“Birləşmiş
Millətlər Təşkilatının “İqlim Dəyişmələri
haqqında” Çərçivə Konvensiyasına dair” Kioto
Protokoluna qoşulmaq barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikası “Birləşmiş Millətlər
Təşkilatının “İqlim Dəyişmələri
haqqında” Çərçivə Konvensiyasına dair”
1997-ci il dekabrın 11-də Kioto şəhərində qəbul
olunmuş Protokoluna qoşulsun.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 912-IQ
BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası
Kioto
Protokolu
Müqəddimə
1992-ci ildə Birləşmiş
Millətlər Təşkilatının İqlim dəyişmələri
haqqında Çərçivə Konvensiyasını qəbul
edərək hökumətlər gələcəkdə onun
daha fəal tədbirlərin həyata keçirilməsi
üçün əsas olacağını təsdiq etdilər.
Daimi informasiya mübadiləsi, araşdırmalar və
müzakirələr nəzərdə tutan bu Konvensiya, siyasi
idarə və elmi biliklərin inkişafı nəzərə
alınmaqla, əlavə öhdəliklər götürməyə
imkan verir.
İnkişaf etmiş ölkələrin
öhdəliklərinin məqsədə
uyğunluğu, ilk dəfə 1995-ci ildə Berlində
keçirilən Tərəflər Konfransının (TK-1)
birinci sessiyasında nəzərdən keçirilmişdir.
Tərəflər, inkişaf etmiş ölkələrin
2000-ci il üçün tullantı səviyyələrinin
1990-cı il səviyyəsinə endirilməsinə
yönəlmiş öhdəliklərinin
Konvensiyanın «İqlim sisteminə təhlükəli
antropogen təsirə» yol verməməkdən
ibarət olan uzunmüddətli məqsədlərə nail
olmaq üçün müvafiq olması qərarına gəlmişlər.
Bunu nəzərə alaraq, nazirlər
və digər yüksək vəzifəli şəxslər
Berlin mandatının qəbul etmiş və inkişaf
etmiş ölkələrin öhdəliklərini
gücləndirmək məqsədi ilə
yeni danışıqlar mərhələsinə başlamışlar. Razılaşmanın
işlənməsi üçün Berlin mandatı üzrə
xüsusi qrup təsis edilmiş, hansı ki, özünün
8 sessiyasını keçirərək Tərəflər
Konfransının 3-cü sessiyasına yekun
danışıqları üçün mətn təqdim
etmişdir.
1997-ci ilin dekabrında Yaponiyanın
Kioto şəhərində keçirilən bu mühüm
müşavirədə təqribən 10000 nümayəndə,
müşahidəçi və jurnalist iştirak etmişdir.
Konsensus əsasında qəbul olunmuş qərarda /I/T.K3/
Konfrans inkişaf etmiş sənaye ölkələrinin
2008-2012-ci illər üçün parnik
qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi
ilə müqayisədə ən azı 5% ixtisar edəcəkləri haqqında Protokol qəbul
etmək qararına gəlmişdi. Bu
hüquqi öhdəlik təxminən 150 il əvvəl
başlamış tullantıların artırılması
istiqamətində tarixi dönüş olacağına
ümid verir.
Kioto Protokolu 16 mart 1998-ci ildə
imzalanmaq üçün açılmışdır.
O, Konvensiya Tərəflərinin ən azı 55 tərəfi
- payına ümumi karbon dioksidi
tullantılarının minimum 55%-i düşən inkişaf
etmiş sənaye ölkələri qrupuna daxil olan ölkələr
tərəfindən təsdiq edildikdən
90 gün sonra qüvvəyə minir. Buna baxmayaraq, Konvensiya Tərəfləri
öz öhdəliklərini yerinə
yetirməkdə və gələcəkdə Protokolun həyata
keçirilməsinə hazırlaşacaqlar.
Mündəricat
İqlim dəyişmələri
haqqında Birləşmiş Millətlər Təşkilatının
Çərçivə Konvensiyasının Kioto Protokolunun
maddələri sərlövhəsizdir, aşağıda
göstərilən ümumi xarakterli sərlövhələr
yalnız mətnlə işi yüngülləşdirmək
üçün nəzərdə tutulmuş və 3-cü səhifədə
başlanan rəsmi mətnin bir hissəsi hesab olunmur.
Preambula:
1. Qərarlar.
2. Siyasət və tədbirlər.
3. Tullantıların məhdudlaşdırılması
və ixtisara salınması üzrə müəyyən kəmiyyət
öhdəlikləri.
4. Öhdəliklərin
birgə yerinə yetirilməsi.
5. Metodoloji məsələlər.
6. Tullantıların
azaldılması, vahidlərinin təhvili və əldə
edilməsi /birgə həyata keçirmə.
7. İnformasiyanın
ötürülməsi.
8. İnformasiyanın nəzərdən
keçirilməsi.
9. Protokolun nəzərdən
keçirilməsi.
10. Mövcud öhdəliklərin
yerinə yetirilməsinə sonrakı
yardım.
11. Maliyyə mexanizmi.
12. Təmiz inkişaf mexanizmi.
13. Tərəflər Konfransı
kimi fəaliyyət göstərən Tərəflər
müşavirəsi.
14. Katiblik.
15. Köməkçi orqanlar.
16. Çoxtərəfli məşvərət
prosesi.
17. Tullantılar ticarəti.
18. Riayətsizlik.
19. Mübahisələrin nizama
salınması.
20. Düzəlişlər.
21. Onlara əlavə və düzəlişlərin
qəbul edilməsi.
22. Səs hüququ.
23. Depozit.
24. İmzalanma, təsdiqləmə,
qəbul etmə, bəyənmə və ya qoşulma.
25. Qüvvəyə minmə.
26. Təshihlər.
27. Çıxış.
28. Əslinə uyğun mətnlər.
Əlavə
A: Parnik qazları və sahə/mənbə
kateqoriyaları
Əlavə
B: Tullantılar üzrə Tərəflərin öhdəlikləri
Aşağıda göstərilən
cədvəl və Tərəflər Konvensiyasının
üç qərarı Kioto Protokolunun tərkib hissəsi
deyildir və Protokolun qəbulu və həyata keçirilməsi
ilə bağlı informasiya mənbəyi kimi buraya daxil edilmişdir.
Qərar 1/T.K.3: Birləşmiş
Millətlər Təşkilatının İqlim dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Kioto
Protokolunun qəbul edilməsi.
Qərar 2/T.K.3: Kioto Protokolu ilə
bağlı olan metodoloji məsələlər.
Qərar 3/T.K.3: Konvensiyanın
4-cü maddəsinin 8 və 9-cu bəndlərinin yerinə
yetirilməsi.
Cədvəl: Kioto Protokolunun 25-ci
maddəsinin məqsədlərinə uyğun olaraq 1990-cı
ildə 1-ci əlavəyə daxil edilmiş Tərəflərin
ümumi karbon dioksid tullantıları.
Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri
Haqqında Çərçivə Konvensiyasının
Kioto
Protokolu
Bu Protokolun Tərəfləri, Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəfləridirlər.
2-ci maddədə göstərildiyi
kimi, Konvensiyanın son məqsədinə nail olmaq məramı
ilə Konvensiya nizamnaməsinə istinad edərək,
Konvensiyanın
3-cü maddəsini əldə rəhbər tutaraq, Tərəflər
Konvensiya Konfransının 1-ci sessiyası qərarı ilə
1/T.K.1 qəbul olunmuş Berlin mandatının yerinə
yetirilməsi üçün,
aşağıdakılar
haqqında razılığa gəlmişlər:
Maddə
1
Bu Protokolun məqsədləri
üçün Konvensiyanın 1-ci maddəsində rast gəlinən
tərəflərdən istifadə olunur. Bundan başqa:
1. «Tərəflər Konfransı»
dedikdə Konvensiyanın Tərəflər Konfransı nəzərdə
tutulur.
2. «Konvensiya» Birləşmiş Millətlər
Təşkilatının 1992-ci il mayın 9-də Nyu-Yorkda qəbul
edilmiş İqlim dəyişmələri üzrə Çərçivə
Konvensiyası deməkdir.
3. «İqlim dəyişmələri
üzrə hökumətlərarası
ekspertlər qrupu» Ümumdünya meteorologiya Təşkilatı
və Birləşmiş Millətlər Təşkilatının
ətraf mühitin mühafizəsi üzrə 1988-ci il
Proqramı tərəfindən birgə təsis olunmuş
İqlim dəyişmələri üzrə hökumətlərarası
ekspertlər qrupu deməkdir.
4. «Monreal Protokolu» sonralar edilmiş dəyişiklik
və güzəştlərlə 1987-ci il sentyabrın 16-də
Monrealda qəbul edilmiş, ozon qatını dağıdan maddələr
üzrə Monreal Protokolu deməkdir.
5. «Səsverməyə gələn
və iştirak edən Tərəflər» lehinə və ya əleyhinə
səs verən və iştirak edən Tərəflər deməkdir.
6. Əgər ümumi mətndən
başqa məna alınmırsa, «Tərəf» bu Protokolun Tərəfi
deməkdir.
7. 1-ci əlavəyə daxil
edilmiş Tərəf, düzəlişlər edilə biləcək
Konvensiyaya olan birinci əlavəyə daxil edilmiş Tərəf,
ya da Konvensiyanın 4-cü maddəsinin 2/q bəndinə
uyğun olaraq bildiriş təqdim edən Tərəf deməkdir.
Maddə
2
1. 1-ci Əlavəyə daxil
edilmiş hər bir Tərəf, 3-cü maddəyə
müvafiq olaraq, tullantıların məhdudlaşdırılması
və ixtisar edilməsi üzrə müəyyən say öhdəliklərini yerinə yetirdiyi
müddətdə stabil inkişafa nail olmaq məqsədi ilə:
a) öz milli xüsusiyyətlərinə
uyğun olaraq bu cür siyasət və tədbirlər
planı həyata keçirir və yaxud sonralar işləyib
hazırlayır:
1) milli İqtisadiyyatın müvafiq
bölmələrində enerjinin istifadəsində
effektivliyin artırılması;
2) təbiətin mühafizəsi
üzrə müvafiq beynəlxalq razılaşmalara
əsasən öhdəliklərini nəzərə
alaraq, Monreal Protokolu ilə nizama salınmayan uducu və
yığıcıların mühafizəsi və keyfiyyətinin
yüksəldilməsi; meşə təsərrüfatı
idarəçiliyi, meşələrin qırılması və
stabil zəmində meşələrin bərpası üzrə
səmərəli metodların təşviqi;
3) iqlim dəyişmələri ilə
bağlı fikir və mülahizələr baxımından kənd
təsərrüfatının sabit formalarının genişləndirilməsi;
4) tədqiqat işlərinin
aparılması, onların tətbiqinə köməklik
göstərilməsi, yeni və yenidən bərpa olunan enerji
növləri, karbon dioksidinin udulması
texnologiyaları və ekoloji baxımdan təmiz innovasiya texnologiyalarının
hazırlanması və daha geniş istifadə olunması;
5) bazar uyğunsuzluqları,
fiskal stimulları, vergi və
rüsumlardan azad edilmə halları, Konvensiyanın məramına
zidd olan subsidiyalar və bütün tullantı mənbələri
olan bölmələrdə parnik
qazlarının tədricən ixtisar edilməsi və ya aradan
qaldırılması və bazar əməliyyatlarının
tətbiqi;
6) Monreal Protokolu ilə nizama
salınmayan parnik qazı
tullantılarını məhdudlaşdıran
və ya ixtisara salan siyasət və tədbirlərin həyata
keçirilməsinə kömək məqsədi
ilə müvafiq bölmələrdə lazımi müvafiq
islahatların geniş tətbiqi;
7) Monreal Protokolu ilə nizama
salınmayan nəqliyyatda daşınan parnik
qazı tullantılarının məhdudlaşdırılması
və yaxud ixtisar edilməsi üzrə tədbirlər;
8) Tullantıların
ayrılması, həmçinin enerjinin istehsalı,
daşınması və paylaşdırılması
zamanı rekuperasiya yolu ilə metan
qazı tullantılarının məhdudlaşdırılması
və/yaxud ixtisarı;
b) Konvensiyanın 4-cü maddəsinin
2/e/1/ bəndinə uyğun olaraq bu maddə əsasında həyata
keçirilən siyasət və tədbirlərin şəxsi
və ümumi səmərəliliyinin
artırılması məqsədi ilə digər bu cür Tərəflərlə
əməkdaşlıq edir. Bu məqsədlə Tərəflər
müqayisə olunma dərəcəsi, şəffaflıq və
səmərəliliyi nəzərə alınmaqla bu tədbirlər
haqqında informasiya mübadiləsi və təcrübələrinin
yayılması üçün addımlar atırlar. Bu
Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransı bütün müvafiq informasiya nəzərə
alınmaqla (birinci sessiyasında və yaxud sonralar, praktiki cəhətdən
mümkün ola biləcək vaxtda) belə bir əməkdaşlığın
genişləndirilməsi yollarını
nəzərdən keçirəcək.
