Azərbaycan
Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə
iqtisadi əməkdaşlıq haqqında Müqavilənin təsdiq
edilməsi barədə
Azərbaycan
Respublİkasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu
illərdə iqtisadi əməkdaşlıq haqqında 2000-ci
il martın 16-da Bakı şəhərində
imzalanmış Müqavilə təsdiq edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 918-IQ
Azərbaycan
Respublikası və Ukrayna arasında 2000-2009-cu illərdə
iqtisadi əməkdaşlıq haqqında
Müqavilə
Bundan sonra «Razılığa Gələn
Tərəflər» adlandırılan Azərbaycan
Respublikası və Ukrayna,
Azərbaycan Respublikası və
Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq
haqqında 16 mart 2000-ci il tarixli Müqaviləni rəhbər
tutaraq,
bərabər hüquqlu və qarşılıqlı
faydalı ticarət-iqtisadi və istehsalat münasibətlərinin
daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi,
onlara uzunmüddətli və davamlı xarakter vermək
üçün iki dövlətin iqtisadi və elmi-texniki
potensialından səmərəli istifadə edilməsi və
onların xalqlarının rifahının yüksəldilməsinin
zəruriliyinə əsaslanaraq,
iqtisadi islahatların
aparılmasının uyğunlaşdırılmasına, əmtəələrin,
xidmətlərin, kapitalın və iş qüvvəsinin sərbəst
yerdəyişməsinə mərhələlər üzrə
keçməyə şərait yaradılmasına xüsusi əhəmiyyət
verərək,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə
1
Razılığa Gələn Tərəflər
Azərbaycan Respublikası və Ukrayna arasında 2000-2009-cu
illərə uzunmüddətli iqtisadi əməkdaşlıq
Proqramını (bundan sonra -Proqram) həyata keçirəcəklər.
Proqramın maliyyələşdirilməsi
qaydaları zərurət yarandıqca hər bir tədbir
üzrə ayrılıqda razılaşdırılır.
Maddə
2
Razılığa Gələn Tərəflərin
iqtisadi əməkdaşlığı hamı tərəfindən
qəbul edilmiş beynəlxalq hüquq normalarına və
milli qanunvericiliyə əməl edilməklə mülkiyyət
və tabeçilik formasından asılı olmayaraq təsərrüfat
subyektləri arasında qarşılıqlı əlaqələr
yolu ilə həyata keçirilir.
Razılığa Gələn Tərəflər
hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq
iqtisadi əməkdaşlıq üzrə birgə layihə və
proqramların hazırlanması və həyata keçirilməsinə
istehsal kooperasiyasının inkişafına kömək edilməsinə,
özəlləşdirmədə, investisiya layihələrində
qarşılıqlı iştiraka əlverişli şərait
yaradacaqlar.
Razılığa Gələn Tərəflər
mütəmadi olaraq sosial-iqtisadi islahatların, struktur dəyişikliklərinin
əsas istiqamətləri, xarici iqtisadi fəaliyyət,
gömrük-tarif və vergi siyasəti, antiinhisar nizamlanma sahəsində
normativ hüquqi baza haqqında daim məlumat mübadiləsi
aparacaq, zəruri halda bu sahələrdə ikitərəfli
sazişlər bağlayacaqlar.
Maddə
3
Azərbaycan Respublikası Hökuməti
və Ukrayna Nazirlər Kabineti iqtisadi əməkdaşlıq
üzrə Azərbaycan-Ukrayna birgə Hökumətlərarası
Komissiyası vasitəsilə Proqramın yerinə yetirilməsini
əlaqələndirəcək, onun həyata keçirilməsinə
mərhələlər üzrə nəzarət edəcək,
zəruri hallarda ona düzəlişlər aparacaqlar.
Maddə
4
Proqramın yerinə yetirilməsinin
gedişinə, ildə bir dəfədən az olmayaraq,
İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan
Ukrayna birgə Hökumətlərarası Komissiyanın
iclasında baxılır.
Maddə
5
Bu Müqavilənin müddəalarının
təfsiri və tətbiqi ilə əlaqədar yaranan
mübahisələr məsləhətləşmələr
və danışıqlar yolu ilə həll olunacaqdır.
