Texniki təhlükəsizlik
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun təhlükə
potensiallı obyektlərin təhlükəsiz
istismarının hüquqi, iqtisadi və sosial əsaslarını
müəyyənləşdirir, həmin obyektləri istismar
edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə
baş verə biləcək qəzaların
qarşısını almağa və baş vermiş qəzaların
nəticələrini aradan qaldırmağa yönələn
fəaliyyətini tənzimləyir.
Bu Qanunun müddəaları
təşkilati-hüquqi və mülkiyyət formalarından
asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində
(Ələt azad iqtisadi zonasının ərazisi istisna olmaqla)
təhlükə potensiallı obyektlərin istismarı ilə
məşğul olan bütün hüquqi və fiziki şəxslərə
şamil edilir.[1]
Maddə 1. Əsas
anlayışlar
Bu Qanunda istifadə
olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
obyektlərin texniki təhlükəsizliyi
(bundan sonra - texniki təhlükəsizlik) - vətəndaşların
və cəmiyyətin vacib həyatı maraqlarının təhlükə
potensiallı obyektlərdə baş verə biləcək qəzalardan
müdafiəsinin vəziyyəti;
texniki nəzarət -
istehsal obyektlərində işlərin aparılması
qaydasını müəyyənləşdirən
texniki-normativ sənədlərin və təhlükə
potensiallı obyektlərdə fəaliyyət
üçün verilmiş xüsusi razılığın tələblərinə
əməl olunmasına nəzarət;
qəza - təhlükə
potensiallı obyektlərdə istifadə olunan tikililərin və
ya texniki qurğuların uçulması, dağılması,
zədələnməsi, nəzarət edilə bilməyən
partlayış və ya təhlükəli maddələrin ətraf
mühitə yayılması;[2]
hadisə - təhlükə
potensiallı obyektlərdə tətbiq olunan texniki
qurğuların dayanması yaxud nasazlığı, texnoloji
rejim prosesindən kənara çıxma, eləcə də
istehsal obyektində işlərin aparılması
qaydalarını müəyyənləşdirən normativ
texniki sənədlərin tələblərinin pozulması;
təhlükəsizlik
texnikası - avtomatik nəzarət və tənzimləyici
cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə,
rabitə vəsaitləri və təhlükəsizliyi təmin
edən digər texniki tədbirlər kompleksi;
uyğunluq
sertifikatı - avadanlığın, maşın və
mexanizmlərin, müvafiq standartda, texniki reqlamentdə və
digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə
uyğun gəlməsini müəyyən edən rəsmi
şəhadətnamə.[3]
Maddə 2. Təhlükə
potensiallı obyektlər
1. Əhali və ətraf
mühit üçün təhlükə yaradan (Əlavə
1-də göstərilən) təhlükəli maddələrin
əldə olunması, hazırlanması, emalı,
daşınması, istifadəsi və ləğvi ilə məşğul
olan, həmçinin radioaktiv və ionlaşdırıcı
şüa mənbələrinə, partlayış və digər
qəza təhlükəli tikililərə, qurğulara və
avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial
təyinatlı obyektlər təhlükə potensiallı
obyektlər hesab edilir. [4]
2. Təhlükə
potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
3. Təhlükə
potensiallı obyektlər vahid dövlət reyestrində
qeydiyyata alınmalıdır. Təhlükə potensiallı
obyektlərin vahid dövlət reyestrinin aparılması
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
4. Fövqəladə
vəziyyətin qüvvədə olduğu müddət ərzində
onun tətbiq edildiyi ərazidə təhlükə
potensiallı obyektlərin fəaliyyəti qanunvericiliklə
müəyyən edilmiş qaydada tam və ya qismən
dayandırıla bilər. [5]
Maddə 3. Texniki təhlükəsizlik
tələbləri
1. Texniki təhlükəsizlik
tələbləri bu Qanunla Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları ilə, habelə
texniki-normativ sənədlərlə müəyyənləşdirilən,
mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi
təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən
və yerinə yetirilməsi məcburi olan digər tələblərdən
ibarətdir.
2. Texniki təhlükəsizlik
tələbləri dövlət standartlarına, əməyin
mühafizəsi qaydalarına, habelə ekoloji və
yanğın təhlükəsizliyi, ətraf mühafizəsi,
sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin
fövqəladə hallardan müdafiəsi normalarına
uyğun olmalıdır.
Maddə 4. Texniki təhlükəsizlik
haqqında qanunvericilik
1. Texniki təhlükəsizlik
haqqında qanunvericilik Azərbaycan Respublikası
Konstitusiyasından, bu Qanundan və digər normativ hüquqi
aktlardan ibarətdir.