2. Əlavə 1-ə daxil edilmiş
Tərəflər, müvafiq surətdə Beynəlxalq
Mülki Aviasiya və Beynəlxalq Dəniz təşkilatları
ilə fəaliyyət göstərərək, hava və dəniz
yolu ilə daşınma zamanı bunker yanacağının
istifadə olunması nəticəsində Monreal Protokolu ilə
nizama salınmayan parnik qazı
tullantılarının məhdudlaşdırılması
və ya ixtisarına çalışırlar.
3. Əlavə 1-ə daxil edilmiş
Tərəflər, digər Tərəflər xüsusi ilə
inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflər
və o cümlədən Konvensiyanın 3-cü maddəsi nəzərə
alınmaqla, Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində
sadalanan Tərəflər üçün xoşagəlməz
nəticələrin, həmçinin iqlim dəyişmələrinin
xoşagəlməz nəticələrinin, beynəlxalq ticarətə
təsir edən sosial, ekoloji və iqtisadi nəticələrin
minimuma endirilməsi üçün bu
maddəyə uyğun siyasət və tədbirlər həyata
keçirməyə çalışırlar. Bu Protokolun Tərəfləri
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı, hazırkı bəndin əsasnaməsini
həyata keçirməyə şərait yaradılması məqsədi
ilə zəruri vaxtlarda müvafiq addımlar ata bilər.
4. Bu Protokolun Tərəfləri
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı müxtəlif milli xüsusiyyət
və potensial nəticələri nəzərə alaraq: 1 a)
bəndində göstərilən istənilən icra və tədbirlərin
əlaqələndirilməsinin səmərəliliyi
haqqında qərar çıxararsa, bu zaman o, bu cür icra və
tədbirlərin koordinasiyasını nizamlama yollarını
və vasitələrini nəzərdən keçirir.
Maddə
3
1. Əlavə 1-ə daxil edilmiş
Tərəflər, A əlavəsində adı çəkilən
parnik qazlarının ümumi antropogen
tullantılarının karbon dioksidlə
ekvivalentdə B əlavəsində qeydə alınmış
tullantıların məhdudlaşdırılması
və ixtisar edilməsi üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsini nəzərdə tutaraq, onlar
üçün təyin olunmuş miqdarı ötməməsi
və bu maddənin əsasnaməsinə uyğun olaraq öhdəliklərin qüvvədə
qaldığı 2008-2012-ci illərdə 1990-cı il səviyyəsi
ilə müqayisədə belə qazların ümumi
tullantılarının ən azı 5% azadılmasına
ayrı-ayrılıqda və ya birgə təminat verirlər.
2. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf, bu Protokol üzrə öhdəliklərinin
yerinə yetirilməsində 2005-ci il
üçün əhəmiyyətli uğurlar qazanmağa
çalışır.
3. Əlavə 1-ə daxil edilmiş
hər Tərəfin bu maddə üzrə öz öhdəliklərini yerinə yetirməsi
üçün 1990-cı ildən başlayaraq meşəsalma,
meşələrin yenidən bərpası və meşələrin
qırılması ilə məhdudlaşan meşə təsərrüfatı
və torpaqdan istifadədə baş verən dəyişikliklər
sahəsində insan fəaliyyətinin birbaşa nəticəsi
olan parnik qazlarının uducularla
absorbsiyası və mənbələrdən atılan
tullantılar həcmində təmiz dəyişdiricilərdən
istifadə edilir. Bunlar öhdəliklərin
qüvvədə qaldığı hər bir dövrdə
karbon tullantılarında baş verən dəyişikliklərin
yoxlanılması ilə ölçülür. Fəaliyyətin
bu növləri ilə bağlı olan mənbələrdən
edilən tullantılar və parnik
qazlarının uducularla absorbsiyası
haqqında məruzələr diqqətlə yoxlanılaraq təqdim
edilir, 7 və 8-ci maddələr əsasında nəzərdən
keçirilir.
4. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının birinci sessiyasına qədər,
əlavə 1-ə daxil edilmiş hər Tərəf
1990-cı ildə karbon tullantıları səviyyəsinin müəyyənləşdirilməsi və
sonrakı illərdə karbon tullantı ehtiyatlarında gedən
dəyişikliklərin qiymətləndirilməsi
üçün köməkçi orqana elmi və texniki
aspektlə məşvərətlər aparmaq məqsədi ilə
göstəricilər təqdim edir. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı, ilk sessiyasında və yaxud
sonralar mümkün olduqda kənd təsərrüfatı
torpaqlarının istifadəsi, torpaqdan istifadə və
meşə təsərrüfatında baş verən dəyişiklik
kateqoriyalarında parnik qazlarının uducularla absorbsiyası və mənbələrdən
axan tullantılardakı dəyişmələrlə
bağlı insanın hansı əlavə fəaliyyət sahəsinin,
əlavə 1-ə daxil edilərək Tərəflər
üçün müəyyən edilmiş kəmiyyət göstəricilərinin üstünə gəlməsi
və yaxud məruzələrin təqdimatı zamanı
qeyri-müəyyənlik, şəffaflıq, yoxlamaların aparılmasının
mümkünlüyü, iqlim dəyişmələri üzrə
hökumətlərarası ekspertlər
qrupunun metodoloji işi, Tərəflər Konfransının
5-ci maddəsi və qərarlarına uyğun olaraq elmi-texniki
aspektdə məsləhətləşmələr
aparmaq məqsədi ilə köməkçi orqan tərəfindən
təqdim edilən və keçirilən konsultasiyalar amilini nəzərə
alaraq onlardan çıxılması ilə bağlı rəhbər
prinsiplər, şərtlər və qaydalar haqqında qərar
çıxaracaq. Bu cür qərar öhdəliklərin
ikinci və sonrakı fəaliyyət dövrlərində həyata
keçirilir. Tərəf, öhdəliklərinin
ilk fəaliyyət dövrü ərzində, fəaliyyət
növlərinin 1990-cı ildən mövcud olması şərti
ilə insan fəaliyyətinin bu əlavə növləri
haqqında əsasnaməni həyata keçirmək qərarına
gələ bilər.
5. Əlavə 1-ə daxil edilmiş
və bazar iqtisadiyyatına keçid prosesini həyata
keçirən Tərəflər Konvensiyanın Tərəflər
Konfransının 2-ci sessiyasının 9/T.K. 2-li qərarı
ilə əsas fəaliyyətlərini və ya mərhələlərini
müəyyən edir, bu fəaliyyətləri və ya mərhələni
bu maddə üzrə öhdəliklərinin
yerinə yetirilməsinə həsr edirlər.
Bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən
və Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq hələ
özünün birinci milli məruzəsini təqdim etməyən,
əlavə 1-ə daxil edilmiş, istənilən başqa Tərəf,
bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransını bu maddə üzrə öhdəliklərini
yerinə yetirmək üçün o, 1990-cı ildəkindən fərqli fəaliyyət ili və
ya mərhələsindən istifadə etmək niyyətində
olduğu barədə məlumatlandıra bilər. Bu Protokolun
Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət
göstərən Tərəflər Konfransı bu
bildirişin qəbulu haqqında məsələni həll
edir.
6. Öhdəliklərin
yerinə yetirilməsi zamanı Konvensiyanın 4-cü maddəsinin
6-cı bəndi nəzərə alınmaqla, bu maddədə
göstərilən öhdəliklərlə
yanaşı, bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransı tərəfindən, əlavə 1-ə daxil edilmiş
və bazar iqtisadiyyatına keçid prosesini həyata
keçirən Tərəflərə müəyyən
elastiklik imkanı verilir.
7. 2008-2012-ci illərdə
tullantıların məhdudlaşdırılması
və ixtisarı üzrə müəyyən say öhdəliklərinin ilk fəaliyyət
dövrü ərzində əlavə 1-ə daxil edilmiş hər
Tərəf üçün müəyyən olunmuş
miqdar, təkcə parnik qazlarının
ümumi antropogen tullantıları B əlavəsində
göstərilən faizlə paya bərabər olub, A əlavəsində
sadalanmış və 1998-ci il və ya fəaliyyət ili, ya
da mərhələsi üçün 5-ci maddəyə
uyğun olaraq müəyyən edilmiş göstəricidən
karbondioksidlə müqayisədə 5 dəfə
artıqdır. Əlavə 1-ə daxil edilmiş Tərəflər
1990-cı ildən torpaq istifadəsi və meşə təsərrüfatında
baş verən dəyişikliklər parnik
qazlarının tullantısı üçün təmiz mənbə
hesab edilən, Əlavə 1-ə daxil edilmiş, Tərəflər,
müəyyən edilmiş miqdarın hesablanması məqsədilə
1990-cı il baza ili və mərhələsi üçün
öz tullantılarına torpaqların istifadə olunmasından gedən dəyişikliklər nəticəsində
1990-cı ildə uducuların
absorbsiyasını çıxmaq şərtilə
karbondioksidlə müqayisədə mənbələrdən
edilən ümumi antropogen tullantıları da daxil edirlər.
8. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf, 7-ci bənddə qeyd olunduğu kimi,
ödəniş məqsədi ilə 1995-ci il karbon hidroftor, karbon perftor və
kükürd heksaftoridlər
üçün fəaliyyət ili kimi istifadə edə bilər.
9. Əlavə 1-ə daxil edilmiş
Tərəflər üçün sonrakı mərhələlər
üzrə öhdəliklər, 21-ci maddənin 7-ci bəndinin
əsasnaməsinə uyğun olaraq qəbul edilən bu
Protokola B əlavəsinin düzəlişləri ilə müəyyənləşdirilir. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı yuxarıda göstərilən
1-ci bənddə qeyd olunduğu kimi öhdəliklərin
birinci fəaliyyət dövrünün sonuna ən azı 7
il qalmış bu öhdəlikləri nəzərdən
keçirməyə başlayacaq.
10. Tullantı ixtisarının istənilən
vahidi və ya hər hansı Tərəfin digər Tərəfdən
əldə etdiyi müəyyən edilmiş miqdarın istənilən
hissəsi 6-cı və ya 17-ci maddənin qərarına
uyğun olaraq, qazanan Tərəfin müəyyən
edilmiş miqdarına artırılır.
11. 6-cı və 17-ci maddələrin
qərarlarına uyğun olaraq hər hansı bir Tərəfin
digər Tərəfə verdiyi tullantı ixtisarının
istənilən vahidi və ya müəyyən edilmiş
miqdarın istənilən hissəsi ötürən tərəfin
müəyyən edilmiş miqdarından
çıxarılır.
12. 12-ci maddənin qərarına əsasən
hər hansı bir Tərəfin digər Tərəfdən qəbul
etdiyi tullantı ixtisarının istənilən
sertifikatlı vahidləri qəbul edən Tərəfin müəyyən
edilmiş miqdarına artırılır.
13. Əgər əlavə 1-ə
daxil edilmiş Tərəflərin tullantıları öhdəliklərin bu və ya digər fəaliyyət
dövründə bu maddəyə uyğun olaraq onun
üçün müəyyən edilmiş miqdardan az olarsa,
bu fərq həmin Tərəfin xahişilə
öhdəliklərini sonrakı fəaliyyət
dövründə onun müəyyən edilmiş miqdarına
artırılır.
14. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf, inkişaf etməkdə olan ölkələr
hesab edilən Tərəflər, xüsusi ilə
Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində
adı çəkilən Tərəflər üçün
xoşagəlməz sosial, ekoloji və iqtisadi nəticələri
minimuma endirmək üçün 1-ci bənddə qeyd olunan öhdəliklərin həyata keçirilməsinə
çalışır. Bu bəndlərin həyata
keçirilməsi haqqında Tərəflər
Konfransının müvafiq qərarlarına uyğun olaraq, bu
Protokolu Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Konvensiyanın Tərəflər
Konfransı iqlim dəyişmələrinin
xoşagəlməz nəticələrinin minimuma endirilməsi üçün hansı zəruri
tədbirlərin həyata keçirilməsi və ya
yuxarıda göstərilən bəndlərdə Tərəflər
üçün sadalanan cavab tədbirlərinin nəticələri
üzrə məsələləri 1-ci sessiyasında nəzərdən
keçirəcək.
