Nəşriyyat
işi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən
edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata
keçirilməsi ilə əlaqədar nəşriyyat
işinin subyektləri arasında münasibətləri tənzimləyir,
onların hüquq və vəzifələrini müəyyən
edir.
I
fəsil
Ümumi
müddəalar
Maddə
1. Əsas anlayışlar
Bu
Qanunda istifadə edilən əsas anlayışlar
aşağıdakı mənaları istifadə edir:
nəşriyyat
- əsas fəaliyyət sahəsi müəllifə
sifariş verməklə və ya müəllifin (müəlliflik
hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının
hazırlanması, istehsalı və (və ya)
yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət
müəssisəsi;
dövlət
nəşriyyatı - dövlət təşkilatlarının
təsis etdiyi və yaxud onların təşkilat
strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat
bölmələri;
qeyri-dövlət
nəşriyyatları - xüsusi mülkiyyət və ya bələdiyyə
mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar;
nəşriyyat
işi - nəşriyyat məhsullarının
hazırlanması, istehsalı və yayımı ilə məşğul
olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq
və istehsalat-təsərrüfat fəaliyyətini əhatə
edən ictimai münasibətlər sahəsi;
naşir
- nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən
təmin edən (maliyyələşdirən)
nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə
ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs;
nəşriyyat
məhsulu - çap üsulundan və formasından
asılı olmayaraq nəşriyyatların (naşirlərin)
sifarişi ilə istehlakçı üçün nəzərdə
tutulan kitab, broşür, albom, plakat,
buklet, açıqca, elektron nəşrlər və digər
nəşriyyat məhsullarının məcmusu;
çap
məhsulu - poliqrafiya müəssisələrində çap
texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər,
nəşriyyat məhsulları (elektron nəşrlərdən
başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının
məcmusu;
nəşriyyat
məhsulunu istehsal edən - nəşriyyatın (naşirin)
sifarişi əsasında nəşriyyat məhsulunun
tirajının, yaxud tirajın bir hissəsinin
istehsalını və buraxılışını təmin
edən fiziki və ya hüquqi şəxs;
yayıcı
- nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla,
yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının
yayılmasını və
satışını həyata keçirilən fiziki və
ya hüquqi şəxs;
sifarişçi
- maliyyə obyektlərini üzərinə götürməklə
nəşriyyat məhsulunun hazırlanmasını,
istehsalını və yayımını sifariş edən
fiziki və ya hüquqi şəxs;
tiraj
- nəşr nüsxələrinin miqdarı;
kitabın
beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın
kitabının və ya broşürünün
beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;
nəşr
- nəşriyyat prosesindən keçirilərək texniki
vasitələrin köməyilə
sayı çoxaldılan yazılı və audiovizual formada
bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat
məhsulu;
redaktə
- nəşriyyat (naşir) tərəfindən müəllifə
(müəlliflərə və tərtibçilərə)
verilmiş sifariş əsasında, yaxud müəlliflərin
özünün təqdimatı ilə nəşriyyata daxil
olmuş əsərin müəllifin razılığı ilə
elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik,
əlavə və düzəlişlər etməklə nəşrə
hazırlanması;
nəşriyyat
redaksiyası - nəşriyyat məhsullarının
hazırlanması ilə məşğul olan, əsərləri
çap üçün hazırlayan əsas struktur bölmə;
redaktor
- nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında
kənardan cəlb olunan, nəşriyyat əlyazmasının
mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən
işləyib nəşrə hazırlayan aparıcı
mütəxəssis;
nəşriyyat
proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə
uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və
təsdiq etdiyi rüblük, illik və çoxillik tematik
layihə;
zəruri
nəşrlər - siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən və
dövlət ehtiyaclarını təmin etmək
üçün nəzərdə tutulan üstün nəşrlər;
nəşriyyat
işinin subyektləri - nəşriyyatlar (naşirlər),
müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat
məhsullarının sifarişçiləri və
yayıcıları;
kitabın
pirat nüsxəsi – “Əqli mülkiyyət
hüquqlarının təminatı və piratçılığa
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, kitabın hüquq
sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən)
və yayılan nüsxəsi.
