Teymur Əkbər
oğlu Əhmədovun "Tərəqqi" medalı ilə
təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan ədəbiyyatı və
publisistikasındakı xidmətlərinə görə Teymur
Əkbər oğlu Əhmədov "Tərəqqi”
medalı ilə təltif edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri, 22 dekabr 2000-ci il
№ 431
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 dekabr, № 12.- S.4728.