Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin
təmin edilməsinin hüquqi əsaslarını müəyyən
edir, ölçmə vasitələrinin işlənib
hazırlanması, istehsalı, yoxlanması, sınağı,
istismarı, təmiri, satışı, idxalı və
ixracı sahəsində münasibətləri tənzim edir.
Maddə
1. Əsas anlayışlar
1.0.
Bu qanunda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1.
ölçmələrin vəhdəti - ölçmələrin
elə vəziyyətidir ki, onların nəticələri qəbul
edilmiş vahidlərlə ifadə olunur və ölçmələrin
xətaları müəyyən edilmiş sərhədlərdə
yerləşir;
1.0.2.
metroloji xidmət - ölçmələrin vəhdətinin təmin
edilməsinə yönəldilmiş iş növləri və
fəaliyyət subyektləridir;
1.0.3.
ölçmə vasitələri - ölçmələrdə
istifadə edilən və normalaşdırılmış
metroloji xassələrə malik olan texniki vasitələrdir;
1.0.4.
kəmiyyət vahidinin etalonu - ölçünün kəmiyyətini
saxlayan və bu kəmiyyətin digər ölçmə
vasitələrinə ötürülməsini təmin edən
xüsusi hazırlanmış və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş ölçmə
vasitələridir;
1.0.5.
dövlət kəmiyyət vahidinin etalonu - Azərbaycan
Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş
ilkin etalondur;
1.0.6.
ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə normativ sənədlər (metroloji qayda və
normalar) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş dövlət standartları, qaydalar,
tövsiyyələr, təlimatlar, həmçinin
qanunvericiliyə uyğun qaydada tətbiq edilən dövlətlərarası
və beynəlxalq standartlar;
1.0.7.
metroloji nəzarət - müəyyən edilmiş metroloji
qayda və normalara əməl edilməsinin yoxlanması məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı, yaxud hüquqi
şəxslərin metroloji xidmətləri tərəfindən
həyata keçirilən fəaliyyətdir;
1.0.8.
ölçmə vasitələrinin müqayisəli
yoxlanması - ölçmə vasitələrinin müəyyən
edilmiş texniki tələblərə uyğunluğunun təyin
və təsdiq edilməsi məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanı, yaxud bu səlahiyyətlər
verilmiş hüquqi şəxslərin metroloji xidmətləri
tərəfindən yerinə yetirilən əməliyyatların
məcmusudur;
1.0.9.
ölçmə vasitələrinin tipinin təsdiq edilməsi
haqqında sertifikat - ölçmə vasitələrinin
tipinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq
edilməsi, müəyyən edilmiş tələblərə
uyğun olması haqqında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilən sənəddir;
1.0.10.
ölçmə vasitələrinin müqayisəli
yoxlanması hüququnun verilməsi - müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müqayisəli yoxlama işlərinin
yerinə yetirilməsi səlahiyyətlərinin rəsmi
tanınmasıdır;
1.0.11.
ölçmə vasitələrinin kalibrlənməsi -
dövlət metroloji nəzarətinə aid olmayan
ölçmə vasitələrinin tətbiq olunması
yararlığının müəyyən edilməsi və təsdiqi
məqsədi ilə yerinə yetirilən əməliyyatların
məcmusudur;
1.0.12.
kalibrlənmə haqqında sertifikat - kalibrlənməni həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı, yaxud bu səlahiyyətlər
verilmiş hüquqi şəxslərin metroloji xidmətləri
tərəfindən ölçmə vasitələrinin
kalibrlənməsi nəticələrinin təsdiq edilməsi
haqqında verilən sənəddir;
1.0.13.
ölçmələrin yerinə yetirilməsi
üsulları - ölçmələrin nəticələrinin
məlum xəta ilə alınmasını təmin edən əməliyyat
və qaydalardır.
Maddə
2. Ölçmə vəhdətinin təmin edilməsi
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Ölçmə
vəhdətinin təmin edilməsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi bu Qanundan, ona uyğun qəbul
edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə
3. Qanunun tətbiq sahəsi
Bu
Qanun Azərbaycan Respublikası ərazisində mülkiyyət
formasından asılı olmayaraq fəaliyyət göstərən
müvafiq hüquqi və fiziki şəxslərə aid
edilir.
Maddə
4. Kəmiyyət vahidləri
4.1.
Azərbaycan Respublikasında ölçmələr zamanı
Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidlərinin tətbiqinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada yol verilir.
Kəmiyyət
vahidlərinin adlarını, işarələrini,
yazılışını, həmçinin Azərbaycan
Respublikası ərazisində onların tətbiq edilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
4.2.
İxrac edilən məhsulların, o cümlədən
ölçmə vasitələrinin xassələri və
parametrləri sifarişçinin müəyyən etdiyi kəmiyyət
vahidləri ilə ifadə edilə bilər.
