YUNESKO-nun
"Əsasən su quşlarının yaşama yerləri
kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər
haqqında" Konvensiyasına, 1982-ci il dekabrın 3-də
imzalanmış "Əsasən su quşlarının
yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq
yerlər haqqında" Konvensiyaya dəyişikliklər
haqqında Protokola və 1987-ci il mayın 28-də "Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli
olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya qəbul
edilmiş düzəlişlərə qoşulmaq barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikası YUNESKO-nun 1971-ci il fevralın 2-də
Ramsar şəhərində imzalanmış "Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq әhәmiyyәtli
olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyasına,
1982-ci il dekabrın 3-də Paris şəhərində
imzalanmış "Əsasən su quşlarının
yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan
sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya dəyişikliklər
haqqında Protokola və 1987-ci il mayın 28-də "Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli
olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya qəbul
edilmiş düzəlişlərə qoşulsun.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 911-IQ
Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli
olan sulu-bataqlıq yerlər haqqında
Konvensiya
(2
fevral 1971-ci il)
Razılığa gələn Tərəflər:
insan və onu əhatə edən ətraf
mühitlə qarşılıqlı əlaqəsini anlayaraq,
səciyyəvi fauna və flora, xüsusən də su
quşlarının yaşaması üçün səciyyəvi
olan yerlərin və sulu-bataqlıq yerlərin su rejiminin tənzimləyicisi
kimi mövcud ekoloji funksiyasını nəzərə alaraq;
böyük iqtisadi, mədəni əhəmiyyətə
malik olan əvəzolunmaz sulu-bataqlıq yerlərini bir mənbə
kimi qəbul edərək;
insanın sulu-bataqlıq yerlərə
hücumunun və onların indi və gələcəkdə
itirilməsinin qarşısını almaq məqsədilə;
su quşlarının mövsümi
miqrasiyaları zamanı dövlət sərhədlərini
keçmələrini nəzərə alaraq onları beynəlxalq
ehtiyat kimi qəbul etməklə;
sulu-bataqlıq yerlər, onların
flora və faunasının mühafizəsinin beynəlxalq səylərlə
əlaqələndirilmiş uzaqgörən milli siyasət
vasitəsi ilə təmin olunmasına əmin olaraq
razılığa gəldilər:
Maddə
1
1. Bu Konvensiya sulu-bataqlıq yerlər
adı altında bataqlıqlar, daimi və ya müvəqqəti,
durğun yaxud axar, içməli, duzlaşmış yaxud
şor, o cümlədən çəkilmə zamanı dərinliyi
6 metrdən çox olmayan dəniz su hövzələri kimi
başa düşülür.
2. Bu Konvensiyada su quşları
adı altında ekoloji cəhətdən sulu-bataqlıq yerlər
ilə bağlı quşlar nəzərdə tutulur.
Maddə
2
1. Tərəflərdən hər
biri öz ərazilərində Beynəlxalq əhəmiyyətli
sulu-bataqlıq yerlər siyahısına daxil olunan, 8-ci maddəyə
əsasən Büroda saxlanılan və sonradan Siyahı
adlanan sulu-bataqlıq yerlərini təyin edir. Hər bir
sulu-bataqlıq yerlərin sərhədləri dəqiqliklə
göstərilməklə xəritəyə
köçürülür ki, bunlara da sulu-bataqlıq sahələrə
bitişik sahilyanı çay və dəniz zonaları və
xüsusilə su quşlarının yaşayış yerləri
kimi əhəmiyyətli olan sulu-bataqlıq sahələrin
daxilində çəkilmə zamanı dərinliyi 6 metrdən
çox olan adalar və ya su hövzələri daxil edilir.
2. Sulu-bataqlıq sahələri,
ekologiya, botanika, zoologiya, limnologiya və hidrologiya
baxımından onların beynəlxalq əhəmiyyəti nəzərə
alınaraq siyahı üçün seçilmişdir.
İlk növbədə Siyahıya
su quşlarının hər hansı mövsümdə
yaşayış yerləri kimi beynəlxalq əhəmiyyətli
sulu-bataqlıq sahələri daxil edilməlidir.