Maddə
6
Bu Müqaviləyə, onun
ayrılmaz hissəsi sayılan və 8-ci maddəyə
müvafiq olaraq qüvvəyə minən, protokollarla rəsmiləşdirilən,
dəyişiklik və əlavələr edilə bilər.
Maddə
7
Hazırkı Müqavilənin
müddəalarının icrası Razılığa Gələn
Tərəflərin digər beynəlxalq müqavilə və
sazişlər üzrə hüquq və öhdəliklərinə
toxunmur.
Maddə
8
Bu Müqavilə Razılığa
Gələn Tərəflərdən Müqavilənin qüvvəyə
minməsi üçün zəruri dövlətdaxili
posedurları yerinə yetirdiklərini təsdiq edən son
yazılı bildiriş alındığı tarixdən
qüvvəyə minir və 2009-ci il dekabrın 31-dək
qüvvədədir.
Razılığa Gələn Tərəflərdən
hər biri digər Razılığa Gələn Tərəfə
yazılı bildiriş göndərmək yolu ilə bu
Müqavilənin qüvvəsini ləğv edə bilər.
Bu halda Müqavilə belə bildirişin
alındığı tarixdən 6 (altı) ay sonra öz
qüvvəsini itirir.
Bu Müqavilənin qüvvəsinin
ləğv edilməsi onun qüvvəsinin ləğv edilməsi
haqqında yazılı bildirişdən əvvəl Proqrama
uyğun olaraq həyata keçirilməsinə
başlanılmış layihələrin yerinə yetirilməsinə
toxunmur.
Bakı şəhərində
2000-ci il martın 16-da hər biri Azərbaycan, Ukrayna və rus
dillərində olmaqla iki nüsxədə
imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Müqavilənin təfsiri və
tətbiqi zamanı fikir ayrılığı
yarandığı təqdirdə Razılığa Gələn
Tərəflər rus dilində olan mətnə
üstünlük verəcəklər.
Azərbaycan
Respublikası
Ukrayna
adından
adından
(imza)
(imza)
Azərbaycan
Respublikası ilə Ukrayna
arasında
2000—2009-cu illərdə İqtisadi
Əməkdaşlıq
haqqında Müqaviləyə
Əlavə
Azərbaycan
Respublikası ilə Ukrayna arasında 2000-2009-cu illərdə
uzunmüddətli İqtisadi Əməkdaşlıq
Proqramı
I.
İqtisadi əməkdaşlığın HAZIRKI vəziyyəti
və inkişaf problemləri
Azərbaycan Respublikası ilə
Ukrayna arasında 50-dən artıq ikitərəfli sənəd
imzalanmışdır.
İki Dövlətin
qarşılıqlı münasibətlərinin tənzimlənməsində
başlıca sənədlər Dostluq və Əməkdaşlıq
haqqında Müqavilə və Dövlətlərarası
Münasibətlərin Əsasları haqqında Müqavilədir.
Xarici iqtisadi münasibətlərin
genişləndirilməsi üçün sərbəst ticarət
haqqında, istehsalat kooperasiyası haqqında,
investisiyaların təşviqi və qarşılıqlı
qorunması haqqında hökumətlərarası sazişlər
imzalanmışdır.
İkitərəfli əməkdaşlığın
inkişafına gömrük, tədiyə-hesablaşma, nəqliyyat,
hərbi, rabitə, humanitar məsələlərlə
bağlı əlaqələrin tənzimlənməsi istiqamətində
mövcud sazişlər köməklik edirlər.
Beləliklə, hamı tərəfindən
qəbul olunmuş hüquqi mexanizmlərlə, prinsipial yeni əsasda
lazımi müqavilə — hüquqi bazası
yaradılmışdır. Bu, təsərrüfat
fәaliyyәti ilə məşğul olan subyektlər
arasında bazar iqtisadiyyatı prinsipləri əsasında hər
iki ölkənin ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığının
daha da inkişaf etdirilməsinə səmərəli
hüquqi, iqtisadi zəmin yaradır.