Maddə
2. Nəşriyyat işi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Nəşriyyat
işi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdən ibarətdir.
Maddə
3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin
əsas prinsipləri və dövlətin vəzifələri
Nəşriyyat
işi sahəsində dövlət siyasətinin əsas
prinsipləri aşağıdakılardır:
nəşriyyat
işi sahəsində sərbəstliyin təmin edilməsi;
nəşriyyat
işinin maddi-texniki bazasının, təşkilati, hüquqi
və elmi əsaslarının möhkəmləndirilməsinə,
milli kitab nəşrinin inkişafına yardım edilməsi.
Nəşriyyat
işi sahəsində dövlətin əsas vəzifələri
aşağıdakılardır:
nəşriyyat
işinin inkişafına dair dövlət proqramının
hazırlanması və həyata keçirilməsi;
nəşriyyat
işi sahəsində inhisarçılığın
qarşısının alınması;
əhalini,
təhsil müəssisələrini və kitabxanaları
latın əlifbası ilə nəşr olunmuş kitablara təmin
etmək məqsədilə xüsusi dövlət
proqramının hazırlanması və həyata
keçirilməsi;
Azərbaycan
xalqının klassik irsi və milli-mənəvi sərvətləri
sayılan əsərlərin dövlət sifarişi əsasında
nəşrinin həyata keçirilməsi, bu məqsədlə
güzəştli kreditlər və dövlət tərəfindən
qrantların ayrılması;
nəşriyyatların
maddi-texniki bazasının genişləndirilməsinin,
poliqrafiya sənayesinin inkişafının, nəşriyyat məhsullarının
satışının stimullaşdırılması
və kənd yerlərində kitab yayımının təmin
edilməsi;
idarə,
müəssisə və təşkilatların dövlət
dilində olan zəruri nəşrlərlə təmin edilməsi;
milli-mədəni
sərvətləri əks etdirən kitabların dünya
miqyasında təbliği məqsədilə onların tərcüməsi,
nəşri və yayılmasının stimullaşdırılması;
mətbuatın
dövlət statistikasını aparmaqla, əhalinin və
bazarın nəşriyyat məhsullarına olan tələbatını,
ehtiyaclarını və təkliflərini öyrənməklə
nəşriyyatların işinin istiqamətləndirilməsi;
Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar
arasında dövlət satınalmaları keçirtməklə
dövlət sifarişli dərsliklərin
nəşrinin təmin edilməsi;
uşaq
ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə
ədəbiyyatı, lüğət və
ensiklopediyaların, yazılı və şifahi mədəniyyət
abidələrinin nəşrinə əlavə güzəştlərin
müəyyən edilməsi;
milli
universal ensiklopediya nəşrinin dövlət vəsaiti
hesabına həyata keçirilməsi;
qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti,
habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi
ilə bağlı nəşriyyat məhsullarının
istehsalının dövlət sifarişi əsasında həyata
keçirilməsi;
Azərbaycan
Respublikasını xarici ölkələrdə təbliğ
etmək məqsədilə xarici dillərdə buraxılan zəruri
nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi.
Nəşriyyat
işi sahəsində dövlət siyasətini müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
Maddə
4. Nəşriyyat işinin sərbəstliyi
Nəşr
üçün nəzərdə tutulmuş əsərlərin,
əlyazmaların və digər materialların senzurasına
yol verilmir.
Nəşriyyat
materiallarının müəllif deyilərsə, dövlət
orqanlarının, müəssisə və təşkilatların,
ictimai birliklərin, siyasi partiyaların,
habelə vəzifəli şəxslərin nəşrə
hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını
tələb etmək və yayılmasını
qadağan etmək hüququ yoxdur.
Nəşriyyatlar,
poliqrafiya müəssisələri, yayıcılar tematik plan
və proqram hazırlamaqda, mövzu və müəlliflər
seçməkdə, nəşrlərin tirajını, qiymətini
və ticarət əlavələrini (güzəştlərini)
müəyyən etməkdə (dövlət proqramları əsasında
hazırlanan, maliyyələşdirilən
nəşrlərdən başqa), öz aralarında və digər
hüquqi və fiziki şəxslərlə əlaqə
formalarını müəyyənləşdirməkdə
tam sərbəstidirlər.