Maddə
5. Dövlət kəmiyyət vahidləri etalonları
5.1.
Ölkə daxilində ölçmələrin vəhdətinin
təmin edilməsinin texniki əsaslarını dövlət
kəmiyyət vahidləri etalonları təşkil edir.
5.2.
Dövlət kəmiyyət vahidləri etalonları onların
ölçmələrinin verilmiş kəmiyyətinin
bütün ölçmə vasitələrinə
ötürülməsi məqsədi ilə kəmiyyət
vahidlərinin təkrarlanması və saxlanması
üçün ilkin etalon kimi istifadə edilir.
5.3.
Dövlət kəmiyyət vahidləri etalonları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə
6. Ölçmələrin yerinə yetirilməsi
üsulları
6.1.
Ölçmələr müəyyən edilmiş qaydada
attestasiya olunmuş üsullara uyğun həyata keçirilməlidir.
6.2.
Ölçmələrin yerinə yetirilməsi
üsullarının işlənib hazırlanması və
attestasiya edilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə
7. Ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə fəaliyyət
Ölçmələrin
vəhdətinin təmin edilməsi üzrə fəaliyyət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Maddə
8. Hüquqi şəxslərin metroloji xidmətləri
8.1.
Hüquqi şəxslər ölçmələrin tələb
edilən dəqiqliyinin və vəhdətinin təmin edilməsi
üzrə işlərin yerinə yetirilməsi və metroloji
nəzarətin həyata keçirilməsi üçün
metroloji xidmət yarada bilər.
8.2.
Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyətinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət
edilir.
8.3.
Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyət
haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə
9. Dövlət metroloji nəzarəti
9.1.
Azərbaycan Respublikasında dövlət metroloji nəzarətini
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
9.2.
Dövlət metroloji nəzarətinə
aşağıdakılar aiddir:
9.2.1.
dövlət sınaqlarının aparılması və
ölçmə vasitələrinin tipinin təsdiq edilməsi;
9.2.2.
ölçmə vasitələrinin, o cümlədən
etalonların müqayisəli yoxlanması;
9.2.3.
ölçmə vasitələrinin və ölçmələrin
yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin
yoxlanması;
9.2.4.
ölçmə vasitələrinin istismarına,
istehsalına, satışına və idxalına; ölçmələrin
yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına,
etalonlara, metroloji qayda və normalara nəzarət.
9.3.
Metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədi
ilə həyata keçirilən dövlət metroloji nəzarəti
ölçmə vasitələri istifadə olunan mülkiyyət
formasından asılı olmayaraq bütün sahələrə
şamil edilir.
Maddə
10. Ölçmə vasitələrinin dövlət
sınaqlarından keçirilməsi və tipinin təsdiq
edilməsi
10.1.
Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə
istismar edilən ölçmə vasitələri dövlət
sınaqlarından keçirilməklə tipi təsdiq edilməlidir.
10.2.
Ölçmə vasitələri tipinin təsdiq edilməsi
haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilir və ölçmə vasitələrinin
tipinin təsdiq edilməsi haqqında sertifikatla təsdiq edilir.
Həmin sertifikatın forması və qüvvədə olma
müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir. Ölçmə vasitələrinin
təsdiq edilmiş tipi ölçmə vasitələrinin
dövlət reyestrinə daxil edilir. Ölçmə vasitələrinin
dövlət reyestrinin aparılması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
10.3.
Ölçmə vasitələri tipinin təsdiq edilməsi məqsədi
ilə onların dövlət sınaqlarından keçirilməsi
dövlət metroloji nəzarətini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi hallarda və qaydada aparılır.
10.4.
Dövlət sınaqlarının keçirilməsi
üçün ölçmə vasitələrinin nümunələri
normativ və istismar sənədləri ilə birlikdə
sınağı keçirən təşkilata təqdim edilməlidir.
10.5.
Ölçmə vasitələrinin təsdiq edilmiş tipə
uyğunluğuna nəzarəti istehsalçıların yaxud
istifadəçilərin yerləşdiyi yer üzrə
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
10.6.
Tipi təsdiq edilmiş ölçmə vasitələrinə
və hər nüsxəni müşaiyət edən istismar sənədlərinə
müəyyən edilmiş formada ölçmə vasitələri
tipinin təsdiq edilməsi haqqında damğa vurulur.
10.7.
Ölçmə vasitələri tipinin təsdiq edilməsi
haqqında məlumat və onun ləğv edilməsi
haqqında qərar mətbuatda dərc olunur.
10.8.
Ölçmə vasitələrinin dövlət reyestrinə
daxil edilməmiş ölçmə vasitələrinin
istehsalı, istismarı, satışı və idxalı
qadağandır.
Maddə
11. Ölçmə vasitələrinin müqayisəli
yoxlanması
11.1.
