Azərbaycan
Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən
irəli gələn bəzi məsələlərin həll
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25 avqust tarixli, 386 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Qapalı səhmdar cəmiyyətinin
iştirakçılarının say həddi 50 fiziki və
hüquqi şəxslərdən ibarət müəyyən
edilsin.
2. Səhmdar cəmiyyətin nizamnamə
kapitalının minimum həddi - qapalı səhmdar cəmiyyəti
üçün 10 milyon manat, açıq səhmdar cəmiyyəti
üçün isə 20 milyon manat məbləğində
müəyyən edilsin.
3. Səhmdar cəmiyyətin xalis aktivlərinin dəyərinin
onun nizamnamə kapitalından az olmasına yol verilən minimum
miqdarı nizamnamə kapitalının 50 faizi qədər
müəyyən edilsin.
3-1. Maliyyə bazarlarını tənzimləyən
qanunlarda nəzərdə tutulmuş hallarda səhmdar cəmiyyətin
nizamnamə kapitalının minimum miqdarı Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyənləşdirilir.
4. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.
Rasİzadə
Bakı şəhəri, 23 dekabr 2000-ci il
¹ 224
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, ¹ 12.- S.4853.