Maddə
4
1. 3-cü maddə üzrə öhdəliklərinin
birgə yerinə yetirilməsi haqqında razılığa gəlmiş,
əlavə 1-ə daxil edilmiş istənilən Tərəflərə
A-Əlavəsində göstərildiyi kimi, parnik
qazlarının ümumi antropogen tullantılarının
karbon dioksidlə ekvivalentdə müəyyən
olunmuş və 3-cü maddənin qərarlarına əsasən
B-əlavəsində göstərildiyi kimi,
tullantılarının məhdudlaşdırılması
və ixtisarı üzrə onların müəyyən say öhdəliklərinin yerinə yetirilməsini nəzərdə tutan
miqdarı aşmayacağı təqdirdə
bu öhdəlikləri yerinə yetirmiş Tərəflər
kimi baxılır. Bu cür razılaşma Tərəflərin
hər biri üçün təyin edilmiş
tullantıların müvafiq səviyyəsi bu
razılaşmada müəyyən edilir.
2. İstənilən bu cür
razılaşma Tərəfləri bu Protokolun təsdiqi, qəbulu
və bəyənilməsi haqqında sənədlərin
mühafizə edilməyə təqdim etdikləri gün razılaşmanın şərtləri
haqqında katibliyə bildiriş göndərirlər. Öz
növbəsində katiblik Konvensiyanın tərəfləri
və imza edən iştirakçıları razılaşmanın
şərtləri ilə məlumatlandırır.
3. Hər hansı belə
razılaşma 3-cü maddənin 7-ci bəndində göstərildiyi
kimi, öhdəliklərin fəaliyyəti
dövrü ərzində qüvvədə qalır.
4. Əgər birgə fəaliyyət
göstərən Tərəflər bunu iqtisadi inteqrasiya
üzrə regional təşkilat çərçivəsində
və ya onunla birgə həyata keçirirlərsə, o zaman
bu Protokolun qəbulundan sonra bu təşkilatın tərkibində
baş verən hər hansı bir dəyişiklik bu Protokol
üzrə mövcud öhdəliklərə təsir göstərmir.
Təşkilatın tərkibində baş verən istənilən
dəyişiklik yalnız bu dəyişiklikdən sonra qəbul
edilmiş 3-cü maddə üzrə öhdəliklərin
yerinə yetirilməsi məqsədi ilə istifadə edilə
bilər.
5. Bu cür razılaşma Tərəflərin
tullantıların səviyyəsinin yekun ixtisarına nail olmadıqları təqdirdə, bu razılaşmanın Tərəfləri
razılaşmada müəyyən edilmiş tullantı səviyyəsi
üçün məsuliyyət daşıyır.
6. Əgər birgə fəaliyyət
göstərən Tərəflər bunu bu Protokolun Tərəfi
hesab edilən iqtisadi inteqrasiya üzrə regional təşkilat
çərçivəsində və yaxud onunla birgə həyata
keçirilsə, bu zaman iqtisadi inteqrasiya üzrə bu cür
regional təşkilatın üzvü olan hər bir dövlət
ayrı-ayrılıqda və 24-cü maddəyə uyğun
olaraq fəaliyyət göstərən iqtisadi inteqrasiya
üzrə regional təşkilatla birgə tullantıların
yekun ixtisarının yerinə yetirilmədiyi
təqdirdə bu maddəyə əsasən haqqında
bildiriş təqdim edilən tullantı səviyyəsi
üçün məsuliyyət daşıyır.
Maddə
5
1. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf öhdəliklərin
birinci fəaliyyət dövrünün başlanmasına
ən azı bir il qalmış Monreal Protokolu ilə nizamlanmayan mənbələrdən
çıxan antropogen tullantılarının və
bütün parnik qazlarının uducularla absorbsiyasının qiymətləndirilməsi
məqsədi ilə milli sistem yaradır.
Aşağıdakı 2-ci bənddə göstərilən
metodologiyaları özündə cəmləşdirən
bu cür milli sistem üçün bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının 1-ci sessiyasında rəhbər
prinsiplər Konfrans tərəfindən qəbul edilir.
2. Monreal Protokolu ilə nizamlanmayan bütün parnik
qazlarının uducularla absorbsiyası və
mənbələrdə çıxan antropogen
tullantıların qiymətləndirilməsi
üçün iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu tərəfindən
qəbul edilən və Konvensiyanın Tərəflər
Konfransının 3-cü sessiyasında bəyənilən
metodologiyalar əsas götürülməlidir.
Bu cür metodologiyalar istifadə olunmadığı
təqdirdə bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransının 1-ci sessiyasında bəyənilən
metodologiyalara müvafiq olaraq lazımi düzəlişlər
edilir. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər
qrupunun apardığı iş və elmi-texniki aspektlər
üzrə konsultasiyaların aparılması
üçün köməkçi orqan tərəfindən
təşkil olunan məsləhətləşmələr
əsasında bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransı mütəmadi olaraq bü
cür metodologiya və düzəlişlərin şərhini
verir və lazım olduqda onları yenidən nəzərdən
keçirir və Tərəflər Konfransının istənilən
müvafiq qərarını tam dolğunluğu ilə nəzərə
alır. Metodologiya və düzəlişlərin istənilən
nəzərdən keçirilmə prosesi yalnız öhdəliklərin istənilən fəaliyyət
dövrü baxımından 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsinin
nizamlanması məqsədi ilə tətbiq olunur.
3. Mənbələrdən
çıxan antropogen tullantıların və A Əlavəsində
göstərilən parnik qazlarının
uducularla absorbsiyasının karbon dioksidlə ekvivalentdə hesablanması
üçün istifadə olunan qlobal istiləşmə
potensialı iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu tərəfindən
qəbul edilən və Konvensiyanın Tərəflər
Konfransının 3-cü sessiyasında bəyənilən
potensial hesab olunur. İqlim dəyişmələri üzrə
hökumətlərarası ekspertlər
qrupunun əməli işi və elmi texniki aspektdə
konsultasiyaların aparılması üçün köməkçi
orqan tərəfindən təşkil olunan məsləhətləşmələr
əsasında bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konvensiyası bu cür parnik
qazlarının hər birinin potensial qlobal istiləşmə
həcmini mütəmadi olaraq və zərurət
yarandıqda nəzərdən keçirir və Tərəflər
Konfransının istənilən müvafiq qərarını
tam dolğunluğu ilə nəzərə alır. Bu və
ya digər qlobal istiləşmə potensialı həcminin hər
bir halda nəzərdən keçirilməsi öhdəliklərin
istənilən fəaliyyət dövrü baxımından
yalnız 3-cü maddə üzrə öhdəliklərə
tətbiq edilir.
Maddə
6
1. Əlavə 1-ə daxil edilmiş
istənilən Tərəf 3-cü maddə üzrə öz
öhdəliklərini yerinə yetirmək
məqsədi ilə mənbələrdən çıxan
antropogen tullantılarının ixtisarına və ya
iqtisadiyyatın istənilən bölməsində parnik qazlarının uducularla
absorbsiyasının artırılmasına
yönələn layihələr nəticəsində əldə
olunan tullantıların ixtisar vahidlərini istənilən bu
cür Tərəfə ya verə, ya da qəbul edə bilər,
bir şərtlə ki:
a) istənilən bu cür layihə
iştirakçı Tərəflər tərəfindən təsdiq
edilsin;
b) digər halda ola biləcəklərə
əlavə olaraq, istənilən bu cür layihə mənbələrdən
çıxan tullantıların ixtisarını və ya uducularla absorbsiyanın artırılmasını
nəzərdə tutur;
c) 5 və 7-ci maddələr üzrə
öhdəliklərini yerinə yetirmədiyi
təqdirdə o, heç bir tullantı ixtisarı vahidi əldə
etmir;
d) 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi
ilə tullantıların ixtisar vahidinin əldə olunması
daxili fəaliyyəti nizamlayır.
2. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı əməli cəhətdən
mümkün olduqda özünün 1-ci sessiyasında və
yaxud sonralar bu maddənin həyata keçirilməsi, o
cümlədən məruzələrin yoxlanılması və
təqdim edilməsi üçün sonrakı rəhbər
prinsipləri hazırlaya bilər.
3. Əlavə 1-ə daxil edilmiş
Tərəf bu maddəyə uyğun olaraq tullantıların
ixtisar vahidlərinin əldə olunması, təqdim
olunması və ya qəbuluna gətirib çıxaran fəaliyyətlərdə
hüququ şəxsləri öz nəzarəti altında səlahiyyətləndirə bilər.
4. Əlavə 1-ə daxil edilmiş
bu və ya digər Tərəf tərəfindən bu maddədə
göstərilən tələblərin yerinə yetirilməsinə aid olan, 8-ci maddənin qərarlarına
müvafiq olaraq məsələ meydana çıxarsa, öhdəliklərə
riayət etmək haqqında məsələ həll olunana qədər
heç bir Tərəfin 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi
üçün bu cür vahidlərdən istifadə etməməsi şərti ilə,
tullantıların ixtisar vahidinin qəbulu, əldə
olunması və ötürülməsi prosesi bu məsələ
aşkar olunduqdan sonra da davam edə bilər.
Maddə
7
1. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf aşağıda göstərilən
4-cü bəndə əsasən müəyyən edilən
Konvensiyanın Tərəflər Konfransının müvafiq
qərarlarına uyğun olaraq, təqdim edilən Monreal
Protokolu ilə nizama salınmayan mənbələrdən
çıxan antropogen tullantıları və parnik
qazlarının uducularla
absorbsiyasının illik kadastrına 3-cü maddənin qərarlarına
əməl olunması məqsədi ilə zəruri əlavə
informasiyanı daxil edir.
2. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf aşağıda göstərilən
4-cü bəndə müvafiq olaraq müəyyən edilən
Konvensiyanın 12-ci maddəsinə müvafiq olaraq təqdim
edilən öz milli məruzəsinə bu Protokol üzrə
öhdəlikləri yerinə yetirdiyini nümayiş etdirmək
məqsədi ilə zəruri olan əlavə informasiyanı
daxil edir.
3. Əlavə 1-ə daxil edilmiş
hər Tərəf öhdəliklərin
fəaliyyət dövrü ərzində həmin Tərəf
üçün bu Protokolun qüvvəyə minməsindən
sonra Konvensiyaya uyğun olaraq təqdim edilməsi nəzərdə
tutulan ilk kadastrdan başlayaraq, hər il yuxarıda göstərilən
1-ci bəndə uyğun olaraq tələb olunan
informasiyanı təqdim edir. Aşağıda göstərilən
4-cü bənddə nəzərdə tutulduğu kimi, bu
Protokolun mövcud Tərəf üçün qüvvəyə
minməsi və rəhbər prinsiplərin qəbul edilməsindən sonra hər bir belə Tərəf
yuxarıda göstərilən 2-ci bəndə uyğun olaraq
tələb olunan informasiyanı təqdim edir. Tərəflər
Konfransı tərəfindən milli məruzələrin təqdim
olunması üçün qəbul edilmiş istənilən
cədvəli nəzərə almaqla bu maddəyə uyğun
olaraq tələb olunan informasiyanın dövri olaraq
sonrakı təqdimatı bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı müəyyənləşdirir.
4. Bu
Protokolun Tərəflər Konfransı müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransı 1-ci sessiyasından və mütәmadi
olaraq əlavə 1-ə daxil edilmiş, Tərəflərin
milli məruzələrinin hazırlanması üçün
Tərəflər Konfransı tərəfindən qəbul
edilmiş rəhbər prinsipləri nəzərə alaraq bu
maddəyə uyğun olaraq tələb olunan informasiyanın
hazırlanması üçün aparıcı prinsipləri
nəzərdən keçirir. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı müəyyən olunmuş
miqdarın nəzərə alınması qaydası
haqqında öhdəliklərin birinci fəaliyyət
dövrünün başlanmasınadək
də qərar qəbul edir.
Maddə
8
1. Əlavə 1-ə daxil edilmiş
Tərəflər tərəfindən 7-ci maddəyə
uyğun olaraq, təqdim olunan informasiya Tərəflər
Konfransının müvafiq qərarlarının həyata
keçirilməsi üzrə ekspertlər qrupu tərəfindən
və aşağıda göstərilən 4-cü bəndə
uyğun olaraq bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransı tərəfindən bu məqsədlə qəbul
edilən rəhbər prinsiplərə uyğun olaraq nəzərdən
keçirilir. Əlavə 1-ə daxil edilmiş Tərəflərin
7-ci maddənin 1-ci bəndinə uyğun olaraq təqdim etdiyi
informasiya tullantılar və müəyyən edilmiş
miqdarın illik kompilyasiyası və kadastr hesabının bir
hissəsi kimi nəzərdən keçirilir. Buna əlavə
olaraq Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən
7-ci maddənin 2-ci bəndinə uyğun olaraq təqdim edilən
informasiya nəzərdən keçirilən məlumatların
bir hissəsi kimi qəbul edilir.