3. Sulu-bataqlıq sahəsinin
Siyahıya daxil edilməsi kimin ərazisində yerləşməsindən
asılı olmayaraq, Razılığa gələn Tərəfin
suveren hüquqlarına heç də xələl gətirmir.
4. Razılığa gələn Tərəf
bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya olunacaq sənəd
saxlanmağa təhvil verilərkən, yaxud 9-cu Maddəyə
uyğun olaraq birləşdirilərkən Siyahıya daxil etmək
üçün ən azı bir sulu-bataqlıq sahəsini təyin
edir.
5. Razılığa gələn hər
bir Tərəf öz ərazisində yerləşən əlavə
sulu-bataqlıq sahələri Siyahıya daxil edə bilər,
Siyahıya artıq daxil etdiyi sulu-bataqlıq sahəni
genişləndirə bilər və ya dövlət mənafeyi
ilə əlaqədar onu Siyahıdan çıxara bilər və
ya Siyahıya artıq daxil etdiyi sulu-bataqlıq sahələrin
hüdudlarını ixtisar edə bilər və o, 8-ci maddəyə
uyğun olaraq daimi fəaliyyət göstərən
büronun vəzifələrini yerinə yetirməkdə məsuliyyət
daşıyan ölkəni və ya dövləti hər
hansı belə dəyişikliklər barədə xəbərdar
edir.
6. Razılığa gələn hər
bir Tərəf köçəri su quşlarının
mühafizəsi, səmərəli istifadəsi və idarə
olunması üçün ilkin siyahıların təyini, həm
də öz ərazisində yerləşən və
siyahıya daxil edilmiş sulu-bataqlıq sahələr üzrə
Siyahının dəyişilməsi hüququndan istifadə edərkən
öz beynəlxalq məsuliyyətini dərk edərək bunu
rəhbər tutur.
Maddə
3
1. Razılığa gələn Tərəflər
öz planlarını elə tərzdə təyin edir və
həyata keçirirlər ki, bu, Siyahıya daxil edilmiş
sulu-bataqlıq sahələrin mühafizəsinə, eləcə
də öz ərazilərində yerləşən
sulu-bataqlıq sahələrdən mümkün qədər səmərəli
istifadə etməsinə imkan yaradır.
2. Razılığa gələn hər
bir Tərəf elə əsasnamə ilə təmin edilir ki,
bununla özü də mümkün qədər qısa
müddətdə öz ərazisində yerləşən
Siyahıya daxil edilmiş hər hansı bir sahənin texniki
inkişaf, çirklənmə və ya insanın digər
müdaxiləsi nəticəsində ekoloji mahiyyətinin
artıq dəyişdiyi, dəyişməkdə olduğu,
yaxud dəyişə biləcəyi hallarda yerlərdən məlumat
alır.
Bu cür dəyişikliklər
haqqında məlumat 8-ci maddəyə uyğun daimi fəaliyyət
Bürosunun vəzifələrinə görə məsuliyyətli
olan təşkilata və ya dövlətə dərhal
çatdırılmalıdır.
Maddə
4
1. Razılığa gələn hər
bir Tərəf Siyahıya daxil olub-olmamasından asılı
olmayaraq, sulu-bataqlıq sahələrin və su
quşlarının mühafizəsini təşkil etmək
üçün həmin yerlərdə təbii qoruqlar
yaradır və onlar üzərində lazımi nəzarəti
təmin edir.
2. Razılığa gələn hər
bir Tərəf dövlət mənafeyi ilə əlaqədar
olaraq sulu-bataqlıq yerləri Siyahıdan
çıxardığı və ya onların ərazisini
azaltdığı hallarda o, mümkün qədər
sulu-bataqlıq yerləri bununla əlaqədar itirilməsinə
görə əvəzini ödəməli, xüsusən su
quşları üçün əlavə təbii qoruqlar
yaratmalı, onların ilkin yaşayış yerlərini kifayət
qədər əhatə edən bu regionda və ya başqa
yerdə ərazinin mühafizəsini təşkil etməlidir.
3. Razılığa gələn Tərəflər
sulu-bataqlıq yerlərə, onların fauna və florasına
dair tədqiqat və məlumatların və çap əsərlərinin
mübadiləsini dəstəkləyir.
4. Tərəflər su
quşlarının sayının artırılmasına
sulu-bataqlıq ərazilərdən səmərəli istifadə
vasitəsi ilə nail olmağa çalışırlar.
