Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Maddə
1
Azərbaycan
Respublikasının Vergi Məcəlləsi təsdiq edilsin.
Maddə
2
Azərbaycan
Respublikasının Vergi Məcəlləsi 2001-ci il
yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin XI fəslinin müddəaları
ümumtəhsil və peşə-ixtisas proqramları üzrə
təhsil müəssisələrinin göstərdiyi pullu xidmətlərə
2001-ci il sentyabrın 1-dən tətbiq edilir.
Maddə
3
3.1.
Aşağıdakı qanunlar və qərarlar Azərbaycan
Respublikası Vergi Məcəlləsinin qüvvəyə
mindiyi gündən qüvvədən düşmüş
hesab edilsin:
3.0.1.
“Əlavə dəyər vergisi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1991-ci il, N 24, maddə 476; 1992-ci il, N
10, maddə 281; N 15, maddə 639, N 20, maddə 878, N 24, maddə
1055; 1994-cü il, N 9, maddə 97; N 18, maddə 248; 1995-ci il, N
3-4, maddə 52; Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 1997-ci il, N 4, maddə 282; N 6, maddə 457; 1998-ci il, N 1,
maddə 16; N 6, maddə 373; N 11, maddə 646; 1999-cu il, N 1, maddə
7; N 4, maddə 217; N 12, maddə 660);
3.0.2.
“Aksizlər haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1991-ci il, N 24, maddə 477; 1994-cü
il, N 16, maddə 215, 217; Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci il, N 3, maddə 185; 1998-ci il, N 2, maddə
81);
3.0.3.
“Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir
vergisi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 12, maddə
451; 1994-cü il, N 9, maddə 97; 1995-ci il N 14, maddə 241; N
22, maddə 555,) Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 1997-ci il, N 2, maddə 91; N 4, maddə 282; N 6, maddə
496; 1998-ci il, N 6, maddə 372; 1999-cu il, N 1, maddə 3; N 4, maddə
217; N 12, maddə 659);
3.0.4.
“Dövlət vergi xidməti haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1992-ci il, N 15, maddə 623; 1994-cü
il, N 9, maddə 97; Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci il, N 3, maddə 174; N 6, maddə 457;
1998-ci il, N 2, maddə 82; 1999-cu il, N 1, maddə 5; N 7, maddə
407);
3.0.5.
“Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin
intizam məsuliyyəti haqqında Nizamnamə barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1992-ci il, N 18, maddə 802);
3.0.6.
“Dövlət yol fondu haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1994-cü il, N 5-6, maddə 49; N 13-14,
maddə 167; 1995-ci il, N 17-18, maddə 280; Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, N 6, maddə
500; 1999-cu il, N 4, maddə 217; N 5, maddə 290; N 11, maddə
610);
3.0.7.
“Mədən vergisi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, N 8, maddə 159; Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, N 4, maddə
282);
3.0.8.
“Əmlak vergisi haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1995-ci il, N 13, maddə 226, Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci il, N 4, maddə 282; 1999-cu il, N 4, maddə
217; N 12, maddə 661);
3.0.9.
“Torpaq vergisi haqqında” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il,
N 4, maddə 281);
3.0.10.
“Müəssisələrin və təşkilatların mənfəət
vergisi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, N 4, maddə
285; N 5, maddə 404; 1998-ci il, N 6, maddə 373; 1999-cu il, N 1,
maddə 4; N 5, maddə 294; N 11, maddə 608);
3.0.11.
“Fiziki şəxslərdən gəlir vergisi tutulmasının
qaydasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Milli Məclisinin qərarı (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, N 11, maddə
204);
3.0.12.
“Mədən vergisi tutulan faydalı qazıntıların
siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Milli Məclisinin qərarı (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, N 11, maddə
209).
Maddə
4
4.1.
Azərbaycan Respublikasının vergi qanunvericiliyi sisteminə
daxil olan, lakin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olmayan normativ hüquqi aktlar (onların müvafiq hissələri
və ya müddəaları), habelə vergi normalarını müəyyənləşdirən başqa
normativ hüquqi aktlar, (onların müvafiq hissələri və
ya müddəaları) həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq
edilə bilməz.
4.2.
Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 11 iyul 2000-ci il
¹
905-IQ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3100-3102.