2. Araşdırma üzrə ekspertlər
qrupu katiblik tərəfindən koordinasiya olunur və Tərəflər
Konvensiyası tərəfindən nümayəndələr irəli
sürülən nümayəndələrdən seçilən
ekspertlərdən ibarət olur və lazım olduqda Tərəflər
Konvensiyası tərəfindən bu məqsədlə qəbul
edilən rəhbər göstərişlərə uyğun
olaraq hökumətlərarası təşkilatlar
tərəfindən nümayəndəliyi irəli
sürülən ekspertlərdən ibarət olur.
3. Araşdırma prosesi ərzində
mövcud Protokolun bütün aspektlərinin bu və ya digər
Tərəf tərəfindən dəqiq və hərtərəfli
texniki qiymətləndirilməsi
aparılır. Tərəflərin öhdəliklərinin
həyata keçirilməsinə təsir
göstərən istənilən potensial problem və amilləri
aşkar çıxaran bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konvensiyası üçün
araşdırma üzrə ekspertlər qrupu məruzə
hazırlayır. Bu cür məruzələr katiblik Tərəfindən
Konvensiyanın bütün Tərəfləri arasında
yayılır. Katiblik bu Protokolu Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konvensiyasının gələcək
araşdırmaları üçün bu cür məruzələrdə
meydana çıxan və öhdəliklərin
yerinə yetirilməsinə aid olan məsələlərin
siyahısını tutur.
4. Bu
Protokolu tərəflər müşavirəsi sifəti
ilə fəaliyyət göstərən Tərəflər
Konfransının müvafiq qərarlarını nəzərə
alaraq araşdırma üzrə ekspertlər qrupunu bu Protokolun
yerinə yetirilməsinin nəzərdən
keçirilməsi məqsədi ilə 1-ci sessiyasında rəhbər
prinsipləri qəbul edir və sonralar mütəmadi olaraq
onları nəzərdən keçirir.
5. Bu
Protokolun Tərəflər müşavirəsi sifəti
ilə fəaliyyət göstərən Tərəflər
Konfransı (köməkçi orqanın) öhdəliklərin
yerinə yetirilməsi üzrə köməkçi
orqanın iştirakı ilə və elmi-texniki aspektlər
üzrə məsləhətləşmələrin
aparılması üçün köməkçi
orqanın imkanlarından asılı
olaraq nəzərdən keçirilir:
a) 7-ci maddəyə uyğun olaraq Tərəflər
tərəfindən təqdim edilən informasiya və bu maddə
əsasında aparılan araşdırmalar haqqında ekspertlərin
məruzəsi; və
b) yuxarıda göstərilən
3-cü bəndə uyğun olaraq katiblik tərəfindən
siyahıya daxil edilmiş öhdəliklərin
yerinə yetirilməsi haqqında məsələlər və
o cümlədən Tərəflər tərəfindən
qaldırılan istənilən məsələlər.
6. Yuxarıda göstərilən
5-ci bənddə qeyd olunan informasiya nəzərdən keçirildikdən sonra bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı bu Protokolun yerinə yetirilməsi
üçün zəruri olan istənilən məsələlər
üzrə qərar qəbul edir.
Maddə
9
1. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı bu Protokolun mövcud olan ən
müasir elmi informasiya və iqlim dəyişmələri və
onun nəticələrinin qiymətləndirilməsi,
o cümlədən bu amillərlə bağlı olan texniki,
sosial və iqtisadi informasiyanı mütəmadi olaraq nəzərdən
keçirir. Bu cür araşdırmalar Konvensiya Çərçivəsindən
müvafiq müzakirələr və xüsusi ilə
Konvensiyanın 4-cü maddəsinin 2 (d) bəndi və 7-ci maddəsinin
2 (a) bəndində nəzərdə tutulan müzakirələr
ilə koordinasiya edilir. Bu cür müzakirələr əsasında
bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransı müvafiq qərarlar qəbul edir.
2. İlk müzakirə bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının 2-ci sessiyasında
keçirilir. Növbəti müzakirələr mütəmadi
olaraq vaxtlı-vaxtında təşkil olunur.
Maddə
10
Öz ümumi, lakin fərqli, məsuliyyətli,
səciyyəvi, milli və regional üstünlükləri,
inkişaf sahəsində məqsəd və məramları nəzərə
alaraq, əlavə 1-ə daxil edilmiş Tərəflər
üçün yeni öhdəlikləri işə salmadan,
lakin Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi üzrə
mövcud öhdəlikləri yenidən təsdiqləyərək
və konvensiyanın 4-cü maddəsinin 3, 5, 7-ci bəndlərini
nəzərə alaraq sabit inkişafa nail olmaq
üçün bu öhdəliklərin
yerinə yetirilməsinə köməklik
məqsədi ilə bütün Tərəflər:
a) Tərəflər Konfransı tərəfindən
qəbul edilmiş milli məruzələrin hazırlanması
üçün rəhbər prinsiplərə uyğun olaraq
Tərəflər Konfransı bəyəniləcək
müqayisəli metodologiyaları istifadə edərək,
Monreal Protokolu ilə nizama salınmayan mənbələrdən
çıxan antropogen tullantıların və parnik qazlarının uducularla
absorbsiyasının milli kadastrının mütəmadi olaraq
yeniləşməsi və tərtib olunması məqsədi
ilə, hər bir Tərəfin sosial iqtisadi göstəriciləri
əks edilən fəaliyyət növləri və yaxud modelləri
lazım gəldikdə və iqtisadi nöqteyi-nəzərdən
mümkün qədər səmərəli, milli və
müvafiq hallarda tullantıların yerli göstəricilərin
keyfiyyətinin yüksəldilməsi üzrə regional
proqramlar formalaşdırır;
b) İqlim dəyişmələrin
nəticələrinin mülayimləşdirilməsi
və iqlim dəyişilmələrinə
uyğun adaptasiya üzrə tədbirlərin keçirilməsini
nəzərdə tutan milli və regional tərtib edir, həyata
keçirir, nəşr etdirir və mütəmadi olaraq yeniləşdirir;
1. Belə proqramlar əsasən
energetika, nəqliyyat və sənaye, o cümlədən kənd
təsərrüfatı, meşə təsərrüfatı
və tullantıların ayrılması sahələrinə
aid olur. Bununla yanaşı, iqlim dəyişmələrinə
olan adaptasiyanı ərazi, məkan planlaşdırılması
təkmilləşdirmə metodları və
adaptasiya texnologiyaları sahəsində təkmilləşdirmək
mümkündür.
2. Əlavə 1-ə daxil edilmiş
tərəflər 7-ci maddəyə uyğun olaraq milli
proqramlar da daxil olmaqla bu Protokola əsasən fəaliyyət
öhdəlikləri haqqında informasiya təqdim edir. Digər
Tərəflər isə müvafiq hallarda parnik
qazı tullantılarının artması və uducuların absorbsiyasının yüksəldilməsi,
potensialın möhkəmləndirilməsi
və adaptasiya tədbirləri daxil olmaqla, müvafiq Tərəfin
fikrincə, iqlim dəyişmələri və onun xoşagəlməz
nəticələrinin aradan qaldırılması probleminin həllinə
şərait yaradan tədbirləri nəzərdə tutan
proqramlar haqqında öz milli məruzələrinə
informasiya daxil edirlər.
c) ekoloji cəhətdən təhlükəsiz
olan texnologiyaların tətbiq olunması və
yayılması, nou-hau, iqlim dəyişmələrinə aidiyyəti olan
proseslərin araşdırılması üçün əlverişli
şəraitin yaradılmasında əməkdaşlıq
edir və dövlətin mülkiyyətində olan və yaxud
ictimai əmlak sayılan ekoloji cəhətdən təhlükəsiz
texnologiyaların səmərəli şəkildə
ötürülməsi, proqram və layihələrinin hazırlanmasını nəzərə alaraq
xüsusən inkişaf etməkdə olan ölkələr
üçün mövcud şəraitdən asılı
olaraq bu cür texnologiyanın nou-hau, tətbiqi
proseslərinin genişləndirilməsi, asanlaşdırılması, maliyyələşdirilməsi
məqsədi ilə əməli cəhətdən
mümkün ola biləcək tədbirlər ekoloji cəhətdən
təhlükəsiz texnologiyadan istifadənin genişləndirilməsi
və yayılması ilə bağlı özəl sektor
üçün əlverişli şəraitin
yaradılması yolunda addımlar atır;
d) elmi-texniki tədqiqatların aparılmasında əməkdaşlıq edir
və mütәmadi müşahidə
sisteminin mühafizəsi və inkişafına, iqlim sistemi,
iqlim dəyişmələrinin xoşagəlməz
nəticələri və müxtəlif reaksiya
strategiyalarının iqtisadi və sosial nəticələri
ilə bağlı olan qeyri-müəyyənliklərin
azaldılması üçün arxiv məlumatlarının
inkişafına şərait yaradır, o cümlədən
Konvensiyanın 5-ci maddəsini nəzərə alaraq, elmi-tədqiqatlar
və mütәmadi müşahidələr
sahəsi üzrə beynəlxalq və hökumətlərarası
proqram və şəbəkələrdə iştirak etmək
imkanının əldə olunması və daxili
potensialın inkişafı və möhkəmləndirilməsini
təmin edir;
e) insan ehtiyatları və təşkilati
imkanlar timsalında milli potensialın möhkəmləndirilməsi
yolunda fəaliyyətini nəzərə alaraq kadrların
hazırlanması və maarifləndirilməsi
üzrə proqramların işlənilməsi
və həyata keçirilməsi sahəsində yeri gəldikdə
mövcud orqanların qüvvəsindən istifadə edərək
beynəlxalq səviyyədə əməkdaşlıq
üzrə tədbirlər həyata keçirir, xüsusi ilə
inkişaf etməkdə olan ölkələrin bu sahə
üzrə ekspertlərin hazırlanması üçün əməkdaşların
mübadiləsi və yaxud onların ezamiyyətə göndərilməsi
həyata keçirilir və o cümlədən iqlim dəyişmələri
haqqında informasiyanın ictimaiyyətə çatdırılması
və ictimaiyyətin milli səviyyədə məlumatlandırılmasına
şərait yaradır. Konvensiyanın müvafiq orqanları
çərçivəsində həyata keçiriləcək
bu fəaliyyəti uyğun şərtlərlə
Konvensiyanın 6-cı maddəsini nəzərə almaqla araşdırılmalıdır.
f) Tərəflər
Konvensiyasının müvafiq qərarlarına uyğun olaraq,
bu maddənin həyata keçirilməsi üçün
proqram və fəaliyyət haqqında informasiyanı öz
milli məruzələrinə daxil edirlər; və
g) bu maddə üzrə öhdəliklər
yerinə yetirilərkən Konvensiyanın 4-cü maddəsinin
8-ci bəndi tam dolğunluğu ilə nəzərə
alınır.
Maddə
11
1. 10-cu maddəni həyata keçirərkən
Tərəflər Konvensiyanın 4-cü maddəsinin 4, 5, 6, 7,
8 və 9-cu bəndlərinin qərarlarını nəzərə
alırlar.
2. Konvensiyanın 4-cü maddəsinin
1-ci bəndinin həyata keçirilməsi kontekstində
Konvensiyanın 11-ci maddəsi və 4-cü maddəsinin
3-cü bəndinin qərarlarına uyğun olaraq və
Konvensiyanın maliyyə mexanizminin idarəçiliyi ilə məşğul
olan bir orqan və ya orqanlar vasitəsi ilə, inkişaf
etmiş ölkələr olan Tərəflər və
Konvensiyanın 2-ci əlavəsinə daxil edilmiş digər
inkişaf etmiş Tərəflər;
a) 10-cu maddənin (a) bəndində
göstərilən Konvensiyanın 4-cü maddəsinin 1 (a) bəndi
üzrə öhdəliklərin yerinə
yetirilməsində inkişaf etməkdə
olan ölkələri təmsil edən Tərəflər tərəfindən
sərf olunan razılaşdırılmış
xərclərin ödənilməsi üçün yeni və
əlavə maliyyə ehtiyatları təqdim edir; və
b) inkişaf etməkdə olan
ölkəni təmsil edən Tərəf və
Konvensiyanın göstərilən 11-ci maddəsinə
uyğun olaraq qeyd olunan beynəlxalq orqan və ya orqanlar
arasında razılaşdırılmış
və 10-cu maddə ilə haşiyələnən
Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə
bağlı olan razılaşdırılmış
bütün əlavə xərclərin ödənilməsi
üçün inkişaf etməkdə olan ölkələri
təmsil edən Tərəflər üçün zəruri
hesab edilən texnologiyaların təqdim olunması
üçün belə maliyyə vəsaitini həmçinin
təqdim edir.
