Büdcədən
maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda
çalışmış və özlərindən
asılı olmayan səbəblərə görə işlə
təmin olunmamış məcburi köçkünlərə
orta aylıq əmək haqqı verilməsi müddətinin
uzadılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Büdcədən maliyyələşdirilən
müəssisələrdə, təşkilatlarda
çalışmış və özlərindən
asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirləri
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının
2-ci bəndinin müddəti 2002-ci ilin yanvarın 1-dək
uzadılsın.
2. Qərarın icrasına nəzarət Azərbaycan
Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin
qaçqınların və məcburi köçkünlərin
problemləri, miqrasiya və beynəlxalq humanitar təşkilatlarla
iş şöbəsinə və elm, mədəniyyət,
xalq təhsili və sosial problemlər şöbəsinə həvalə
edilsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri, 21 dekabr 2000-ci il
¹ 223
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, ¹ 12.- S.4853.