Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Əmək miqrasiyası haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 250 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlmələrində
vasitəçilik fəaliyyətinə xüsusi
razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 6 dekabr tarixli, 212 nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlmələrində
vasitəçilik fəaliyyətinə xüsusi
razılıq (lisenziya) verilməsi QAYDALARI
1. Ümumİ müddəalar
1.1. Bu Qaydalar "Əmək miqrasiyası
haqqında" və "Sahibkarlıq fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının qanunları,
Azərbaycan Respublikası Prezidentinin "Əmək
miqrasiyası haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə 2000-ci il 15 yanvar
tarixli, 250 nömrəli Fərmanına əsasən
hazırlanmış və hüquqi şəxslərin Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik fəaliyyətini
həyata keçirmələrinə xüsusi razılıq
(lisenziya) (bundan sonra - lisenziya) verilməsi Qaydalarının
müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
verilən lisenziya Azərbaycan Respublikasında dövlət
qeydiyyatından keçmiş, mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq hüquqi şəxslərə
(bundan sonra - ərizəçilər) Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik fəaliyyətini
həyata keçirməyə icazə verən rəsmi sənəddir.
1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən
lisenziya aldıqdan sonra bu Qaydalara müvafiq olaraq Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik
edə bilərlər.
1.4. Azərbaycan Respublikasında dövlət
qeydiyyatdan keçmiş xarici hüquqi şəxslər,
xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri
öz ölkələrində bu Qaydalarda göstərilən
fəaliyyət növü ilə məşğul olmaq
üçün aldıqları lisenziyaların Azərbaycan
Respublikasında tanınmasını müəyyən edən
dövlətlərarası saziş olmadığı halda həmin
fəaliyyət növü ilə Azərbaycan
Respublikasının ərazisində məşğul olmaq
üçün bu Qaydalara uyğun olaraq lisenziya
almalıdırlar.
1.5. Lisenziya sahibi lisenziyadan yalnız özü istifadə
edə bilər, onu başqa hüquqi şəxsə verə
bilməz.
2. Lİsenzİyanın verİlməsİ qaydası
2.1. Lisenziya almaq üçün ərizəçi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə aşağıdakı sənədləri
təqdim etməlidir:
2.1.1. Lisenziya almaq üçün ərizə;
ərizədə aşağıdakılar öz əksini
tapmalıdır:
adı, təşkilati-hüquqi forması, hüquqi
ünvanı, hesablaşma hesabının nömrəsi və
bankın adı, fəaliyyət növü;
2.1.2. təsis sənədlərinin təsdiq
olunmuş surəti;
2.1.3. dövlət qeydiyyatı haqqında hüquqi
şəxsin Dövlət reyestrindən
çıxarışı;
2.1.4. lisenziya almaq üçün dövlət
rüsumunun ödənildiyini təsdiq edən sənəd;
2.1.5. ərizədə göstərilən obyektlərin
hər biri üçün ərizəçinin istifadə
hüququnu (mülkiyyət hüququ, icarə və s.) təsdiq
edən sənədin surəti (ərizədə göstərilən
fəaliyyət növü ərazi baxımından
ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə,
ərizədə həmin obyektlərin sayı və
ünvanı göstərilir).
2.2. Lisenziya almaq üçün təqdim olunan ərizə
və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində xüsusi kitabda qeydə
alınmaqla qəbul edilir, baxılır,
çatışmazlıqlar və ya imtina üçün əsas
olmadıqda sənədlərin qeydə
alındığı gündən başlayaraq 15 gün
müddətində lisenziya verilməsi haqqında müvafiq qərar
qəbul edilir.
Təqdim olunmuş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə bu barədə
ərizəçiyə yazılı məlumat verilir,
çatışmazlıqlar aradan qaldırıldıqdan və
sənədlər təkrar təqdim edildikdən sonra onlara 5
gün müddətində baxılır və müvafiq qərar
qəbul edilir.
