Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Dövlət
rüsumunun dərəcələri və ödənilməsi
qaydası haqqında" 1995-ci il 29 iyun tarixli, 156 nömrəli
qərarına əlavələr edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin
və əcnəbilərin xüsusi sənədlərinin
nümunələrinin təsdiq edilməsi haqqında"
2000-ci il 15 iyul tarixli, 372 nömrəli Fərmanının
2-ci bəndinin 3-cü abzasının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və əcnəbilərin xüsusi
sənədlərinin nümunələrinin təsdiq edilməsi
haqqında" 2000-ci il 15 iyul tarixli, 372 nömrəli Fərmanının
2-ci bəndinin 3-cü abzasının icrasını təmin
etmək məqsədi ilə "Dövlət rüsumunun dərəcələri
və ödənilməsi qaydası haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyun tarixli, 156
nömrəli qərarının 1-ci bölməsinin 5-ci bəndinə
aşağıdakı redaksiyada "v", "y",
"z" yarımbəndləri əlavə edilsin:
"v)
Azərbaycan Respublikasının hüdudlarında istifadə
edilməsi üçün 16 yaşına çatdıqdan
sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə
aylıq gəlirin vergi tutulmayan məbləğinin
0.3 misli miqdarında;
y)
Azərbaycan Respublikasının hüdudlarından
kənara getməsi üçün Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə
aylıq gəlirin vergi tutulmayan məbləğinin
0.5 misli miqdarında;
z)
Azərbaycan Respublikasında 30 gündən artıq
yaşamaq istəyən əcnəbinin qeydiyyata
alınması haqqında vəsiqə verilməsinə
görə
aylıq gəlirin vergi tutulmayan məbləğinin
0.5 misli miqdarında."
2.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasizadə
Bakı
şəhəri, 30 avqust 2000-ci il
¹
153
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –
S. 3984-3985.