Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublİkasının Qanunu

 

 

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 I. «Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə (Azərbaycan Respublikasının qanunları, 1996, ¹ 2, s. 142) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

 1. 36-cı maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

 «Milli Məclisin rəhbərliyi Milli Məclisin daimi komissiyasının üzvü ola bilər Milli Məclisin başqa hər bir deputatı daimi komissiyalardan birinin üzvü olmalıdır».

 2. 3-cü maddənin altıncı hissəsində «Katibliyi» sözü «Aparatı» sözü ilə, 6-cı maddənin ikinci hissəsində «Katibliyinə» sözü «Aparatına» sözü ilə, 14-cü maddədə «Katibliyində» sözü «Aparatında» sözləri ilə, 15-ci maddənin üçüncü hissəsində «Katibliyi» sözü «Aparatı» sözü ilə, 43-cü maddənin birinci hissəsində «Katibliyində» sözü «Aparatında» sözü ilə əvəz edilsin.

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 

 Bakı şəhəri, 1 dekabr 2000-ci il

 

 

       ¹ 9-IIQD

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 dekabr, ¹ 12.- S.4720.