Bununla yanaşı, Azərbaycan
Respublikasında və Ukraynada, hər iki dövlət tərəfindən
müstəqillik elan olunandan sonra baş verən köklü
dəyişikliklər, bazar mexanizminin yaradılması, təsərrüfat
və kooperasiya əlaqələrinin zəifləməsi,
istehsalın həcminin əhəmiyyətli dərəcədə
azalması və qarşılıqlı mal dövriyyəsinin
aşağı düşməsi ilə müşayiət
olunmuşdur.
Əvvəllər
formalaşmış kooperasiya əlaqələrinin
pozulması, müəssisələrin maliyyə vəziyyətinin
pisləşməsi, qarşılıqlı hesablaşmalar
sisteminin qeyri-mükəmməlliyi, vergiqoyma sisteminin
qeyri-simmetrikliyi şəraitində əmtəə dövriyyəsi
strukturu da korlanmışdır.
İqtisadi sferada Azərbaycan
Respublikası və Ukraynanın əməkdaşlığının
ən mühüm istiqamətlərindən biri — sahələrin
və müəssisələrin kooperasiya və texnololoji əlaqələrinin
bərpasına xidmət edən birgə istehsal
strukturlarının yaradılması, maşınqayırma,
kimya, yanacaq-energetika sahələrində və hərbi-sənaye
kompleksi müəssisələrində ixtisaslaşmanın
qorunub saxlanması və ondan səmərəli istifadə
olunması, maliyyə-sənaye qruplarının
formalaşdırılması yolu ilə investisiya və maliyyə
ehtiyatlarının səfərbər edilməsi zəif
inkişaf etmişdir. Belə strukturların təşkili və
fəaliyyəti üçün hüquqi əsas olan Azərbaycan
Respublikasının və Ukraynanın qanunvericilik aktları hələlik
əhəmiyyətli dərəcədə fərqlənir ki,
bu da həmin qurumların yaradılması prosesində ciddi əngələ
çevrilir.
Texniki cəhətdən mürəkkəb
olan və elm tutumlu məmulatlar da daxil olmaqla, müxtəlif
növ məhsulların istehsalı sahəsində fundamental tədqiqatların
aparılması, metrologiyanın inkişafı və Azərbaycan
Respublikası və Ukraynanın etalon bazasının təkmilləşdirilməsində
qarşılıqlı maraq kəsb edən problemlərin həlli
üzrə uzunmüddətli dövlətlərarası məqsədli
kompleks proqramların işlənməsində də analoji vəziyyət
yaranmışdır.
Azərbaycanın və Ukraynanın
təsərrüfat subyektlərində hər iki dövlətin
ərazilərində yerləşən, ilk növbədə
energetika, qara və əlvan metallurgiya, Aqrar Sənaye
Kompleksinin emaledici bölməsi, toxuculuq sənayesi sahələrinin
müəssisələrinin səhmləşdirilməsində
iştiraka qarşılıqlı maraq yarandığı
halda, normativ-hüquqi bazada fərqlərin olması səbəbindən
onların bu prosesdə iştirakı özünün
lazımi inkişafını tapmır.
Azərbaycan Respublikası ilə
Ukrayna arasında tranzit rejiminin
razılaşdırılması, yerli vergilərin,
yığımların və gömrük
rüsumlarının tutulması sistemi ilə əlaqədar
məsələlər tam həll olunmayıb, ticarət gəmiçiliyi,
hava əlaqələri, boru kəməri nəqliyyatı sahəsində
qarşılıqlı faydalı əməkdaşlığın
imkanlarından lazımi səviyyədə istifadə edilmir.
Azərbaycan Respublikasının və
Ukraynanın iqtisadi münasibətlərindəki mövcud
problemlər adekvat qərarların qəbul olunmasını,
bu Proqram əsasında qarşılıqlı faydalı
iqtisadi əməkdaşlığın uzunmüddətli
strategiyasının işlənib hazırlanmasını tələb
edir.
II.
Proqramın məqsəd və vəzifələri
Proqram Azərbaycan Respublikası və
Ukrayna tərəfindən razılaşdırılmış
tədbirlər kompleksinin, o cümlədən:
normativ-hüquqi, iki ölkə arasında
qarşılıqlı faydalı iqtisadi, elmi-texniki və digər
əlaqələrin inkişafına dövlət köməyinin
göstərilməsi, milli iqtisadiyyatların aparıcı sahələrinin
istehsal sferalarının əməkdaşlığı əsasında
hər il qarşılıqlı mal dövriyyəsinin
artırılması, o cümlədən
üçüncü tərəfin mallarının tranzitinin
uzunmüddətli əsasda həyata keçirilməsi məqsədilə
işlənib hazırlanmışdır.
