Azərbaycan
Respublikası Qadın Problemləri üzrə Dövlət
Komitəsi kollegiyasının tərkibi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 dekabr tarixli, 181
nömrəli qərarına dəyişikliklər və əlavələr
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Qadın Problemləri üzrə Dövlət
Komitəsinin kollegiyasının tərkibinin 7 nəfərə
çatdırılması və komitə
sədrinin birinci müavini Dilruba Cəbrayıl qızı
Camalovanın, komitənin beynəlxalq əlaqələr və
informasiya şöbəsinin müdiri Hicran Kamran
qızı Hüseynovanın kollegiyanın tərkibinə
daxil edilməsi barədə Qadın Problemləri üzrə
Dövlət Komitəsinin təklifi qəbul edilsin.
2. "Azərbaycan
Respublikası Qadın Problemləri üzrə Dövlət
Komitəsi kollegiyasının tərkibi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 dekabr tarixli, 181
nömrəli qərarının 1-ci bəndində
"5" rəqəmi "7" rəqəmi ilə əvəz
edilsin.
3. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasizadə
Bakı şəhəri,
29 avqust 2000-ci il
¹ 149
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –
S. 3982.