Mövcud öhdəlikləri yerinə
yetirərkən müvafiq və proqnozlaşdırılan
və sair axınına yaranan tələbat və inkişaf
etmiş ölkələr hesab olunan Tərəflər
arasında yükün bu günün müvafiq şəkildə
bölüşdürülməsinin
mühümlüyü nəzərə alınır.
Konvensiyanın maliyyə mexanizmi və idarə olunması ilə
məşğul olan bir orqan və orqanlar üçün Tərəflər
Konfransının müvafiq qərarlarında göstərilən
və o cümlədən bu Protokolun qərar razılaşdırılan
rəhbər göstərişlər bu bəndin qərarlarına
təqdim olunur.
3. İnkişaf etmiş ölkələr
sayılan Tərəflər və Konvensiyanın 2-ci əlavəsinə
daxil edilmiş digər inkişaf etmiş Tərəflər
10-cu maddənin həyata keçirilməsi üçün
ikitərəfli regional və digər çoxşaxəli
kanallar üzrə maliyyə vəsaiti verə, inkişaf etməkdə
olan ölkələr hesab edilən Tərəflər isə
maliyyə vəsaiti ala bilər.
Maddə
12
1. Bu maddə ilə təmiz
inkişaf mexanizmi müəyyənləşdirilir.
2. Təmiz inkişaf mexanizminin məqsədi
stabil inkişafın təmin olunması və Konvensiyanın
son məqsədinə nail olmaq üçün köməklik
göstərilməsində əlavə
1-ə daxil edilməmiş Tərəflərə yardım
etmək, 3-cü maddəyə uyğun olaraq
tullantıların məhdudlaşdırılması
və ixtisarı üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsinin təmin olunmasında
Əlavə 1-ə daxil edilməmiş Tərəflərə
kömək göstərilməsindən
ibarətdir.
3. Təmiz inkişaf mexanizmi çərçivəsində:
a) Əlavə 1-ə daxil edilməmiş
tullantıların sertifikatlaşdırılmış
ixtisarına gətirib çıxaran layihələr üzrə
fəaliyyətin həyata keçirilməsi nəticəsində
alınan gəlirdən istifadə edirlər; və
b) Əlavə 1-ə daxil edilmiş
Tərəflər bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransının müəyyən etdiyi kimi 3-cü maddəyə
uyğun olaraq tullantıların məhdudlaşdırılması
və ixtisarı üzrə müəyyən say öhdəliklərinin bir qisminin yerinə yetirilməsinə kömək məqsədi
ilə layihələr üzrə bu cür fəaliyyət nəticəsində
tullantıların sertifikatlaşdırılmış
ixtisarınndan istifadə edə bilərlər.
4. Təmiz inkişaf mexanizmi bu
Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransı tərəfindən təyin ediləcək operativ
orqanlar vasitəsilə sertifikatlaşdırılır.
5. Layihələr üzrə hər
bir fəaliyyət növü nəticəsində
tullantıların ixtisarı bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı tərəfindən təyin
ediləcək operativ orqanlar vasitəsi ilə sertifikatlaşdırılır:
a) hər bir iştirakçı Tərəf
tərəfindən bəyənilən könüllü
iştirak əsasında;
b) iqlim dəyişmələri nəticələrinin
yüngülləşdirilməsi ilə
bağlı olan real ölçülə biləcək və
uzun müddətli üstünlüklər; və
c) layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət
növü mövcud olmadığı təqdirdə ola biləcək
istənilən ixtisarlara əlavə edilən tullantı
ixtisarları əsasında.
6. Təmiz inkişaf mexanizmi
lazım gəldikdə layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət
növlərinin maliyyələşdirilməsi
üçün təşkilat daxili kömək göstərir.
7. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı layihələr üzrə fəaliyyətin
yoxlanılması və azad təftiş vasitəsi ilə
şəffaflıq, səmərəlilik və hesabatların
verilməsi məqsədi ilə 1-ci sessiyasında müvafiq
üsul və şərtləri hazırlayır.
8. Bu Protokolun tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət
növlərində alınan gəlirin bir hissəsinin inzibati
xərclərin ödənilməsi üçün, o
cümlədən adaptasiya ilə bağlı xərclərin
ödənilməsində və iqlim dəyişmələri
xoşagəlməz təsirlərinə qarşı xüsusən
həssas olan inkişaf etməkdə olan ölkələrlə
təmsil olunan Tərəflər köməklik göstərilməsi
məqsədi ilə istifadə edilməsini
təmin edir.
9. Təmiz inkişaf mexanizmində,
o cümlədən yuxarıda qeyd olunan 3 (a) bəndində
göstərilən fəaliyyətdə və
tullantıların sertifikatlaşdırılmış
ixtisarının alınmasında özəl və/ və ya
dövlət subyektləri iştirak edə bilər, bu
iştirak təmiz inkişaf mexanizminin icra şurasının
verəcəyi istənilən göstərişə
müvafiq olaraq həyata keçirilir.
10. 2000-ci ildən öhdəliklərin
1-ci fəaliyyət dövrünün başlanmasınadək
olan mərhələdə tullantıların sertifikatlaşdırılmış
ixtisarı öhdəliklərin 1-ci fəaliyyət
dövründə yerinə yetirilməsinin
təmin olunması məqsədi ilə kömək göstərilməsində istifadə edilə
bilər.
Maddə
13
1. Konvensiyanın ali orqanı olan tərəflər
Konfransı bu Protokolun Tərəflər müşavirəsi
sifəti ilə fəaliyyət göstərir.
2. Bu
Protokolun Tərəfləri olmayan Konvensiyanın Tərəfləri
bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransının istənilən sessiyanın işində
müşahidəçi sifəti ilə iştirak edə bilər.
Tərəflər Konfransı bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərdiyi
təqdirdə bu Protokol haqqında qərarlar yalnız bu
Protokolun Tərəfləri tərəfindən qəbul
edilir.
3. Tərəflər Konfransı bu
Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərdiyi təqdirdə bu Protokolun Tərəfi
olmayan və Konvensiya Tərəfini təmsil edən Tərəflər
Konfransı Rəyasət heyətinin istənilən
üzvü bu Protokol Tərəflərinin öz aralarından seçdiyi əlavə üzvlə
əvəz olunur.
4. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı bu Protokolun həyata keçirilməsini mütəmadi olaraq nəzərdən
keçirilir və Protokolun səmərəli
iştirakının yerinə yetirilməsi üçün zəruri
olan qərarları öz mandatı çərçivəsində
verir. Bu Protokola müvafiq olaraq
Konfrans öz üzərinə düşən funksiyaları
yerinə yetirir; və
a) Bu
Protokolun qərarlarına müvafiq olaraq ona təqdim
edilən bütün informasiyanı, Tərəflər tərəfindən
bu Protokolun həyata keçirilməsi prosesini, bu Protokolun
yerinə yetirilməsi üçün keçirilən tədbirlərin
ümumi və xüsusən də ekoloji iqtisadi və sosial səmərəliliyini, o cümlədən
Konvensiyanın məqsədlərinə nail olunmasına
onların kumulyativ təsiri və
inkişaf səviyyəsini qiymətləndirir;
b) Konvensiyanın 7-ci maddəsinin
2-ci bəndi və 4-cü maddəsinin 2 (d) bəndinə
uyğun olaraq nəzərdə tutulan istənilən məsələləri
Konvensiyanın məqsədi və yerinə yetirilməsi
müddətində əldə olunan təcrübə,
elmi-texniki biliklərin inkişafı baxımından
lazımi səviyyədə bu Protokol üzrə Tərəflərin
öhdəliklərini mütəmadi
olaraq nəzərdən keçirir və bununla əlaqədar
olaraq bu Protokolun yerinə yetirilməsi haqqında daimi məruzələr
qəbul edir və onları araşdırır.
c) Tərəflərin mövcud
şərait, məsuliyyət və imkanlarında meydana
çıxan mövcud fərqi və bu Protokol üzrə
onların müvafiq öhdəliklərini
nəzərə alaraq iqlim dəyişmələri və onun
nəticələri probleminin həlli üçün Tərəflərin
həyata keçirdiyi tədbirlər haqqında informasiya
mübadiləsinə şərait yaradır və onu genişləndirir;
d) iki və daha artıq Tərəfin
xahişi ilə Tərəflərin mövcud imkan, şərait
və məsuliyyət sahəsində meydana çıxan fərqləri
bu Protokol üzrə onların müvafiq öhdəliklərini
nəzərə alaraq iqlim dəyişmələri və onun
nəticələri probleminin həll olunması
üçün Tərəflərin həyata keçirdiyi tədbirlərin
koordinasiyası kömək göstərir;
e) Konvensiyanın məqsədləri
və bu Protokolun qərarlarına uyğun olaraq,
Konvensiyanın Tərəflər Konfransının müvafiq
qərarlarının, bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəf Konfransı tərəfindən bəyəniləcək
bu Protokolun səmərəli həyata keçirilməsi
üçün müqayisəli metodologiyaların işlənməsi
və mütəmadi olaraq dəqiqləşdirilməsini
tam dolğunluğu ilə nəzərə alaraq fəaliyyəti
genişləndirir və istiqamətləndirir;
f) bu protokolun
yerinə yetirilməsi üçün zəruri olan istənilən
məsələlər üzrə tövsiyələr verir;
g) 11-ci maddənin 2-ci bəndinə
uyğun olaraq əlavə maliyyə vəsaitinin səfərbərliyə
alınması üçün tədbirlər həyata
keçirir;
h) bu
Protokolun yerinə yetirilməsi üçün tələb
olunan köməkçi orqanları təsis edir.
i) lazım gəldikdə səlahiyyətli
beynəlxalq təşkilatlar hökumətlərarası
və qeyri-hökumət orqanlarının xidmət və əməkdaşlığını
və onların təqdim etdiyi informasiyanı sorğu və
istifadə edir;
j) bu
Protokolun yerinə yetirilməsi üçün tələb
olunan digər funksiyaları yerinə yetirir və Tərəflər
Konfransının qərarlarının nəticəsi olan istənilən
məsələni nəzərdən keçirir.
5. Konvensiyaya uyğun olaraq, həyata
keçirilən Tərəflər Konfransının prosedur qaydaları və maliyyə prosedurları mutatis mutandis Protokoluna tətbiq edilir. Bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının konsensus əsasında digər
bir qərara gəldiyi hallar istisna olmaqla;
6. Katiblik bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının birinci sessiyasını bu
Protokolun qüvvəyə mindiyi vaxtdan etibarən başlanılması nəzərdə tutulan
Tərəflər Konfransının 1-ci sessiyası ilə
eyni vaxtda çağırır. Bu
Protokolun Tərəflər müşavirəsi sifəti
ilə fəaliyyət göstərən Tərəflər
Konfransının növbəti sessiyaları hər il və
bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransı digər qərar çıxarmadığı təqdirdə
Tərəflər Konfransının növbəti
sessiyaları ilə eyni vaxtda keçirilir.
7. Bu
Protokolun Tərəflər müşavirəsi sifəti
ilə fəaliyyət göstərən Tərəflər
Konfransının növbədənkənar sessiyaları bu
Protokolun Tərəflər müşavirəsi sifəti ilə
fəaliyyət göstərən Tərəflər
Konfransının bunu zəruri hesab etdiyi təqdirdə və
yaxud katibliyin bu tələbnaməni Tərəflərə
göndərdiyi vaxtdan keçən altı ay ərzində, əgər
bu tələb Tərəflərin ən azı 1/3-i tərəfindən
dəstəklənərsə, bu zaman Tərəflərdən
1-in yazılı tələbnaməsi əsasında
çağırılır.
8. Birləşmiş Millətlər
Təşkilatı, Atom Enerjisi üzrə beynəlxalq
agentlik, BMT-in ixtisaslaşmış müəssisələri
və o cümlədən Konvensiyanın Tərəfləri
hesab olunmayan belə təşkilatların üzvü olan və
yaxud onlarda müşahidəçi sifəti ilə
iştirak edən istənilən dövlət bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının sessiyalarında
müşahidəçi sifəti ilə təmsil oluna bilər.