2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik
münasibətlərinin tənzimlənməsi barədə
müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə
tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
3. Ələt azad
iqtisadi zonasında texniki təhlükəsizlik sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.[6]
Maddə 5. Texniki təhlükəsizlik
sahəsində dövlət tənzimlənməsi
Texniki təhlükəsizlik
sahəsində dövlət tənzimlənməsini
qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir.
Maddə 6. Texniki təhlükəsizlik
sahəsində fəaliyyət növlərinə xüsusi
razılığın verilməsi
Texniki təhlükəsizlik
sahəsində fəaliyyət növlərinə xüsusi
razılıq verilməsi qaydası Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən
edilir.
Maddə 7. Təhlükə
potensiallı obyektdə istifadə olunan texniki qurğular və
avadanlıqlar
1. Təhlükə
potensiallı obyektlərdə istehsal və istifadə olunan
texniki qurğular, maşın və mexanizmlər müvafiq
standartda, texniki reqlamentdə və digər normativ hüquqi
aktda müəyyən olunmuş tələblərə
uyğunluğu baxımından Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada sertifikatlaşdırılır. Təhlükə
potensiallı obyektlərdə istifadə olunan və
sertifikatlaşdırılmış texniki qurğuların
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunur. [7]
2. Təhlükə
potensiallı obyektlərdə istehsal və istifadə olunan
texniki qurğuların sertifikatlaşdırılması
müvafiq icra hakimiyyəti orqanının akkreditasiya
edilmiş uyğunluğu qiymətləndirən qurumu və
ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar tərəfindən aparılır. Bu uyğunluğu
qiymətləndirən qurumların akkreditasiyası
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş qaydada həyata
keçirilir. [8]
3. Sertifikatın verilmə
qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
4. Təhlükə
potensiallı obyektlərdə avadanlıq və texniki
qurğulardan istehsalın və istifadənin ümumi
qaydaları və şərtləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.[9]
5. Təhlükə
potensiallı obyektlərdə istehsal və istifadə olunan
avadanlıq və texniki qurğular istismar prosesində müəyyən
edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından
keçirilir.
Maddə 8. Təhlükə
potensiallı obyektlərin layihələşdirilməsinə,
tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik
tələbləri
1. Təhlükə
potensiallı obyektin tikintisinə, genişləndirilməsinə,
yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə,
konservasiyasına və ləğv edilməsinə
başlanması barədə qərarın qəbul edilməsinin
məcburi şərtlərindən bir layihə sənədləri
barədə texniki təhlükəsizlik üzrə müsbət
ekspertiza rəyinin olmasıdır.
2. Təhlükə
potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən
qurulması, texniki cəhətdən yeniləşdirilməsi,
konservasiyası və ləğv edilməsi prosesində layihə
sənədlərindən kənara çıxma hallarına
yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılır.
3. Təhlükə
potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən
qurulması, texniki cəhətdən yeniləşdirilməsi,
konservasiyası və ləğv edilməsi prosesində layihə
sənədlərini işləyib hazırlayan təşkilatlar
qanunvericiliklə müəyyən edilmiş qaydada müəlliflik
nəzarətini həyata keçirirlər.
4. Təhlükə
potensiallı obyektlərin istismara qəbulu Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada aparılır.
Təhlükə
potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin
layihə sənədlərinə uyğunluğu, hüquqi və
fiziki şəxslərin təhlükə potensiallı obyektlərin
istismarına, habelə qəzaların
lokallaşdırılmasına və nəticələrinin ləğv
edilməsinə hazırlıqlarının vəziyyəti
yoxlanılır.
Maddə 9. Təhlükə
potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik
tələbləri
Təhlükə
potensiallı istismar edən hüquqi və fiziki şəxslər:
bu Qanunun, digər
qanunların və normativ hüquqi aktların, eləcə də
texniki normativ sənədlərin tələblərinə əməl
etməlidir;
təhlükə
potensiallı obyektlərdə işçi heyətlərini
komplektləşdirərkən onların texniki təhlükəsizlik
və ixtisaslaşma tələblərinə, habelə qanunla
müəyyənləşdirilmiş digər tələblərə
uyğunluğunu və tibbi cəhətdən
yararlığını təmin etməlidir;
təhlükə
potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin
aparılması qaydalarını müəyyənləşdirən
normativ texniki sənədlərə malik olmalıdır;
binaların texniki təhlükəsizlik
ekspertizasından keçirilməsini təmin etmək, eləcə
də təhlükə potensiallı obyektdə istifadə
olunan tikili, avadanlıq və texniki qurğuların
diaqnostikasını, sınağını və ümumi
yoxlanmasını keçirməlidir;
təhlükə
potensiallı obyektlərin mühafizəsini təşkil etməli
və təhlükəli maddələrin saxlanmasına dair
texniki təhlükəsizlik tələblərinə riayət
etməlidir;
texniki təhlükəsizlik
bəyannaməsi hazırlamaq, bu Qanunun 16-cı maddəsində
nəzərdə tutulmuş hallarda icbari sığorta
müqavilələri bağlamalıdır; [10]
təhlükə
potensiallı obyektin istismarına dair xüsusi
razılığa malik olmalıdır;
partlayıcı və
pirotexnik materialların, radioaktiv maddələrin,
partladıcı materialların və
ionlaşdırıcı şüa mənbələrinin
uçotunun aparılmasını, onların texniki normativ sənədlərin
tələblərinə uyğun qaydada saxlanmasını,
işlədilməsini və təhlükəsiz istifadə
olunmasını təmin etməlidir; [11]
müvafiq icra hakimiyyəti
orqanlarının təlimat, sərəncam və göstərişlərinə
əməl etməlidir.