Bu Qaydalarda göstərilən əsaslarla lisenziya
verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə
imtinanın əsasları göstərilməklə
yazılı məlumat verilir.
Bu bənddə göstərilən müddətlərin
son günü qeyri-iş gününə düşərsə,
ondan sonrakı ilk iş günü müddətin qurtarma
günü hesab olunur.
2.3. Aşağıdakı hallarda lisenziyanın verilməsindən
imtina edilir:
2.3.1. bu Qaydalarda nəzərdə tutulan sənədlər
təqdim edilmədikdə;
2.3.2. ərizəçinin təqdim etdiyi sənədlərdə
qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar
olduqda;
2.3.3. ərizəçinin əvvəllər Azərbaycan
Respublikası vətəndaşlarının xaricdə işə
düzəlmələrində vasitəçilik edilməsi
üçün aldığı lisenziyanın Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü
ilə ləğv edilməsindən 2 il müddət
keçmədikdə və ya ərizəçi
lisenziyanın qüvvəsinin dayandırıldığı
dövrdə müraciət etdikdə;
2.3.4. Qanunvericilikdə nəzərdə tutulan digər
hallarda.
2.4. Ərizəçi lisenziya verilməsindən
imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra
lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində, imtina barədə qərarla
razılaşmadıqda isə müvafiq qaydada məhkəməyə
müraciət etmək hüququna malikdir.
2.5. Hüquqi şəxs ləğv edildikdə, ona
verilmiş lisenziya öz hüquqi qüvvəsini itirir.
Hüquqi şəxs yenidən təşkil edildikdə,
onun adı, hüquqi ünvanı və ya bank rekvizitləri dəyişdirildikdə
və ya lisenziya itirildikdə ərizəçi 15 gün
müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi
onun verilməsi üçün müəyyən edilmiş
qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi
müddətdə ərizəçi bu sahədəki fəaliyyətini
əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında
həyata keçirir. Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri tərəfindən
imzalanmış və möhürlə təsdiq edilmiş
icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün bütün sənədlər təqdim
edildikdə verilir.
3. Lİsenzİya
3.1. Lisenziyada aşağıdakılar göstərilir:
3.1.1. Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı;
3.1.2. lisenziya verilən müəssisə, təşkilat
və idarənin adı və hüquqi ünvanı;
3.1.3. fəaliyyət növü;
3.1.4. lisenziyanın qüvvədə olma müddəti;
3.1.5. müvafiq fəaliyyət növünün həyata
keçirilməsi qaydası;
3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə
tarixi.
3.2. Lisenziya Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri (o olmadıqda
müavini) tərəfindən imzalanır və nazirliyin
möhürü ilə təsdiq edilir.
4. Lİsenzİyanın müddətİ
4.1. Lisenziya 5 il müddətinə verilir.
4.2. Lisenziyanın qüvvədə olma müddətinin
uzadılması onun verilməsi üçün müəyyən
olunmuş qaydada həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.
5. Lİsenzİyanın surətİ
5.1. Lisenziyalaşdırılan fəaliyyət
növü ərazi baxımından ayrı-ayrı obyektlərdə
həyata keçirildiyi halda, ərizəçiyə lisenziya
ilə birlikdə ərizədə göstərilən hər
bir obyekt üçün onun ünvanı göstərilməklə
lisenziyanın surəti təqdim olunur.
5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini
ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata
keçirmək və ya belə obyektlərin sayını
artırmaq istədikdə, təzə obyektlərə
lisenziyanın surətini almaq üçün Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə aşağıdakı sənədləri təqdim
etməlidir:
5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi,
tarixi, fəaliyyətin növü, təzə obyektlərin
sayı və ünvanı göstərilməklə ərizə;
5.2.2. obyektlər barədə bu Qaydaların
2.1.6.-cı yarımbəndində tələb olunan sənədlər.