5. Razılığa gələn Tərəflər
sulu-bataqlıq yerlərdə işləmək, tədqiqat
aparmaq, eləcə də nəzarət üçün səlahiyyətli
mütəxəssislərin hazırlanmasına
yardımçı olurlar.
Maddə
5
Tərəflər bu Konvensiyadan irəli
gələn vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar, xüsusən sulu-bataqlıq yerlər birdən
çox tərəfin ərazisində yerləşdikdə və
yaxud o yerdə su sistemi bir neçə tərəfin ərazisinə
daxil olan hallarda bir-birləri ilə məsləhətləşir.
Eyni zamanda onlar öz indiki və gələcək siyasətlərini
və sulu-bataqlıq yerlərin, onların fauna və
florasının mühafizəsinə dair qaydaları əlaqələndirirlər.
Maddə
6
1. Razılığa gələn Tərəflər
ehtiyac duyulduqca sulu-bataqlıq yerlərin və su quşlarının
mühafizəsinə dair konfrans çağırırlar.
2. Bu konfranslar məşvərətçi
xarakter daşıyır və aşağıdakı məsələlər
üzrə səlahiyyətlidir:
à) bu Konvensiyanın yerinə yetirilməsini
müzakirə etmək;
á) Siyahıya əlavə və dəyişiklikləri
müzakirə etmək;
â) Siyahıya daxil edilmiş
sulu-bataqlıq yerlərin ekoloji xüsusiyyətində dəyişikliklər
haqqında məlumatı nəzərdən keçirmək;
ã) Razılığa gələn Tərəflərə
sulu-bataqlıq yerlər, onların fauna və florasının
mühafizəsi, idarəsi və səmərəli istifadəsinə
dair ümumi və xüsusi məsləhətlər vermək;
ä) müvafiq beynəlxalq orqanlara
sulu-bataqlıq yerlər, əsasən beynəlxalq mahiyyətli
hesabatların və statistik məlumatların
hazırlanmasına dair müraciət etmək.
3. Razılığa gələn Tərəflər,
sulu-bataqlıq sahələri üzrə idarəetməyə
görə tam məsuliyyət daşıyanlar sulu-bataqlıq
sahələrinin, onların flora və faunasının
mühafizəsi, idarəsi və səmərəli istifadəsi
üzrə belə konfransların tövsiyələrini nəzərə
alsınlar və bu barədə məlumatları olsun.
Maddə
7
1. Razılığa gələn hər
bir Tərəf belə konfranslarda öz təmsilçilərinin
tərkibinə elə şəxslər daxil etməlidir ki,
onlar elmi, idarəçilik və ya başqa müvafiq sahələrdə
özlərinin əldə etdiyi bilik və təcrübələri
ilə sulu-bataqlıq sahələr və ya su quşları
üzrə mütəxəssis olsunlar.
2. Təmsil olunan Razılığa
gələn hər Tərəf Konfransda bir səsə
malikdir. Bununla belə, tövsiyələr adi səs
çoxluğu ilə qəbul olunur, yaxud səsvermədə
Razılığa gələn Tərəflərin ən
azı yarısı iştirak etdikdə qəbul olunur.
Maddə
8
1. Əgər Razılığa gələn
Tərəflərin üçdə ikisinin səs
çoxluğu ilə başqa təşkilat və ya dövlət
təyin edilmirsə, təbiətin və təbii
ehtiyatların mühafizəsi üzrə Beynəlxalq
İttifaq daimi fəaliyyət göstərən bu Konvensiya tərəfindən
qoyulmuş Büro vəzifələrini yerinə yetirir.
