış
çek hərraclarına (özəlləşdirmə paylarının
(çeklərinin) tədiyə
vasitəsi kimi istifadə müddəti başa
çatdıqdan sonra ixtisaslaşdırılmış
pul hərraclarına) yönəldilir.
5.9.
Müəssisənin səhmlərinin satışı 5.8-ci
bənddəki ardıcıllığa riayət
etməklə həyata keçirilir.
Pul
hərracında çıxarılmış hissə satılmadıqda, yuxarıda
göstərilən satış
ardıcıllığına riayət etməklə,
səhmlər pul və ixtisaslaşdırılmış
çek hərraclarına az həcmdə bərabər
hissələrlə çıxarıla bilər.
5.10.
Texnoloji xüsusiyyətlərindən
və dəyərindən asılı olaraq, orta
müəssisələr kiçik müəssisələr
üçün müəyyən edilmiş qaydada özəlləşdirilə bilər.
5.11.
Dövlət müəssisələrinin çevrilməsi
nəticəsində yaradılan səhmdar
cəmiyyətləri səhmlərinin
buraxılışı, qeydiyyatı və tədavülü
qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının
prezidenti yanında Mərkəzi
Bankı tərəfindən müəyyən edilir.
5.12.
Dövlət əmlakının özəlləşdirilməsi
zamanı səhmdar cəmiyyətləri səhmlərinin
satışına dair yekun məlumatlar təsdiq edildikdən sonra Dövlət Xidməti
tərəfindən Milli Depozit Mərkəzinə təqdim
edilir.
5.13.
Özəlləşdirmə prosesində
səhmdarların hüquqları Azərbaycan
Respublikasının mövcud qanunvericiliyi əsasında
qorunur.
6. Kİçİk
müəssİsələrİn
özəlləşdİrİlməsİ
6.1.
Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi
aşağıdakı qaydada həyata keçirilir;
Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə
müəyyən edilmiş qaydada kiçik
müəssisənin nizamnamə kapitalı (obyektin start
qiyməti) müəyyən olunur;
kiçik
müəssisənin nizamnamə kapitalının (obyektin start
qiymətinin) 15%-i II Dövlət Proqramının 4.2-ci
bölməsində nəzərdə tutulmuş qaydada
əmək kollektivi üzvlərinə və onlara
bərabər tutulan şəxslərə güzəştli
satışa yönəldilir;
kiçik
müəssisənin nizamnamə kapitalının (obyektin
satış qiymətinin) 85%-i II Dövlət
Proqramının 4.4-cü bölməsində
nəzərdə tutulmuş satış üsuluna uyğun
olaraq satılır.
6.2.
Kiçik müəssisələrin özəlləşdirilməsi
zamanı müəssisənin əmək kollektivi onların
hüquqlarını həyata keçirən vəkil
edilmiş şəxs (hüquqi və ya fiziki şəxs)
müəyyən etməlidir.
Özəlləşdirmədə vəkil
edilmiş şəxs - müəssisənin əmək kollektivi
üzvlərinin və özəlləşdirmədə
güzəşt hüququ olan digər şəxslərin
50%-dən çoxunun öz səlahiyyətlərini qanuni
surətdə verdikləri hüquqi və fiziki şəxsdir
(etibarnamə müvafiq formada notarial qaydada rəsmiləşdirilir).
Özəlləşdirmədə vəkil
edilmiş şəxs:
əmək
kollektivini özəlləşdirməni
həyata keçirən orqanlarda təmsil edir və
qanunvericiliyə əməl olunmasına
nəzarət edir;
özəlləşdirmə prosesində
zəruri işləri görür (müəssisənin özəlləşdirilməsi
barəsində ərizəni rəsmiləşdirir,
özəlləşdirmə prosesində
iştirak edir, zəruri müqavilələr bağlayır
və öhdəliklər imzalayır, etibarnaməyə
müvafiq olaraq verilən məlumatların
düzgünlüyünə görə məsuliyyət
daşıyır).
6.3.
Əmək kollektivi özəlləşmə haqqında Dövlət
Xidməti tərəfindən rəsmi elan verildikdən
sonra hərraca ən geci 5 gün
qalanadək nəzərdə tutulan güzəştli
satışı keçirməsə, o, bu bölmədə
nəzərdə tutulan güzəşt hüquqlarını
itirir.
6.4.