5.3. Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın surətinin
verilməsi məsələsinə dair müraciətə bu
Qaydaların 2.2 və 2.3.-cü bəndlərinə əsasən
baxır və müvafiq qərar qəbul edir.
5.4. Lisenziyanın surəti - lisenziyanın sahibinə
hər bir obyekt üçün lisenziya blankında,
verilmiş lisenziyada əks edilən göstəricilər
yazılmaqla, blankın sağ küncündə "Surəti"
sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə
edilməklə doldurulmuş, orqanın rəhbəri və ya
rəhbər olmadıqda, müavini tərəfindən
imzalanan və orqanın möhürü ilə təsdiq edilən
və həmin obyektə bu fəaliyyət növü ilə
məşğul olmağa icazə verən rəsmi sənəddir.
5.5. Lisenziyaların surəti Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən qeydə alınır.
5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi
lisenziyanın yeni surətini rəsmiləşdirmək
üçün Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət
edir.
5.7. Lisenziyanın surətinin verilməsi və yenidən
rəsmiləşdirilməsi üçün haqq
alınmır.
6. Lİsenzİyanın qüvvədə olma
qaydaları və nəzarət
6.1. Bu Qaydalara əsasən lisenziya sahibi Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrinə vasitəçilik
etdikdə aşağıdakı qaydalara riayət etməlidir:
6.1.1. Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkədə işə düzəlməsi
haqqında xarici işəgötürənlə
imzalanmış müqavilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq
edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlarını
həmin müqavilə əsasında işləmək
üçün xarici ölkəyə göndərə bilər.
6.1.2. Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrə əmək
miqrasiyasına Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən ayrı-ayrı ixtisaslar üzrə
müvəqqəti məhdudiyyətlər qoyulubsa, həmin
ixtisaslar üzrə Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlmələrinə
yol verilmir.
6.1.3. Müqavilə əsasında xarici ölkələrdə
işə düzəldilən Azərbaycan Respublikası vətəndaşları
haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə illik məlumat təqdim etməlidir.
6.1.4. Xarici ölkələrin hüquqi və fiziki
şəxsləri ilə bağladığı müqavilələrdə
və təklif olunan əmək müqavilərində Azərbaycan
Respublikası vətəndaşlarının sosial müdafiəsinin
beynəlxalq normalara müvafiq təmin olunması nəzərdə
tutulmalıdır.
6.1.5. Xarici ölkədə işə düzəldilməsi
ilə bağlı xidmətə görə haqq
almamalıdır.
6.1.6. Azərbaycan Respublikasının vətəndaşı
ilə xarici işəgötürən arasında
bağlanılacaq əmək müqaviləsinin Azərbaycan
Respublikası vətəndaşı ölkəni tərk etməkdən
əvvəl ona verilməsini təmin etməlidir.
6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
6.3. Nəzarət qaydasında Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin səlahiyyətlərinə
aşağıdakılar daxildir:
6.3.1. lisenziya sahibi tərəfindən Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrinə vasitəçilik
edilməsini tənzimləyən normativ-hüquqi aktlara və
lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;
6.3.2. yoxlama zamanı ortaya çıxan məsələlər
haqqında lisenziya sahibindən məlumat və ya
arayış almaq;
6.3.3. aşkar olunmuş pozuntular haqqında akt tərtib
etmək və xəbərdarlıq etmək;
6.3.4. yol verilmiş nöqsanların aradan
qaldırılması üçün müvafiq tədbirlər
görmək;
6.3.5. lisenziyanın fəaliyyətinin
dayandırılması və ya ləğv edilməsi məsələsinə
baxmaq.
6.4. Lisenziya sahibi Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinə
yoxlamanın aparılması üçün zəruri olan
normal şərait yaratmağa, tələb olunan sənədləri
onlara təqdim etməyə borcludur.
