XXI əsrin,
üçüncü minilliyin qarşılanması ilə
bağlı tədbirlərin həyata keçirilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan xalqı bütün bəşəriyyətlə
birlikdə bir neçə gündən sonra 2001-ci ilə -
yeni əsrin, yeni minilliyin ilk ilinə qədəm
qoyacaqdır. Böyük iftixar və qürur hissi ilə qeyd
edirik ki, Azərbaycan Respublikası yeni dövrə müstəqil,
suveren dövlət kimi daxil olur.
XX əsr xalqımızın həyatında çox
mühüm tarixi hadisələrlə əlamətdardır.
Bu əsrdə nailiyyətlərimiz də, itkilərimiz də
olmuşdur. Xalqımızın həmin dövrdə ən
böyük nailiyyəti isə şübhəsiz ki, onun
azadlığı, müstəqilliyidir. Azərbaycan əsrin əvvəllərində
öz müstəqilliyini qazansa da, az müddətdən sonra
bir sıra xarici və daxili amillərin təsiri altında onu
itirməyə məcbur olmuşdur. Əsrin sonuncu onilliyində
tarix xalqımıza öz dövlət müstəqilliyini bərpa
etmək imkanına vergi və ölkəmiz XX əsri müstəqil
dövlət olaraq başa vurdu.
Azərbaycan xalqının azadlığını,
ölkəmizin müstəqilliyini qoruyub möhkəmləndirmək,
onun ərazi bütövlüyünü tam təmin etmək,
Azərbaycanı qüdrətli ölkəyə çevirmək,
xalqımızı layiq olduğu xoşbəxt, firavan həyata
qovuşdurmaq XXI əsrdə hamımızın
qarşısında duran ən ümdə vəzifələrdir.
Hər bir Azərbaycan vətəndaşı bu vəzifələrin
yerinə yetirilməsi, xalqımızın amallarının
gerçəkləşməsi naminə var qüvvəsini sərf
etməlidir.
Müstəqil Azərbaycan dövlətinin
inkişafında XXI əsrin böyük dönüş mərhələsi
olacağına və yeni minilliyin xalqımızın həyatında
əlamətdar bir dövrə çevriləcəyinə dərin
inamı ifadə edərək qərara alıram:
1. “XXI əsrin və üçüncü minilliyin
qarşılanması ilə bağlı tədbirlər
planı” təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planının yerinə yetirilməsinə
nəzarət Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatına həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
Azərbaycan
Respublikası Prezidentinin 26 dekabr 2000-ci il tarixli, 596 nömrəli
Sərəncamı ilə təsdİq olunmuşdur
XXI əsrin və üçüncü minilliyin
qarşılanması ilə bağlı Tədbİrlər
planı
I. Təşkİlatİ tədbİrlər
1. Bəşəriyyətin,
o cümlədən Azərbaycan xalqının XX əsrdə
və ikinci minillikdə əldə etdiyi nailiyyətləri təbliğ
və nümayiş etdirmək məqsədi ilə «Millenium»
informasiya mərkəzinin yaradılması
2. Azərbaycanda XXI əsrin
və üçüncü minilliyin qarşılanması ilə
bağlı tədbirlər haqqında informasiyanı yaymaq və
təbliğ etmək məqsədi ilə 2001-2003-cü illər
ərzində fəaliyyət göstərəcək
«Millenium» mətbuat mərkəzinin yaradılması
3. Dünya Azərbaycanlılarının
Qurultayının keçirilməsi
4. Respublikanın