Maddə 10. Təhlükə
potensiallı obyektdə işləyənlərin vəzifələri
Təhlükə
potensiallı obyektdə işləyənlərin vəzifələri
aşağıdakılardır:
təhlükə
potensiallı obyektlərdə işlərin aparılması,
habelə qəza və hadisə şəraitində fəaliyyət
qaydalarını müəyyənləşdirən,
texniki-normativ sənədlərin tələblərinə əməl
etmək;
ildə bir dəfədən
az olmamaq şərti ilə, tibbi müayinədən və
attestasiyadan keçmək;
təhlükə
potensiallı obyektdə baş verən qəza və hadisə
zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada işi
dayandırmaq, qəza və ya hadisə barədə dərhal
rəhbərliyə, yaxud digər vəzifəli şəxsə
məlumat vermək.
Maddə 11. Hüquqi
və fiziki şəxslərin qəzaların
lokallaşdırılması və nəticələrinin ləğv
edilməsinə yönəlmiş fəaliyyətinə tələblər
Təhlükə
potensiallı obyektləri istismar edən hüquqi və fiziki
şəxslər obyektlərdə baş verə biləcək
qəzaların qarşısını almaq və baş
vermiş qəzaların nəticələrini aradan
qaldırmaq məqsədi ilə:
sistemli tədbirlər
hazırlayır və həyata keçirir;
işçi heyətinin
qəza və hadisələrə
hazırlığını vaxtaşırı təkmilləşdirir,
onları attestasiyadan keçirir;
baş verə biləcək
qəzaları qabaqcadan müəyyənləşdirmək və
qarşısını almaq məqsədi ilə sistemli nəzarət
təşkil edir;
qəza və hadisə
baş verdikdə istismarı dərhal dayandırır;
peşəkar qəza-xilasetmə
xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri
ilə müqavilələr bağlayır;
qəzaların
lokallaşdırılması və nəticələrinin ləğv
edilməsi məqsədi ilə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə
vəsaitinin və maddi-texniki vasitələrin
ehtiyatını yaradır;
bu Qanundan, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından, habelə
qəza şəraitində fəaliyyət qaydalarını
müəyyənləşdirən texniki-normativ sənədlərdən
irəli gələn digər vəzifələri yerinə
yetirir.
Maddə 12. Texniki təhlükəsizlik
tələblərinə riayət olunmasına daxili nəzarət
1. Təhlükə
potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər
texniki tәhlükәsizlik tələblərinə riayət
olunmasına nəzarəti müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi tələblərə
uyğun təşkil etməli və həyata keçirməlidir.
2. Texniki təhlükəsizlik
tələblərinə riayət olunmasına istehsal nəzarətinin
təşkili və onun həyata keçirilməsi səlahiyyəti
verilmiş işçilər barəsində məlumat
müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.
Maddə 13. Qəza səbəblərinin
texniki təhqiqatı
1. Təhlükə
potensiallı obyektdə baş vermiş hər bir qəza
faktı üzrə müvafiq icra hakimiyyəti
orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən
texniki təhqiqat aparılır.
2. Xüsusi komissiya təhlükə
potensiallı obyektin yerləşdiyi yerli özünüidarəetmə
orqanlarının, obyektin istismarını həyata keçirən
hüquqi və fiziki şəxslərin, habelə layihə,
elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma,
ekspertiza, texniki təhlükəsizlik, sığorta və təşkilatların
nümayəndələrini təhqiqat işinə cəlb edə
bilər.
3. Təhlükə
potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər
qəza səbəblərinin texniki təhqiqatı üzrə
komissiyaya öz səlahiyyətlərini həyata keçirmək
üçün müvafiq məlumat və
texniki-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik,
sığorta və sair sənədləri təqdim etməlidir.