2. Daimi fəaliyyət göstərən
Büronun vəzifələri
aşağıdakılardır:
à) 6-cı Maddədə göstərilən
Konfransın çağırılması və təşkilinə
yardımçı olmaq;
á) beynəlxalq əhəmiyyətli
sulu-bataqlıq sahələrin Siyahısını qoruyub
saxlamaq və 2-ci Maddənin 5-ci paraqrafında göstərildiyi
kimi, Siyahıya daxil edilmiş sulu-bataqlıq sahələri
üzrə əlavələr, genişlənmələr,
çıxarışlar və ya məhdudiyyətlər barədə
Razılığa gələn Tərəflərdən məlumatlar
almaq;
â) 3-cü Maddənin 2-ci
paraqrafında göstərildiyi kimi, Siyahıya daxil edilmiş
sulu-bataqlıq sahələrinin ekoloji mahiyyətində hər
hansı dəyişiklik haqqında Razılığa gələn
Tərəflərdən məlumat almaq;
ã) bütün Razılığa gələn
Tərəfləri Siyahıda hər hansı dəyişikliklər
haqqında xəbərdar etməli və növbəti
Konfransda bu məsələlərin müzakirəsini təmin
etməlidir;
ä) müvafiq Razılığa gələn
Tərəflərə Siyahıda və ya sulu-bataqlıq sahələrinin
xarakterində belə dəyişikliklər haqqında xəbər
vermək.
Maddə
9
1. Bu Konvensiya zamanca məhdudiyyətsiz
imzalamaq üçün açılmışdır.
2. Birləşmiş Millətlər
Təşkilatının hər hansı bir üzvü və
ya onun xüsusiləşdirilmiş idarələrindən
biri, yaxud atom energetikası üzrə Beynəlxalq Agentliyin
üzvü olan ölkə və ya beynəlxalq Məhkəmə
Statusu aşağıdakılar vasitəsilə bu
Konvensiyanın üzvü ola bilər:
à) təsdiq etmək üzrə
danışıqsız imzalamaq;
á) təsdiq ediləni sonradan təsdiqləmək
üçün imzalamaq;
â) qoşulmaq.
3. Təsdiqləmə, yaxud
qoşulma YUNESKO-nun Baş direktoruna (sonradan «Depozitari» adlanacaq)
təsdiqləmə və ya qoşulmaq haqqında sənədlərin
təhvil verilməsi vasitəsilə mümkün olur.
Maddə
10
1. Bu Konvensiya, 9-cu maddənin 2-ci
paraqrafına uyğun olaraq, ən azı yeddi ölkə bu
Konvensiyanın üzvü olduqdan dörd aydan sonra qüvvəyə
minir.
2. Bu Konvensiya Razılığa gələn
hər Tərəf üçün onun imzalandığı
tarixdən dörd ay sonra təsdiqləmə cəhətdən
qeyd-şərtsiz imzaladıqdan, yaxud da təsdiqləmə və
ya qoşulma haqqında sənədlərin təhvil verilməsi
anından qüvvəyə minir.
Maddə
11
1. Bu Konvensiya qeyri-məhdud müddətə
bağlanır.
2. Razılığa gələn hər
bir Tərəf Depozitarini yazılı surətdə xəbərdar
edərək bu və ya digər Razılığa gələn
Tərəf barəsində Konvensiyanın qüvvəyə
minməsi anından 5 il keçdikdən sonra bu Konvensiyanı
ləğv edə bilər.
Ləğvetmə Depozitari tərəfindən
bildirişin alındığı tarixdən dörd ay sonra
qüvvəyə minir.
Maddə
12
1. Depozitari bu Konvensiyaya
qoşulmuş və ya onu imzalamış dövlətlərə
aşağıdakılar barədə bacardığı qədər
tez məlumat verməlidir:
à) bu Konvensiyanın imzalanması;
á) bu Konvensiyanın təsdiq edilməsi
barədə sənədlərin təhvili;
â) bu Konvensiyaya qoşulmaq barədə
sənədlərin təhvili;
ã) bu Konvensiyanın qüvvəyə
minməsi tarixi;
ä) bu Konvensiyanın ləğv edilməsi
haqqında bildirişlər.
Bütün bunları təsdiqləyərək,
aşağıda imza edənlər tam səlahiyyətli olaraq
bu Konvensiyanı imzaladılar.
Ramsara şəhərində 1971-ci
il fevralın 2-də bir nüsxədə, ingilis, fransız,
alman və rus dillərində icra olunmuşdur və Depozitariyə
təhvil verilmişdir.
Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli
olan sulu-bataqlıq yerlər haqqında Konvensiyaya dəyişikliklər
haqqında
Protokol
(3
dekabr 1982-ci il)
Razılığa gələn Tərəflər:
Əsasən su quşlarının
yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan
sulu bataqlıq yerlər haqqında Ramsarda 2 fevral 1971-ci ildə
qəbul edilmiş Konvensiyanı (bundan sonra «Konvensiya»
adlandırılacaq) daha səmərəli yerinə yetirmək
üçün hesab edirlər ki, Razılığa gələn
Tərəflərin sayını artırmaq lazımdır,
başqa dillərdə etibarlı mətnlərin
əlavə edilməsinin ölkələrin Konvensiyada daha
yaxından iştirak etməsinə zəmin
yaradacağını dərk edərək,
Konvensiyanın mətni onun dəyişdirilməsini
nəzərdə tutmadığına görə lazım gəldikdə
mətnə əlavələr etməyin qeyri-mümkün
olduğunu nəzərə alaraq,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə
1
Aşağıdakı maddə
Konvensiyanın 10-cu və 11-ci maddələri arasına daxil
edilsin:
1. Bu Konvensiyaya düzəlişlər,
bu məqsədlə və hazırkı maddəyə
uyğun olaraq Razılığa gələn Tərəflərdən
Konfransda qəbul edilir.
2. Razılığa gələn hər
bir Tərəf düzəlişlər haqqında təkliflər
irəli sürə bilər.
3. Təklif olunan hər hansı
düzəlişin mətni və onun əsaslandırılması
sonradan «Büro» adlanacaq və daimi fəaliyyət göstərən
Büronun vəzifələrini yerinə yetirən təşkilatın
və ya dövlətin nəzərinə
çatdırılır. Büro təklif olunan düzəlişin
mətnini dərhal Razılığa gələn Tərəflərə
çatdırır ki, onlar da Büronun aldığı
bildirişin tarixindən üç ay ərzində mətnə
dair öz rəylərini Büroya göndərirlər. Rəylərin
göndərilməsinə ayrılmış vaxt bitdikdə
Büro Razılığa gələn Tərəflərə
dərhal bu tarixə qədər olan bütün qeydləri təqdim
edir.
4. Büro 3-cü bəndə
uyğun olaraq daxil olunmuş düzəlişlərin
müzakirəsi üçün Razılığa gələn
Tərəflərin üçdə birinin yazılı
xahişi əsasında Razılığa gələn Tərəflərin
iclasını çağırır. Büro, iclasın
keçirilmə tarixi və yeri barədə əlaqədar tərəflərlə
məsləhətləşmələr keçirir.
5. Düzəlişlər iclasda və
səsvermədə iştirak edən Razılığa gələn
Tərəflərin üçdə iki hissəsinin səs
çoxluğu ilə qəbul edilir.
6. Razılığa gələn Tərəflərin
qəbul etdiyi düzəliş Razılığa gələn
Tərəflərin üçdə ikisinin qəbul etmə
haqqında Aktının Depozitariyə təhvil verilməsindən
sonrakı dördüncü ayın birinci günü onlar
üçün qüvvəyə minir.
Ləğvetmə Aktı tarixindən
sonra qəbul etmə Aktını təhvil vermiş
Razılığa gələn Tərəflər
üçün düzəliş onun qəbul etmə
aktının təhvil vermə tarixinin dördüncü
ayının birinci günü qüvvəyə minir.
Maddə
2
Konvensiyanın 12-ci Maddəsindən
sonra gələn müddəadakı «Hər hansı ziddiyyət
duyulduğu təqdirdə ingilis dilindəki mətn əsas
götürülür» sözləri «Bütün mətnlər
eyni dərəcədə etibarlıdır» sözləri ilə
əvəz edilir.
Maddə
3
Konvensiyanın fransız dilindəki
əsli bu Protokola əlavədə dəqiqləşdirilmiş
redaksiyada verilir.
Maddə
4
Bu Protokol imzalanmaqdan ötrü
YUNESKO-nun Parisdəki qərargahında 1982-ci il
dekabırın 3-dən açıqdır.
Maddə
5
1. Konvensiyanın 9-cu Maddəsinin
2-ci paraqrafında göstərilən hər hansı dövlət
aşağıdakılar vasitəsilə Konvensiyanın
iştirakçısı ola bilər:
à) təsdiq etmək, qəbul
üçün danışıqsız imzalamaqla;
á) təsdiq edilməsi, qəbul edilməsi
sonradan təsdiqləmək, qəbul edilmək
üçün imzalamaq;
â) qoşulmaqla.
