2000-ci il mayın 19-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış sənədlər haqqında

 

 Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

 

 

 1. 2000-ci il mayın 19-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

 1) Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında geodeziya, kartoqrafiya və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş

 2) Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında Saziş;

 3) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci və 2-ci yarımbəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

 3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci bəndinin 3-cü yarımbəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

 4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci və 2-ci yarımbəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Ukrayna Nazirlər Kabinetini xəbərdar etsin.

 

Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında geodeziya, kartoqrafiya və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında Sazİş

 

 

 Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,

 bərabər hüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında,

 geodeziya, kartoqrafiya, həmçinin bu sahəyə yaxın elmlər sahəsində və texnika və texnologiyanın əməli tətbiqində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı istəyi bildirərək,

 

 aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

 Tərəflər beynəlxalq hüquq normaları və qəbul edilmiş prinsiplər əsasında öz ölkələrinin qanunvericiliyinə uyğun olaraq, geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın bütün formalarının inkişafı üçün hər cür şərait yaradacaq və tədbirlər görəcəklər.

 

Maddə 2

 

 Tərəflər geodeziya və kartoqrafiya sahəsində birgə işlərin yerinə yetirilməsinin əlaqələndirilməsini, həmçinin bu Sazişdə nəzərdə tutulan şərtlərin həyata keçirilməsinə nəzarəti və cavabdehliyi bu dövlət idarəetmə orqanlarına həvalə edirlər:

 Azərbaycan Respublikasında—Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə,

 Ukraynada—Ukraynanın Baş Geodeziya, Kartoqrafiya və Kadastr İdarəsinə.

 

Maddə 3

 

 Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı sahələri və fəaliyyət növlərini də əhatə edə bilər:

 topogeodeziya və kartoqrafiya işlərinin istehsalı, xəritə, atlas və digər növ çap məhsullarının nəşri üzrə poliqrafiya xidməti;

 aerokosmik planaalma işlərinin aparılması və məsafədən zondla tədqiq edilmə məlumatlarının mübadiləsi;

 rəqəmli məlumatlar bankının, geoinformasiya sisteminin və elektron kadastr xəritələrinin yaradılması metodologiyasının işlənməsi;

 Tərəflərin ərazilərinin inzibati ərazi bölgüsünün, coğrafi obyektlərin və digər coğrafi elementlərin adlarının dəyişməsi, yol şəbəkəsinin və digər elementlərin inkişafı ilə əlaqədar olaraq coğrafi öyrənilməsi və coğrafi xəritələrin məzmununun yeniləşdirilməsi ilə bağlı məlumatların mübadiləsi;

 elmi-texniki və istehsalat məlumatların mübadiləsi;

 təcrübə konstruktor işlərinin birgə yerinə yetirilməsi;

 topogeodeziya, kartoqrafiya təşkilatları və tədris müəssisələri arasında təcrübə mübadiləsi;

 geodeziya və kartoqrafiya üzrə mütəxəssislərin hazırlanması və stajirovkası;

 avadanlıq və materialların birgə istehsalı və qarşılıqlı mübadiləsi.

 

Maddə 4

 

 Bu Sazişin yerinə yetirilməsi üzrə birgə fəaliyyətin əlaqələndirilməsi üçün əməkdaşlığın konkret təklif və şərtlərinin hazırlanması və razılaşdırılması məqsədi ilə Tərəflər, rəsmi nümayəndə səlahiyyətlərində, ekspertlər təyin edirlər.

 

Maddə 5

 

 Bu Saziş çərçivəsində bağlanmış müqavilələrə əsasən əməkdaşlıq proqramının reallaşdırılması üçün Tərəflər öz ölkələrinin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq qarşılıqlı fəaliyyətə, o cümlədən avadanlıqların, ləvazimatların, xammalın, hazır məhsul və materialların daşınması, aparılıb-gətirilməsi məsələlərinə kömək üçün bütün tədbirləri görəcəklər.

 

Maddə 6

 

 Bu Saziş çərçivəsində əməkdaşlıq Tərəflər arasında qarşılıqlı razılıq, o cümlədən əvəzi ödəmə və kommersiya əsasında geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondla tədqiqi sahəsində xüsusi ixtisaslaşmış əlaqə formalarının həyata keçirilməsini istisna etmir.

 

Maddə 7

 

 Tərəflər bu Sazişlə müəyyən edilmiş sahələrdə əməkdaşlığı həyata keçirərkən öz ölkələrinin qanunvericiliyinə, habelə bu məsələlər üzrə ikitərəfli və çoxtərəfli müqavilələrə əsaslanaraq bir-birinin təhlükəsizlik maraqlarını qarşılıqlı nəzərə alırlar.

 

Maddə 8

 

 Tərəflər bu Sazişə uyğun olaraq mübadilə olunacaq elmi-texniki məlumatların, kartoqrafik materiallar və digər sənədlərin açıq xarakterli olacağını nəzərdə tuturlar.

 Tərəflər məhdud xarakterli material və məlumatların mübadiləsini öz ölkələrinin qüvvədə olan qanunvericiliyi ilə təyin edilmiş qaydada həyata keçirirlər.

 Məhdud xarakterli informasiya və materialların mübadiləsi zamanı Tərəflər, öz ölkələrinin qanunvericiliyinə, ikitərəfli və çoxtərəfli müqavilələrinə uyğun olaraq, bu informasiyaların qorunacağına təminat verirlər.

 

 

Maddə 9

 

 Hər iki Tərəfin subyektlərinin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində əməkdaşlığının nəticələri Tərəflərin rəsmi nümayəndələrinin öncədən yazılı razılığı olmadan nəşr edilə və yaxud üçüncü tərəfə verilə bilməz.

