Azərbaycan Respublikası vətəndaşlarının 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Azərbaycan Respublikası vətəndaşlarının 2001-ci ilin yanvar ayının 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 dekabr tarixli, 425 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2001-ci il yanvarın 1-dən 20-nə qədər həqiqi hərbi xidmətə çağırış vaxtı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət üzrə Respublika Çağırış Komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının çağırış komissiyasını, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları isə müvafiq şəhər və rayon çağırış komissiyalarını yaratsınlar.

3. Azərbaycan Respublikası Çağırış Komissiyasının sədri:

1983-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1982-ci illərdə doğulmuş, yaşı 27-dək olan, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının Respublikanın Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışını “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil etsin;

ilk növbədə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnu itirəcək yuxarı yaşlı çağırışçıların, eləcə də çağırışdan yayınanların hərbi xidmətə çağırılması üçün müvafiq tədbirlər görsün;

çağırışçıların hərbi komissarlıqlardan yola salınmasını yerli icra hakimiyyəti orqanlarını, Böyük Vətən müharibəsi veteranlarını və Azərbaycan Respublikasının müharibə veteranlarını cəlb etməklə, təntənəli şəraitdə keçirilməsini təmin etsin;

vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasına həssaslıqla yanaşsın;

həqiqi hərbi xidmətə çağırışdan yayınan çağırışçıların axtarılmasını və onların hərbi xidmətə yola salınmasını yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları ilə sıx əlaqədə keçirsin.

4. Şəhər və rayon icra hakimiyyəti orqanları vətəndaşların həqiqi hərbi xidmətə çağırışının hazırlanması və keçirilməsi işinin təşkili ilə bağlı məsələlərdə hərbi komissarlıqlara hərtərəfli köməklik göstərsinlər.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi respublikanın şəhər və rayon çağırış komissiyalarına lazımi sayda ixtisaslı həkim-mütəxəssislərin və orta tibb işçilərinin ayrılmasını, onların müvafiq tibbi texnika, alətlər və digər ləvazimatla təchiz edilməsini və çağırışçıların tibbi yoxlanışının keyfiyyəti üzərində nəzarəti təmin etsin.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

vətəndaşların həqiqi hərbi xidmətə çağırışını həyata keçirməkdə hərbi komissarlıqlara hərtərəfli kömək göstərsin;

ümumi hərbi mükəlləfiyyətdən yayınan şəxslərin axtarışının həyata keçirilməsi üçün lazımi tədbirlər görsün;

hərbi komissarlıqların toplanış və çağırış məntəqələrində ictimai asayişin qorunması üçün lazımi sayda polis dəstələrinin, habelə respublika ərazisində çağırışçıları daşıyan avtomobil dəstələrinin müşayiəti üçün Dövlət Yol Polisi tərəfindən patrul maşınlarının ayrılmasını təmin etsin.

7. Respublika Çağırış Komissiyası sədrinin təqdimatına əsasən “Azərbaycan Hava Yolları“ Dövlət Konserni, Azərbaycan Dövlət Dəmir Yolu, şəhər və rayon icra hakimiyyəti orqanları respublika toplanış məntəqəsinin işini təmin etmək üçün 2001-ci yanvarın 1-dən 20-nə qədər respublika ərazisində çağırışçıların daşınmasını təşkil etsinlər.

8. Azərbaycan Respublikasının Rabitə Nazirliyi respublika toplanış məntəqəsini, rayon və şəhər hərbi komissarlıqlarının çağırış məntəqələrini etibarlı və fasiləsiz telefon rabitəsi ilə təmin etsin.

9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi çağırış dövründə respublika toplanış məntəqəsində, həmçinin rayon və şəhər hərbi komissarlıqlarının çağırış məntəqələrində mədəni hamilik işinin aparılmasını təşkil etsin.

10. Qərarın icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti İşlər İdarəsinin hərbi və inzibati orqanlar şöbəsinə və müvafiq şöbələrinə həvalə edilsin.

11. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli, 225 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr

 

 

2001-ci il yanvarın 1-dən 20-nə qədər həqiqi hərbi xidmətə çağırış vaxtı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət üzrə Respublika Çağırış Komissiyasının Tərkİbİ

 

Ə. Hüseynov                         — Azərbaycan Respublikasının hərbi komissarı—Komissiyanın sədri

A. Rəfiyev                             — ədliyyə nazirinin müavini

T. Səfərəliyev                        — Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini

A. Dadaşov                            — AHİK sədrinin müavini

K. Xalıqov                              — Azərbaycan Respublikası Xalq Təsərrüfatı üçün Təxsislə İşçi Qüvvəsi Saxlayan Respublika Komissiyasının məsul katibi

A. Sultanov                            — Səhiyyə Nazirliyinin baş psixiatrı, professor

Y. Qurbanov                          — Səhiyyə Nazirliyinin baş terapevti, professor

B. Ağayev                              — Səhiyyə Nazirliyinin M. Topçubaşov adına Elmi Tədqiqat Eksperimental Cərrahiyyə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor

M. Novruzov                         — Səhiyyə Nazirliyinin baş ftiziatrı, tibb elmləri doktoru

K. Kərimov                            — Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, tibb elmləri doktoru

Ə. Musayev                           — Səhiyyə Nazirliyinin baş nevropatoloqu, tibb elmləri doktoru

Ə. Fərzəliyev                         — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının sədri

A. Quliyev                             — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyası sədrinin müavini

Y. Hüseynov                          — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-mütəxəssisi

A. Qasımov                           — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-mütəxəssisi

M. Cəbrayılov                       — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-mütəxəssisi

S. Məhəliyev                         — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-cərrahı

S. Sadıxova                            — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-terapevti

A. Mehdiyev                         — M. Qədirli adına Mərkəzi Hövzə xəstəxanasının həkim-terapevti

A. Manafov                           — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-nevropatoloqu

F. Cəfərov                              — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-psixiatrı

H. Quluzadə                          — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-oftalmoloqu, tibb elmləri namizədi

D. İbrahimov                         — Elmi-Tədqiqat Pulmanologiya və Ftiziatriya İnstitutunun həkim-ftiziatrı

Q. Məmmədov                      — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-otolarinqoloqu

S. Fərəcova                            — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-dermatoveneroloqu

F. Hüseynov                          — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-stomatoloqu

E. Sabayeva                           — Azərbaycan Respublikası Hərbi Komissarlığının hərbi həkim komissiyasının həkim-rentgenoloqu

V. Mirqasımov                      — Bakı şəhər 2 nömrəli Klinik Psixonevroloji Dispanserin həkim-psixiatrı

E. Məmmədova                     — Bakı şəhər 15 nömrəli Birləşmiş Xəstəxananın həkim-nevropatoloqu

S. Hüseynov                          — Bakı şəhər 2 nömrəli Dəmir Yolu Xəstəxanasının həkim-cərrahı

S. Bağırova                            — Bakı şəhər 16 nömrəli poliklinikanın həkim-oftalmoloqu

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 23 dekabr 2000-ci il

     

            ¹ 225

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4853-4857.