Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasına Hazırlıq Komitəsində Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsinin təyin edilməsi haqqında

 

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Uşaqlara dair 1990-cı il Ümumdünya Zirvə görüşünün qərarlarının yerinə yetirilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2001-ci il sentyabrın 19-21-də keçiriləcək Xüsusi Sessiyasına hazırlıq işlərində Azərbaycan Respublikasının yaxından iştirakını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yetkinlik Yaşına Çatmamışların İşləri üzrə Komissiyanın sədri Elçin Əfəndiyev Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasına Hazırlıq Komitəsində Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsi təyin edilsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 18 dekabr 2000-ci il

 

№ 587

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, № 12.- S.4803;4804.