Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli, 245 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi və 1996-cı il 1 aprel tarixli, 42 nömrəli qərarına dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli, 410 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının dövlət uçotu və qeydiyyatı haqqında Qaydaların təsdiqi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli, 245 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

2. "Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının dövlət uçotu və dövlət qeydiyyatının təşkili ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 1 aprel tarixli, 42 nömrəli qərarının preambula hissəsindən birinci və ikinci abzasları, 3-cü bəndindən "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə uyğun olaraq” sözləri çıxarılsın.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 21 dekabr 2000-ci il

                

  ¹ 221

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4846.