Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan Respublikasının mədəni inkişaf sahəsində kino işçilərinin xidmətlərinə və ölkəmizdə çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kinoseansının həyata keçirildiyini nəzərə alaraq qərara alıram:

2 avqust - kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 18 dekabr 2000-ci il

 

№ 588

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, № 12.- S.4804.