Bu məsələlərin həlli
üçün Proqram Azərbaycan Respublikası və
Ukraynanın dövlət orqanlarının
aşağıdakı əsas istiqamətlər üzrə
qarşılıqlı fəaliyyətini nəzərdə
tutur:
əhalinin həyat səviyyəsinin
qaldırılması maraqlarına uyğun olaraq hər iki
dövlətin iqtisadiyyatlarının yüksəldilməsinə
yönəldilmiş iqtisadi əməkdaşlığın
inkişafını təmin edəcək yolların birgə
axtarılması;
dövlətlərin bazar
iqtisadiyyatı formalaşdırılarkən institusional dəyişikliklərin
həyata keçirilməsində razılaşdırılmış
qarşılıqlı fəaliyyət;
Azərbaycan Respublikası və
Ukrayna ərazisində təsərrüfat subyektləri tərəfindən
inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin
qarşısının alınması, onun məhdudlaşdırılması
və dayandırılması;
hər iki dövlətin iqtisadiyyatının
strukturunun yenidən qurulmasına konseptual yanaşmaların
yaxınlaşdırılması, təsərrüfat subyektlərində
istehsalın genişləndirilməsi, onun inkişafı
üçün investisiyaların artırılması, elm və
qabaqcıl texnologiya sahəsində nailiyyətlərin tətbiqi,
buraxılan məhsulun keyfiyyətinin və rəqabət
qabiliyyətinin artırılmasına maraq yaratmaq;
hər iki ölkədə
kiçik və orta sahibkarlığın inkişafına
kömək etmək.
Proqramın yerinə yetirilməsi
prosesində aşağıdakı vəzifələrin həll
edilməsi qarşıya qoyulur:
xarici iqtisadi fəaliyyətin, vergi
sisteminin və rəqabət siyasətinin tənzimlənməsi
sahəsində normativ-hüquqi bazanın
yaxınlaşdırılması, milli əmtəə
istehsalçılarının qarşılıqlı
qorunması üzrə tədbirlərin həyata keçirilməsi,
regionlararası əməkdaşlığın inkişaf
etdirilməsi;
iqtisadi əməkdaşlığın,
ayrı-ayrı dövlətlərarası layihə və
proqramlarının formalaşdırılması, müxtəlif
mülkiyyət formaları və növlərində birgə
müəssisələrin yaradılması, istehsal
kooperasiyasının inkişaf etdirilməsi, hər iki ölkənin
ərazisində milli və xarici investorların
qarşılıqlı fəaliyyətlərinin
aktivləşdirilməsi;
Azərbaycan Respublikası və
Ukraynanın xalq təsərrüfatı strukturlarının
qarşılıqlı tamamlama imkanlarından istifadə edilməsi;
nəqliyyat və rabitənin
kommunikasiyalarının səmərəli istifadəsi və
inkişaf etdirilməsi;
ödəmə-hesablama və
kredit-maliyyə münasibətlərinin təkmilləşdirilməsi;
fond bazarlarının
inkişafında qarşılıqlı fəaliyyət;
iqtisadi münasibətlərin təhlükəsizliyinin
təmin olunması, qarşılıqlı səmərəli
iqtisadi əməkdaşlıq üçün lazım olan məlumatın
yayılması üzrə sistemlərin tətbiqi;
qarşılıqlı ticarət,
kredit və investisiya risklərinin mükəmməl
sığorta sistemlərinin yaradılması.
III.
İqtisadiyyat sahəsində əməkdaşlıq
Bu Proqramla Azərbaycan Respublikası
və Ukrayna arasında əməkdaşlığın
genişləndirilməsini həyata keçirmək və
ikitərəfli iqtisadi münasibətlərin gələcək
inkişafının əsasını qoymaq nəzərdə
tutulur.
Tərəflər hər iki tərəfin
təsərrüfat subyektləri üçün eyni dərəcədə
sərfəli hüquqi şəraitin yaradılmasına
yardım edəcəklər.