 

 

Maddə 10

 

 Bu Sazişin müddəalarının şərhi və tətbiqi, həmçinin əməkdaşlığın digər aspektlərinin razılaşdırılması zamanı yaranmış fikir ayrılıqlarını Tərəflər rəsmi nümayəndələri vasitəsi ilə ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll etməyi öhdələrinə götürürlər.

 

Maddə 11

 

 Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərdən hər hansı biri nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmış Sazişin fəaliyyətinə xitam vermək niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildirməzsə, hər dəfəyə o avtomatik olaraq iki il müddətinə uzadılır.

 Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə, onun ayrılmaz hissəsi sayılan protokollarla rəsmiləşdirilmiş əlavələr və dəyişikliklər edilə bilər.

 Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlət daxili prosedur qaydalarını öz ölkələrinin qanunvericiliyinə müvafiq olaraq yerinə yetirilmələri haqqında son yazılı bildiriş verdiyi tarixdən qüvvəyə minir.

 2000-ci il mayın 19-da Bakı şəhərində hər biri Azərbaycan-Ukrayna və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Mətnlərin təfsirində fikir ayrılığı yarandığı təqdirdə rus dilində olan mətn əsas götürülür.

 

 

Azərbaycan Respublikası                                                                          Ukrayna Nazirlər Kabineti  

 

 

    Hökuməti         adından

 

 

(imza)                                                                                                                         (imza)

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında Sazİş

 

 

 

 Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,

 karantin orqanizmlərinin gətirilməsinin və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlığın vacibliyini təsdiq edərək,

 bitkilərin karantini sahəsində əməkdaşlığı davam etdirmək və genişləndirmək və dövlət karantin tədbirlərinin koordinasiyasını təmin etmək istəyini rəhbər tutaraq,

 Tərəflər arasında kontraktlar, təsərrüfat və ticarət əlaqələri həyata keçirilərkən Azərbaycan Respublikasının və Ukraynanın ərazilərinin karantin orqanizmlərinin daxil olmasından və yayılmasından qorunması maraqlarından irəli gələrək,

 aşağıdakılar barədə razılığa gəldilər:

 

 

Maddə 1

 

 Bu Sazişdə göstərilən terminlərin aşağıdakı mənaları var:

 «karantin orqanizmi»—ölkənin ərazisində mövcud olmayan və yaxud cüzi yayılan zərərverici, xəstəlik törədiciləri və alaq otlarıdır ki, bitkilərə və bitkiçilik məhsullarına böyük ziyan vura bilər;

 «entomofaqlar»—həşəratlarla qidalanan orqanizmlər;

 «feromonlar»—həşəratlar tərəfindən mühitə başqa fərdlərə təsir üçün ifraz edilən bioloji aktiv maddə;

 «biopreparatlar»—bitki mühafizəsində istifadə edilən bioloji preparatdır. Onun təsiredici mikroorqanizmlər və ya onların həyat fəaliyyətlərinin məhsuludur;

 «karantin materialları»—karantin obyektlərinin yayılmasına şərait yaradan və ya onların vasitəsi ilə yayılan materiallardır (toxum, əkin materialları, bitki və onların hissələri və bitki mənşəli başqa məhsullar).

 

 

Maddə 2

 

 Sazişin həyata keçirilməsi və fəaliyyətinin əlaqələndirilməsi üçün Tərəflərin səlahiyyətli orqanları bunlardır:

 Azərbaycan Respublikasından—Kənd Təsərrüfatı Nazirliyi;

 Ukraynadan—Dövlət Bitki Karantini Baş Müfəttişliyi.

 

Maddə 3

 Tərəflər idxal, ixrac və tranzit zamanı dövlətlərin sərhədlərində bitki karantini məntəqələrində karantin orqanizmlərinin yoxlanması üzrə lazımi tədbirləri bu Sazişin ayrılmaz hissəsi olan 1 və 2 saylı əlavələrə uyğun olaraq aparırlar.

 Karantin materiallarının yoxlanılmasına çəkilən karantin yoxlamaları ilə bağlı xərclər yükün sahibi tərəfindən Tərəflərin dövlətlərinin ərazisində mövcud tariflərə uyğun ödənilir.

Maddə 4

 

 Tərəflər bir ölkədən digərinə göndərilən karantin materiallarının idxalı, ixracı və tranziti zamanı Tərəflərin mövcud qanunvericiliyinə müvafiq olaraq təsdiq olunmuş fitosanitar qaydalarına riayət etməlidirlər.

 

Maddə 5

 

 Tərəflər bitki karantini sahəsində səmərəli əməkdaşlıq etmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə müvafiq bu öhdəlikləri götürürlər:

 idxal, ixrac və tranzit zamanı karantin orqanizmlərinin bir ölkənin ərazisindən digər ölkənin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirlərin görülməsi;

 Azərbaycan Respublikasının və Ukraynanın ərazilərində bitki karantininin tənzimlənməsi üçün qaydaların və əsasnamələrin mübadiləsi üzrə tədbirlərin aparılması;

 Tərəflərin ərazilərində karantin orqanizmlərinin qeydə alınması və yayılması barədə informasiya mübadiləsi;

 bitki karantini orqanizmləri ilə mübarizə aparmaq məqsədi ilə entomofaqlar, biopreparatlar, feromonlar və digər maddələrlə mübadilə;

 bitkilərin karantini sahəsində elmi-tədqiqat işləri barədə informasiya mübadiləsi aparmaq;

 karantin materiallarının istehsalı və tədarükü zamanı yerində seçmə yolu ilə yoxlanılmasını təşkil etmək və sərhəd məntəqələrində bitki karantininə aid məsələləri operativ həll etmək, eləcə də bitki karantini sahəsində elmin və qabaqcıl təcrübənin nailiyyətlərini öyrənmək məqsədi ilə mütəxəssislərin ezam edilməsi və mübadiləsi;

 karantin orqanizmlərinin aşkar olunması arealının məhdudlaşdırılması və məhv edilməsi tədbirlərinin həyata keçirilməsində bir-birinə elmi, texniki və digər qarşılıqlı kömək göstərmək;

 fövqəladə hallarda karantin orqanizmlərinə qarşı təcili tədbirlər görmək məqsədi ilə Tərəflərdən birinin xahişi ilə bitki karantini xidməti sahəsi üzrə mütəxəssislərdən ibarət ekspedisiya qrupunun göndərilməsi.