Kiçik müəssisənin hərraca çıxarılan
hissəsinin (müəssisənin nizamnamə
kapitalının, obyektin start qiymətinin 85%-nin)
hərrac qalibi əmək kollektivi olduqda, bu hissə 100% hesab
edilməklə:
hərrac
qiymətinin 30%-i müvafiq qaydada alqı-satqı
müqaviləsi bağlandıqdan sonra ən geci
5 (beş) bank günü ərzində vəkil olunmuş
şəxs tərəfindən pulla ödənilir;
hərrac
qiymətinin 30%-i üzrə ödənişi həyata
keçirən alıcılara hərrac qiymətinin 30%-i
həcmində güzəşt edilir (bu hissə əmək
kollektivi üzvləri arasında bərabər bölüşdürülməklə
əvəzsiz verilir).
40%
alqı-satqı müqaviləsində
müəyyənləşən müddətdə, lakin 2
ildən gec olmayaraq vəkil olunmuş şəxs
tərəfindən ödənilir.
Alıcının
öhdəliklərinə görə onun
əldə etdiyi əmlakın müvafiq hissəsi girov
qoyulmuş hesab olunur.
6.5.
Hərracın qalibi kənar şəxs və ya 6.3-cü
bəndə uyğun olaraq güzəşt hüququnu
itirmiş əmək kollektivi olarsa, əmlakın hərrac
qiyməti bütövlükdə alqı-satqı
müqaviləsi imzalandığı andan etibarən 5 bank
günü ərzində pulla ödənilir.
6.6.
Nümunəvi özəlləşdirmə
planı, etibarnamə və kiçik
müəssisələrin başqa özəlləşdirmə
sənədlərinin nümunələri Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən işlənib hazırlanır və
təsdiq edilir.
6.7.
Hərracın qalibi əmək kollektivi olarsa, əldə
edilmiş əmlakın əmək kollektivi üzvləri
arasında bölüşdürülməsi
və ondan istifadə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
6.8.
Əmək kollektivinin müraciəti ilə
müəssisənin bir hissəsi (tikili, qurğu, avadanlıq
və s.) onun müəssisədən texnoloji və ərazi
cəhətdən ayrılmasının
mümkünlüyü müəyyən edildikdən
sonra ayrıca hərraca çıxarıla bilər. Bu halda
hərracın qalibi əmək kollektivinin üzvü
(üzvləri) olarsa, bu bölmədə nəzərdə
tutulan güzəştlər ona (onlara) şamil olunur.
6.9.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
qərarı ilə texnoloji xüsusiyyətlərindən
və dəyərindən asılı olaraq, kiçik
müəssisələr orta və iri
müəssisələr üçün müəyyən
edilmiş qaydada özəlləşdirilə
bilər.
6.10.
Müəssisənin rəhbəri və baş mühasibi Dövlət
Xidmətinə təqdim etdikləri əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktının,
habelə digər sənədlərin dürüstlüyü
üçün şəxsən məsuliyyət
daşıyırlar.
Yuxarıda
göstərilən sənədlər Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən hazırlanmış vahid metodikaya
əsasən tərtib olunur.
7. Özəlləşdİrmə
zamanı qoyulan məhdudİyyətlər və
müştərək müəssİsələrİn
nİzamnamə kapİtalındakı dövlətİn
payının özəlləşdİrİlməsİ
7.1.
Dövlətin təhlükəsizliyini,
vətəndaşların sağlamlığını,
onların mənəviyyatının, hüquq və qanuni
mənafelərinin qorunmasını təmin etmək
məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsində
Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
müəyyən məhdudiyyətlər qoyula bilər.
Belə məhdudiyyətlər adi (səs hüququ olan)
səhmlərin nəzarət zərfinin (51%) və məhdudlaşdırıcı hissəsinin
(25,5%) dövlət mülkiyyətində qalması yolu
ilə qoyulur.
7.1.1.
Özəlləşdirilən
müəssisənin nəzarət səhm zərfi (51%) və
ya səhmlərin məhdudlaşdırıcı
hissəsi (25,5%) dövlət mülkiyyətində
saxlanıldığı halda, səhmlərin qalan hissəsi
(nominal dəyəri 100% hesab edilməklə) II Dövlət
Proqramının 5.8-ci bəndində müəyyən
edilmiş nisbətdə satılır.
7.2.