Bu Protokolun fəaliyyət dairəsinə
aid olan məsələlər üzrə səlahiyyət
daşıyan və bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının sessiyalarında
müşahidəçi sifəti ilə təmsil olunmaları haqqında öz arzularını
katibliyə bildirmiş, milli və yaxud beynəlxalq hökumət
və yaxud qeyri-hökumət olmaqla istənilən orqan və
yaxud təşkilatlara, yalnız iştirakçı Tərəflərin
ən azı 1/3-nin narazılığı istisna olunmaqla,
Konfransın bütün sessiyalarında iştirak etməyə
icazə verilir. Müşahidəçilərin
buraxılması və iştirakı yuxarıda göstərilən
5-ci bənddə nəzərdə tutulduğu kimi prosedur qaydaları ilə nizamlanır.
Maddə
14
1. Konvensiyanın 8-ci maddəsinə
uyğun olaraq təsir edilmiş katiblik bu Protokolun katibliyi sifəti
ilə fəaliyyət göstərir.
2. Konvensiyanın katibliyinin
funksiyaları haqqında 8-ci maddənin 2-ci bəndi və
katibliyin fəaliyyətinin təşkili haqqında Konvensiyanın
8-ci maddəsinin 3-cü bəndi mutatis mutandis Protokoluna tətbiq edilib. Bununla
yanaşı katiblik bu Protokola uyğun olaraq, üzərinə
qoyulan funksiyaları da yerinə yetirir.
Maddə
15
1. Konvensiyanın 9 və 10-cu maddələri
əsasında təsis olunmuş elmi-texniki aspektlər üzrə
məsləhətləşmələrin
aparılması üzrə köməkçi orqan və
onların həyata keçirilməsi üzrə köməkçi
orqan bu Protokolun yerinə yetirilməsi üzrə köməkçi
orqan kimi müvafiq olaraq fəaliyyət göstərir.
Konvensiyaya uyğun olaraq bu iki orqanın fəaliyyətinə
aid olan qərarlar mutatis mutandis
Protokoluna tətbiq edilir. Elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan
köməkçi orqanın sessiya iclasları elmi-texniki
aspekti üzrə məsləhətləşmələr
aparan köməkçi orqan və Konvensiyanın yerinə
yetirilməsi üzrə köməkçi orqanın
iclaslarına müvafiq olaraq həyata keçirilir.
2. Bu Protokolun Tərəfləri
sayılmayan Konvensiya Tərəfləri köməkçi
orqanların istənilən sessiyasının işində
müşahidəçi sifəti ilə iştirak edə bilər.
Köməkçi orqanların bu Protokolun köməkçi
orqanlar sifəti ilə fəaliyyət göstərdiyi tədbirdə
bu Protokolla bağlı qərarlar yalnız bu Protokolun Tərəfləri
hesab olunan Tərəflər vasitəsi ilə qəbul edilir.
3. Konvensiyanın 9 və 10-cu maddələrinə
uyğun olaraq təsis edilmiş köməkçi orqanlar bu
Protokola aid olan məsələlər üzrə öz
funksiyalarını həyata keçirərkən, bu Protokolun
hal-hazırda tərəfi hesab edilməyən Tərəflər
Konvensiyasını təmsil edən köməkçi
orqanlar Bürosunun istənilən üzvü bu Protokolun Tərəfləri
tərəfindən öz sırasından seçilmiş əlavə
üzvlə əlavə olunur.
Maddə
16
Bu
Protokolun Tərəflər müşavirəsi sifəti
ilə fəaliyyət göstərən Tərəflər
Konfransı Konvensiyasının 13-cü maddəsində
göstərilən çoxtərəfli məsləhətləşmələrin
bu Protokola tətbiq olunması məsələsi Tərəflər
Konfransı tərəfindən qəbul edilə biləcək
müvafiq qərarlar baxımından lazım gəldikdə
bu prosesin modifikasiyası məsələsini mümkün olan
kimi nəzərdən keçirəcək. Bu Protokola tətbiq oluna biləcək
istənilən çoxtərəfli məsləhətləşmə
prosesi 18-ci maddəyə uyğun olaraq təsis edilmiş prosedur və mexanizmlərə xələl gətirmədən
fəaliyyət göstərir.
Maddə
17
Tərəflər Konfransı
tullantıların satış hesabatı və məruzələrin
araşdırılması və təqdim olunması
üçün müvafiq prinsip, şərt, qayda və rəhbər
prinsipləri müəyyənləşdirir.
B əlavəsinə daxil edilmiş Tərəflər 3-cü
maddəyə əsasən öhdəliklərini
yerinə yetirmək məqsədi ilə tullantıların
satışında iştirak edə bilərlər. İstənilən
bu cür satış forması bu maddəyə uyğun olaraq
tullantıların məhdudlaşdırılması
və ixtisarı üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsi
məqsədi ilə daxili fəaliyyəti tamamlayır.
Maddə
18
Bu
Protokolun Tərəflər müşavirəsi sifəti
ilə fəaliyyət göstərən Tərəflər
Konfransı 1-ci sessiyasında bu protokol qərarlarının
yerinə yetirilməsi hallarının aşkara
çıxarılması üçün müvafiq səmərəli
prosedur və mexanizmləri və riayət
etməmək hallarının səbəb, növ, dərəcə
və tezliyini nəzərə alaraq baş verəcək nəticələrin
təxmini sadalanmasının işlənib
hazırlanması yolu ilə bu cür qərarlara riayət etməmə
hallarına müvafiq reaksiyalar verir. Bu maddəyə uyğun olaraq icbari
xarakter daşıyan nəticələrlə bitən istənilən
prosedur və mexanizmlər bu Protokola
düzəlişlər vasitəsi ilə daxil edilir.
Maddə
19
Konvensiyanın mübahisələri
nizama salınması haqqında 14-cü maddəsinin qərarları
mutatis mutandis
protokoluna tətbiq edilir.
Maddə
20
1. İstənilən Tərəf bu
Protokola düzəlişlər etmək təklifini verə
bilər.
2. Bu
Protokola düzəlişlər bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının növbəti
sessiyasında həyata keçirilir. Katiblik qəbul olunmaq
üçün təqdim edilən və müşavirənin
başlamasına ən azı 6 ay
qalmış bu Protokola təklif olunan istənilən düzəlişin
mətnini Tərəflərə bildirir. Katiblik
Konvensiyanın Tərəfləri və imza edən Tərəflərinə
və məlumatlandırmaq
üçün depozitari Tərəfə təklif olunan
düzəlişlərin mətnini də bildirir.
3. Tərəflər bu Protokola təklif
olunan istənilən düzəlişlər üzrə
razılıq əldə olunması üçün konsensus əsasında
mümkün olan hər bir işi görür. Konsensusun əldə
olunmasına yönələn
bütün cəhdlərin boşa
çıxdığı və razılaşmanın
əldə olunmadığı təqdirdə,
düzəliş son çıxış yolu kimi Tərəflərin
qeyd olunan müşavirəsində səsvermədə
iştirak edənlərin 3/4 hissəsinin əksəriyyət
səsi ilə qəbul edilir. Katiblik qəbul olunmaq
üçün onu bütün Tərəflərə
müşayiət edən depozitari Tərəfə qəbul
olunmuş düzəliş mətnini bildirir.
4. Düzəlişlərin qəbul
olunması haqqında sənədlər mühafizə olunmaq
üçün depozitari Tərəfə təhvil verilir.
Yuxarıda göstərilən 3-cü bəndə uyğun
olaraq qəbul edilmiş düzəliş bu Protokolun Tərəflərin
ən azı 3/4 hissəsi Tərəfindən qəbulu
haqqında sənədin depozitari Tərəfindən qəbul
edildiyi 90-cı gün bu sənədi qəbul edən Tərəflər
üçün qüvvəyə minir.
5. Düzəliş göstərilən
Tərəfin sözügedən düzəlişin qəbul
edilməsi haqqında sənədlərin depozitari Tərəfə mühafizə
üçün təqdim olunduğu təhvil
gününün 90-cı günü bütün Tərəflər
üçün qüvvəyə minir.
Maddə
21
1. Bu
Protokola əlavə onun ayrılmaz hissəsini təşkil
edir və əgər digər məsələlər nəzərdə
tutulmursa, mövcud Protokola əsasən eyni zamanda ona edilən
istənilən əlavələrə iqtibas deməkdir.
Mövcud Protokolun qüvvəyə minməsindən
sonra qəbul edilmiş istənilən əlavələr elmi,
texniki, prosedur və yaxud inzibati məsələlərə
aid olan təsviri xarakter daşıyan sadalama, forma və ya hər
hansı digər materialla məhdudlaşır.
2. Hər bir Tərəf bu Protokola əlavənin
qəbul edilməsi haqqında təklif irəli sürə
bilər və bu Protokola olan əlavələrə düzəliş
etmək təklifini verə bilər.
3. Bu
Protokola əlavələr və protokol əlavələrinə
edilən düzəlişlər bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransının növbəti
sessiyasında qəbul edilir. Katiblik iclasın başlanmasına
ən azı 6 ay qalmış təklif olunan istənilən əlavənin
və yaxud əlavəyə edilən istənilən düzəlişin
mətnini Tərəflərə bildirir. Katiblik həm də
istənilən təklif olunana əlavə və yaxud əlavələrə
edilən istənilən düzəlişin mətnini Tərəflərə
Konvensiyanı imza edən Tərəflərə və məlumatlandırmaq üçün depozitari
Tərəfə bildirir.
4. Tərəflər təklif olunan
istənilən əlavə və yaxud istənilən düzəliş
üzrə konsensus əsasında razılıq əldə
etmək üçün əlindən gələni əsirgəmir.
5. Konsensusa yönəlmiş
bütün cəhdlər boşa çıxdıqda,
razılaşma əldə olunmadıqda
bu zaman əlavə və yaxud əlavəyə düzəliş
son çıxış yolu kimi Tərəflərin qeyd olunan
iclasında səs vermədə iştirak edənlərin 3/4
hissəsinin böyük əksəriyyət səsi ilə qəbul
edilir. Katiblik qəbul olunmuş əlavə və yaxud əlavəyə
düzəlişin mətninin qəbul olunması
üçün bütün Tərəfləri müşayiət
edən depozitari Tərəfə bildirir.
6. Yuxarıda göstərilən 3 və
4-cü bəndlərə müvafiq olaraq qəbul edilmiş
(a) və (b) bəndlərindən
başqa, əlavə və yaxud əlavəyə düzəliş
bu Protokolun bütün Tərəfləri üçün
depozitari tərəfindən qeyd olunan əlavə yaxud əlavəyə
düzəlişin qəbul olunması haqqında Tərəflərə
göndərdiyi bildirişdən yalnız 6 ay sonra qüvvəyə
minir, bu müddət ərzində qeyd olunan əlavə və
yaxud əlavəyə edilən düzəlişi qəbul etmələri
haqqında depozitari tərəfə yazılı şəkildə
öz bildirişini göndərən Tərəflər
istisna olmaqla. Əlavə və yaxud əlavəyə düzəliş
onları qəbul etmək haqqında öz bildirişini ləğv
edən Tərəflər üçün yalnız depozitor Tərəfin bu bildirişin ləğvi
barədə aldığı xəbərin 90-cı
günü qüvvəyə minir.
7. Qəbul edilmiş əlavələr
və yaxud əlavələrə düzəlişlər bu
Protokola düzəlişlərin edilməsi ilə
bağlı olduğu təqdirdə bu cür əlavə və
yaxud əlavəyə bu Protokola edilən düzəliş
qüvvəyə minənədək fəaliyyət göstərmir.
8. Bu Protokolun (a) və (b) əlavələrinə
edilən düzəlişlər, (b) əlavəsinə istənilən
düzəlişin yalnız sözügedən Tərəfin
yazılı şəkildə yazıldıqdan
sonra qəbul edilməsi şərti ilə 20-ci maddədə
göstərilən proseduralara uyğun olaraq qəbul edilir və
qüvvəyə minir.
Maddə
22
1. Aşağıda göstərilən
2-ci bənddə nəzərdə tutulan hallar istisna olmaqla hər
bir Tərəf bir səsə malikdir.
