Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 31 may tarixli, 429 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

 

1. Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin mərkəzi aparatının ştat sayı 1 vahid artırılaraq 21 vahid müəyyən edilsin.

 

2. Azərbaycan Respublikasının Qadın problemləri üzrə Dövlət Komitəsi üçün 4 xidməti minik avtomobili limiti müəyyən edilsin.

 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Qadın Problemləri üzrə Dövlət Komitəsinin ştat sayının artırılması, 1 ədəd xidməti minik avtomobili alınması və onun saxlanılması ilə əlaqədar tələb olunan xərclərin ödənilməsi məqsədi ilə 2000-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan Komitəyə 40188.0 min (qırx milyon yüz səksən səkkiz min) manat vəsait ayrılmasını təmin etsin.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə

 

 

Bakı şəhəri, 29 avqust 2000-ci il

¹ 150

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3983.