Dövlət mülkiyyətində saxlanılan səhm
zərfləri müəyyən müddətdən sonra II
Dövlət Proqramının 2.2.-ci və 2.3-cü
bölmələrinə uyğun olaraq Azərbaycan
Respublikası prezidentinin və ya Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin qərarı ilə özəlləşdirilə
bilər. Bu zaman səhmlərin qalan hissəsi nominal
dəyəri üzrə 100% hesab edilməklə II
Dövlət Proqramının 5.8-ci bəndində
müəyyən edilmiş nisbətdə satılır (dövlət
özəlləşdirmə
çekləri dövriyyədən
çıxarıldığı halda II Dövlət
Proqramının 5.8-ci bəndinin “c” yarımbəndində
nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış
pul hərracında satılır).
7.3.
Özəlləşdirmə zamanı
dövlət mülkiyyətində müəyyən pay
(nəzarət səhm zərfi və ya məhdudlaşdırıcı
səhm zərfi) saxlanılması qərara
alındığı halda, həmin müəssisənin
idarəetmə orqanlarına dövlət nümayəndəsinin
təyin edilməsi, habelə dövlət
mülkiyyətində saxlanılan payın idarə
olunması qaydaları Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
7.4.
Dövlət müəssisələrinin iştirakı
ilə yaradılmış müştərək
müəssisələrin nizamnamə kapitalındakı
dövlətin payı II Dövlət Proqramının 2.2-ci
və 2.3-cü bölmələrində göstərilmiş
təsnifatlaşdırmaya uyğun olaraq
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan
Respublikası Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinin qərarları ilə
aşağıdakı qaydada özəlləşdirilir:
7.4.1.
dövlətin payı inventarizasiya olunaraq yenidən “Qiymətləndirmə fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilir və müəyyən
edilmiş start qiyməti ilə ilk növbədə
müştərək müəssisənin digər
təsisçisinə (təsisçilərinə) təklif
olunur. Digər təsisçi (təsisçilər)
dövlət payını almağa razılıq verdikdə,
onunla alqı-satqı müqaviləsi
bağlanır və o, müqavilədə
nəzərdə tutulmuş müddətdə payın
dəyərini ödəyir;
Satıcının
müəyyən etdiyi hallarda tərəfin
razılığı ilə özəlləşdirilən
dövlət əmlakının dəyəri
ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti
yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsindən alınan rəsmi məlumatlar
əsasında bazar dəyəri müəyyən edilən
dövlət özəlləşdirmə
payları (çekləri) ilə pul ekvivalentinə münasib
şəkildə ödənilə bilər.
7.4.2.
müştərək müəssisənin digər təsisçisi
(təsisçiləri) təklif olunmuş dövlət payını
almaqdan imtina etdikdə, həmin pay II Dövlət Proqramının
4.4-cü bəndinə uyğun olaraq hərrac vasitəsi ilə
özəlləşdirilir.
Müştərək
müəssisələrdə əmlakın 50 faizi və ya
daha çox hissəsi dövlətə məxsus olduğu
hallarda dövlətin həmin payı investisiya müsabiqəsi
yolu ilə özəlləşdirilə
bilər.
8.
Özəlləşdİrİlən dövlət
müəssİsələrİnİn
(bİrlİklərİnİn) və ləğv olunan
dövlət şİrkətlərİnİn və
konsernlərİnİn balansında olan
sosİal-mədənİ və kommunal-məİşət
təyİnatlı obyektlər barədə
8.1.
Özəlləşdirilən
dövlət müəssisələrinin (birliklərin)
və ləğv olunan dövlət şirkətlərinin
və konsernlərinin balansında olan sosial-mədəni
və kommunal-məişət təyinatlı obyektlər
(yataqxanalar, məişət və mədəniyyət
binaları, uşaq bağçaları, idman qurğuları,
atelye, qazanxanalar və s.) Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatı əsasında və ya
müvafiq qaydada yaradılmış ləğvetmə
komissiyasının təqdimatı əsasında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə
yerli icra hakimiyyəti (və ya bələdiyyə)
orqanlarının və ya aidiyyəti üzrə müvafiq
təşkilatların balansına verilə bilər.
8.2.
Özəlləşdirmə
komissiyasının təklifinə əsasən müvafiq
təşkilatların və ya yerli icra hakimiyyəti (və ya
bələdiyyə) orqanlarının balansına verilməsi
məqsədəuyğun hesab edilməyən
sosial-mədəni və kommunal-məişət
(yaşayış binaları, uşaq bağçaları
və körpələr evləri istisna olmaqla) obyektləri özəlləşdirilən
müəssisələrlə birlikdə və ya ayrıca özəlləşdirilir.
