Əlil olmuş və
digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara
dövlət yardımının artırılması
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan
Respublikasını erməni təcavüzündən
müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə, habelə bir
sıra digər kateqoriyalardan olan aztəminatlı vətəndaşlara
dövlət qayğısını artırmaq məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasını erməni təcavüzündən
müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə verilən
aylıq müavinətlər artırılaraq
aşağıdakı məbləğlərdə müəyyən
edilsin:
I qrup əlillərə —70000 manat;
II qrup əlillərə —60000 manat;
III qrup əlillərə —50000 manat.
Göstərilən məbləğlərin
«Aztəminatlı ailələrə verilən müavinətlərin
artırılması haqqında» Azərbaycan Respublikası
Prezidentinin 22 may 1996-cı il tarixli, 315 nömrəli Sərəncamı
ilə müəyyən olunmuş hissəsi dövlət
büdcəsinin, qalan hissəsi isə (I qrup əlillər
üçün 25000 manat, II qrup əlillər
üçün 20000 manat və III qrup əlillər
üçün 15000 manat) Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilsin.
[1]
2. Aztəminatlı ailələrdə
uşaq doğularkən verilən birdəfəlik müavinət
1,4 dəfə artırılmaqla 70000 manat məbləğində
müəyyən edilsin.
3. Dəfn
üçün ödənilən birdəfəlik müavinət
1,5 dəfə artırılmaqla 150000 manat məbləğində
müəyyən edilsin.
4. «Aztəminatlı ailələrə
verilən müavinətlərin artırılması
haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 may
1996-cı il tarixli, 315 nömrəli Sərəncamının
1-ci bəndinin ikinci abzası və 2-ci, 3-cü bəndləri
qüvvədən düşmüş hesab edilsin.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
6. Bu Sərəncam
2001-ci il yanvar ayının 1-dən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri,
29 dekabr 2000-ci il
¹ 597
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, ¹ 12.- S.4812.