 

 

Maddə 6

 

 Tərəflər özlərinin qüvvədə olan qanunvericiliklərinə uyğun şəkildə ixrac olunan və ya tranzitlə göndərilən karantin materialları ilə Azərbaycan Respublikasının və ya Ukraynanın ərazilərinə karantin orqanizmlərinin keçməsinin qarşısının alınmasını öhdələrinə götürürlər.

 Bir ölkənin ərazisindən digər ölkənin ərazisinə göndərilən karantin materialı yükü idxal edən ölkənin karantin xidməti tərəfindən verilmiş fitosanitar sertifikatı ilə müşayiət edilməlidir. Sertifikat karantin materiallarının fitosanitar normaya uyğun olması barədə idxal edən ölkənin tələblərinə cavab verməlidir.

 Fitosanitar sertifikatının və idxalın karantin icazəsinin verilməsinə çəkilən xərclər yükün sahibi tərəfindən ölkədə qəbul olunmuş tariflər üzrə ödənilməlidir.

 Tərəflərin səlahiyyətli orqanları karantin materiallarının alınması zamanı onların fitosanitar vəziyyətinə görə (zərərsizləşdirmək, yenidən qablaşdırmaq, başqa qarışıqların və torpağın olmaması, germetikləşdirmə və s.) əlavə şərtlər qoymaq hüququna malikdir. Göstərilən halda karantin materiallarının ixracı zamanı karantin materiallarına ilkin nəzarət ixrac edən ölkənin ərazisində hər iki Tərəfin karantin müfəttişliyi tərəfindən birgə aparılır.

 Karantin materialları bir ölkənin ərazisindən digər ölkənin ərazisinə tranzitlə daşınarkən fitosanitar sertifikatla müşayiət edilməlidir.

 

Maddə 7

 

 Karantin materiallarının idxalı, ixracı və tranzit daşımalarında karantin obyektlərinin bir ölkənin ərazisindən digər ölkənin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə Tərəflər, ölkəsinin milli qanunvericiliyinə uyğun olaraq öz ərazilərində sərhəd-buraxılış məntəqələrini müəyyən edirlər.

 

Maddə 8

 

 Karantin nəzarətində olan yüklərin ixracı zamanı karantin qablaşdırıcı material kimi karantin orqanizmlərinin daşıyıcısı olmayan (torpaqdan azad) kağız, plastik, taxta kəpəyi və qeyri bitki mənşəli taralardan istifadə ediləcəkdir. Quru ot, küləş, püfə, yarpaq və başqa bitki mənşəli qalıqlardan karantin materiallarının qablaşdırılmasında istifadə edildikdə isə Tərəflərin səlahiyyətli orqanları ilə əvvəlcədən razılaşdırılmalıdır.

 Tərəflərin birindən digərinə karantin materiallarının daşınmasında istifadə olunan nəqliyyat vasitələri diqqətlə təmizlənməli, lazım gəldikdə isə zərərsizləşdirilməlidir.

 

Maddə 9

 

 İdxal edən ölkənin sərhəd-buraxılış məntəqələrində fitosanitar yoxlama zamanı karantin orqanizmləri müəyyən olunarsa, Tərəflərin səlahiyyətli orqanı idxal olunan karantin materiallarının sahibi hesabına geri qaytarmaq və ya zərərsizləşdirmək hüququna malikdir. Qaytarılması və zərərsizləşdirilməsi mümkün olmadıqda isə yükün sahibi və gömrük orqanının razılığı ilə məhv edilə bilər. Lakin bu barədə Tərəfin səlahiyyətli orqanlarına əvvəlcədən məlumat verilməlidir.

 

Maddə 10

 

 Saziş haqqında praktiki məsələlərin həlli üçün Tərəflərin səlahiyyətli orqanları lazım gəldikdə hər ölkədə növbə ilə birgə müşavirələrin keçirilməsini təşkil edirlər.

 Bu Sazişin şərhində və tətbiqində mübahisəli məsələlər olarsa, onlar hər iki tərəfin razılığı ilə aparılan məsləhətlər və danışıq yolu ilə həll edilir.

 Tərəflər bu Sazişin ayrılmaz hissəsi hesab olunan protokollarla rəsmiləşdirilməklə, Sazişə dəyişikliklər və əlavələr edə bilərlər. Bu protokollar Sazişin 12-ci maddəsində göstərilən qayda ilə qüvvəyə minir.

 

Maddə 11

 

 Bu Sazişin müddəaları Tərəflərin üçüncü ölkələrlə bağladıqları müqavilələr və ya bitki mühafizəsi və karantin üzrə Beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 12

 

 Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirmələri barədə son yazılı bildiriş verilən tarixdən qüvvəyə minir və 5 il fəaliyyətdə olur. Əgər Tərəflərdən biri müvafiq müddətin qurtarmasına 6 ay qalmış Sazişin fəaliyyətinə xitam vermək niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildirməzsə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

 Bakı şəhərində 2000-ci il mayın 19-da hər biri Azərbaycan, Ukrayna və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə Tərəflər rus dilində olan mətnə müraciət edirlər.