2. İqtisadi inteqrasiya üzrə
regional təşkilatlar bu Protokolun Tərəfləri hesab
olunan üzv olan dövlətlərin ümumi miqdarına bərabər
olan səs çoxluğu ilə onların səlahiyyətinə
aid olan məsələlər üzrə səsvermədə
iştirak edirlər. Bu cür təşkilat onun üzvü
olan hər hansı bir dövlət öz səs hüququnun
istifadəsindən asılı olaraq səs hüququndan
istifadə etmir və əksinə.
Maddə
23
Bu
Protokolun depozitari funksiyalarını Birləşmiş
Millətlər Təşkilatının Baş Katibi yerinə
yetirir.
Maddə
24
1. Bu
Protokol Konvensiyanın Tərəfləri hesab olunan
iqtisadi inteqrasiya üzrə regional təşkilatlar və
dövlətlər tərəfindən qəbul edilməsi və
yaxud bəyənilməsi, təsdiq edilməsi və imza
olunması üçün açıq hesab olunur. O, 1998-ci
il 16 mart tarixindən 15 mart 1999-cu ilədək Birləşmiş
Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən
mərkəzi idarəsində imzalanmaq üçün
açıq hesab olunur. Bu
Protokol imzalanması üçün bağlanıldığı
tarixin növbəti günü birləşmək
üçün açılır. Təsdiq olunma, qəbul,
bəyənilmə və yaxud birləşdirilmə
haqqında sənədlər mühafizə olunmaq
üçün depozitariyə təhvil verilir.
2. Bu
Protokolun Tərəfi hesab olunan, lakin bununla yanaşı
heç bir üzv dövləti Protokolun tərəfi hesab
olunmayan iqtisadi inteqrasiya üzrə istənilən regional təşkilat
bu Protokolda göstərilən bütün öhdəlikləri
daşıyır. Bir və ya bir neçə üzv dövləti
bu Protokolun Tərəfləri hesab olunan bu cür təşkilatlar
və onun üzv dövlətləri bu Protokol üzrə
götürdükləri öhdəliklərin
yerinə yetirilməsi üçün müvafiq vəzifələrin
həyata keçirilməsini qərara
alır. Bu cür hallarda göstərilən təşkilat və
onun üzv dövlətləri bu Protokola uyğun olaraq eyni
zamanda müvafiq hüquqlardan istifadə etmək hüququna
malik olmur.
3. Təsdiq, qəbul, bəyənilmə
və yaxud qoşulma haqqında olan sənədlərində
iqtisadi inteqrasiya üzrə regional təşkilatlar bu
Protokolla nizama salınan məsələlərə münasibətdə
öz səlahiyyət hüdudlarını bildirir. Bu təşkilatlar
həmçinin depozitari Tərəfini məlumatlandırır,
o isə öz növbəsində səlahiyyətləri
çərçivəsində hər hansı mühüm dəyişikliklər
haqqında Tərəfləri xəbərdar edir.
Maddə
25
1. Bu
Protokol Konvensiyanın ən azı 55 Tərəfi, o
cümlədən karbon dioksid
qazlarının ümumi tullantısının ən azı
55%-nin öhdəsinə
düşdüyü, Əlavə 1-ə daxil edilmiş Tərəflər
və 1990-cı il üçün Əlavə 1-ə daxil
edilmiş Tərəflər tərəfindən təsdiq, qəbul,
bəyənilmə və ya qoşulma sənədlərini
mühafizə etmək üçün təhvil verdikdən
90 gün sonra qüvvəyə minir.
2. Bu
maddənin məqsədlərinə görə
1990-cı il üçün Əlavə 1-ə daxil
edilmiş Tərəflərin karbon dioksidin
ümumi tullantıları bu Protokolun qəbul olunduğu
gün və yaxud Konvensiyanın 12-ci maddəsinə uyğun
olaraq təqdim olunan ilk milli məruzələrdən əvvəllər
Əlavə 1-ə daxil edilmiş Tərəflərin
bildirdiyi miqdar deməkdir.
3. Yuxarıda göstərilən
1-ci bəndə uyğun olaraq, Protokolun qüvvəyə minməsi
üçün lazım olan şərtlərin yerinə yetirilməsindən sonra bu Protokolu təsdiqləyən,
qəbul edən, bəyənən və yaxud ona qoşulan
iqtisadi inteqrasiya üzrə hər bir regional təşkilat və
yaxud dövlət üçün bu Protokol təsdiq, qəbul,
bəyənilmə və yaxud qoşulma haqqında sənədlərin
mühafizəyə təqdim edilməsindən
90 gün sonra qüvvəyə minir.
4. İqtisadi inteqrasiya üzrə
regional təşkilat tərəfindən mühafizə
olunmağa təqdim edilən heç bir sənəd bu maddənin
məqsədləri üçün bu təşkilatın
üzv dövlətləri tərəfindən qorunmaq
üçün təhvil verilmiş sənədlərə əlavə
kimi nəzərdən keçirilmir.
Maddə
26
Bu
Protokola düzəlişlərə yol verilmir.
Maddə
27
1. Bu və ya digər Tərəf
üçün Bu Protokolun
qüvvəyə mindiyi 3 il ərzində istənilən vaxt
bu Tərəf depozitari tərəfə yazılı
bildiriş göndərmək Protokoldan çıxa bilər.
2. İstənilən bu cür
çıxış depozitari tərəfindən
çıxış haqqında bildirişin alınmasından
keçən bir il ərzində və yaxud Protokoldan
çıxış haqqında bildirişdə göstərilə
biləcək daha sonrakı dövr ərzində qüvvəyə
minir.
3. Konvensiyadan çıxan istənilən
Tərəf bu Protokoldan da çıxmış hesab olunur.
Maddə
28
1. Mətn ingilis, ərəb, ispan,
çin, rus və fransız dillərində yazılıb.
Əslinə müvafiq olan bu Protokolun əsli Birləşmiş
Millətlər Təşkilatının Baş Katibinə
mühafizə üçün təhvil verilir.
Kioto şəhərində 1997-ci il
dekabrın11-də bağlanmışdır.
Göstərilən günlərdə
bu Protokola öz imzalarını qoyan kifayət qədər sәlahiyyәtli, aşağıda imza edənlər
onu təsdiqləyir.
Əlavə
A
Parnik qazları
Karbon
dioksid (SO2)
Metan
(SN4)
Azot
mono oksid (N2O)
Karbonhidroftor (QFU)
Karbonperftor (PFU)
Kükürd
heksaftor (SF6)
Mənbələrin
sektor və kateqoriyaları
Energetika
Yanacağın
yandırılması
Energetika
sənayesi
Emal
sənayesi və tikinti
Nəqliyyat
Digər
bölmələr və s.
Yanacağın
hasili və daşınması zamanı sızmalar
Neft
və təbii qaz və s.
Sənaye
prosesləri
Dağ-mədən
sənayesi məhsulları
Kimya
sənayesi
Metallurgiya
Digər
istehsal sahələri
Hallogenkarbon birləşmələri
və kükürd heksaftor istehsalı
Hallogenkarbon birləşmələri
və kükürd heksaftorun istehsalı
Həlledici
və digər məhsulların istifadəsi
Kənd
təsərrüfatı
İntestinal fermentasiya
Peyinin
yığılması, saxlanılması və istifadəsi
Düyü
istehsalı
Kənd
təsərrüfatı torpaqları
Savanna
yanğınlarının idarə olunması
Kənd
təsərrüfatı tullantılarının sahələrində
yandırılması və s.
Tullantılar
Torpaqdan
möhkəm tullantıların çıxarılması
Qrunt
sularının təmizlənməsi
Tullantıların
yandırılması və s.
Əlavə
B
Tərəf Tullantıların məhdudlaşdırılması və
ixtisarı üzrə müəyyən say öhdəlikləri
(baza ilə və ya mərhələsi
üçün faizlər)
Avstraliya
............................................................................................................
108
Avstriya
................................................................................................................ 92
Belçika
.................................................................................................................. 92
Bolqarıstan
............................................................................................................ 92
Macarıstan
............................................................................................................ 94
Almaniya
.............................................................................................................. 92
Yunanıstan
............................................................................................................ 92
Danimarka
.......................................................................................................... 92
Avropa
Birliyi .................................................................................................... 92
İrlandiya
............................................................................................................... 92
İslandiya
...............................................................................................................
110
İspaniya
................................................................................................................. 92
İtaliya
................................................................................................................... 92
Kanada
.................................................................................................................. 94
Latviya
.................................................................................................................. 92
Litva
..................................................................................................................... 92
Lixtenşteyn
......................................................................................................... 92
Lüksemburq
.......................................................................................................... 92
Monako
................................................................................................................. 92
Hollandiya
............................................................................................................ 92
Yeni
Zelandiya......................................................................................................
100
Norveç
..................................................................................................................
101
Polşa
.................................................................................................................... 94
Portuqaliya
............................................................................................................ 92
Rusiya
Federasiyası
..........................................................................................
100
Rumıniya
........................................................................................................... 92
Slovakiya
.......................................................................................................... 92
Sloveniya
........................................................................................................... 92
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı .................................... 92
Amerika
Birləşmiş Ştatları
.................................................................................. 93
Ukrayna
...............................................................................................................
100
Finlandiya
............................................................................................................. 92
Fransa
................................................................................................................... 92
Xorvatiya
.............................................................................................................. 95
Çexiya
Respublikası ........................................................................................... 92
İsveçrə
.................................................................................................................. 92
İsveç
...................................................................................................................... 92
Estoniya
............................................................................................................... 92
Yaponiya
.............................................................................................................. 94
Bazar
iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflər
Tərəflər
Konfransının qəbul etdİyİ
Qərarlar
(12-ci
plenar iclası, 11 dekabr 1997-ci il)
Qərar
1/SR.3
İqlim
Dəyişmələri üzrə Birləşmiş Millətlər
Təşkilatının Çərçivə
Konvensiyasına Kioto Protokolunun qəbulu
Tərəflər Konfransı
İqlim dəyişmələri
üzrə Birləşmiş Millətlər Təşkilatının
Çərçivə Konvensiyasının 4-cü maddəsinin
(b) və 2-ci maddəsinin (a) bəndlərini 1-ci sessiyada nəzərdən
keçirərək və bu yarımbəndlərin
müvafiq olmadığı nəticəsinə gələrək,
3-cü sessiyada protokol və ya digər
hüquqi sənəd qəbul edərək 2000-ci ildən
sonrakı dövr ərzində müvafiq tədbirlər həyata
keçirmək üçün ona imkan verən prosesi
başlamaq qərarına gəldiyi Berlin mandatı: protokol
üzrə təkliflər və sonrakı fəaliyyət
üzrə qərarlar nəzərə alınmaqla Konvensiyanın
4-cü maddəsinin 2a və b bəndlərində göstərilən
öhdəliklərin uyğunluğunun
araşdırılması adlandırılan
1/TK.1 qərarına istinad edərək,
bu prosesin məqsədlərindən
birini Əlavə 1-ə daxil edilmiş inkişaf etmiş digər
ölkələrin Konvensiyanın Tərəflərinin
öhdəlikləri üzrə 4-cü maddəsinin a və b
bəndlərində göstərilənlərin
möhkəmləndirilməsi, siyasət
və tədbirlərin işlənib hazırlanması, o
cümlədən miqdar məhdudiyyətləri göstəricilərinin müəyyənləşdirilməsi
və Monreal Protokolu ilə nizama salınmayan mənbələrdə
antropogen tullantıların və parnik
qazlarının uducularla
absorbsiyasının, məsələn, 2005, 2010, 2020-ci illər
üçün konkret şəkildə razılaşdırılmış
müddət ərzində ixtisarının olduğunu
aşağıda qeyd edərək,
Əlavə 1-ə daxil edilmiş Tərəflər
üçün hər hansı yeni öhdəliyə gətirib
çıxarmayacaq bu proses Berlin mandatına müvafiq
olmasına baxmayaraq, 4-cü maddənin 1-ci bəndi üzrə
mövcud öhdəliyi təsdiqləyə və 4-cü maddənin
3-5 və 7-ci bəndlərini nəzərə alaraq stabil
inkişafa nail olmaq üçün bu öhdəliklərin
yerinə yetirilməsinə köməklik
göstərəcəyini də xatırladaraq,
Berlin mandatı üzrə xüsusi
qrupun 8-ci sessiyasındakı işi haqqındakı məruzəsini
nəzərə alaraq,
Berlin mandatı üzrə xüsusi
qrup sədri tərəfindən təqdim edilən məruzəni
məmnuniyyətlə nəzərdən keçirərək,
komitə fəaliyyətinin yekunu
haqqında tam heyətli komitə sədrinin məruzəsini
razılıqla nəzərə alaraq,
İqlim dəyişmələri
üzrə Birləşmiş Millətlər Təşkilatının
Çərçivə Konvensiyasının Kioto Protokolunun
tezliklə qüvvəyə minməsi üçün zəruri
hazırlığın aparılmasını
başa düşərək,
Argentinanın Buenos-Ayres
şəhərində keçiriləcək Tərəflər
Konfransının sessiyasının uğurla başa
çatması üçün vaxtında görülən
tədbirlərin arzu olunduğunu anlayaraq,
1. Kioto Protokolunu qəbul etmək qərarını
verir.