Uzunmüddətli əməkdaşlığın
istiqamətlərinin razılaşdırılmasının həyata
keçirilməsi nəzərdə tutulur.
Əsas strateji istiqamətlər kimi
aşağıdakıları hesab etmək olar:
istehsalın və iqtisadi
artımın sabitləşməsinə nail olunması;
tərəflərin məhsullarının
rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac
imkanlarının inkişaf etdirilməsi.
Tərəflər birgə istehsalatın
yaradılması və mövcud olan sahələrin inkişaf
etdirilməsi haqqında, həmin sahələrin pay əsasında
lazımi ehtiyatlarla təmin olunmasının forma və
yolları, iqtisadiyyatları üçün vacib olan həmin
müəssisələrin istehsal profillərinin
saxlanılması haqqında təkliflərə baxacaqlar. Belə
sahələrə əsasən yanacaq-energetika, aqrosənaye,
metallurgiya, kimya kompleksi, maşınqayırma, nəqliyyat
kommunikasiyalarının inkişafı aiddir.
İki ölkə arasında nəqliyyat,
incinirinq, bank, turist xidməti sahələrində əməkdaşlığı
inkişaf etdirmək vacibdir. Tərəflər arasında əməkdaşlığın
vacib istiqaməti Avropa və Asiya ölkələri ilə
ticarət-iqtisadi münasibətlərin gələcək
inkişafı üçün mühüm əhəmiyyət
kəsb edən Avropa-Asiya nəqliyyat dəhlizinin
yaradılması və fəaliyyət göstərməsidir.
Xəzər dənizinin Azərbaycan
sektorunda və eləcə də Azərbaycanın quru ərazisindəki
neft-qaz yataqlarının işlənməsi və bərpası,
Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli
üçün çoxvariantlı boru kəmərləri
sistemlərinin yaradılması ilə bağlı məsələlərin
praktiki həlli xüsusi əhəmiyyət kəsb edir.
İqtisadi reformaların həyata
keçirilməsində tərəflərin fəaliyyətlərinin
əlaqələşdirilməsində təklif olunan əsas
istiqamətlərə aşağıdakılar aid edilir:
dövlətlərarası iqtisadi əlaqələrdə
vahid hüquqi münasibət sisteminin yaradılması;
rəqabət siyasətinin həyata
keçirilməsi, inhisarçılığa və
haqsız rəqabətə imkan verilməməsi,
sahibkarlığa köməklik göstərilməsində
birgə fəaliyyətin həyata keçirilməsi üzrə
hökumətlərarası sazişlərin hazırlanması
və imzalanması;
maliyyə-sənaye qruplarının
və millətlərarası şirkətlərin
yaradılması üzrə hüquqi bazanın
unifikasiyası üzrə təkliflərin hazırlanması;
bank sistemlərinin və digər
maliyyə təşkilatlarının imkanlarının
artırılması, birgə maliyyə, sığorta, lizinq
və digər institutların yaradılması;
istehlakçıların
hüquqlarının qorunması üzrə hər iki ölkənin
qanunvericiliklərinin təkmilləşdirilməsi haqqında
qanunvericilik orqanlarına təkliflər hazırlamaq və təqdim
etmək.
Hər iki ölkənin
iqtisadiyyatında struktur dəyişikliklərinin əsas
istiqamətlərinin əlaqələndirilməsinin həyata
keçirilməsi çərçivəsində dövlətlərdə
hazırlanan, iqtisadiyyatda uzun müddətli struktur yenidənqurması
proqramlarına konseptual yanaşma nəzərdə tutulur.
Azərbaycan Respublikası və
Ukraynada həyata keçirilməli olan dəyişikliklər
mövcud istehsal imkanlarının keyfiyyətcə yenidən
qurulması ilə bağlıdır və hər iki ölkənin
maraqlarına cavab verir.