Materialların
hazırlanması zamanı tərcümə və müəllif
mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə
yol verilə bilər.
Maddə
5. Nəşriyyat işinin sərbəstliyindən
sui-istifadənin yolverilməzliyi
Nəşriyyat
işinin subyektlərinin hazırladıqları,
istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında
dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı
dövlət quruluşunu zorakılıqla devirməyə,
yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə,
dövlətin bütövlüyünə qəsd etməyə,
müharibəni, zorakılığı, milli, irqi, dini
müstəsnalığı, dözülməzliyi, sosial ədavəti
təbliğ etməyə, habelə pornoqrafik xarakterli
materialları nəşr etməyə və yaymağa,
böhtan atmağa və digər qanun pozuntularına
çağırışlara yol verilmir.
II
fəsil
Nəşriyyat
İşinin təşkili və həyata keçirilməsi
Maddə
6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati-hüquqi
formaları
Nəşriyyat
işi sahəsində fəaliyyət mülkiyyətin
bütün növlərinə əsaslanan müxtəlif təşkilati-hüquqi
formalarda həyata keçirilə bilər.
Maddə
7. Nəşriyyat işi subyektlərinin dövlət
qeydiyyatı
Nəşriyyat
(naşir), çap məhsullarını hazırlayan və
yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq dövlət qeydiyyatına alınırlar.
Maddə
8. Təsisçi (həmtəsisçi)
Hüquqi
və fiziki şəxslər nəşriyyatların,
poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri
(həmtəsisçiləri) ola bilərlər. Xarici
hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının bağladığı dövlətlərarası
müqavilələrdə müəyyənləşdirilmiş
hallarda təsisçi (həmtəsisçi) ola bilərlər.
Təsisçi
ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab
ticarəti və təchizat müəssisəsi
arasındakı münasibətlər nizamnamə, təsis
müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir.
Təsisçi
nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir,
onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə
tutulan hallarda məhkəmədə iddiaçı və ya
cavabdeh kimi iştirak edir.
Təsisçi
eni zamanda nəşriyyat məhsulunun naşiri,
istehsalçısı və yayıcısı ola bilər.
Maddə
9. Nəşriyyatın (naşirin) hüquq və vəzifələri
Nəşriyyatın
(naşirin) aşağıdakı hüquqları vardır:
nəşriyyat
məhsulu buraxılışının proqramını tərtib
və təsdiq etmək;
nəşriyyat
proqramını və müqavilə öhdəliklərinin
yerinə yetirilməsini təmin edəcək
göstəriciləri müəyyənləşdirib
öz redaksiyaları və digər struktur bölmələri
arasında paylaşdırmaq;
nizamnaməsində
göstərilən fəaliyyət istiqamətlərinə
(ixtisas yönünə) uyğun olaraq hər hansı bir
mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi
xarakterli əsərlərin yaradılması ilə
bağlı sifariş almaq və vermək;
müəlliflərlə
müəllif müqavilələri bağlamaq;
müəlliflərin
əsərlərindən başqa ölkələrdə
və xarici müəlliflərin əsərlərindən
Azərbaycan Respublikasında istifadə edilməsi
üçün müəlliflərin icazəsi ilə xarici
hüquqi və fiziki şəxslərlə müəllif
müqavilələrinin bağlanmasında
vasitəçi kimi iştirak etmək;
xarici
ölkələrin hüquqi və fiziki şəxsləri ilə
qanunvericiliyə uyğun olaraq müqavilələr
bağlamaq;
çap
məhsulunun hazırlayanı və yayıcısı qismində
çıxış etmək;
Azərbaycan
Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə
müvafiq olaraq digər istehsalat-təsərrüfat fəaliyyətini
həyata keçirmək;
nəşriyyat
tərəfindən hazırlanmış elmi, bədii və
incəsənət əsərlərini müəyyən
edilmiş qaydada dövlət mükafatlarına, ictimai və
beynəlxalq mükafatlara təqdim etmək;
müəyyən
edilmiş qaydada beynəlxalq təşkilatların işində
iştirak etmək, öz nəşrlərini milli və beynəlxalq
müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim
etmək.