 

 

Azərbaycan Respublikası                                                                              Ukrayna Nazirlər Kabineti

      Hökuməti adından                                                                                                        adından

(imza)                                                                                                                         (imza)

 

 

 

 Azərbaycan Respublikası Hökuməti ilə

 Ukrayna Nazirlər Kabineti arasında

 bitkilərin karantini sahəsində əməkdaşlıq

haqqında 2000-ci il 19 may tarixli Sazişə

 

Əlavə 1

 

 

Ukraynada karantin zərərverici, xəstəlik və alaq otlarının Sİyahısı

 

Ukrayna ərazİsİndə olmayan KARANTİN OBYEKTLӘRİ

 

 

A. Bitki zərərvericiləri

 

1. Acleris variana Fernand                                       Şərq qarabaşlı yarpaq bükəni—tumurcuq yeyən

2. Acleris gloverana Walsingham                            Qərb qarabaşlı yarpaq bükəni—tumurcuq yeyən

3. Agrilus mali Mats                                                 Alma qızılböcəyi

4. Bruchidius incarnatus Boh.                                  Misir noxud dənyeyəni

5. Callosobruchus analis F.                                       Asiya toxumyeyəni

6. Callosobruchus chinensis L.                                 Çin dənyeyəni

7. Callosobruchus maculatus F.                               Dörd ləkəli dənyeyən

8. Callosobruchus phaseoli Gyll.                              Hind lobya toxumyeyəni

9. Carposina niponensis Wisghm.                            Şaftalı meyvəyeyəni

10. Caryedon gonagra F.,/C. Pallidus                       Yer fındığı toxumyeyəni

11. Ceratitis capitata Wied.                                      Aralıq dənizi meyvəyeyəni

12. Ceroplastes japonicus Green                              Yaponiya yalançı yastıcası

13. Ceroplastes rusci L.                                             Əncir yalançı yastıcası

14. Dacus dorsalis Hend.                                          Şərq meyvə milçəyi

15. Diabrotica virgifera le Conte.                             Qərb qarğıdalı böcəyi

16. Dinoderus bifoveolatus Woll.                             Yalançı qabıqyeyən

17. Frankliniella occidentalis Perg.                           Qərb çiçək mənənəsi

18. Monochamus sp.sp.                                            Monoxamus ailəsindən olan bığlıların bütün növləri

19. Numonia pyrivorella Mats.                                Armud odluçası

20. Paralipsa gularis Zell.                                          Toxum (yer fındığı) odluçası

21. Pectinophora gossipiella Saund.                         Pambıq güvəsi

22. Pseudaulacaspis pentagona Targ                        Tut yastıcası

23. Popillia jaronica Newm.                                     Yaponiya böcəyi

24. Rhagoletis pomonella Walsh.                             Alma milçəyi

25. Sinoxylon sp.sp.                                                  Kapturniklər (bütün növləri)

26. Spodoptera littoralis Boisd.                                 Misir pambıq sovkası

27. Spodoptera litura F.                                            Asiya pambıq sovkası

28. Trogoderma granariium Ev.                               Kapro böcəyi

29. Zabrotes subfasciatus Boh.                                 Braziliya dənyeyəni

 

 

B. Bitkilərin xəstəlikləri

 

 

1. Atropellis sp.sp.                                                   Şam ağacının gövdə və budağının xərçəngi

 

2. Didymella ligulicola                                             Payız gülü (xrizantem) askoxitozu

 

(K.F.Baker, Dimock &D.H.Davis)

von Arx, /Ascochyta

chrysantemi F.L.srevens

 

3. Ceratocystis fagacearum (Brets) Huht,                 Palıdın quruması (damarın mikozu)

 

Chalara quercina Henry

4.Glomerella gosipü Edgerton/                                 Pambığın antraknozu

 

Colletotrichum gossypii Southworth

 

5.Phymatotrichum omnivorum (Schear)                 Texas kök çürüməsi

 

Duggar

 

6. Tilletia (Neovossia indica Mitra (Mund)              Buğdada Hindistan sürməsi

 

7. Thecaphora solani (Thirumulachar                      Kartof yumrularının sürməsi

&O'Brien) Morduc/Angioorus

solani (Thirumulachar O'Brien)

 

 

8. Corynebacterium tritici (hutch) Burkh                 Buğdada sarı (selikli) bakterioz

9. Erwinia amylovora Burrill Winlsow et al.            Meyvə ağaclarının bakterial yanığı

 

 

10.Erwinia stewartii (Smith) Dye,                            Qarğıdalının bakterial soluxması (vilt)

 

—Xanthomonas stewartii (Smith) Dowson

11. Pseudomonas caryophylli Burkholder               Qərənfil vilti

12. Ralstonia solanacearum (Smith)                         Kartofda qonur çürümə

 

Yabuuchi et al.

 

13. Xanthomonas campestrispv. Nyacinthi              Sünbülçiçəkdə (qiasintdə) saralma

 

(Wakker) Dye

 

 

14. Xanthomonas campestrispv. Citri (Hasse)         Sitrus bitkilərinin xərçəngi

Vauterin et al.

 

15. Xanthomonas campestris pv. Oryzae                 Düyünün bakterial yanığı

 

(Ishiyama) Swings et al.

 

16. Xanthomonas campestris pv oryzicola               Düyüdə bakterial zolaqlılıq

(Fang et al. Swings et al.)

