"Azərbaycan Hava
Yolları"Dövlət Konserni tərəfindən 2 ədəd
Boinq-757-200 sərnişin təyyarəsinin alınması ilə
əlaqədar ödənişlərin tam həcmdə həyata
keçirilməsini təmin etmək üçün 2000-ci
il avqustun 4-də imzalanmış "Tənzimləyici sənədlər"ə
dəyişikliklər edilməsi ilə bağlı
"Əlavə Saziş"i imzalamaq səlahiyyətlərinin
verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. "Tənzimləyici sənədlər"
toplusuna daxil olan sənədlərdə tərəflərin
razılaşdırdığı dəyişikliklərin rəsmiləşdirilməsi
məqsədi ilə "Əlavə Saziş"i (əlavə
olunur) imzalamaq səlahiyyəti "Azərbaycan Hava
Yolları" Dövlət Konserninin Baş direktoru Cahangir Cəlal
oğlu Əsgərova, Azərbaycan Respublikası maliyyə
nazirinin birinci müavini İlqar Fəti oğlu Fətizadəyə
və Səhmdar Kommersiya "Azərbaycan Respublikası Beynəlxalq
Bankı" İdarə Heyətinin sədri Fuad Namiq oğlu
Axundova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən "Əlavə
Saziş"i imzalamaq səlahiyyətlərinin "Azərbaycan
Hava Yolları" Dövlət Konserninin Baş direktoru
Cahangir Cəlal oğlu Əsgərova, Azərbaycan
Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fəti
oğlu Fətizadəyə və Səhmdar Kommersiya "Azərbaycan
Respublikası Beynəlxalq Bankı" İdarə Heyətinin
sədri Fuad Namiq oğlu Axundova verilməsi barədə xarici
tərəfdaşlara müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 18 dekabr 2000-ci il
№ 590
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, № 12.- S.4805.