"Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği barəsində" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli, 72 nömrəli qərarına əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının 3-cü bəndinin, "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 1 iyul tarixli, 358 nömrəli Fərmanının 3-cü bəndinin və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 392 nömrəli Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği"nə aşağıdakı 84-86-ci bəndlər əlavə edilsin:

 

 

Sıra ¹-si

 

Fəaliyyət növlərinin adı

Məbləğ

(min manatla)

1

2

3

84

İstehsalat tullantılarının emalı və yerləşdirilməsi

1000

85

Məişət tullantılarının emalı və yerləşdirilməsi

500

86

Ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsi

 

500

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

 

 

Bakı şəhəri, 6 dekabr 2000-ci il

               

 ¹ 219

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4844;4845.