Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi təsdiq edilsin.

 

Maddə 2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Maddə 3. “Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin təsdiq edilməsi haqqında” 1970-ci il dekabrın 23-də Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR İslah-Əmək Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1970, ¹ 24, maddə 198) 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.

 

Maddə 4. Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1970-ci il dekabrın 23-dən etibarən qəbul olunmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin:

 

4.1. “Azərbaycan SSR İslah-Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” 1973-cü il 13 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973, ¹ 7, maddə 65);

 

4.2. “Azərbaycan SSR İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 1973-cü il 18 iyun tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973, ¹ 12, maddə 106);

 

4.3. “Azərbaycan SSR İslah-Əmək Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında” 1977-ci il 28 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, ¹ 5-6, maddə 32);

 

4.4. “Azərbaycan SSR cinayət, mülki, cinayət-prosessual, mülki-prosessual, islah-əmək, nikah və ailə məcəllələrinə əlavələr və dəyişiklik edilməsi haqqında” 1977-ci il 28 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977, ¹ 5-6, maddə 33);

 

4.5. “Azərbaycan SSR islah-əmək məcəlləsinin 52-ci maddəsinə dəyişiklik edilməsi haqqında” 1978-ci il 13 yanvar tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1978, ¹ 1-2, maddə 9);

 

4.6. “Azərbaycan SSR islah-əmək məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 1978-ci il 21 iyul tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1978, ¹ 14, maddə 143);

 

4.7. “Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1982-ci il 23 sentyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982, ¹ 18, maddə 162);

 

4.8. “Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1982-ci il 22 dekabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982, ¹ 24, maddə 293);

 

4.9. “Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1983-cü il 14 aprel tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1983, ¹ 7, maddə 70);

 

4.10. “Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 1983-cü il 28 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1983, ¹ 22, maddə 208);

 

4.11. “Azərbaycan SSR Cinayət məcəlləsinə və Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1985-ci il 16 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985, ¹ 10, maddə 118);

 

4.12. “Ümumtəhsil və peşə məktəbi islahatının Əsas istiqamətləri və “Xalq maarifi haqqında” Azərbaycan SSR Qanununun yeni redaksiyasının təsdiq edilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barəsində” 1986-cı il 12 iyul tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986, ¹ 13, maddə 90);

 

4.13. “Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması qaydasında bəzi dəyişikliklər haqqında” 1987-ci il 20 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, ¹ 6, maddə 47);

 

4.14. “Azərbaycan SSR Cinayət, Cinayət-prosessual və İslah-əmək məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1987-ci il 6 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987, ¹ 21, maddə 201);

 

4.15. “Azərbaycan SSR İslah-əmək məcəlləsinin 74-cü maddəsinə dəyişiklik edilməsi haqqında” 1988-ci il 5 avqust tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988, ¹ 15, maddə 140);

 

4.16. “Azərbaycan SSR İslah-əmək məcəlləsinin 51-ci maddəsinə dəyişikliklər edilməsi haqqında” 1989-cu il 23 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1989, ¹ 10, maddə 75);

 

4.17. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 1992-ci il 27 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 20, maddə 881);

 

4.18. “Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 1997-ci il 7 fevral tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 4, maddə 308);

 

4.19. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 1997-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 10);

 

4.20. “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 1998-ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 2, maddə 85);

 

4.21. “Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 1998-ci il 25 iyun tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 8, maddə 488);

 

4.22. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 1999-cu il 2 aprel tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddə 286).

 

Maddə 5. Aşağıda sadalanan normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilsin:

 

5.1. “Müşahidə komissiyaları haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 1966-cı il 16 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966, ¹ 4, maddə 20);

 

5.2. “Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında” 1971-ci il 13 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1971, ¹ 9, maddə 61);

 

5.3. “Şəhər (rayon bölgüsü olan şəhərlər) zəhmətkeş deputatları Sovetlərinin icraiyyə komitələri, Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi yanında və Naxçıvan MSSR Nazirlər Soveti yanında müşahidə komissiyaları yaradılması və müşahidə komissiyalarına dair Əsasnaməyə dəyişiklik və əlavələr edilməsi haqqında” 1971-ci il 13 may tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1971, ¹ 9, maddə 62);

 

5.4. “Tərbiyə-əmək profilaktoriyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 1983-cü il 1 mart tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1283-X saylı Fərmanı;

 

5.5. “Məhkumlara islah-əmək təsiri tədbirləri ilə bağlı olmayan cinayət cəzalarının Azərbaycan SSR-də icrası qaydası və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” 1984-cü il 1 fevral tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984, ¹ 3-4, maddə 28);

 

5.6. “Azərbaycan SSR rayon, şəhər zəhmətkeşlər deputatları Sovetlərinin icraiyyə komitələri yanında müşahidə komissiyalarına dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına və müşahidə komissiyalarına dair Əsasnaməyə dəyişikliklər və əlavələr edilməsi barəsində” 1986-cı il 17 noyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986, ¹ 21-22, maddə 160).

 

Maddə 6. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğunlaşdırılanadək həmin məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

 

Maddə 7. Bu Qanun 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əliyev

 

 

 

Bakı şəhəri, 14 iyul 2000-ci il

 

¹ 908-IQ

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8. –  S. 3721-3724.