Dövlət metroloji nəzarətinə cəlb edilən
ölçmə vasitələri istehsaldan buraxıldıqda
yaxud təmir edildikdən sonra və istismar zamanı
müqayisəli yoxlamadan keçməlidir.
11.2.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hüquqi şəxslərin metroloji xidmətlərinə
ölçmə vasitələrinin müqayisəli
yoxlanması hüququ qanunvericiliklə müəyyən
edilmiş qaydada verilə bilər.
11.3.
Hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən
həyata keçirilən müqayisəli yoxlama fəaliyyətinə
müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
11.4.
Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə
ölçmə vasitələrini istehsal, istismar yaxud təmir
edən hüquqi və fiziki şəxslər ölçmə
vasitələrini vaxtında müqayisəli yoxlamaya təqdim
etməlidirlər.
11.5.
Ölçmə vasitələrinin müqayisəli yoxlanmasının
müsbət nəticələri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yoxlama möhürü yaxud
yoxlama haqqında şəhadətnamə ilə təsdiq
edilir.
Maddə
12. Ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə səlahiyyətli şəxslər, onların
hüquq və vəzifələri
12.1.
Dövlət metroloji nəzarətini müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətli şəxsləri həyata
keçirir.
12.2.
Ölçmə vasitələrinin müqayisəli
yoxlanmasını həyata keçirən səlahiyyətli
şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada attestasiyadan keçməlidirlər.
12.3.
Səlahiyyətli şəxslərin hüquq və vəzifələri
aşağıdakılardır:
12.3.1.
tabeçiliyindən və mülkiyyət formasından
asılı olmayaraq ölçmə vasitələrinin
istismar, istehsal və təmir edildiyi, satıldığı
yaxud saxlanıldığı obyektlərə qanunvericiliklə
müəyyən edilmiş qaydada daxil olmaq;
12.3.2.
ölçmə vasitələrinin vəziyyətini, istismar
və saxlanma şəraitini yoxlamaq;
12.3.3.
ölçmə vasitələrinin dövlət
sınaqlarında iştirak etmək;
12.3.4.
metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin
istismarını, istehsalını, satışını
qadağan etmək;
12.3.5.
müqayisəli yoxlamadan keçməyən ölçmə
vasitələrinin istismarını qadağan etmək;
12.3.6.
ölçmə vasitələri düzgün olmayan göstəricilər
verdiyi halda müqayisəli yoxlama haqqında şəhadətnaməni
və ya vurulmuş damğanı ləğv etmək;
12.3.7.
insanların həyatına, sağlamlığına, əmlakına
istehlakçıların hüquq pozuntusuna, ətraf
mühitin təhlükəsizliyinə mənfi təsir
göstərən hallarda, həmçinin ölçmə
vasitələri metroloji qayda və normalara uyğun
olmadığı halda ölçmə vasitələrini
istismardan çıxarmaq;
12.3.8.
metroloji qayda və normaların pozulmasının aradan
qaldırılması müddətlərini göstərməklə
tələbnamə vermək;
12.3.9.
metroloji qayda və normaların pozulması haqqında
qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama
aktı və yaxud protokol tərtib etmək;
12.3.10.
ölçmələr üzrə müəyyən
edilmiş məcburi tələblərin pozulması ilə
aparılan işlərə qadağanlar qoyulması
haqqında tələbnamələr vermək;
12.3.11.
metroloji qayda və normaları pozmuş hüquqi və fiziki
şəxslərə cərimə və maliyyə
sanksiyaları tətbiq etmək;
12.4.
Ölçmə vasitələrinin dövlət metroloji nəzarəti
yoxlanılan obyektlərin bilavasitə məsul işçilərinin
iştirakı ilə keçirilməlidir.
Maddə
13. Dövlət metroloji xidməti tərəfindən tətbiq
edilən cərimələr və maliyyə sanksiyaları
Metroloji
qayda və normaları pozmuş hüquqi və fiziki şəxslər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qanunvericiliyə uyğun olaraq cərimələr və maliyyə
sanksiyaları tətbiq edilir.
Maddə
14. Ölçmə vasitələrinin kalibrlənməsi
14.1.
Müqayisəli yoxlamaya aid edilməyən ölçmə
vasitələri istehsaldan buraxıldığı yaxud təmirdən
çıxdığı, idxal və istismar edildiyi, icarəyə
verildiyi və satıldığı zaman kalibrlənə bilər.
Ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri
ölçmə vasitələrinin üzərinə kalibrlənmə
nişanının vurulması ilə yaxud kalibrlənmə
haqqında sertifikatla, həmçinin istismar sənədlərində
aparılan qeydiyyatla təsdiq edilir.
14.2.