Azərbaycan Respublikası və
Ukraynanın iqtisadiyyatında
razılaşdırılmış struktur dəyişikliklərinin
aparılmasının təsirli mexanizmi birgə Azərbaycan-Ukrayna
qurumunun yaradılmasıdır. Belə qurumların, əsasən
də əsas sahələrdə və sənaye komplekslərində
təşkili, səmərəli investisiya qoyuluşu və
kapitalın sahələrarası axını səmərəli
kooperasiya əlaqələrinin yaradılması və
inkişafına, elmi-texniki tərəqqinin sürətlənməsinə,
ixrac imkanlarının genişləndirilməsinə,
iqtisadiyyatda proqressiv struktur dəyişikliklərinin həyata
keçirilməsinə imkan yaradır.
Bununla əlaqədar struktur
yaradıcı istehsalların birgə yaradılması və
inkişaf etdirilməsi, bu istehsalların lazım olan
ehtiyatlarla təminatında iştirakın yolları və
formalarına Azərbaycan Respublikası və Ukraynanın
iqtisadi təhlükəsizliyinin təmin olunmasında əsas
əhəmiyyət kəsb edən müəssisələrin
istehsal yönümünün saxlanılması haqqında təkliflərə
baxılacaqdır.
Belə istehsallara ilk növbədə
yanacaq-energetika kompleksi, maşınqayırma, elektron,
yüngül, yeyinti, farmokologiya, mikrobiologiya sənayeləri,
kimya kompleksi aiddir.
Məhsulların rəqabət
qabiliyyətlərinin yüksəldilməsi məqsədilə,
elmi-texniki potensialın qorunması, inkişafı və onun hər
iki dövlətin iqtisadiyyatının inkişafı mənafeyinə
istifadə edilməsi, məhsulun istehsalı və
satışı üçün yerli istehsalçılara əlverişli
şəraitin yaradılması, hər iki dövlətin
müəssisələrinin istehsal etdiyi məhsullara əhalinin
ödənilə bilən tələbənin qabiliyyətinin
yüksəldilməsinə kömək edilməsi,
insafsız rəqabətdən müdafiə, müəlliflik
hüququ və qarışıq hüquqların qorunması
imkanlarına baxılmalıdır.
Tərəflər hər iki ölkənin
mövcud elmi potensialından səmərəli istifadə etmək
məqsədi ilə elmi, layihə və konstruktor-texnoloji təşkilatlarının
əməkdaşlığına xüsusi əhəmiyyət
verirlər.
İnnovasiya sahəsində əməkdaşlığın
əsasını texnologiyanın aşağıdakı
istiqamətlərdə inkişaf etdirilməsi təşkil edəcəkdir:
kənd təsərrüfatı və
tibbi preparatlar üçün biotexnologiya;
maşınqayırma sahəsində
nəqliyyat vasitələri istehsalının təşkili,
Azərbaycan Respublikası və Ukrayna ərazisində neft
hasilatı sənayesi üçün avadanlıqların
istehsalı üzrə birgə müəssisələrin
yaradılması;
metallurgiya sahəsində neft-qaz
çeşidli boruların, mütərəqqi prokat profilləri,
ferroərintilər və xüsusi poladların istehsalı;
kimya sənayesi sahəsində və
gübrə və bitki qoruyucu vasitələrin,katalizatorların,
rəngləyici məhsulların istehsalı;
yanacaq-energetika kompleksində
enerjidaşıyıcıların nəql edilməsi üzrə
birgə problemlərin həlli;
nəqliyyat sahəsində beynəlxalq
nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi;
rabitə sahəsində, TAE
(Trans-Asiya-Avropa optiklifli rabitə kabel sistemi) layihəsinin həyata
keçirilməsində əməkdaşlıq;
metrologiya, standartlaşdırma və
sertifikasiya sahəsində sertifikatlaşdırma üzrə
işlərin nəticələrinin qarşılıqlı
tanınması proseduralarının sadələşdirilməsi,
məhsullara beynəlxalq standartların tətbiqi yolu ilə
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma
sistemlərinin gələcəkdə
uzlaşdırılması, nümunə bazasının təkmilləşdirilməsi,
fiziki kəmiyyətlərin müqayisə edilməsi.
IV.
Humanitar sahədə əməkdaşlıq
Proqramda sosial müdafiə, o
cümlədən vətəndaşların sosial təminatı,
məşğulluğu, əmək şəraiti sahəsində
vacib problemlərin birgə həlli zamanı hüquqi
bazanın gələcəkdə təkmilləşdirilməsi,
ayrıca bağlanmış sazişlər yolu ilə
istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin
aradan qaldırılması və əməyin gigiyenası nəzərdə
tutulur.