Nəşriyyatın
(naşirin) aşağıdakı vəzifələri
vardır:
istehlak
ehtiyaclarının ödənilməsini
təmin etmək;
öz
məhsullarını dövlət standartlarına müvafiq tərtib
etmək;
müəlliflik
hüququna, dövlət standartlarının və beynəlxalq
standartların tələblərinə, nəşriyyat
işini tənzimləyən normativ hüquqi aktlara əməl
etmək;
nəşriyyat
məhsulları haqqında dövlət hesabatını və
məlumatı müəyyən olunmuş qaydada təqdim etmək.
Nəşriyyat
(naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqlardan da istifadə edir və vəzifələr
daşıyır.
Poliqrafiya
müəssisələri nəşriyyat məhsulu
sayılmayan digər çap məhsullarının
istehsalını qanunvericiliklə müəyyən olunmuş
qaydada həyata keçirirlər.
Müqavilədə
başqa hal nəzərdə tutulmayıbsa,
nəşriyyat öz məhsullarının
buraxılışına görə tam məsuliyyət
daşıyır.
Nəşriyyat
dövri mətbu orqanın təsisçisi kimi
çıxış etdikdə “Media haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl etməlidir.
Maddə
10. Nəşriyyat məhsullarının istehsal edənin
hüquq və vəzifələri
Poliqrafiya
müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma
və ya müvafiq texniki vasitələr olan digər hüquqi
və fiziki şəxslər nəşriyyat məhsullarını
istehsal edə bilərlər.
Nəşriyyat
məhsullarını istehsal, edən poliqrafiya müəssisələri
nəşriyyatdan və naşirlərdən daxil olan
sifarişlər əsasında nəşriyyat məhsullarının
istehsalını və buraxılışını həyata
keçirə bilərlər.
Sifarişlərin
yerinə yetirilməsinin şərtləri
və müddəti tərəflər arasındakı
müqavilə ilə müəyyən edilir.
Nəşriyyat
məhsullarını istehsal edən poliqrafiya müəssisəsi
poliqrafiya sahəsində dövlət standartlarına və
beynəlxalq standartlara, texniki şərtlərə və
normativ hüquqi aktlara əməl etməlidir.
Qanunvericilikdə
nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu
istehsal edən poliqrafiya müəssisəsi nəşrin
hazırlanmış tirajını və ya onun bir hissəsini,
nəşrin orijinal nüsxəsini, maket və fotoları və
ya çap formalarını sifarişçinin icazəsi
olmadan başqasına verə, habelə nəşrin əlavə
və təkrar tirajını çap edə bilməz.
Maddə
11. Sifarişçinin hüquq və vəzifələri
Hər
bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə
tutulmuş qaydada nəşriyyat məhsulunun
sifarişçisi ola bilər.
Sifarişçi
qismində müəlliflər (həmmüəlliflər),
tərtibçilər (həmtərtibçilər)
və tərcüməçilər redaksiya-nəşriyyat
işlənməsi, hazırlanması və
buraxılışı üçün
aşağıdakı materialları nəşriyyatı
(naşirə) təqdim edə bilər:
belletristik,
ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və
texniki səciyyəli əsərlər;
çıxışlar,
mühazirələr, nitqlər, məruzələr, moizələr;
mətnli
və mətnsiz musiqi əsərləri;
dram,
musiqili dram əsərləri;
tətbiqi
sənət əsərləri;
fotolar,
illüstrasiyalar, xəritələr, planlar, eskizlər;
tərcümələr,
işləmələr, annotasiyalar, icmallar, xülasələr,
əsərlərin digər işləmələri
və əsasında törəmə əsərlər
yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri;
almanaxlar,
antologiyalar, ensiklopediyalar və digər toplular;
digər
əsərlər.
Sifarişçi
nəşrin dilini, həcmini, tirajını müəyyən
edir və onun istifadə və yayımı qaydasını
müstəqil həll edir.