9.
Özəlləşdİrİlən dövlət
müəssİsə və obyektlərİn, habelə hüquqİ və
fİzİkİ şəxslər TƏRƏFİNDƏN
İNŞA EDİLƏN MÜƏSSİSƏ və
OBYEKTLƏRİN yerləşdİyİ dövlət mülkİyyətİndə
olan torpaq sahələrİnİn satışı
9.1.
Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin,
habelə hüquqi və
fiziki şəxslər tərəfindən inşa edilən
müəssisə və obyektlərin yerləşdiyi
dövlət mülkiyyətində olan torpaq
sahələri qanunvericiliyə uyğun olaraq Dövlət
Xidməti tərəfindən həmin müəssisə
və obyektlərin mülkiyyətçilərinə
satılır. Bu sahədə məhdudiyyətlər olduqda
torpaq sahələrinin verilməsi qanunvericiliklə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9-1.
Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin,
habelə hüquqi və fiziki şəxslər
tərəfindən inşa edilən müəssisə və
obyektlərin istifadəsində olan dövlətə
məxsus torpaqların üzərində və ya altında
ümumi təyinatlı qaz, elektrik, su, kanalizasiya və
digər kommunikasiya xətləri (müəssisə və
obyektin özünə xidmət edənlər istisna olmaqla) yerləşdikdə, torpaq sahəsinin
müvafiq hissəsi dövlət mülkiyyətində
saxlanılır. Qaz, elektrik, su, kanalizasiya və digər
kommunikasiya xətləri özəlləşdirilmiş
müəssisə və obyektlərin
mülkiyyətçiləri tərəfindən öz
vəsaitləri hesabına aidiyyəti icra hakimiyyəti
orqanları ilə razılaşdırmaqla
başqa yerə keçirildikdə, həmin torpaq
sahələri qanunvericiliklə nəzərdə tutulmuş
qaydada özəlləşdirilə
bilər.
9.2.
Dövlət Xidməti fiziki və hüquqi şəxslərin
müraciəti əsasında onlara məxsus torpaq sahələrinin
satışını həyata keçirə bilər. Bu
zaman həmin torpaq
sahəsinin satılmasına dair
şəhadətnamə Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi
tərəfindən verilir.
Üzərində
hüquqi və fiziki şəxslər tərəfindən
inşa edilmiş müəssisə və obyektlərin
yerləşdiyi dövlətə məxsus torpaq
sahələri satın alınması üçün ilk
növbədə həmin müəssisə və
obyektlərin mülkiyyətçilərinə təklif
edilir. Mülkiyyətçilər təklifdən imtina
etdikdə həmin torpaq sahəsi qanunvericilikdə
nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.
9.3.
Əcnəbilər və xarici hüquqi şəxslər,
habelə vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada torpaq
sahələrini yalnız istifadəyə və ya
uzunmüddətli icarəyə götürə
bilərlər.
10. Xarİcİ İnvestorların
özəlləşdİrmədə İştİrakı
10.1.
Özəlləşdirmədə xarici investor hesab olunan şəxslər “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunur.
10.2.
Xarici investorlar hərraclarda və
investisiya müsabiqələrində II Dövlət
Proqramında və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara
riayət etməklə iştirak edirlər.
II
Dövlət Proqramının 2.2-ci bölməsində
göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsində xarici investorların iştirakına Azərbaycan
Respublikasının Prezidenti tərəfindən icazə
verilir.
10.3.
Xarici investorlar ixtisaslaşdırılmış
hərraclarda dövlət özəlləşdirmə
opsionları təqdim etməklə
iştirak edirlər.
10.4.
Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir. Xarici investorun özəlləşdirmə
prosesində özəlləşdirmə
opsionu olmadan özəlləşdirmə
çeklərindən istifadə
etməsi qadağandır.
Dövlət özəlləşdirmə
opsionları 2011-ci il yanvar ayının
1-dək tədavüldədir.
10.5.
Xarici investorlar Azərbaycan Respublikası
ərazisində əldə etdikləri xalis mənfəət
hesabına opsion təqdim etmədən özəlləşdirmədə iştirak
edə bilərlər.
Hərrac
və investisiya müsabiqələrinin başlanmasına
qədər xarici investorların
Azərbaycan Respublikasının ərazisində əldə
etdikləri gəlirlər barədə məlumatlar
(sənədlər) “İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun
32.2-1-ci maddəsində müəyyən edilmiş qaydada
Dövlət Xidməti tərəfindən əldə olunur.
