Şərti maliyyə vahidi haqqında

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanır.[2]

Maddə 2. Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilsin.[3]

Maddə 3. Bu Qanun qüvvəyə minənədək qəbul edilmiş Azərbaycan Respublikasının qanunlarında bu Qanunun 1-ci maddəsində göstərilən hallarda "minimum əmək haqqı" sözləri ismin müvafiq hallarında "şərti maliyyə vahidi" sözləri ilə əvəz edilsin.

Maddə 4. Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 

Bakı şəhəri, 26 dekabr 2000-ci il

 

№ 48-IIQ

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 dekabr, № 12.- S.4721.