Naşir
nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə)
öz məhsulunun hazırlanmasını,
yayıcıya isə həmin məhsulun yayılmasını
sifariş edə bilər.
Verilmiş
sifarişlərin icra şərtləri, tərəflərin
hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya sifariş
obyektinin mülkiyyətçisi olan şəxs,
sifarişçi, naşir, çap məhsulunu hazırlayan və
yayıcı arasında qanunvericiliyə uyğun
bağlanmış müqavilə ilə müəyyən
edilir.
Maddə
12. Xüsusi şərtlər
Naşir,
müəllif, çap məhsulunu hazırlayan poliqrafiya
müəssisəsi və onun yayıcısı olan kitab ticarəti
təşkilatları öz müqavilə öhdəliklərində
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan
xüsusi şərtlər də müəyyən edə bilərlər.
Maddə
13. Mühafizə prinsipli sənədlərin nəşri
Dövlət
əhəmiyyətli sənədlərin, qiymətli
kağızların, nömrəli çap məhsullarının
nəşrinin qaydaları və şərtləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə
14. Nəşrdən imtina
Müqavilə
öhdəliklərinin pozulma
faktının məhkəmə tərəfindən müəyyənləşdirildiyi hallardan
başqa, heç kəs nəşriyyatı (naşiri)
çapından imtina olunmuş əlyazmaları, yaxud digər
materialları çap etməyə məcbur edə bilməz.
Maddə
15. Müəllif nəşrləri
Vətəndaşlar
və təşkilatlar öz əlyazmalarını və digər
materialları öz hesablarına və müəllif redaktəsi
ilə çap etdirə bilərlər.
Maddə
16. Nəşriyyat məhsulunun buraxılışı
Nəşriyyat
məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi,
digər hüquqi və fiziki şəxslər) nəşriyyatın
(naşirin), yaxud onun nümayəndəsinin
razılığı olmadan nəşriyyat məhsulunu buraxa
bilməzlər.
Maddə
17. Nəşriyyat işi sahəsində reklam
17.1.
Mülkiyyət formasından asılı olmayaraq reklam
yayıcısı nəşriyyat məhsullarındakı
reklam yerinin ən azı səkkiz faizini sosial reklam
üçün ayırmağa borcludur.
17.2.
Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə
yerləşdirilən reklam müvafiq
olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə
verilməlidir. Bu cür nəşrlərdə
yerləşdirilən reklam dövri mətbu
nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin
üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində
verilən reklam istisna olmaqla).
17.3.
Yetkinlik yaşına çatmayanlar
üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə
alkoqollu içkilərin, yetkinlik yaşına çatmayanlar
üçün nəzərdə tutulmuş dövri mətbu
nəşrlərdə, həmçinin onlara aid olmayan əmtəələrin
reklamı yerləşdirilə bilməz.
17.4.
Dərslikdə, dərs vəsaitində, tədris
materialında, məktəb gündəliyində, dəftərdə,
albomda, yetkinlik yaşına çatmayanlar
üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
17.5.
Dövri mətbu nəşrin üz və arxa
qabığında, internet informasiya ehtiyatlarının ön
səhifəsində tündlüyü 5 faizdən yuxarı
olan alkoqollu içkilərin reklamı yerləşdirilə
bilməz.
17.6.
Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda
(anonslarda) əmtəə nişanının, reklamvericinin,
sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
17.7.
Audiovizual məhsulların qabının üzərində
“reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır.
17.8.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, əmtəənin bazarda satılması məqsədi
daşımayan və sosial reklam olmayan redaksiya-nəşr
materiallarına həmin Qanunun tələbləri şamil
olunmur.
Maddə
18. Buraxılış məlumatı
Hazır
məhsulun hər nüsxəsində aşağıdakı
məlumatlar olmalıdır:
nəşriyyatın
və çap məhsulunu hazırlayanın adı,
ünvanı, xüsusi razılığın nömrəsi və
verilmə tarixi;
buraxılış
yeri və ili;
əlyazmanın
yığıma verdiyi və çapa imzalandığı
tarix;
hesab-nəşriyyat
həcmi;
fiziki
həcmi;
formatı;
səhifələrin
sayı;
kağızın
tipi;
şriftin
növü (qarnituru);
çap
üsulu;
tiraj;
qiyməti,
yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi.