bütün muzeylərində, o cümlədən
tarix-diyarşünaslıq muzeylərində Azərbaycanın
XX əsrdə əldə etdiyi nailiyyətləri əks etdirən
ekspozisiyaların və səyyar sərgilərin yaradılması
5. Bakı şəhəri
yaxınlığında açıq tipli Tarix-etnoqrafiya və
ekologiya milli park-muzeyinin yaradılması
6. Bakı şəhərində
Neft muzeyinin yaradılması
7. Azərbaycanın XX əsrdə
inkişafında xüsusi rolu olan neftə həsr olunmuş
abidənin ucaldılması
II. Elmİ sİmpozİum və konfranslar, sorğu və
müsabİqələr
1. «Yeni əsrin «mədəni
inteqrasiya» və «qloballaşdırma (ekologiya, humanitar və
informasiya sahələrində)» şüarları Azərbaycan
zəminində» mövzusunda elmi konfransların keçirilməsi
2. «Azərbaycan alimləri—XXI
əsrə» mövzusunda elmi-praktiki konfransın keçirilməsi
3. XX əsrin və
ikinci minilliyin 100 ən görkəmli şəxsiyyətinin
müəyyən edilməsi
4. «İkinci minilliyin
yekunları» mövzusunda elmi simpoziumun keçirilməsi
5. Yaşı 100-dən
çox olan 1500-dən artıq Azərbaycan sakini haqqında
sorğu-ensiklopedik kitabın hazırlanması və Bakıda
«XIX əsrdən XXI əsrə» Beynəlxalq gerontoloji
konfransın təşkil edilməsi. Uzunömürlü
sakinlərin ən çox yaşadıqları Ağcabədi,
Ağdam, Ağstafa, Bərdə, Gədəbəy, Goranboy,
Xaçmaz, Kəlbəcər, Kürdəmir, Quba, Qusar, Lerik,
Naxçıvan, Saatlı, Sabirabad, Şəmkir, Tərtər,
Tovuz və Yevlax rayonlarında konfransın seksiya
iclaslarının keçirilməsi
6. «XX əsrin unikal
texnologiyaları Azərbaycanda» mövzusunda elmi praktiki
konfransın keçirilməsi
7. «XX əsrin və
ikinci minilliyin tarixi» mövzusunda elmi konfranslar silsiləsinin
keçirilməsi
8. «Azərbaycan təhsili:
XX əsrdən XXI əsrə» mövzusunda elmi konfransın
keçirilməsi
9. «XX əsr və Azərbaycan
əlifbası» mövzusunda elmi konfransın keçirilməsi
və latın qrafikası ilə çapa tövsiyə olunan
əsərlərin müəyyən edilməsi
10. Respublikanın
ümumtəhsil məktəblərinin şagirdləri
arasında «XXI əsrdə Azərbaycanı necə görmək
istəyirəm?» mövzusunda inşa müsabiqəsinin
keçirilməsi. Müsabiqənin yekunlarına həsr
olunmuş konfransın keçirilməsi və nəticələrinin
çap olunması
11. «Yeni əsrə
özümüzlə nə aparırıq?» mövzusunda
sorğunun keçirilməsi
12. «Gənc istedadlar—yeni
minilliyə» mövzusunda uşaq və yeniyetmələrin
ümumrespublika müsabiqələrinin təşkil edilməsi
13. «Ədəbi ekspress
Avrasiya-2000» Beynəlxalq ədəbi konqresinin keçirilməsi
14.
«Üçüncü minillikdə təhlükəsiz həyat
və təmiz ekologiya uğrunda» mövzusunda beynəlxalq
simpoziumun keçirilməsi
15. «Yeni əsrə, yeni
minilliyə—tolerantlıq» mühiti mövzusunda dini konfessiya
nümayəndələrinin konfranslarının təşkil
edilməsi
16. «İslam mədəniyyəti.