 

 

17. Andean potato latent virus                                 Kartofda Andiya latent virusu

18. Beet necritic yellow vein furovirus                     Çuğundurun rizomaniyası

19. Potato yellow dwarf virus                                  Kartofda sarı karlikek

20. Potato vein-yellowing virus                               Kartofun borularında virus saralması

 

21. Bursaphelenchus xylophilus (Steiner                 Şamda gövdə nematodu

et.Buhrer) Nickle

 

22. Globodera pallida (Stone) Mulvey et Stone        Solğun kartof nematodu

23. Heterodera glycines Ichinohe                             Soya nematodu

24. Meloidogyne chitwoodi Golden et al.                 Kolumbiya qalla nematodu

 

 

 

V. Alaq otları

 

 

1. Ambrosia psilostachya D.C.                                 Çoxillik ambroziya

2. Ambrosia trifida L.                                                Üçbölümlü ambroziya

 

3. Helianthus californicus D.C.                                Koliforniya günəbaxanı4.

Helianthus ciliaris D.C.                                        Kiprikvari günəbaxan

 

5. Iva axillaris Pursh                                                 Tumurcuqlu kəndalaş

6. Solanum elaeagnifolium Cav                               Zolaq yarpaqlı quşüzümü

7. Solanum carolinense L.                                         Karolina quşüzümü

 

8. Solanum triflorum utt                                           Üçrəngli quşüzümü

9. Striga sp.sp.                                                           Striqlər (bütün növləri)

 

 

 

Ukrayna ərazİsİndə məhdud daİrədə yayılmış karantİn obyektlərİ

 

A. Bitki zərərvericiləri

1. Grapholitha molesta Busck                                   Şərq meyvəyeyəni

 

2. Nyphantria cunea Drury                                      Amerika ağ kəpənəyi

3. Phthorimaea operculella Zell                               Kartof güvəsi

4. Pseudococcus comstocki Kuw                              Komistok qurdu

5. Quadraspidiotus perniciosus Comst                    Kaliforniya yastıcası

6. Viteus vitifolii Fitch                                               Üzüm fillokserası

 

B. Bitki xəstəlikləri

 

 

 

1. Diaporthe helianthi Munt.-Cvet.et al.,/                Günəbaxanda fomopips (gövdədə boz ləkə)

(Phomopsis helianthi Munt. Cvet. Et al.

 

2. Diaporthe phaseolorum (Cke.et ELL). Sacc.         Soyada gövdə xərçəngi

Var. Caulivora Ath. Et Cald.

 

3. Drechslera maydis (Nissicado) Subran,               Qarğıdalıda cənub helmintos poriozu

/Helminthosporium maydis (Nissicado) Shoem

 

4. Mycosphaerella linorum Naumow/, Septoria      Kətanda pasma

linicola (Spegazzini) Garassini

 

5. Phialophora cinerescens Wollenweber van          Qərənfildə fialoforoz

Beyma

 

6. Puccinia horiana P/Hennings                               Payız gülündə ağ pas

7. Synchytrium endobioticum (Schilbersky)            Kartofda xərçəng

Percival

 

8. Plum pox potyvirus, /Sharka virus                      Gavalıda çopurluq (şarka)

9. Globodera rostochiensis, /Woll M. Et.St).             Kartofda qızılı nematod

 

 

 

V. Alaq otları

 

1. Acroptilon repens L.                                             Çəhrayı kəkrə (sürünən)

2. Ambrosia artemisiifolia L.                                    Yovşanyarpaqlı ambroziya

3. Cenchrus pauciflorus Benth (tribuloides L).        Lövbərli senxrus (azçiçəkli)

4. Cuscuta sp.sp.                                                       Küskütotu, qızıl sarmaşıq (bütün növləri)

5. Solanum rostratum Dunal                                    Tikanlı quşüzümü

 

 

 

Öyrənİlməsİ tələb olunan potensİal təhlükəlİ obyektlər

 

A. Bitki zərərvericiləri

 

1. Aonidiella aurantii Mask                                      Qırmızı yastıca

2. Bemisii tabaci Gen                                                 Tütün (pambıq) ağqanadlısı

3. Chionaspis furfura Fitch                                       Xallı (pulcuqlu) yastıca

4. Conotrachilus nenarhar Hb.                                 Meyvə uzunburunu

5. Epitrix tuberis Gentner                                         Köküyumruların böcək-birələri

6. Ips subelongatus Motsch                                      Böyük modrin qabıqyeyəni

7. Liriomiza trifolii Burgess Pantomorus                  Amerika yonca və ya xrizantem mineri

leucoloma Dejean

 

8. Pantomorus leucoloma Dejean                             Ağ haşiyəli böcək

9. Phaenops guttulata Gebl.                                     Modrin qızılgülü

10. Premnotrypes sp.sp.                                           Andiya kartof uzunburunu

11. Scolytus moravitzi Sem                                      Oduncaq moravisası

12. Trirs palmi Karny                                                Palma tripsi

13. Trogoderma angustum Sol                                 Troqoderma anqustum (dar)

14. Trogoderma ballfinchae Beal.                             Troqoderma balfinxus

15. Trogoderma grassmani Beal                               Troqoderma qrasmani

16. Trogoderma longisetosum Ch.                           Troqoderma lonqisetozum (uzuntüklü)

17. Trogoderma ornatum Say.                                  Troqoderma ornatum (rəngli)

18. Trogoderma simpleks Yayne                              Troqoderma simpleks (sadə)

19. Trogoderma sternale Yayne                               Troqoderma sternale

20. Xylotrechus altaicus Gebl                                   Altay modrin uzunbığlısı

 

 

 

B. Bitki xəstəlikləri

 

 

1. Cercospora kikuchii Mats et Tom. Gard               Soyanın al serkosporozu

2. Stenocarrella macrospora (Earle),                         Qarğıdalının diplodiozu

 

Sutton,/S.maydis (Berkeley) Sutton,/Diplodia

macrospora Earle,/D.maydis Berkeley

Saccardo,/D.zeae (Schwinitz) Leveille

 

3. Phoma andina Turkensteen                                  Kartofun andiya formozu

4. Phoma exigua Desmazieres var. Foveata             Kartofun çürüməsi

(Foister) Boerema,/Phoma foveata Foister

 

5. Phytophthora fragariae Hickman                        Çiyələyin kök fitoftorozu

6. Phytophthora megasperma Drechsler sp.            Soyanın fitoftoroz çürüməsi

 

Glycines./P. Megasperma var. Sojae Hilde-brand

 

 

7. Clavibacter michiganensis subsp sepedonicum   Kartofun dairəvi bakterial çürüməsi

(Spieckermann and Kotthoff) Davis et al.