2. Təsdiqetmə, yaxud qoşulma
YUNESKO-nun Baş direktoruna (sonradan «Depozitari» adlanacaq) təsdiqləmə
və ya qəbul etmə, haqqında sənədlərin təhvil
verilməsi vasitəsilə qüvvəyə minir.
3. Əgər imzalama zamanı və
ya Konvensiyanın 9-cu Maddəsinə uyğun olaraq sənədin
saxlanmağa verilməsi anında başqa fikir irəli
sürmürsə Konvensiyanın Razılığa gələn
Tərəfi olan hər hansı dövlət bu Protokolun
qüvvəyə minməsindən sonra Konvensiyanın tərəfi
sayılır.
4. Hər hansı bir dövlət əvvəllər
Konvensiyanın Razılığa gələn Tərəfi
olmayıbsa, həmin ölkə üçün bu Protokol
qüvvəyə mindiyi tarixdən bu Protokol vasitəsi ilə
dəyişdirilmiş Konvensiyanın
iştirakçısı sayılır.
Maddə
6
1. Bu Protokol dördüncü
ayın birinci günü, yəni Konvensiyanın
Razılığa gələn Tərəflərinin
üçdə ikisinin bu protokolun imzalanması gününə
onu danışıqsız imzaladıqdan və ya təsdiq
etdikdən sonra qüvvəyə minir.
2. 5-ci maddənin 1 və 2 paraqraflarında
təyin olunduğu kimi, bu Protokola görə
Razılığa gələn Tərəf olmuş hər
hansı bir ölkə üçün bu Protokol təsdiq etmə,
qəbul etmə və ya ona qoşulma haqqında qeyd-şərtsiz
imzaladığı gündən etibarən qüvvəyə
minir.
3. 5-ci maddənin 1 və 2
paraqraflarında təyin olunduğu kimi, bu Protokola görə
Razılığa gələn Tərəf olmuş hər
hansı bir ölkə üçün bu Protokolu imzalamaq
üçün açılmış tarixlə onun qüvvəyə
minməsi tarixi arasındakı müddət ərzində
Protokol bu maddənin 1 paraqrafında göstərildiyi tarixdən
qüvvəyə minir.
Maddə
7
1. Bu Protokolun əslləri ingilis və
fransız dillərindədir ki, hər iki mətn eyni dərəcədə
etibarlıdır və Depozitariyə saxlanmaq üçün
verilir.
Bu əsllərin təsdiqlənmiş
nüsxələrini Depozitari bu Protokolu imzalamış və
ya ona qoşulmaq haqqında sənəd təhvil vermiş
bütün ölkələrə göndərir.
2. Depozitari Konvensiyanın Sazişə
girmiş bütün Tərəfləri və bu Protokolu
imzalamış və ya ona qoşulmaq haqqında sənəd
təhvil vermiş ölkələri
aşağıdakılar barədə ən qısa müddətdə
xəbərdar edir:
à) bu Protokolun ölkələr tərəfindən
imzalanması barədə;
á) bu Protokolun qəbulu, təsdiqi və
ya ratifikasiyası barədə sənədlərin təhvili
haqqında;
â) bu Protokola qoşulmaq barədə
sənədlərin təhvili haqqında;
ã) bu Protokolun qüvvəyə minməsi
tarixi haqqında.
3. Bu Protokol qüvvəyə mindiyi
anda Depozitari onu BMT-nin Nizamnaməsinin 102-ci Maddəsinə
uyğun olaraq onun Katibliyində qeydiyyatdan keçirəcək.
Bunu təsdiq edərək, səlahiyyəti
olanlar bu Protokolu imzalayırlar.
1982-ci
il dekabrın 3-də Parisdə icra edilib.
Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli
olan sulu-bataqlıq yerlər haqqında Konvensiyaya qəbul
edilmiş
Düzəlişlər
Razılığa
gələn tərəflərin Konfransında (28 may 1987-ci il)
qəbul edilmiş 6-cı və 7-ci maddələr əlavələrlə
Maddə
6
1. Bununla Razılığa gələn
Tərəflər bu Konvensiyanın yerinə yetirilməsini
müzakirə etmək və ona yardım etmək məqsədi
ilə Konfrans təsis edilir. 8-ci Maddənin 1-ci bəndində
qeyd edilən Büro, Konfransın qəbul etdiyi başqa qərar
müstəsna təşkil edildiyi hallar çıxılmaqla
üç ildən çox olmamaq şərti ilə
Razılığa gələn Tərəflərin
Konfransını çağırır. Növbədənkənar
sessiyalar isə sazişə girmiş Tərəflərin ən
azı üçdə ikisinin yazılı xahişi üzrə
çağırılır. Razılığa gələn Tərəflərin
Konfransının hər növbəti sessiyasında gələcək
sessiyanın vaxtı və yeri təyin olunur.
2. Razılığa gələn Tərəflərin
Konfransı aşağıdakılar üzrə səlahiyyətə
malikdir:
à) bu Konvensiyanın yerinə yetirilməsini
müzakirə etmək;
á) Siyahıya əlavələr və
onda dəyişiklikləri müzakirə etmək;
â) 3-cü maddənin 2-ci bəndinə
uyğun olaraq Siyahıya daxil edilmiş sulu-bataqlıq sahələrin
ekoloji mahiyyətində dəyişikliklər haqqında məlumatı
müzakirə etmək;
ã) Razılığa gələn Tərəflərə
sulu-bataqlıq sahələrinin, onların fauna və
florasının mühafizəsi, idarəsi və səmərəli
istifadəsinə dair ümumi və xüsusi tövsiyələr
vermək;
ғ) əsas etibarı ilə beynəlxalq
mahiyyət daşıyan və sulu-bataqlıq sahələrinə
aid hesabat və statistik məlumatların hazırlanması
haqqında müvafiq beynəlxalq orqanlara müraciət etmək;
ä) bu Konvensiyanın həyata
keçirilməsi məqsədi ilə digər tövsiyələr
və qətnamələr qəbul etmək.
3. Razılığa gələn Tərəflər,
bütün səviyyələrdə olan sulu-bataqlıq sahələrinin
idarəsinə görə məsuliyyət
daşıyanların hamısı xəbərdar olsunlar və
belə Konfransların sulu-bataqlıq sahələr və
onların fauna və florasının mühafizəsi, idarəsi
və səmərəli istifadəsi barədə tövsiyələrini
nəzərə alsınlar.
4. Razılığa gələn Tərəflərin
Konfransı özünün hər sessiyasının
keçirilmə qaydalarını təsdiq edir.
5. Razılığa gələn Tərəflərin
Konfransları bu Konvensiyanın maliyyəsi barədə
Əsasnamə haqqında xülasələr qəbul edir və
həyata keçirir. Onun növbəti sessiyalarının
sonunda iştirak edənlərin və Razılığa gələn
Tərəflərin səsvermədə iştirak edənlərinin
üçdə ikisinin çoxluğu tərəfindən
növbəti maliyyə müddəti üçün
büdcəni təsdiq edir.
6. Razılığa gələn hər
bir Tərəf, Konfransın növbəti sessiyasında
iştirak edənlərin və Razılığa gələn
Tərəflərin səsvermədə iştirak edənlərin
üçdə ikisinin çoxluğu tərəfindən qəbul
edilmiş üzvlük haqqı cədvəli üzrə
üzvlük haqqı ödəyir.
Maddə
7
1. Razılığa gələn hər
bir Tərəf belə Konfranslarda iştirak etmək
üçün öz nümayəndə heyətlərinin tərkibinə
elə şəxsləri daxil etməlidir ki, onlar öz elmi,
idarəçilik və ya digər sahələrdə əldə
etmiş olduqları bilik və bacarıqları ilə
sulu-bataqlıq sahələri və ya su quşları üzrə
mütəxəssis olsunlar.
2. Konfransda təmsil olunan
Razılığa gələn hər bir Tərəf bir səsə
malikdir. Belə ki, tövsiyələr, qətnamələr və
qərarlar bu Konvensiyada təyin olunmuş xüsusi hallar
istisna olmaq şərti ilə orada iştirak edənlərin və
səsvermədə iştirak edənlərin adi səs
çoxluğu ilə həyata keçirilir.
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3797-3805.