10.6.
Opsionların buraxılışı,
tədavülü və istifadəsi qaydaları
qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
tərəfindən müəyyən edilir.
11. Özəlləşdİrmə
prosesİnİn
malİyyələşdİrİlməsİ və kredİtləşdİrİlməsİ
11.1.
Özəlləşdirmə prosesinin
həyata keçirilməsinin maliyyə
təminatı dövlət büdcəsi hesabına
ödənilir.
11.2.
Azərbaycan Respublikasının kommersiya bankları və
xarici banklar mövcud qanunvericiliyə uyğun olaraq,
alıcı kimi çıxış edən hüquqi və
fiziki şəxslərin özəlləşdirmə
əqdlərinin kreditləşdirilməsini
həyata keçirə bilərlər.
12.
Özəlləşdİrİlən dövlət
əmlakının haqqının ödənİlməsİ
Alıcı
özəlləşdirilən
dövlət əmlakının haqqını bir
dəfəyə və ya müəyyən müddət
ərzində ödəyə bilər.
Əmək kollektivi
tərəfindən alınan Dövlət əmlakının
haqqının ödənilməsində
möhlət verilməsi müddəti alqı-satqı
müqaviləsində müəyyən edilir və bu
müddət 2 (iki) ildən çox ola bilməz.
Alıcı
özəlləşdirilən
dövlət əmlakının dəyərini alqı-satqı müqaviləsində
göstərilən müddət ərzində
ödəmədiyi halda, qanunvericiliklə müəyyən
edilmiş qaydada alqı-satqı
müqaviləsinə xitam verilməsi məsələsi
qaldırıla bilər.
13.
Özəlləşdİrmədən əldə
edİlən pul vəsaİtİ və onun
İstİfadə olunması
13.1.
Özəlləşdirmədən daxil
olan vəsaitə özəlləşdirilən
obyektlərin və səhmlərin, özəlləşdirmə
opsionlarının satışından, özəlləşdirmə prosesində
rüsumların ödənilməsindən
əldə edilən pul vəsaiti və digər daxilolmalar
aiddir.
13.2.
Özəlləşdirmədən
əldə olunmuş pul vəsaiti Azərbaycan
Respublikasının dövlət büdcəsinə daxil olur.
Dövlət
əmlakının özəlləşdirilməsində
müstəqil maliyyə məsləhətçisinin cəlb
edilməsi, özəlləşdirmə
ilə bağlı informasiya təminatının
təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa
dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin
fəaliyyətinin dəstəklənməsi
tədbirlərinin maliyyələşdirilməsi,
dövlət əmlakının qorunub saxlanılması
və mühafizəsi, dövlət
əmlakının satıcısının
maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət
hüquqlarının qorunması ilə bağlı
Azərbaycan Respublikasını xarici ölkələrin
müvafiq orqanlarında, habelə məhkəmə
orqanlarında təmsil etmə xərclərinin
ödənilməsi məqsədilə Dövlət
Xidmətinin hesabına bu vəsaitin 25%-i həcmində
ayırmalar nəzərdə tutulur.
14. Dövlət
özəlləşdİrmə paylarının
(çeklərİnİn) və dövlət
özəlləşdİrmə opsİonlarının
İstİfadə olunması
14.1.
Özəlləşdirilən
əmlakın (səhmlərin) dəyəri çeklə ödənilərkən, həmin
çeklər, habelə xarici investorlar
tərəfindən özəlləşdirmədə
iştirak etmək üçün təqdim edilən opsionlar Dövlət Xidməti
tərəfindən qəbul edilir və silinir.
14.2.
Qəbul edilərək
silinmiş özəlləşdirmə
çekləri və opsionları Dövlət
Xidmətinin təşkil etdiyi 3 (üç)
nəfər Dövlət Xidmətinin və 2 (iki)
nəfər Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin nümayəndələrindən
ibarət komissiya tərəfindən ləğv edilir.
15. Müəssİsələrİn
özəlləşdİrməqabağı
restrukturİzasİyası, sağlamlaşdırılması
və özəlləşdİrİlmİş
müəssİsələrİn
dəstəklənməsİ
15.1.
