Naxçıvan
Muxtar Respublikası üçün İran İslam
Respublikasından alınan elektrik enerjisinə görə
yaranmış borcun ödənilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
"Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən
Naxçıvan Muxtar Respublikası üçün İran
İslam Respublikasından alınan elektrik enerjisinə görə
yaranmış borcun ödənilməsi və İrandan
alınan elektrik enerjisi verilişinin bərpa edilməsi məqsədi
ilə qərara alıram:
1. "Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən
Naxçıvan Muxtar Respublikası üçün İran
İslam Respublikasından alınan elektrik enerjisinin dəyərini
qismən ödəmək məqsədi ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin hesabından 3
milyon ABŞ dolları məbləğində vəsait
ayrılsın.
2. "Azərenerji" Səhmdar Cəmiyyəti bu Sərəncamın
1-ci bəndində əsasən onun xüsusi hesabında olan vəsaiti
İran İslam Respublikası Energetika Nazirliyinin "Təvanir"
Şirkətinin hesabına köçürülməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 21 dekabr 2000-ci il
№ 594
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, № 12.- S.4806;4807.