Qərb və Şərq intibahı» mövzusunda beynəlxalq
elmi simpoziumun keçirilməsi
17. Azərbaycanda
islamın yayılmasının 1400 illik yubileyinə həsr
olunmuş tədbirlərin keçirilməsi
III. Kütləvİ mədənİ tədbİrlər
1. Azərbaycanın
bütün şəhər, rayon, qəsəbə və kəndlərində
«Yeni əsri birgə qarşılayırıq»
şüarı altında kütləvi aksiyaların təşkil
olunması
2. «Əsrlərin
yadigarı» ümumrespublika folklor festivalının və bu
mövzuda elmi konfransın keçirilməsi
3. «Azərbaycan təsviri
sənəti XX əsrdə» sərgisinin və elmi
konfransının keçirilməsi
4. «Azərbaycan
memarlığı XX əsrdə» sərgiləri və
konfranslarının keçirilməsi
5. «Azərbaycan
xalçası və tətbiqi sənəti» mövzusunda beynəlxalq
sərgi və simpoziumun keçirilməsi
6. «Azərbaycan—dünya
mədəniyyəti xəzinəsinə» mövzusunda beynəlxalq
simpozium və sərginin keçirilməsi
7. «Azərbaycan
musiqiçiləri—üçüncü minilliyə». Respublikada
və xarici ölkələrdə Azərbaycan musiqi xəzinəsinin
incilərindən ibarət silsilə konsertlərin təşkil
edilməsi
8. Azərbaycan
Respublikasının xarici dövlətlərdə səfirlikləri
və beynəlxalq təşkilatlarda nümayəndəlikləri
vasitəsi ilə Azərbaycan mədəniyyətinin nailiyyətlərini
nümayiş etdirmək, müştərək konsert,
konfranslar təşkil etmək, xarici kütləvi informasiya
vasitələrində materiallar vermək
9. «Azərbaycan mədəniyyəti
əsrlərin və minilliklərin qovşağında» devizi
altında XX əsrin 100 ən yaxşı musiqi proqramı və
teatr tamaşasının video-kasetə alınması
10. «Azərbaycanda
maarifçilik ənənələri» mövzusunda
ümumrespublika pedaqoji konfranslarının keçirilməsi
11. «Yeni əsrin
övladıyam» mövzusunda uşaq rəsmlərinin
müsabiqə-sərgisinin təşkil edilməsi və
müvafiq albomun çapı
12. «Kütləvi
informasiya vasitələri və informasiya texnologiyaları»
mövzusunda elmi-praktiki konfransın keçirilməsi
13. «XX əsrin tarixi kino
və video materiallarda» sənədli teleserialın
yaradılması və nümayiş etdirilməsi
14. Sağlam həyat tərzinin
təbliği məqsədi ilə kütləvi informasiya
vasitələrində və ümumtəhsil məktəblərində
2001-ci il ərzində «XXI əsrə narkotiksiz», «XXI əsrə
nikotinsiz», «XXI əsrə alkoqolsuz» təbliğat
aksiyalarının keçirilməsi
15. «Minilliklər
estafeti» adı altında Bakı-Gəncə-Zaqatala-Şəki-Oğuz-İsmayıllı-Kürdəmir-Əli
Bayramlı-Səlyan-Bakı marşrutu üzrə marafon və
velomarafonun keçirilməsi
16. «Azərbaycan
idmanı—XXI əsrə» şüarı altında respublika
idman spartakiadasının keçirilməsi
17. «Azərbaycan milli
kulinariyasının inciləri» layihəsi çərçivəsində
dövlət və özəl qurumların xətti ilə
dünyanın ən böyük şəhərlərində»
Azərbaycan yeməkləri» restoran şəbəkələrinin
yaradılması, milli kulinariya nailiyyətlərinin əsrlərdən
miras qalan milli sərvət kimi təbliği
18. Bakı şəhərində
regionlar üzrə milli kulinariya günlərinin keçirilməsi
IV. İnformasİya, çap məmulatı və
suvenİrlərİn hazırlanması
1. «Azərbaycan Dövlət
Kitabı»nın çap edilməsi və təqdimat mərasiminin
keçirilməsi
2. İkinci minilliyin və
XX əsrin tarixinə dair «Ensiklopediya-2000» çoxcildliyinin
hazırlanması
3. «Azərbaycan XX əsrdə»
ikicildlik statistika toplusunun kitab və disk şəklində
buraxılması
4. Azərbaycanın
ikinci minillikdə və XX əsrdə nailiyyətlərinə
və görkəmli şəxsiyyətlərinə həsr
olunmuş xatirə sikkələrinin, poçt
markalarının, albom, plakat və digər çap məmulatlarının
buraxılması
5. Azərbaycanın
ikiminillik irsinin—elmi, mədəni, ədəbi çap məhsullarının
latın qrafikası ilə təkrar nəşrinin həyata
keçirilməsi
6. İnformasiya
texnologiyalarının imkanlarından istifadə etməklə
Azərbaycanın XXI əsrə hansı durumda qədəm
qoyması barədə məlumat hazırlayıb onu
İnternet, elektron-poçt, informasiya
daşıyıcısı olan müxtəlif elektron vasitələrinin
köməyi ilə dünyaya yaymaq
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 26 dekabr 2000-ci il
¹ 596
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, ¹ 12.- S.4808-4811.