Nəşriyyat
məhsullarında beynəlxalq kitab kodu, müəlliflik
hüququnu göstərən nişan (işarə), standarta
uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də
qeyd olunmalıdır.
Buraxılış
məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.
Maddə
19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət
hüququ
19.1.
Nəşriyyat məhsulunun hazırlanması və
istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar
yaradılmış məhsul üzərində əqli
mülkiyyət hüququ nəşriyyata (naşirə) məxsusdur.
19.2.
Nəşriyyat işi sahəsində əqli mülkiyyət
hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli
mülkiyyət hüquqları sahiblərinin
maraqlarının qorunması və bu sahədə
hüquqpozmaların, o cümlədən müvafiq əqli
mülkiyyət obyektlərinin elektron və kağız daşıyıcılarda nüsxələrinin
qeyri-qanuni hazırlanması (istehsalı) və yayılmasının qarşısının
alınması ilə bağlı yaranan münasibətlər
“Əqli mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.
Maddə
20. Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların
məsuliyyəti
Nəşriyyat
və nəşriyyat işinin subyektləri:
müəlliflik
hüququ ilə qorunan əsərlərin müəlliflik
müqaviləsi olmadan istehsalına;
naşirlik
fəaliyyətinin dayandırılması
haqqında qərar qəbul olunduqdan sonra
işin davam etdirilməsinə;
dövlət
standartlarını pozmaqla məhsul istehsal edilməsinə
görə inzibati və maddi məsuliyyət
daşıyır.
Nəşr
olunmuş, müəlliflik hüququ ilə qorunan obyektlərin
hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam,
yaxud qismən surətinin çıxarıldığı
(çap edildiyi) hallarda zərər çəkən
hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin
edilir.
Nəşriyyat
hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin
poliqrafiya müəssisələri tərəfindən
çapına, kitab ticarəti müəssisələri tərəfindən
yayımına, həmçinin dövlət
standartlarını pozaraq buraxılış məlumatları
olmadan nəşrinə yol vermiş fiziki və hüquqi
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Uşaqlar
arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın
istehsalçısı və yayıcısı
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələblərə riayət
etməyə borcludur.
Maddə
21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi
Nəşriyyat
fəaliyyətinə:
təsisçinin
qərarı ilə;
bu
Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda
məhkəmənin qərarı ilə xitam verilə bilər.
Maddə
22. Məcburi nüsxələr
Nəşriyyat
məhsulunu və digər çap məhsullarını
hazırlayan müəssisə sifarişçinin hesabına
buraxılmış hər bir nəşrin pulsuz məcburi
nüsxələrini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi quruma (qəzet və
jurnalların məcburi nüsxələrini), həmçinin
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsində müəyyən edilmiş qaydada
müvafiq kitabxanalara, ödənişli nüsxələri isə
müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə
və təşkilatlara göndərir.
Məcburi
nüsxələr nəşrin ümumi tirajına daxildir.
Maddə
23. Nəşriyyat məhsullarının yayım qaydası
Müəlliflik
müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, çap məhsulunun
yayımı naşir, yaxud onun nümayəndəsi
buraxılışa icazə verdikdən sonra
mümkündür.
Nəşriyyat
məhsulunun yayımı aralarındakı
razılaşmaya əsasən təsisçi, naşir, nəşriyyat
məhsulunu hazırlayan və müəllif tərəfindən,
yaxud müqavilə və ya digər qanuni əsaslarla
hüquqi və fiziki şəxslər tərəfindən həyata
keçirilə bilər.
Maddə
24. Nəşriyyat işinin maliyyələşdirilməsi
Nəşriyyat
işinin subyektləri:
dövlət
büdcəsindən qanunvericilikdə müəyyən
edilmiş ayırmalar;
təsisçinin
vəsaiti;
sponsorun
vəsaiti;
hüquqi
və fiziki şəxslərin ianələri;
dövlət
və ictimai təşkilatlardan ayrılmış qrantlar;
nəşriyyatların
(naşirlərin) sahibkarlıq fəaliyyətindən əldə
etdikləri gəlirlər;
qanunvericiliklə
qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilərlər.
