Ordudan
tərxis olunmuş gənclərin məşğulluğu ilə
bağlı
DÖVLƏT
PROQRAMI
I.
Proqramın əsaslandırılması
Hәr bir ölkədə
ordudan tәrxis olunmuş gәnclәrin
xüsusi diqqət və qayğıya ehtiyacı olur. Hərbi
nizamnamə tәlәblәri
baxımından adi həyat tərzindən fәrqlәnәn
ordu xidməti dövrünü başa vurmuş bu
insanların cәmiyyәtә
sosial-psixoloji adaptasiyası və fәal
həyata qoşulması üçün çevik dövlәt siyasətinin formalaşdırılması
olduqca vacibdir.
Ordudan
tərxis olunan gәnclәrin ən
mühüm problemlərindən biri
onların məşğulluğu -yeni ixtisaslara yiyәlәnmәsi və işlә
təmin olunmalarıdır. Məşğulluq
problemlərinin həlli istiqamәtindә
hәyata keçirilən tədbirlər
sosial-iqtisadi xarakter daşımaqla yanaşı, həm də
gәnclәrin hərbi-vәtәnpәrvәrlik
tәrbiyәsi baxımından
mühüm әhәmiyyәt kәsb edir.
Bu
Proqram "Dövlәt gənclər siyasәti haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli, 169 nömrəli
Fərmanı ilə tәsdiq edilmiş
"Azәrbaycan Respublikasında dövlət
gәnclәr siyasətinin həyata
keçirilməsi ilə bağlı tәdbirlәr
planı"nın III bölməsinin
1-ci bәndinә uyğun olaraq hazırlanmışdır. 2001-2005-ci illəri
әhatә edən Proqramda ordudan tərxis
olunmuş gənclərin mәşğulluğunun
təmin edilmәsi istiqamәtindә
konkret tәdbirlәrin həyata
keçirilməsi nәzәrdә tutulmuşdur.
II.
Proqramın məqsədi
Hazırlanmış
Proqramda qarşıya qoyulan əsas məqsəd ordudan tərxis
olunmuş gənclərin fəal həyata qoşulması,
onların məşğulluq probleminin həll olunması
mexanizmini və yollarını müəyyənləşdirmək,
bu sahәdә görülən tədbirlərdən
gənclər arasında vәtәnpәrvәrlik
tərbiyəsi işində istifadə etməkdir.
Proqramın
reallaşdırılması
üçün aşağıdakı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulmuşdur:
III.
Ordudan tərxis olunmuş gәnclәrin
məşğulluğu ilә
bağlı
TƏDBİRLƏR
PLANI


Azәrbaycan Respublikası
Nazirlәr Kabinetinin
2000-ci
il 23 avqust tarixli, 164s nömrəli sәrәncamı
ilə
Tәsdiq
Edilmişdir
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000.– 31 avqust, ¹ 8.– S.
3989-3991.