 

8. Xylella fastidiosa Wells et al.                                Üzümdə bakterioz (Pirs xəstəliyi)

9. Xylophilus ampelinus (Panagopoulos) Willems   Üzümün bakterial soluxması

et al.,/ Xanthomonas ampelina Panagopoulos

10. Barley mosaic                                                      Arpada mozaika

11. Barley stripe mosaic virus                                   Arpada zolaqlı mozaika

12. Citrus tristeza closterovirus                                Sitrisun tristesi

13. Chrysanthemum stund viroid                            Payızgülünün karlikliyi

14. Grapevine flavescence doree phytorlasma        Üzümün qızılı saralması

15. Maize dwart mosaic virus                                  Qarğıdalının karlik mozaikası

16. Peach latent mosaic viroid,/Peach                      Şaftalının mozaikası (Amerika)

mosaic virus (American)

 

 

 

17. Plum American line patternilar virus, / Plum    Gavalının zolaqlı mozaikası

line pattern virus (American)

18. Tomato spotted wilt virus                                   Pomidorda ləkəli vilt

19. Wheat striptlele mosaic virus                             Buğdada zolaqlı mozaika

20. Wheat spindle streak virus                                 Buğdada qıvrım zolaqlı mozaika

21. Wheat rosette mosaic                                          Buğdada Amerika mozaikası (torpaqda)

22. Nacobbus aberrans (Thorne) Thorne &Allen     Yoncada qallo nematodu

23. Radopholus citrophilus Huettel et.al.                Sverdlov nematodu

 

V. Alaq otları

 

1. Bidens bipinnata L.                                               İkilələkli üçbarmaq

2. Bidens pilosa L.                                                     Tüklü üçbarmaq

3. Diodia terres Walt.                                                Topaşəkilli diodiya

4. Echinochloa orizoides Azd.                                  Düyü ploskuxası

5. Euphorbia dentata Minch.                                    Dişli südləyən

6. Polygonum pensylvanicum L.                              Pensilvaniya kəkrəsi

7. Raimania laciniata Rose                                        Yarıqlı rayman

8. Sida spinosa L.                                                      Tikanlı sida

9. Sicyos angulatus L.                                               Künclü sisios

10. Sorghum halepense L.Pers.                                Aleps sorqosu, kalış

11. Ypomea hederaseae L.Yacg.                               Məxmərvari qramofonçiçək

12. Ypomea lacunoza L.                                           Lakunoz qramafonçiçək

 

 

Azərbaycan Respublikası Hökuməti ilə

Ukrayna Nazirlər Kabineti arasında

bitkilərin karantini sahəsində əməkdaşlıq

haqqında 2000-ci il 19 may tarixli Sazişə

 

Əlavə 2

 

 

Azərbaycan Respublikasında aşkar olmayan və məhdud dairədə yayılan karantin obyektlərinin Sİyahısı

 

 

1. Azərbaycan Respublİkasında aşkar olmayan karantİn obyektlərİ

Zərərvericilər

 

Spodoptera litura Fabr                                             Asiya pambıq sovkası

Liriomyza trifolii (Burg)                                           Amerika yonca minyoru

Pantormorus leucoloma Boh                                    Ağhaşiyəli böcək

Ceratitis capitata Wied.                                            Aralıq dənizi meyvə milçəyi

Rhaqoletis pomonella Walsh                                    Alma milçəyi

Agrilus mali Mats                                                     Alma qızılböcəyi

Numonia pyrivorella Mats                                       Armud odluçası

Tetradacus citri Chen                                               Böyük narıncı milçəyi

Diabrotica virgifera virgifera Le Conte                    Qərb qarğıdalı böcəyi

Ceroplastes ruscu L.                                                 Əncir mumlu yalançı qalxanlı yastıcası

Popillia qaponica Newn                                           Yaponiya böcəyi

Trogodema qranarium Ev.                                       Kapro böcəyi

Phthorimaca operculella Zell                                   Kartof güvəsi

Spodoptera littoralis Boisd.                                      Misir pambıq sovkası

Phyllocnistis citrella Stainton                                   Minalayacı sitrus güvəsi

Unaspis citri Comst.                                                 Portağal qalxanlı yartıcası

Pectinophora qossypiella Saund                              Pambıq güvəsi

Thrips palmi Karny                                                  Palma tripsi

Pscudaulacaspis pentagona Targ                             Tut qalxanvari yastıcası

Pscudococus gahani Green                                      Unlu sitrus yastıcası

Callosobruchus chinensis L.                                     Çin toxumyeyəni

Lymantria dispar L (asian race)                               Tək ipək sarıyan (Asiya rasası)

Carposina niponensis Wlsghm.                               Şaftalı meyvəyeyəni

Unaspis yanonensis Kuw.                                        Şərq sitrus qalxanlı yastıcası

Pscudococcus citriculus Green                                 Şərq unlu yastıcası

Anthonomus grandis Baheman                               Şərq pambıq uzunburunu

Alcurothrixus floccosus Mask                                  Tüklü ağqanadlı

Bemisia tabaci Gennadius                                        Pambıq ağqanadlısı

Cococcimorpha pronubana                                      Qərənfil yarpaqbükəni

Alcurocanthus woglumi Ashby                               Qara sitrus ağqanadlısı

Conotrachelus nenuphar Herbst                              Meyvə uzunburunu

Dacus ciliatus Loew                                                  Balqabaq meyvəsi

Anarsia lineaatella Zeller                                         Zolaqlı meyvə güvəsi

Helicoverpa armigera Hubner                                 Qərənfil sovkası

Parasaissetia nigra Nietner                                      Qara yalançı qalxanlı yastıca

Saissetia oleae Olivier                                               Zeytunla yalançı qalxanlı yastıca

Earias insulana Boisdu                                             Tikanlı yastıca

Pectinophora malvella Hb.                                       Əməköməci güvəsi

 

 

 

Nematodlar

 

Globodera rostochiensis (Woll) M.et.St.                   Qızılı kartof nematodu

Meloidogyne chitwoodi Golden et. al.                     Kolumbiya kök fir nematodu

Globodera pallida (Stone)                                         Solğun kartof nematodu

Mulvey et Stone                                                        Şamda gövdə nematodu

Bursaphelenchus xylophilus (Steiner et Buhrer)      Buğda nematodu

 

Nickle.