Proqramın həyata keçirildiyi
dövrdə səhiyyə və sanitar-epidemioloji vəziyyətin
yaxşılaşdırılması sahəsində dərman
preparatlarının və tibbi texnikanın istehsalı,
yüksək ixtisaslı kadrların hazırlanması, mütəxəssislərin,
alimlərin, aspirantların, təcrübə keçənlərin
və tələbələrin, eləcə də mədəniyyət
və incəsənət sahəsinin, gənclər və
idman, sanatoriya-kurort işi və turizmin
qarşılıqlı səmərəli inkişafında səylərin
əlaqələndirilməsi həyata keçiriləcəkdir.
Ətraf mühitin
yaxşılaşdırılması və qorunması, təbiətdən
səmərəli istifadə onun ehtiyatlarına qənaət
edilməsi sahəsində əməkdaşlıq daha da
inkişaf etdiriləcəkdir.
V.
Ticarət əlaqələri və xidmətin inkişafı
Azərbaycan Respublikası ilə
Ukrayna arasında ticarət əməkdaşlığının
inkişafı və genişləndirilməsi sərbəst
ticarət rejimi əsasında, ticarət-texniki maneələrin
və vasitəli qeyri-tarif məhdudiyyətlərinin tədricən
aradan qaldırılması, gömrük tariflərinin
yaxınlaşdırılması ilə həyata keçiriləcəkdir.
Proqramın həyata keçirilməsi
prosesində sərbəst ticarət rejiminin tam həyata
keçirilməsi hesabına ikitərəfli ticarətin
liberallaşdırılmasının daha da inkişaf etdirilməsi,
rəqabət qabiliyyətli məhsul növlərinin
istehsalının artırılmasına, xammal
ehtiyatlarının səmərəli kompleks istifadəsinə,
idxalı əvəz edən istehsalların inkişafına
dövlətlərarası proqramların həyata
keçirilməsinə istiqamətləndirilmiş Azərbaycan
Respublikası və Ukrayna müəssisələri
arasında istehsal kooperasiyası və birbaşa əlaqələrin
yaradılması üçün qarşılıqlı
faydalı şəraitin yaradılması üzrə təsirli
tədbirlər görüləcəkdir.
Tərəflər kiçik
sahibkarlıq subyektlərinin xarici iqtisadi, maliyyə və digər
fəaliyyətlərini qaydaya salan münasibətlərin
yaxınlaşdırılmasına, onların işgüzar əlaqələrinin
genişləndirilməsinə, çoxtərəfli və
ikitərəfli əsaslarda birgə proqram və layihələrin
həyata keçirilməsi məsələlərinin həll
edilməsinə kömək göstərəcəklər.
Nəqliyyat vasitələrinin,
malların və sərnişinlərin hərəkəti
üçün faydalı şərait yaratmaq məqsədi
ilə ikitərəfli reqlamentləşdirici sənədlər
əsasında aşağıdakı istiqamətlər
üzrə gömrük, hüquq-mühafizə, sərhəd
və digər orqanların qarşılıqlı fəaliyyətlərini
tədricən və mütəmadi olaraq inkişaf etdirmək
lazımdır:
malların tranzitinin sərbəstliyinin
və qeyri ayrı-seçkilik şəraitinin təmin
olunması;
tranzit yükdaşımaları
zamanı gömrük nəzarətinin səmərəliliyinin
yüksəldilməsi;
gömrük hüquq pozuntuları
ilə mübarizə məsələləri üzrə,
xüsusən də narkotik maddələrin, silah və
döyüş sursatlarının, partlayıcı və zəhərli
şeylərin, əhalinin sağlamlığı və ətraf
mühit üçün təhlükəli olan digər
materialların qanunsuz daşınmasının
qarşısının alınması sahəsində;
gömrük işinin proqram təminatının
təkmilləşdirilməsi;
aksizə cəlb olunan malların
daşınmasına gömrük nəzarətinin təşkilində
vahid münasibətin işlənilib hazırlanması;
təsərrüfat subyektlərinin
istehsal kooperasiyası çərçivəsində məhsul
göndərişi zamanı gömrük nəzarətinin təkmilləşdirilməsi;
intellektual və sənaye mülkiyyəti
obyektlərinə münasibətdə gömrük nəzarətinin
təkmilləşdirilməsi.
