Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan
Respublikası Milli Məclisinin iş həcminin
artmasını nəzərə alaraq, onun fəaliyyətini təkmilləşdirmək
və daha səmərəli qurmaq məqsədi ilə Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində (Azərbaycan
Respublikasının 17 may 1996-cı il tarixli Qanunu ilə təsdiq
edilmişdir) aşağıdakı dəyişikliklər
edilsin:
1. 32-ci maddənin birinci
hissəsində və 34-cü maddənin ikinci hissəsində
«birinci müavini və müavini» sözləri «birinci
müavini və müavinləri» sözləri ilə əvəz
edilsin.
2. 32-ci maddənin
üçüncü hissəsində «sədrinin müavini»
sözləri «sədrinin daha yaşlı müavini, o
olmadıqda isə Milli Məclisin sədrinin müavini»
sözləri ilə əvəz edilsin.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri,
24 noyabr 2000-ci il
¹ 3-IIQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 dekabr, ¹ 12.- S.4718.