N. H. İbrahimovun Azərbaycan
Respublikasının Ukraynada, eyni zamanda Moldova Respublikasında,
Polşa Respublikasında və Belarus Respublikasında Fövqəladə
və Səlahiyyətli Səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara
alıram:
Nazim Hüseyn oğlu İbrahimov Azərbaycan
Respublikasının Ukraynada, eyni zamanda Moldova Respublikasında,
Polşa Respublikasında və Belarus Respublikasında Fövqəladə
və Səlahiyyətli Səfiri vəzifəsindən geri
çağırılsın.
Azərbaycan Respublikasının Prezidenti Heydər
ƏLİYEV
Bakı şəhəri, 12 dekabr 2000-ci il
¹ 426
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 dekabr, ¹ 12.- S.4723.