Proqramda, yüklərin
qarşılıqlı daşınması zamanı onlardan
daha səmərəli istifadə edilməsi nəzərə
alınmaqla, hər iki ölkənin nəqliyyat sistemlərinin
qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlığın
genişləndirilməsi, nəqliyyat xərclərinin
azaldılması, bu məqsədlə nəqliyyat sistemlərinin
inkişaf etdirilməsi və yenidən qurulması üzrə
razılaşdırılmış siyasətin
aparılması nəzərdə tutulur.
Nəqliyyat infrastrukturunun
inkişafının birgə proqramlarının işlənməsi
və həyata keçirilməsi, nəqliyyat sahəsində
vergi və tarif siyasətinə qarşılıqlı
baxılmasına kömək edilməsi, ilk növbədə
nəqliyyat dəhlizləri istiqamətləri üzrə
yük və sərnişin daşımalarında istifadə
edilən vaqon, konteyner və çən parkının səmərəli
istifadəsində nəqliyyat xidmətlərinin fəaliyyətlərinin
əlaqələndirilməsi həyata keçirilməlidir.
Bu məsələnin birgə həyata
keçirilməsi aşağıdakı istiqamətlərdə
aparılacaqdır:
nəqliyyat sahəsində mövcud
çoxtərəfli və ikitərəfli sazişlərin həyata
keçirilməsi əsasında normativ hüquqi bazanın təkmilləşdirilməsi,
yəni onun AŞ-nın normativ hüquqi bazası ilə
unifikasiyası;
Azərbaycan Respublikası və
Ukrayna investorlarının vəsaitlərini və eləcə
də üçüncü ölkələrin kredit və
kapitalını cəlb etməklə, hər iki ölkənin
ərazisində Avropa-Asiya nəqliyyat dəhlizinin tikintisi
üzrə birgə fəaliyyətin əlaqələndirilməsi.
Ölkələrimiz arasında ticarət
əlaqələrinin təşkili və həyata
keçirilməsi zəruri statistik məlumatların aktiv
mübadiləsinin, ilk növbədə isə xarici ticarət
üzrə rəqəmlərin müqayisəsinin edilməsini
nəzərdə tutur. Statistik nəşrlər və
yazıların, metodik material və işlərin,
proqramların, eləcə də statistik müşahidələrin
və digər məlumat yığımı növlərinin
mübadiləsi, bu sahədə hər iki ölkənin
qanunvericilikləri nəzərə alınmaqla xarici ticarət
statistikasının təşkili prinsiplərinin
razılaşdırılması da nəzərdə tutulur.
Hər iki ölkənin əmtəə
və xidmət bazarlarının vəziyyətinin izlənilməsi
üçün Azərbaycan Respublikası və Ukraynanın
birgə məlumat sistemlərinin yaradılması, əmtəə
və xidmətlərin istehsal və tələbat həcmi,
onların daxili və dünya bazarlarında müqayisəli
konyunkturası, bununla yanaşı rabitənin optik-lifli kabel
sistemlərinin beynəlxalq layihələrini istifadə etməklə
təkliflər hazırlanacaqdır. Məlumatların birgə
məlumat sisteminə göndərilməsi Azərbaycan
Respublikası və Ukraynanın müvafiq təşkilatları
tərəfindən göstərilən
razılaşdırılmış siyahısı üzrə
həyata keçiriləcəkdir.
Regionlararası əməkdaşlıq
öz gələcək inkişafını tapmalıdır.
Onun mühüm istiqaməti əvvəllər mövcud
olmuş regionlararası təsərrüfat əlaqələrini
nəzərə almaqla, bu ərazilərdə yaşayan əhalinin
adətlərini və mənəvi dəyərlərini
saxlamaq şərti ilə həmin ərazilərin
sosial-iqtisadi inkişafı üçün əlverişli
şəraitin yaradılmasıdır.
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3858-3867.