Azərbaycan
Respublikasında Zığ və Hövsan neft
yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı
və işlənməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikasında Zığ və
Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası,
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri
və müddəalarına dair Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə
Rusiya Federasiyasının "LUKOYL" Neft şirkəti"
ASC (LUKOYL) arasında ümumi razılığın əldə
edilməsi barədə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin təklifini qəbul edərək qərara
alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə
"LUKOYL" Neft Şirkəti" ASC (LUKOYL) ilə birlikdə
Azərbaycan Respublikasında Zığ və Hövsan neft
yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Sazişin hazırlanması və bağlanması
səlahiyyət verilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft
şirkəti Azərbaycan Respublikasında Zığ və
Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası,
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında Saziş hazırlandıqdan sonra
onu baxılmaq üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 25 dekabr 2000-ci il
№ 595
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, № 12.- S.4807.