 

Anquina tritici Steinb                                               Düyüdə nematod

Aphelenchoides bessyi Christie                                Kartofda gövdə nematodu

Ditylenchus destructor Thorne                                Gövdə nematodu

Ditylenchus dipsaci (Kubn) Feli                      

 

 

 

 

 

Bİtkİ xəstəlİklərİnİn törədİcİlərİ

 

 

Göbələklər

 

Tillctia (Neovossia) indica Mitra                              Buğdanın Hindistan sürməsi

Cochliobolus Heterostrophus (Drcchsler)                Qarğıdalıda cənub helmintos-poriozu, T- Drechsler                                                                      rassası

 

Pasa T.(Helmintosporium Maydis Nisicado et

 

Miyake).

 

 

Stenocarpella macrospora                                        Qarğıdalıda diplodioz

Sutton (Stenocarpella maydis Sutton).

 

Cochliobolus carbonum R.R. Nelson                        Qarğıdalı yarpağının ləkəlikliyi

Phomopsis helianthhi                                   Günəbaxanda fomorsis

Synchtrium endobioticum (Schilb)                          Kartof xərçəngi. Persival

Glomorella qossypii (South)                                     Pambığın antraknozu

Didymella chrysanthemi.(Tassi) Gar. et Gull           Payızgülü (xrizantem) askoxitozu

Puccinia horiana P.Henn.                                         Payızgülünün ağ rası

Anqiosorus solani Thirumet. O'Brien                       Kartof (yumrularının) sürməsi

Phitotrichopsis omnivorum (Schear) Duqqar.         Texas kök çürüməsi

Dcuterophoma tracheipnila Petri                             Malsekko-infeksion quruma

Elsinoc faweettil Bitancourt                                     Sitrus bitkilərinin ziyilliyi

 

Phialophora cinerescens                                           Qərənfildə fialoforoz soluxma

(Wollenweber) van Beyma

 

Phoma exigua var. fovcata                                       Kartofda qanqrena. Famos

Tillctia cotroversa Kubn                                           Buğdanın karlik sürməsi

Uromuces tansversalis                                             Qladiolosda pas

 

 

 

Bakteriyalar

 

Erwinia snewartii (Smith) Dye.                                Qarğıdalının bakterial soluxması (vilt)

Xanthomanas oryzae pv. oryzicola (Fanq et al)       Düyüdə bakterial zolaqlılıq

Swings et al

 

 

Xanthomanas oryzae pv. oryzae (Ishiyama)            Düyünün bakterial yanığı

Swings et al

 

 

Glavibacter michiganensis subsp sepe-donicum     Kartof yumrularında halqavari bakterial (Spieckermann and Kottholf) Davis et al.                  çürümə

 

Ralstonia solanacearum (Smith) Yabuuchi et al.     Kartofun qonur çürüməsi

Erwinia amylovora (Burrill) Winslow et al.             Meyvə ağaclarının yanığı

Xanthomonas campestris pv.Citri.                           Sitrus bitkilərinin xərçəngi

Pscudomonas caryophylli Burkholder                     Qərənfildə bakterial soluxma

Xanthomonas campectris pv.corylina                      Fındıqda bakterioz

Xanthomonas campectris pv.Phascoli.                    Lobyada bakterial yanıq

Xanthomonas campectris pv. vesicatori                  Pomidorda bakterial dəmgillik

 

Oruphoncctria parasitica                                         Şabalıd gövdə yanığı

 

Viruslar

 

Tristeza virus                                                            Sitrus virusu

 

Alaq otları

 

Cenhruspauciflorus Benth (tribuloides L)               Ağçiçəkli senxrus (lövbərli)

Solanum clacaqnifolium Cav.                                  Zolaqyarpaqlı quşüzümü

Solanum carolinense L.                                            Karolina quşüzümü

Striga (sp.sp).                                                            Striq (bütün növləri)

Iva axillaris Pursh.                                                    Tumurcuqlu kəndalaş

Solanum trilforum L.                                                Üçrəngli quşüzümü

Ambrosia trifida L.                                                   Üçdilimli ambroziya

Ambrosia psilostachya D.C.                                     Çoxillik ambroziya

 

 

2. Azərbaycan Respublİkasında məhdud daİrədə yayılmış karantİn obyektlərİ

 

Zərərvericilər

 

 

İcerya purchasi Mask                                               Avstraliya şırımlı yastıcası

Nyphantria cunea Drury                                          Amerika ağ kəpənəyi

Grapholitha molesta Busck                                      Şərq meyvəyeyəni

Quadraspidiotus perniciosus Comst.                       Kaliforniya qalxanlı yastıcası

Leptinolarsa decemlineata Say                                Kolorado kartof böcəyi

Pscudococcus comstocki Kuw.                                Komstrok yastıcası

Ceroplastes japonicus Green.                                   Yaponiya yalançı qalxanlı mumlu yastıcası

Lopolcucaspis japonica Ckill                                    Yaponiya çöpvari qalxanlı yastıcası

Dialeurodes citri Ashm.                                            Sitrus ağqanadlısı

Vitcus vitifolli Fitch.                                                 Filloksera

