"Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nun tərəflərinin qəbul etdiyi "Monreal Protokoluna Düzəliş"in təsdiq edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. 16 sentyabr 1987-ci il tarixli "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nun tərəflərinin 1997-ci il sentyabrın 15-17-də Monreal şəhərində keçirilmiş doqquzuncu müşavirəsində qəbul edilmiş "Monreal Protokoluna Düzəliş" təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əliyev

 

Bakı şəhəri, 18 iyul 2000-ci il

              ¹ 914-IQ

 

 

 

 

 

 

 

Tərəflərin Doqquzuncu Müşavirəsində Monreal Protokoluna qəbul edilmiş Düzəliş

 

(Monreal,  15—17 sentyabr, 1997-ci il)

 

 

 

(Mənbə: Tərəflərin Doqquzuncu Müşavirəsinin məruzəsinə IV əlavə)

 

 

Maddə 1: Düzəliş

 

A. Maddə 4, bənd 1 kva

 

 

 Protokolun 4-cü maddəsinin 1 ter bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilir:

 

 «1 kva. Bu bəndin qüvvəyə mindiyi tarixdən bir il ərzində hər bir Tərəf bu Protokolun Tərəfi olmayan istənilən dövlətdən E Qoşmasına daxil edilmiş tənzimlənən maddənin idxalını qadağan edir».

 

 

B. Maddə 4, bənd 2 kva

 

 Protokolun 4-cü maddəsinin 2 ter bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilir:

 

 «2 kva. Bu bəndin qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonra hər bir Tərəf bu Protokolun Tərəfi olmayan istənilən dövlətə E Qoşmasına daxil edilmiş tənzimlənən maddənin ixracını qadağan edir.»

 

 

C. Maddə 4, bəndlər 5, 6 və 7

 

 

 Protokolun 4-cü maddəsinin 5, 6 və 7 bəndlərində:

 

 «və C Qoşmasının II Qrupunu» sözləri aşağıdakı ifadə ilə əvəz edilir:

 

 «,C Qoşmasının II Qrupunu və E Qoşmasında».

 

 

D. Maddə 4, bənd 8

 

 

 Protokolun 4-cü maddəsinin 8-ci bəndində:

 

 «2 G maddəsini» ifadəsi aşağıdakı ifadə ilə əvəz edilir:

 

«2 G və 2 H maddələrini»

 

 

E. Maddə 4A: Tərəflərlə ticarətə nəzarət

 

 Aşağıdakı maddə 4A maddəsi kimi Protokola əlavə edilir:

 

 «1. Bu və ya digər tənzimlənən maddənin istehsalı və istehlakını dayandırma tarixi Tərəfə tətbiq olunduqdan sonra, bu Tərəf Protokol çərçivəsində öz öhdəliyinə riayət etmək üçün bütün praktik tədbirləri yerinə yetirdiyinə baxmayaraq, Tərəflərin əsas kimi tanıdıqları tətbiq növləri istisna olunmaqla, daxili istehlak üçün həmin maddənin istehsalını dayandıra bilmədiyi hallarda, o, məhv edilmək üçün nəzərdə tutulanlar istisna olunmaqla, bu maddənin işlədilmiş, resirkulyasiya edilmiş və istifadə olunmuş həcmlərinin ixracını qadağan edir.

 

 2. Bu maddənin 1-ci bəndi Konvensiyanın 11-ci maddəsinin fəaliyyətinə və Protokolun 8-ci maddəsinə müvafiq olaraq hazırlanmış riayət etməmə üsuluna zərər vurmadan tətbiq edilir».

 

 

F. Maddə 4B: Lisenziyalaşdırma

 

 

 Aşağıdakı maddə 4B maddəsi kimi Protokola əlavə edilir:

 

«1. Hansı tarixin daha sonra gələcəyindən asılı olaraq, hər bir tərəf 2000-ci il yanvarın 1-nə qədər və ya onun üçün bu maddənin qüvvəyə mindiyi tarixdən etibarən 3 ay ərzində A, B, C və E Qoşmalarında sadalanmış yeni, işlədilmiş, resirkulyasiya edilmiş və istifadə olunmuş tənzimlənən maddələrin idxal və ixracı üçün lisenziyalaşdırma sistemini yaradır və tətbiq edir.

 

 2. Bu maddənin 1-ci bəndinin müddəasına baxmayaraq, 5-ci maddənin 1-ci bəndi çərçivəsində fəaliyyət göstərən istənilən tərəf C və E Qoşmalarında sadalanmış tənzimlənən maddələrin idxal və ixracını lisenziyalaşdırma sistemini yaratmaq və tətbiq etmək vəziyyətində olmadığını qərara alırsa, bu zaman həmin tədbirlərin görülməsini müvafiq olaraq 2005-ci il yanvarın 1-nə və 2002-ci il yanvarın 1-nə qədər təxirə sala bilər.                              

 

 3. Hər bir Tərəf onun tərəfindən lisenziyalaşdırma sistemi tətbiq olunduqdan sonra 3 ay ərzində katibliyə bu sistemin yaradılması və fəaliyyət göstərməsi haqqında məlumat göndərir.

 

 4. Katiblik ona öz lisenziyalaşdırma sistemi haqqında məlumat təqdim etmiş Tərəflərin siyahısını, vaxtaşırı olaraq hazırlayır və bütün tərəflər arasında yayır və bu məlumatı İcra Komitəsinə nəzərdən keçirilmək və Tərəflərə müvafiq tövsiyələr vermək üçün göndərir».

 

 

Maddə 2: 1992-ci il Düzəlişi ilə əlaqə

 

 

 Heç bir dövləti və ya regional iqtisadi inteqrasiya təşkilatı, əgər onlar əvvəlcədən və ya eyni vaxtda 25 noyabr 1992-ci ildə Tərəflərin Kopenhagendəki Dördüncü Müşavirəsində qəbul olunmuş Düzəlişinə aid olan bu növ sənədi saxlanmağa verməyiblərsə, bu Düzəlişin ratifikasiyası, qəbul edilməsi və ya bəyənilməsi haqqında sənədi saxlanmağa təhvil verə bilməz.

 

 

 

Maddə 3: Qüvvəyə minməsi

 

 1. Bu Düzəliş, ozon qatını dağıdan maddələrə aid Monreal Protokolunun Tərəfləri olan     dövlətlər və ya regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən Düzəlişin ratifikasiyası, qəbul edilməsi və ya tövsiyə bəyənilməsi haqqında  ən azı iyirmi sənədin saxlanmağa təhvil verilməsi şərti ilə 1999-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

 2. 1-ci bəndin məqsədi üçün hər hansı regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanmağa təhvil verilmiş istənilən bu cür sənəd belə təşkilatın üzvü olan dövlətlər tərəfindən saxlanmağa təhvil verilmiş sənədlərə münasibətdə əlavə hesab edilmir.

 

 3. 1-ci bəndə əsasən bu Düzəliş qüvvəyə mindikdən sonra, ratifikasiya, qəbul və ya bəyənmə haqqında sənədin saxlanmağa təhvil verildiyi tarixdən sonra doxsanıncı gündə Düzəliş Protokolun istənilən Tərəfinə münasibətdə qüvvəyə minir.

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8. –  S. 3843-3845.