«Azərbaycan Respublikası Milli Məclisinin
daimi komissiyaları haqqında» Azərbaycan Respublikası
Qanununa əlavələr və dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublİkasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. «Azərbaycan
Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında»
Azərbaycan Respublikası Qanununa (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, ¹ 9 (15), maddə
565) aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 7-ci maddədə
«Büdcə məsələləri daimi komissiyası»
sözləri «Təhlükəsizlik və müdafiə məsələləri
daimi komissiyası» sözləri ilə, «Yerli
özünüidarə məsələləri daimi
komissiyası» sözləri, «Regional məsələlər
daimi komissiyası» sözləri ilə əvəz edilsin.
2. 8-ci maddənin ikinci
hissəsinin birinci bəndindən «inzibati ərazi quruluşu»
sözləri çıxarılsın.
3. 9-cu maddə
aşağıdakı redaksiyada verilsin:
«Maddə 9. Təhlükəsizlik və müdafiə
məsələləri daimi komissiyası
Təhlükəsizlik və
müdafiə məsələləri daimi komissiyası
dövlətin təhlükəsizlik və müdafiə məsələlərinə
dair qanun və qərar layihələri üzrə
aparıcı daimi komissiyadır.
Təhlükəsizlik və
müdafiə məsələləri daimi komissiyası:
fövqəladə vəziyyət
rejimi və hərbi vəziyyət rejimi, müdafiə, hərbi
qulluq, hərbi xidmətə çağırış, hərbi
xidmət keçmə, hərbi qulluqçuların statusu və
digər məsələləri, dövlət təhlükəsizliyinin
əsasları, onun təmin etmə üsul və vasitələri,
dövlət sərhəd rejiminə aid qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Prezidentinin təqdimatlarına əsasən Azərbaycan
Respublikasının hərbi doktrinasının təsdiqinə,
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
təyinatı ilə bağlı olmayan vəzifələrin
icrasına cəlb edilməsinə razılıq verilməsinə,
Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən
müharibə elan edilməsinə və sülh
bağlanmasına razılıq verilməsinə dair qərar
layihələrinə rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi sədrinin
tapşırığı ilə qanun və qərar layihələrinə
təhlükəsizlik və müdafiə məsələləri
baxımından rəy verir».
4. 10-cu maddə
aşağıdakı redaksiya da verilsin:
«Maddə 10. İqtisad siyasəti daimi komissiyası
İqtisadi siyasət
daimi komissiyası dövlətin maliyyə və vergi siyasətinin,
iqtisadi siyasətinin formalaşdırılması və həyata
keçirilməsinə dair, habelə dövlət büdcəsinin
təsdiq edilməsi və icrası ilə bağlı qanun və
qərar layihələri üzrə aparıcı daimi
komissiyadır.
İqtisadi siyasət
daimi komissiyası:
dövlət büdcəsi,
büdcə prosesi və quruluşu, pul emissiyası, qiymət
siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə,
mühasibat, sığorta, valyuta, kredit, gömrük tənzimlənməsi,
vergi siyasəti, rüsum və ödənişlər sahələri,
daxili və xarici iqtisadi münasibətlər, mülkiyyət,
əmlak münasibətləri, təsərrüfat fəaliyyəti,
sənaye, nəqliyyat, rabitə, ticarət, birja, sahibkarlıq
fəaliyyəti, antiinhisar siyasəti sahələri üzrə
qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
yerli vergilərə və
ödənişlərə, yerli büdcələrə aid
qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan
Respublikası Milli Bankı İdarə Heyətinin üzvləri
vəzifəyə təyin və vəzifədən azad edilərkən
təklif olunan namizədliklərə baxır və onlar barəsində
rəy verir;
Azərbaycan
Respublikası Auditorlar Palatasının sədri və sədr
müavini, Azərbaycan Respublikası Hesablama Palatasının
sədri, sədr müavini və auditorlar vəzifəyə təyin
edildikdə və ya vəzifədən azad edildikdə təklif
olunmuş şəxslərin namizədliklərinə
baxır və onlar barəsində rəy verir;
Dövlət büdcəsinə
nəzarətlə bağlı məsələlərə
baxır və Azərbaycan Respublikasının Milli Məclisinə
təkliflər verir;
dövlət büdcəsinin
layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə
baxır və onlar barəsində rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası
Milli Məclisi sədrinin tapşırığı ilə
dövlət büdcəsindən əlavə xərc tələb
edən qanun və qərar layihələrinə dair, habelə
qanun və qərar layihələrinə iqtisadi əsaslandırma
və iqtisadi məqsədəuyğunluq baxımından rəy
verir».
5. 14-cü maddənin
adında və mətnində «yerli özünüidarə məsələləri
daimi komissiyası» sözləri «regional məsələlər
daimi komissiyası» sözləri ilə əvəz edilsin.
Həmin maddənin
ikinci hissəsinin birinci bəndinə «yerli
özünüidarə» sözlərindən əvvəl
«inzibati ərazi quruluşu» sözləri əlavə edilsin.
II. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri,
1 dekabr 2000-ci il
¹ 8-IIQD
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 dekabr, ¹ 12.- S.4718- 4720.