Callosobruchus maculatus F.                                   Dördləkəli dənyeyən

 

Alaq otları

 

 

Ambrosia artemisifolia L.                                         Yovşan yarpaqlı ambroziya

Cuscuta sp.sp.                                                           Sarı sarmaşıq

Acroptilon repens D.C.                                            Sürünən kəkrə

Solanum rostratum Dun.                                         Tikanlı quşüzümü

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi arasında Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazİş

 

 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi (bundan sonra - «Tərəflər»),

 Tərəflər arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində dostluq münasibətlərinin və əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə alaraq,

 ikitərəfli əməkdaşlığın iqtisadi və sosial tərəqqinin stimullaşdırılmasına xidmət edəcəyini anlayaraq,

 Əmək və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş bütün birgə səylərin hər iki tərəfdən dəstəklənməsinə çalışaraq,

 aşağıdakılar haqqında razılığa gəldilər:

 

Maddə 1

 

 Tərəflər əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcək və genişləndirəcəklər.

 

Maddə 2

 

 Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçiriləcəkdir:

 a) əmək və sosial müdafiə problemlərinin hüquqi tənzimlənməsi;

 b) insan ehtiyatlarının planlaşması və inkişafı, o cümlədən müxtəlif əhali qruplarının məşğulluğu, əmək bazarının informasiya sistemləri, əmək bazarının fəal siyasəti, məşğulluq sahəsində təşəbbüslərin dəstəklənməsi, Ukrayna vətəndaşlarının Azərbaycan Respublikasında məşğulluğu və Azərbaycan Respublikası vətəndaşlarının Ukraynada məşğulluğu proseslərinin tənzimlənməsi;

 c) sosial-əmək münasibətləri, o cümlədən onların qanuni tənzimlənməsi, əməyin təftişi, əmək mübahisələrinin həlli yolları;

 ç) sosial sığorta, o cümlədən pensiya sığortası, işsizlik sığortası, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta;

 d) sosial sığorta və əhalinin sosial müdafiəsi sisteminin idarə olunmasının təkmilləşdirilməsi və yardım almaq hüququna malik olan şəxslərə sosial müavinətlərin ödənilməsi;

 e) peşə hazırlığının, peşə təsnifatları standartlarının təkmilləşdirilməsi;

 ə) Tərəflərin qarşılıqlı razılıq əldə etdikləri bütün digər sahələrdə.

 

Maddə 3

 

 Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirəcəklər:

 a) əmək və sosial müdafiəyə aid olan qanunvericilik və normativ sənədlərin mübadiləsi;

 b) Tərəflərin ekspertləri arasında məsləhətləşmələrin aparılması;

 c) Tərəflərin ərazilərində keçirilən konfranslarda, seminarlarda və digər beynəlxalq tədbirlərdə tərəflərin ekspertlərinin iştirakı;

 ç) digər Tərəfin dövlət idarələrində təcrübə keçirməsi;

 d) müvafiq dövlət orqanları işçilərinin ixtisas səviyyəsinin artırılması;

 e) mütəxəssislərin digər Tərəfin ərazisinə təlim xarakterli səfərləri;

 ə) beynəlxalq forumlarda əmək və sosial müdafiə məsələləri üzrə qarşılıqlı fəaliyyət və dəstək.

 

Maddə 4

 Tərəflər, hər iki dövlətdə yaşayan əlillərin cəmiyyətə inteqrasiyasına kömək göstərmək məqsədi ilə əlillərin peşə və əmək bərpası sahəsində təcrübə mübadiləsi aparacaqlar.

 

Maddə 5

 Tərəflər sosial-əmək münasibətləri, işçi qüvvəsinin miqrasiyası və əhalinin məşğulluğu, əməyin təftişi və onun haqqının ödənilməsi, vətəndaşların sosial sığorta və sosial təminat sistemlərinin idarə olunması məsələləri üzrə hər iki ölkənin mütəxəssislərinin təcrübə mübadiləsinin aparılması üçün səy göstərəcəklər.

 

Maddə 6

 1. Tərəflər növbə ilə hər iki tərəfin ərazisində müvafiq səviyyədə görüşlərin təşkil olunması haqqında razılığa gələ bilərlər. Belə görüşlər zamanı bu Sazişin həyata keçirilməsindən irəli gələn məsələlər müzakirə olunacaqdır.

 2. Tərəflər bu Sazişin icrası ilə bağlı praktiki tədbirləri həyata keçirən və protokol qərarlarını qəbul edən orqan və təşkilatları müəyyən edə bilərlər.

Maddə 7

 Bu Sazişin maliyyə təminatı hər iki Tərəf üçün məqbul sayılan şərtlər əsasında, milli qanunvericiliyə müvafiq həyata keçiriləcəkdir.

 

Maddə 8

 

 Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişə zəruri əlavələr və dəyişikliklər edə bilərlər.

Maddə 9

 

 Bu Saziş 5 il müddətinə bağlanır və imzalandığı tarixdən qüvvəyə minir. Tərəflərdən biri Sazişin müddәtinin başa çatmasına ən azı 3 ay qalmış digər Tərəfə Sazişin fəaliyyətinə xitam vermək niyyəti barədə yazılı bildiriş təqdim etməzsə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti 2 illik dövrə uzadılır.

 Bu Saziş 2000-ci il mayın 19-da Bakı şəhərində hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı halda Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.

 

 

 Azərbaycan Respublikası                                                                                Ukrayna Əmək və Sosial Siyasət

Əmək və Əhalinin Sosial                                                                                                    Nazirliyi adındanMüdafiəsi Nazirliyi  adından

 

                  (imza)                                                                                                                                      (imza)

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 

 Bakı şəhəri, 4 dekabr 2000-ci il

 

                    ¹ 583

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 dekabr, ¹ 12.- S.4781-4802.