Azərbaycan
Respublikasında gömrük fəaliyyətinin növləri
üzrə alınan yığımların miqdarları
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin müddəalarına
uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin müvafiq
olaraq 120-ci, 159-cu və 160-ci maddələri ilə müəyyən
olunmuş qaydada aşağıdakı gömrük fəaliyyəti
növləri üzrə alınan yığımların
miqdarları təsdiq edilsin:
bankların və
digər kredit təşkilatlarının Dövlət
Gömrük Komitəsinin apardığı reyestrə
salınmasına görə - 10.000.000 (on milyon) manat;
gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatlarının
verilməsi üçün - 500.000 (beş yüz min) manat;
gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə verilmiş ixtisas
attestatlarının fəaliyyətinin bərpa edilməsinə görə - 750.000 (yeddi
yüz əlli min) manat.
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasizadə
Bakı şəhəri,
29 avqust 2000-ci il
¹ 151
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –
S. 3983.