2. Birləşmiş Millətlər
Təşkilatının Baş Katibinin bu Protokolun
hazırkı qərara əlavədə göstərilən
Birləşmiş Millətlər Təşkilatının
İqlim dəyişmələri üzrə Çərçivə
Konvensiyasının depozitarisi olmasını və 16 mart
1998-ci ildən 15 mart 1999-cu ilədək Nyu-York şəhərində
imzalanması üçün açılmasını
xahiş edir.
3. İqlim dəyişmələri
üzrə Birləşmiş Millətlər Təşkilatının
Çərçivə Konvensiyasının bütün Tərəflərini
16 mart 1998-ci ildə və yaxud bundan sonrakı müddət ərzində
ilk əlverişli vaxtda bu Protokolu imzalamağa, təsdiq, qəbul
və ya bəyənilmə, müvafiq hallarda isə
qoşulma haqqında sənədlərin mühafizə
olunması üçün mümkün qədər tez bir
zamanda təqdim etməyə dəvət edir.
4. Konvensiya Tərəfləri olmayan
dövlətləri Protokolun Tərəfləri olmaq
üçün təxirəsalınmadan
Konvensiyanı təsdiq etməyə və yaxud ona
qoşulmağa dəvət edir.
5. Elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan
köməkçi orqanın sədrinə və Protokolun
yerinə yetirilməsi üzrə köməkçi
orqanın sədrinə 1998-1999-cu illəri əhatə edən
ikiillik proqram üzrə təsdiq olunmuş büdcə və
onunla bağlı olan katibliyin fəaliyyət proqramı nəzərə
alınmaqla aşağıda göstərilən məsələlər
üzrə Tərəflər Konfransının 4-cü
sessiyasında baxılması zəruri olan hazırlıq
işləri üzrə katibliyə rəhbər göstərişlər
verilməsini və bu işin müvafiq
köməkçi orqanlar arasında müvafiq şəkildə
bölüşdürülməsini
xahiş edir:
a) mənbələrdən
çıxan tullantılar və parnik
qazlarının uducularla absorbsiyası ilə
bağlı olan insan fəaliyyətinin bu və ya digər əlavə
növlərinə aid olan rəhbər prinsiplərin, qayda və
şərtlərin müəyyənləşdirilməsi,
kənd təsərrüfatı torpaqları, torpaqdan istifadə
və meşə təsərrüfatında istifadə olunan
dəyişikliklər miqdarı Konvensiyanın 1-ci əlavəsinə
daxil edilmiş Protokolun Tərəfləri üçün nəzərdə
tutulan miqdara əlavə edilir və yaxud Protokolun 3-cü maddəsinin
4-cü bəndində nəzərdə tutulduğu kimi bu
miqdardan çıxılır;
b) Protokolun 17-ci maddəsinin yerinə
yetirilməsi zamanı tullantı satışının
hesabatı və məruzələrin yoxlanılması və
təqdim olunması üçün müvafiq prinsiplər,
qayda və şərtlər və xüsusi ilə də rəhbər
prinsiplərin müəyyənləşdirilməsi;
c) Konvensiyanın 1-ci əlavəsinə
daxil edilmiş Protokolun istənilən Tərəfi hər
hansı bir digər Tərəfə Protokolun 6-cı maddəsində
nəzərdə tutulduğu kimi, iqtisadiyyatın istənilən
bölməsində mənbələrdən çıxan
antropogen tullantıların ixtisarına və yaxud parnik qazlarının uducularla
antropogen absorbsiyasının artırılmasına
yönələn layihələr nəticəsində əldə
olunan tullantı ixtisar vahidlərinin təqdimi və yaxud qəbulu
üçün rəhbər prinsiplərin
hazırlanması;
d) öhdəliklərin
fəaliyyət dövrü ərzində ayrı-ayrı layihələrin
tullantılara göstərdiyi mühüm proporsional təsirin
olduğu protokolun (b) əlavəsində göstərilən
Tərəflərin qərarlarının nəzərə
alınması üçün lazım olduqda bu cür
metodologiyalarla bağlı qərarların qəbul edilməsi;
e) Protokolun 12-ci maddəsinin 10-cu bəndinin
nəticələrinin analizi.
6. Elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan
köməkçi orqanın sədri və Protokolun yerinə
yetirilməsi üzrə köməkçi orqanın sədrinin
Protokola müvafiq olaraq üzərinə qoyulan öhdəliyi
Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət
göstərən Tərəflər Konfransının
Protokolu qüvvəyə mindiyi 1-ci sessiyada yerinə yetirilməsi
üçün, onlar arasında hazırlıq işlərinin
aparılması üçün bölgünün edilməsi
haqqında bu orqanların 8-ci sessiyasında birgə təklif
irəli sürməsini xahiş edir.
Qərar
2/SR.3
Kioto
Protokolu ilə bağlı olan metodoloji məsələlər
Tərəflər
Konfransı
4/TK.1 və 9/TK.2 qərarlarına
istinad edərək,
elmi-texniki aspektlər üzrə məsləhətləşmələrin
aparılması üçün köməkçi
orqanın 4-cü sessiyasında qəbul edilmiş müvafiq nəticələrini
bəyənərək,
1. Monreal Protokolu ilə nizamlanmayan mənbələrdən
çıxan antropogen tullantıları və parnik
qazlarının uducularla absorbsiyası
haqqında göstəricilərin hesaba
alınması və təqdimi zamanı İqlim Dəyişmələri
üzrə Hökumətlərarası
Ekspertlər Qrupunun 1996-cı il parnik
qazlarının milli kadastrı üçün Tərəflərin
yenidən nəzərdə keçirilən rəhbər
prinsipləri tətbiq etməsinin zəruriliyini yenidən təsdiq
edir;
2. Göstəricilər mövcud
olduqda karbonhidroftor, karbonperftor
və kükürd heksoftorid
tullantıların faktiki olaraq hesablanması və
tullantılar haqqında göstəricilərin
təqdimi zamanı onlardan istifadə etməyin zəruriliyini
təsdiqləyir. Zəruri göstərici mənbələrinin
yaradılması üçün Tərəflər
bütün qüvvələri səfərbərliyə almalıdırlar;
3. Qlobal istiləşmə
potensiallarının (1995-ci ildə MQEİK PQP-nin həcminin) qiymətləndirilməsi
haqqında İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər
Qrupunun 100 illik dövr ərzində parnik
qazlarının təsirinə əsaslanan qlobal istiləşmə
potensialının hesablanması ilə bağlı immanent və
mürəkkəb qeyri-müəyyənlik amillərini nəzərə
alaraq 2-ci məruzəsində təqdim edilən potensial kimi qəbul
etməyin zəruri olduğunu yenidən təsdiq edir.
4. 1996-cı il parnik
qazlarının milli kadastrı üçün İqlim dəyişmələri
üzrə Hökumətlərarası
Ekspertlər Qrupunun yenidən baxılmış rəhbər
prinsiplərinə uyğun olaraq beynəlxalq
daşımaları həyata keçirən, dəniz və
ya hava gəmilərinə satılan bunker yanacağı ilə
bağlı olan tullantıları milli yekun göstəricilərinə
daxil etmək yox, ayrıca xəbər verməyi
xatırladır, o cümlədən elmi-texniki aspektlər
üzrə məsləhətləşmələr
aparan köməkçi orqan Tərəflərin parnik qazlarının ümumi kadastrına bu
tullantıların daxil edilməsi haqqında məsələyə
yenidən baxılmasını davam etdirməyə
israrla dəvət edir.
5. Birləşmiş Millətlər
Təşkilatının nizamnaməsinə uyğun olaraq həyata
keçirilən çoxtərəfli əməliyyatlar nəticəsində
yaranan tullantıların milli göstəricilərə daxil edilməyərək ayrıca xəbər veriləcəyini qərara alır; əməliyyatlarla
bağlı digər tullantılar bir və ya daha çox
iştirakçı Tərəfin tullantılar haqqında
milli yekun göstəricilərinə daxil
edilir;
Qərar
3/TK.3
Konvensiyanın
4-cü maddəsinin 8 və 9-cu bəndlərinin həyata
keçirilməsi
Tərəflər
Konfransı,
İqlim
dəyişmələri üzrə Birləşmiş Millətlər
Təşkilatının Çərçivə
Konvensiyasının 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin
qərarını göstərərək,
«Berlin mandatı»nın
1 (b) bəndi və Konvensiyanın 3-cü maddəsinin qərarını
qeyd edərək,
1. Protokolun yerinə yetirilməsi
üzrə Köməkçi orqanın 8-ci sessiyasında
Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində
göstərilən inkişaf etməkdə olan ölkələr
hesab edilən Tərəflərin iqlim dəyişmələrin
mənfi nəticələri və/ yaxud cavab tədbirlərinin
icra edilməsi nəticələri ilə yaranan xüsusi tələb
və ehtiyacının nəzərə alınması
üçün zəruri olan tədbirlərin müəyyən
və aşkar edilməsi prosesini başlamağı xahiş
edir.
2. Protokolun yerinə yetirilməsi
üzrə Köməkçi Orqandan bu prosesin yekun nəticələri
haqqında Tərəflər Konfransının 4-cü
sessiyasına məruzə təqdim etməyi xahiş edir.
3. Tərəflər
Konfransının 4-cü sessiyasında bu prosesin gedişində
çıxarılan nəticə və təkliflər əsasında
tədbirlər haqqında qərar qəbul etməyə
çağırır.
Üçüncü
sessiyanın işi haqqında Tərəflər Konfransının
hesabatı
Cədvəl: Kioto Protokolunun 25-ci maddəsinin məqsədləri
üçün 1990-cı ildə
əlavə 1-ə daxil
edilmiş, Tərəflərin karbon dioksidin
ümumi tullantıları
Tərəf Tullantılar Faiz hissəsi
Avstraliya 288
965
2,1
Avstriya 59 200 0,4
Belçika 113 405 0,8
Bolqarıstan 82 990 0,6
Macarıstan 71 673 0,5
Almaniya 1
012 443 7,4
Yunanıstan 82 100
0,6
Danimarka 52 100 0,4
İrlandiya 30 719
0,2
İslandiya 21
72
0,0
İspaniya 260 654 1,9
İtaliya
428
941
3,1
Kanada 457
441
3,3
Latviya 22
976
0,2
Lixtenşteyn 208
0,0
Lüksemburq 11 343 0,1
Monako 71
0,0
Niderland 167
600
1,2
Yeni
Zelandiya 25
530 0,2
Norveç 35
533
0,3
Polşa
414 930 3,0
Portuqaliya 42 148
0,3
Rusiya
Federasiyası 2
388 720 17,4
Rumıniya 171 103
1,2
Slovakiya 58 278
0,4
Böyük
Britaniya və
Şimali
İrlandiya Birləşmiş Krallığı 58 4078
4,3
Amerika
Birləşmiş Ştatları 4 957 022 36,1
Finlandiya 53 900 0,4
Fransa 366
536
2,7
Çexiya
Respublikası 169514 1,2
İsveçrə 43 600 0,3
İsveç 61
256 0,4
Estoniya 37
797
0,3
Yaponiya 1 173 360 8,5
Cəmi 13 728 306 100,0
Göstəricilər 1997-ci il 11
dekabr və ya daha erkən tarixli ilk milli Xəbərlərdə,
əlavə 1-ə daxil edilmiş 34 Tərəf tərəfindən
təqdim olunan və katiblik tərəfindən bir neçə
sənəddə (A/AS.237/81; FCCC/CP/1996/12 Əlavə 2 və
FCCC/V/1997/6) qruplaşdırılan informasiyaya
istinad edir. Məlumatların bəzisi mənbələrdən
çıxan karbon dioksid
tullantıları və torpaqdan istifadə və meşə təsərrüfatı
sahəsində baş verən dəyişiklik
kateqoriyaları ilə tullantıların uducularla
absorbsiyası üzrə göstəriciləri özündə
cəmləşdirir. Lakin informasiyanın
müxtəlif ötürülmə yollarını nəzərə
alaraq bu göstəricilər cədvələ daxil edilməmişlər.
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3806-3834.