Maddə
25. Dövlət Kitab Palatası
Azərbaycan
Respublikasında buraxılmış bütün çap məhsulları
növlərinin toplanmasını,
onların biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını,
nəşriyyat fəaliyyəti sahəsində
inkişafın dinamikasını göstərən statistik
materialların hazırlanmasını və
mətbuatın dövlət statistikasının aparılmasını Kitab Palatası həyata
keçirir. Kitab Palatası öz nizamnaməsi əsasında
fəaliyyət göstərir və dövlət büdcəsindən
maliyyələşdirilir.
Kitab
Palatası özəlləşdirilə
bilməz.
Maddə
26. Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan
Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi
inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini,
həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini
özündə əks etdirməklə
yaradılan, büdcədən maliyyələşdirilən
universal, milli, elmi nəşriyyat müəssisəsidir.
Azərbaycanın
elmi və mədəni sərvətlərini özündə
əks etdirən Azərbaycanın Milli Ensiklopediyası Azərbaycan
xalqının milli sərvətidir.
Azərbaycan
Milli Ensiklopediyası:
dövlət
proqramına uyğun olaraq milli-universal və sahə
ensiklopediyalarının, ensiklopedik məlumat və sorğu
kitablarının, müxtəlif lüğətlərin nəşrini
həyata keçirir;
öz
fəaliyyətini genişləndirmək
və inkişaf etdirmək üçün qanunvericiliklə
müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə
müqavilələr bağlayır;
ölkədə
universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat
ədəbiyyatının nəşrini koordinasiya edir;
Azərbaycanı
təbliğ edən informasiyaları toplayır,
hazırlayır və onların ölkə daxilində və
xaricdə yayılmasını təmin
edir, informasiya mübadiləsi ilə məşğul olur;
ensiklopedik
nəşrlərdə bağlı beynəlxalq tədbirlərdə,
sərgi və yarmarkalarda iştirak edir.
Dövlət
təşkilatları, elmi müəssisələr Azərbaycan
Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin
hazırlanması üçün zəruri olan sənəd və
məlumatları, başqa informasiyaları təqdim etməlidirlər.
Maddə
27. Kitabxana Kollektoru
Kitabxana
Kollektoru aşağıdakı vəzifələri həyata
keçirir:
dövlət
proqramına uyğun olaraq nəşr olunmuş kitab məhsulları
ilə dövlət və qeyri-dövlət
kitabxanalarının fondlarını zənginləşdirir;
elm
və təhsil müəssisələrinin, dövlət təşkilatlarının,
idarə və müəssisələrin, özəl qurumların,
icra hakimiyyəti orqanlarının, bələdiyyələrin
sifarişləri əsasında nəşriyyat məhsullarını
əldə edərək onların kitabxanalarının təchiz
olunmasına köməklik göstərir;
kitabxanaların
və oxucuların nəşriyyat məhsullarına olan tələbatını
öyrənir, bu sahədə sosioloji sorğular aparır və
onun nəticələri barədə əlaqədar təşkilatlara
məlumat verir;
öz
fəaliyyətini genişləndirmək
və inkişaf etdirmək üçün mülkiyyət
formasından asılı olmayaraq qanunvericiliklə müəyyən
olunmuş qaydada hüquqi və fiziki şəxslərlə
müqavilələr bağlayır;
xarici
ölkələrin kitabxana kollektorları ilə əməkdaşlıq
edir, qanunvericilikdə müəyyən olunmuş qaydada nəşriyyat
məhsullarının ölkəyə gətirilməsini
və xaricə göndərilməsini təmin
edir.
III
fəsil
Yekun
müddəaları
Maddə
28. Beynəlxalq əməkdaşlıq
Nəşriyyat
işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrə
əsasən həyata keçirilir.
Bu
Qanunla Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq
müqavilələr tətbiq edilir.
Maddə
29. Bu Qanunun pozulmasına görə məsuliyyət
Qanunu
pozan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 30 may 2000-ci il
¹
887-IQ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3084-3093.