Müəssisələrin özəlləşdirməqabağı
restrukturizasiyası və sağlamlaşdırılması
aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tuta
bilər:
müəssisənin
restrukturizasiyası (o cümlədən
bölünməsi, birləşdirilməsi);
müəssisənin
idarəetməyə verilməsi;
müəssisənin
texnoloji cəhətdən yenidən qurulması;
müəssisənin
borclarının restrukturizasiyası;
müəssisəyə
maliyyə yardımının göstərilməsi.
15.2. Müəssisələrin özəlləşdirməqabağı
restrukturizasiyası və sağlamlaşdırılması
məqsədilə II Dövlət Proqramının 15.1-ci bəndində
tətbiq edilməsi nəzərdə tutulan tədbirlər həmin
Proqramın 2.2-ci bölməsində göstərilən müəssisələr
üçün Azərbaycan Respublikası Prezidentinin qərarı
ilə, həmin Proqramın 2.3-cü bölməsində göstərilən
müəssisələr üçün isə Dövlət
Komissiyasının qərarı ilə dövlət əmlakının
idarə edilməsinə dair normativ hüquqi
aktlara uyğun olaraq müəyyən edilir və idarəetməsinə
verilmiş dövlət müəssisələrinə münasibətdə
Azərbaycan İnvestisiya Holdinqi, digər
hallarda isə Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti tərəfindən həyata keçirilir.
15.3.
İdarəetməyə verilmiş müəssisənin özəlləşdirilməsi zamanı
idarəetmə müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmiş
idarəetməyə götürən üstünlük
hüququna malikdir. Həmin müəssisə özəlləşdirilərkən
ilk növbədə idarəetməyə
götürənə təklif olunur.
15.4.
Özəlləşdirilmiş
müəssisələrin dəstəklənməsi
tədbirləri hökumətin struktur siyasətinə
uyğun olaraq öncül (prioritet) istiqamətlərdə
fəaliyyət göstərən müəssisələr
üçün Maliyyə Nazirliyi və Dövlət
Xidməti tərəfindən müəyyən edilir. Bu
tədbirlər kompleksinə güzəştli kredit, vergi,
sığorta və s. aid edilə bilər.
16. Dövlət əmlakının
özəlləşdİrİlməsİnİn sahə
xüsusİyyətlərİ
16.1.
Kommersiya banklarının dövlətə məxsus
paylarının və dövlət sığorta
şirkətlərinin özəlləşdirilməsi
qaydaları Azərbaycan Respublikasının Prezidenti
tərəfindən müəyyən edilir.
16.2.
Xalq bədii sənət müəssisələrinin özəlləşdirilməsi yalnız
onların fəaliyyət profilinin ən azı üç il
müddətində, gənclərin təhsili,
tərbiyəsi, asudə vaxtının təşkili, fiziki
və mənəvi inkişafı ilə bağlı
fəaliyyət göstərən obyektlərdən isə on il müddətində saxlanması
şərti ilə həyata keçirilir.
16.3.
Bədən tərbiyəsi və idman müəssisə,
obyekt və qurğuları özəlləşdirilərkən
satıcı tərəfindən müəssisə, obyekt
və qurğunun fəaliyyət profilinin saxlanması
şərtləri irəli sürülə bilər.
16.4.
Dövlət
elmi müəssisələrinin özəlləşdirilməsi
onların profilini saxlamaq şərti ilə
aşağıdakı kimi həyata keçirilir:
həmin
müəssisələr kiçik müəssisələr
qrupuna aid edildiyi halda II Dövlət Proqramının 6.1-ci
bəndinə uyğun olaraq özəlləşdirilir.
Orta və iri müəssisələr qrupuna aid edildiyi halda
isə, onun səhmlərinin:
15%-i
əmək kollektivinə güzəştli satılır;
30%-i
nominal dəyəri ilə ilk növbədə əmək
kollektivinə təklif olunur;
55%-i
ixtisaslaşdırılmış
çek hərraclarına və ya investisiya
müsabiqəsinə yönəldilir.
Əmək
kollektivi ona təklif olunan səhm zərfi və ya
nizamnamə kapitalı hissəsini almaqdan imtina etdikdə,
həmin müəssisələr müvafiq olaraq II
Dövlət Proqramının 5.8-ci bəndində və 6.1-ci
bəndində göstərilən qaydada özəlləşdirilir.
16.5.
Dövlət müəssisələrinin özəlləşdirilməsi
prosesində radioaktiv, kimyəvi, partlayış, yanğın
və toksik cəhətdən təhlükəli
obyektlərdə işlərin təhlükəsiz aparılmasının və ekoloji amillərin
nəzərə alınması qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
16.6.
Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin
balansında olan mülki dövriyyədən
çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak,
xüsusi qiymətlilər və ya qiymətli metallar
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanlarının
sərəncamına verilir.
17. Özəlləşdİrmə
prosesİnİn İnformasİya-metodİkİ
təmİnatı
17.1.
Özəlləşdirmə prosesinin
informasiya-metodiki təminatı, o cümlədən
təbliğat-təşviqat işlərinin həyata
keçirilməsi Dövlət Xidməti və onun yerli
qurumları, eləcə də dövlət media
subyektləri tərəfindən aparılır.
Həmin
orqanlara əhalini aşağıdakı informasiyalarla
təmin etmək vəzifələri həvalə edilir.
özəlləşdirmənin mahiyyəti,
onun başlıca məqsədləri və əsas
vəzifələri, dövlət özəlləşdirmə
çekləri və opsionlarından
istifadə olunması haqqında;
səhmdarların
(payçıların) hüquqları və mülkiyyət
hüququnun qorunması haqqında;
müəssisələrin
təşkilati-hüquqi formasının dəyişdirilməsi
və özəlləşdirmənin
forma və üsulları haqqında;
özəlləşdirmənin gedişi,
hərraclar və müsabiqələr, onların
keçirildiyi yer, vaxt, hərraca çıxarılan
müəssisələrin səhmləri (hissələri)
haqqında və s.
17.2.
Özəlləşdirmənin
informasiya-metodiki təminatı sahəsində
vəzifələrin yerinə yetirilməsi üçün
bütün media vasitələrindən,
o cümlədən televiziya, radio, qəzetlər, jurnallar,
bülletenlər, plakatlardan və s. istifadə olunur.
17.3.
Dövlət media subyektləri Dövlət Xidməti
ilə birlikdə əhaliyə özəlləşdirmənin
gedişi barəsində mütəmadi olaraq məlumatlar
verirlər.
17.4.
Hərracların və müsabiqələrin keçirilməsinin
plan-qrafikləri, özəlləşdirilən
konkret müəssisələr haqqında məlumatlar, mediada
və xüsusi nəşrlərdə müsabiqənin,
hərracın və səhmlərin açıq
satışının keçirildiyi gündən azı 30
(otuz) gün əvvəl dərc edilir.
Xarici
investorların marağına səbəb
ola biləcək müəssisə və obyektlərin
satışa çıxarılması barədə
məlumatlar Dövlət Xidmətinin
"İnternet" şəbəkəsindəki saylı
vasitəsi ilə yayıla bilər.
17.5.
Özəlləşdirilən
müəssisələr haqqında aşağıdakı
məlumatlar hökmən dərc edilməlidir:
özəlləşdirilən
müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və
onun üzərində yerləşən tikililərin
xarakteristikası və onların öhdəliklərlə
yüklənməsi (əgər mövcuddursa);
müəssisənin
digər müəssisələrdə iştirak
payının (səhmlər, hissələr) həcmi;
qeyri-maddi
aktivlər (patent, ticarət markası və s.);
müəssisənin
öhdəlikləri (müqavilə, büdcə kredit
öhdəlikləri);
müəssisənin
buraxdığı məhsulların (işlərin,
xidmətlərin) əsas nomenklaturası;
işçilərin
sayı;
buraxılmış
səhmlərin nominal dəyəri;
müəssisənin
ekoloji vəziyyəti;
müəssisənin
səhmlərinin satışı üsulu;
səhmlərin
satışında qoyulan məhdudiyyətlər (bu cür
məhdudiyyətlər müəyyən edilmişsə);
alıcıları
maraqlandıran digər məlumatları
almaq qaydası.
17.6.
Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin
nəticələri haqqında məlumat 15 gün
müddətində mediada dərc olunmalıdır.
Bu məlumat özündə aşağıdakıları
əks etdirməlidir:
hərraca
çıxarılmış müəssisənin (obyektin)
yerləşdiyi ünvan;
hərracın
nəticələrinə görə dövlət
büdcəsinə ödənilməli olan pul vəsaitinin
məbləği;
hərracın
digər iştirakçıları ilə hesablaşmaların
aparılması qaydası və müddəti.
