Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsi tarixinin dəyişdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilər zamanı beynəlxalq müşahidəçilərin iştirakını daha dolğun təmin etmək məqsədi ilə, bu barədə Avropa Şurasının və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun tövsiyəsini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin birinci bəndini rəhbər tutaraq qərara alıram:

1. 7 saylı Yasamal, 9 saylı Xətai, 10 saylı Xətai, 38 saylı Sumqayıt, 51 saylı Ağsu-Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə, 65 saylı Qusar, 68 saylı İmişli, 94 saylı Hacıqabul-Salyan, 99 saylı Şəmkir seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2001-ci il yanvarın 7-nə təyin edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2000-ci il tarixli, 577 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 18 dekabr 2000-ci il

 

№ 586

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, № 12.- S.4803