6.5. Yoxlamanın nəticəsi barədə iki
nüsxədən ibarət akt tərtib edilir. Akt Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri
və lisenziya sahibi tərəfindən imzalanır. Aktı
imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta
lisenziya sahibinin (müəssisənin rəhbərinin)
izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya
sahibində qalır.
6.6. Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəruri olduqda,
müvafiq təşkilatların nümayəndələrini
bu Qaydalara uyğun nəzarət qaydasında aparılan
yoxlamalara cəlb edə bilər.
7. Lİsenzİyanın fəalİyyətİnİn
dayandırılması və ya ləğv edİlməsİ
7.1. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi lisenziyanın qüvvəsini aşağıdakı
hallarda dayandırır:
7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə
təqdim edildikdə;
7.1.2. Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən
lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;
7.1.3. lisenziya sahibinin müflisləşməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
7.1.4. lisenziya sahibi işləmək üçün
xarici ölkələrə göndərdiyi Azərbaycan
Respublikası vətəndaşları haqqında Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat
vermədikdə.
7.2. Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın qüvvəsinin
dayandırılması haqqında qərar qəbul etdikdə,
bu barədə 5 gün müddətində lisenziya sahibinə
və dövlət vergi xidməti orqanlarına yazılı məlumat
verir.
Lisenziyanın qüvvəsinin
dayandırılmasına səbəb olan hallar aradan
qaldırıldıqda lisenziya sahibinin müraciətinə əsasən
lisenziyanın qüvvəsi bərpa edilə bilər. Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən bu barədə qərar qəbul
edildikdə lisenziya bərpa edilmiş hesab olunur və bu barədə
5 gün müddətində yazılı şəkildə
lisenziya sahibinə və dövlət vergi xidməti
orqanlarına məlumat verir.
7.3.Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
aşağıdakı hallarda lisenziyasını ləğv
edilir:
7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə
təqdim edildikdə;
7.3.2. lisenziya alınması üçün təqdim
edilən sənədlərdə düzgün olmayan məlumatlar
aşkar edildikdə;
7.3.3. lisenziyanın qüvvədə olma qaydaları
lisenziya sahibi tərəfindən pozulduqda;
7.3.4. məhkəmənin müvafiq qərarı
olduqda;
7.3.5. hüquqi şəxs ləğv edildikdə;
7.3.6. Azərbaycan Respublikası vətəndaşlarını
xarici işəgötürənlə müvafiq müqavilə
olmadan və ya Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən təsdiq edilməmiş
müqavilələr əsasında xarici ölkələrdə
işə düzəltdikdə;
7.3.7. Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan digər hallarda.
7.4. Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın ləğv
edilməsi haqqında qərar qəbul etdikdə, bu barədə
5 gün müddətində yazılı şəkildə
lisenziya sahibinə və dövlət vergi xidməti
orqanlarına məlumat verir.
7.5. Lisenziyanın fəaliyyətinin
dayandırılması, ləğv edilməsi və ya bərpası
haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara
əsasən ayrı-ayrı obyektlər üçün
verilmiş surətlərinə də şamil edilir.
7.6. Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi verilən, qeydə
alınan, hüquqi qüvvəsi dayandırılan və ləğv
edilən lisenziyaların reyestrini aparır.
8. Məsulİyyət
8.1. Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərləri
və aidiyyəti vəzifəli şəxsləri
lisenziyalaşdırma haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə mövcud qanunvericiliyə
uyğun məsuliyyət daşıyırlar.
8.2. Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarlarından və
hərəkətlərindən müəyyən olunmuş
qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.
8.3. Bu Qaydalarda göstərilən fəaliyyət
növləri ilə lisenziyasız məşğul olanlar
mövcud qanunvericiliyə uyğun məsuliyyət
daşıyırlar.
Azərbaycan Respublikasının Baş naziri A.
Rasİzadə
Bakı şəhəri, 6 dekabr 2000-ci il
№ 212
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, № 12.- S.4814-4820.