Müvafiq icra hakimiyyəti orqanı ilə
bağlanmış müqavilələr əsasında
hüquqi şəxslərin metroloji xidmətlərinə
kalibrlənmə işləri aparmaq, həmçinin kalibrlənmə
haqqında sertifikat vermək hüququ verilir.
14.3.
Ölçmə vasitələrinin kalibrlənməsi
hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən
dövlət kəmiyyət vahidləri etalonlarına daxil olan
etalonlardan istifadə etməklə aparılır.
14.4.
Kalibrlənmə işlərinin yararsız yerinə yetirilməsinə
görə bu işi yerinə yetirən metroloji xidmətin
tabe olduğu hüquqi şəxs məsuliyyət
daşıyır.
14.5.
Hüquqi şəxslərin metroloji xidmətlərinin kalibrlənmə
fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
nəzarət edilir.
14.6.
Kalibrlənmə işlərinin yerinə yetirilməsi və
kalibrlənmə haqqında sertifikatın verilməsi, yaxud
kalibrlənmə nişanının vurulması hüququnun
verilməsi qaydaları, kalibrlənmə işlərinin yerinə
yetirilməsinə tələblər müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə
15. Ölçmə vasitələrinin
sertifikatlaşdırılması
Ölçmə
vasitələrinin sertifikatlaşdırılması
qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
Maddə
16. Ölçmə vəhdətinin təmin edilməsi
üzrə işlərin maliyyələşdirilməsi
16.1.
Ölçmə vəhdətinin təmin edilməsi üzrə
işlər dövlət tərəfindən maliyyələşdirilir.
16.2.
Ölçmə vəhdətinin təmin edilməsi üzrə
dövlət tərəfindən maliyyələşdirilən
işlərə aşağıdakılar aiddir:
16.2.1.
dövlət kəmiyyət vahidləri etalonlarının
işlənib hazırlanması, alınması, təkmilləşdirilməsi,
saxlanması və tətbiq edilməsi;
16.2.2.
metrologiya sahəsində əsaslı tədqiqatlar;
16.2.3.
vaxt və tezliklər, standart nümunələr, standart məlumat
göstəriciləri xidmətləri ilə bağlı
işlər;
16.2.4.
müvafiq icra hakimiyyəti orqanının qismən təchizatı
üçün zəruri avadanlıqların alınması,
saxlanması və normativ sənədlərin işlənib
hazırlanması;
16.2.5.
dövlət metroloji nəzarəti üzrə təşkil
olunan işlər;
16.2.6.
dövlət proqramlarının işlənib
hazırlanması.
Maddə
17. Metroloji işlərin və xidmətlərin ödənilməsi
17.1.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hüquqi və fiziki şəxslərə göstərilən
və aşağıda qeyd olunan metroloji işlərin və
xidmətlərin haqqı bağlanmış müqavilələrin
şərtlərinə əsasən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi tariflərə
uyğun olaraq sifarişçi tərəfindən ödənilir:
17.1.1.
ölçmə vasitələrinin tipinin təsdiq edilməsi
üçün sınaqların keçirilməsi;
17.1.2.
ölçmə vasitələrinin müqayisəli
yoxlanması;
17.1.3.
ölçmə vasitələrinin
sertifikatlaşdırılması;
17.1.4.
ölçmə vasitələrinin kalibrlənməsi;
17.1.5.
ölçmələrin yerinə yetirilməsi
üsullarının attestasiya edilməsi;
17.1.6.
normativ sənədlərin işlənib hazırlanması və
(və ya) ekspertizası;
17.1.7.
qanunvericiliyə zidd olmayan digər xidmətlər.
Maddə
17-1. Metrologiya sahəsində hüquqi hərəkətlərə
görə dövlət rüsumu
Ölçmə
vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə
salınması və sınaqların aparılaraq
attestatın verilməsi, sınaq və kalibrləmə
laboratoriyalarının akkreditasiyası barədə
attestatın verilməsi üçün dövlət
rüsumu ödənilir.
Maddə
18. Ölçmə vəhdətinin təmin edilməsi sahəsində
mübahisələrin həlli
Ölçmə
vəhdətinin təmin edilməsi sahəsində mübahisələrə
qanunvericiliyə əsasən məhkəmə qaydasında
baxılır.
Maddə
19. Ölçmə vəhdətinin təmin edilməsi
haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Ölçmə
vəhdətinin təmin edilməsi haqqında qanunvericiliyin
pozulmasında təqsirkar olan fiziki və hüquqi şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə
20. Ölçmə vəhdətinin təmin edilməsi sahəsində
beynəlxalq əməkdaşlıq
Müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ölçmə
vasitələrinin yoxlanması və sınaqların nəticələrinin
tanınması sahəsində beynəlxalq əməkdaşlıq
həyata keçirilir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 13 iyun 2000-ci il
¹
893-IQ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3084-3093.