Özəlləşdirilmiş
müəssisə səhmdar cəmiyyətinə
çevrildiyi halda aşağıdakılar da göstərilməlidir:
səhmdar
cəmiyyətinin tam və qısaldılmış adı
və hüquqi ünvanı;
buraxılmış
səhmlərin ümumi sayı və növü;
satışa
çıxarılmış səhm zərfinin nominal
dəyəri və satış qiyməti;
satılmış
səhmlərin ümumi miqdarı və növü.
Dövlət
müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin
nəticələri haqqında məlumatda özəlləşdirmənin
ayrı-ayrı üsulları haqqında normativ hüquqi
aktlarda nəzərdə tutulmuş və ya bu üsulların
xüsusiyyətlərindən irəli
gələn müddəalar da göstərilə bilər.
18. Dövlət Xidməti
İlə dİgər İcra hakİmİyyətİ orqanları,
habelə İdarə, müəssİsə və
təşkİlatlar arasında qarşılıqlı
münasİbətlər
18.1.
II Dövlət Proqramı qəbul edildiyi gündən bir ay
müddətində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi özəlləşdirilməsi
nəzərdə tutulan müəssisələr (obyektlər)
və onların tabe olduqları icra hakimiyyəti orqanları
və təşkilatlar üçün icrası məcburi
olan tapşırıqlar müəyyən edir.
Bu
tapşırıqlar əsasında Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi konkret
müəssisə və obyektlərin özəlləşdirilməsi
müddətini, habelə onların yerinə yetirilməsinə
nəzarət qaydalarını və formalarını
müəyyən edərək, özəlləşdiriləcək
müəssisələrin və obyektlərin
siyahısını bu proqramın ikinci bölməsində
müəyyən edilmiş təsnifatlaşdırmaya
uyğun olaraq tərtib edir.
18.2.
Özəlləşdirmə prosesində
yaradılmış səhmdar cəmiyyəti Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti tərəfindən
dövlət qeydiyyatına alındığı andan və
kiçik müəssisələrin özəlləşdirilməsi
barədə qərar qəbul edildiyi andan müvafiq
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
həmin müəssisələr barəsində
səlahiyyətləri qüvvəsini itirir.
18.3. Özəlləşdirilən
dövlət müəssisə və obyektləri,
dövlət torpaqlarında, habelə özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi torpaq
sahələrində hüquqi və fiziki şəxslər
tərəfindən inşa edilmiş müəssisə
və obyektlərin əmlakı, dövlət müəssisələrindən
fiziki və hüquqi şəxslərə verilmiş
əmlak, özəlləşdirmə
nəticəsində yaradılan səhmdar
cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən
əmlakı, özəlləşdirilən
əmlak əsasında təsis edilən və sonradan
təşkilati-hüquqi formasını dəyişən
(ləğv edilən) hüquqi şəxslərin
əmlakı üzərində mülkiyyət
hüquqlarının rəsmiləşdirilməsi
və özəlləşdirimə
prosesində bağlanan əqdlərin
qanunvericiliklə müəyyən edilmiş qaydada
daşınmaz əmlakın dövlət reyestrində
dövlət qeydiyyatına alınması Dövlət
Xidməti tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada verilən hüquq
təsdiqedici sənədlər
əsasında həyata keçirilir.
18.4.
Azərbaycan Respublikasında daşınmaz dövlət
əmlakının Registri Dövlət
Xidməti tərəfindən aparılır.
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları,
dövlət şirkətləri, konsernləri, birlikləri,
idarələri, təşkilatları və
müəssisələri onların sərəncamında olan
daşınmaz dövlət əmlakı haqqında zəruri
olan bütün məlumatların müəyyən olunmuş
qaydada Dövlət Xidmətinə
təqdim olunmasını təmin etməlidirlər.
18.5.
Dövlət müəssisələri və birlikləri,
habelə mərkəzi və yerli icra hakimiyyəti
orqanları tərəfindən Dövlət Xidmətinin razılığı olmadan
təşkilati-hüquqi formasından asılı olmayaraq
hər hansı müəssisənin yaradılmasına,
ləğvinə və yenidən təşkil edilməsinə yol verilmir.
18.6.
Özəlləşdirmə zamanı
yaradılan və ya nizamnamə fonduna pay kimi dövlət
əmlakı qoyulan müəssisələr yalnız
açıq tipli səhmdar cəmiyyətləri formasında
yaradıla bilər.
Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 10 avqust
tarixli, 383 nömrəli Fərmanı ilə
təsdİq edİlmİşdİr
Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 avqust, № 8.- S. 3905-3925.