4. Qəza səbəblərinin
texniki təhqiqatının nəticələri barədə
akt tərtib edilir. Həmin aktda qəzanın səbəbləri
və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik
tələblərinin pozulması halları, həmçinin qəza
nəticələrinin lokallaşdırılması və ləğv
edilməsi üzrə görülmüş tədbirlər
göstərilir.
5. Qəzanın səbəbləri
üzrə texniki təhqiqat xərcləri qəza baş
vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs
tərəfindən maliyyələşdirilir.
Maddə 14. Texniki təhlükəsizlik
ekspertizası
1. Texniki təhlükəsizlik
ekspertizası aşağıdakılara şamil olunur:
təhlükə
potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən
qurulması, texniki cəhətdən yeniləşməsi,
konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
təhlükə
potensiallı obyektdə istifadə olunan avadanlıq və
texniki qurğulara;
təhlükə
potensiallı obyektdəki bina və tikililərə;
texniki təhlükəsizlik
bəyannaməsi və təhlükə potensiallı obyektin
istismarı ilə bağlı olan digər sənədlərə.
2. Texniki təhlükəsizlik
ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki
şəxsin hesabına (“Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 26-cı maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla) həyata keçirilir.[12]
3. Texniki təhlükəsizlik
ekspertizasını həyata keçirən təşkilat
ekspertizanın nəticəsi barədə rəy verir.
4. Müvafiq icra
hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin
orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən
keçirilir və təsdiq edilir.
5. Texniki təhlükəsizlik
ekspertizası, digər ekspertizaların həyata keçirilməsi
ilə eyni vaxtda həyata keçirilə bilər.
6. Texniki təhlükəsizlik
ekspertizasının keçirilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 15. Texniki təhlükəsizlik
bəyannaməsi
1. Texniki təhlükəsizlik
bəyannaməsində:
qəza və onunla
bağlı təhlükənin hər tərəfli qiymətləndirilməsi;
qəzanın baş
verməməsi üçün görülən tədbirlərin
kifayətləndirici olub-olmaması barədə təhlil;
hüquqi şəxslərin
təhlükə potensiallı obyektlərin istismarına,
habelə qəzanın lokallaşdırılması və nəticələrinin
ləğv edilməsinə hazırlığının təmin
edilməsi;
qəzanın nəticələrini
və dəymiş ziyanın miqyasını azaltmağa
yönəldilmiş tədbirlərin işlənib
hazırlanması öz əksini tapır.
Texniki təhlükəsizlik
bəyannaməsində göstərilən məlumatların
siyahısı və onların tərtib olunma qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hazırlanır.
2. Təhlükə
potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də
göstərilən miqdarda maddələr və
ionlaşdırıcı şüa mənbələrinin
alınması, istifadə olunması, emalı, saxlanması, nəqli,
ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik
bəyannaməsinin işlənib hazırlanması məcburidir.
3. Təhlükə
potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər
müvafiq icra hakimiyyəti orqana texniki təhlükəsizliyin
vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.
4. Texniki təhlükəsizlik
bəyannaməsi təhlükə potensiallı obyektlərin
tikintisi, genişləndirilməsi, yenidən qurulması,
texniki cəhətdən yeniləşdirilməsi,
konservasiyası və ləğvinə dair layihə sənədləri
əsasında hazırlanır və obyekti istismar edən
hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq
olunur.
Təhlükə
potensiallı obyekti istismar edən hüquqi və ya fiziki
şəxs bəyannamədə göstərilən məlumatların
tam və dəqiq olmasına görə qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyır.
5. Hüquqi və ya
fiziki şəxs təhlükə potensiallı obyektin
istismarı ilə bağlı xüsusi razılıq almaq
üçün müraciət etdikdə yaxud bəyannamədə
göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə
dair tələblər dəyişdikdə texniki təhlükəsizlik
bəyannaməsi dəqiqləşdirilir və ya yenidən
işlənib hazırlanır.
6. Texniki təhlükəsizlik
bəyannaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş qaydada müvafiq dövlət
və yerli özünüidarәetmә orqanlarına təqdim
edilir.
7. Texniki təhlükəsizlik
bəyannaməsi qanunvericiliyə uyğun olaraq texniki təhlükəsizlik
ekspertizasından keçməlidir.
Maddə 16. Təhlükə
potensiallı obyektlərin istismarı sahəsində
sığorta[13]
Təhlükə
potensiallı obyekt olan daşınmaz əmlakın
sığortası, habelə bu cür daşınmaz əmlakın
istismarı nəticəsində üçüncü şəxslərin
sağlamlığına və əmlakına dəyə biləcək
zərərlə bağlı daşınmaz əmlak sahiblərinin
mülki məsuliyyətinin sığortası “İcbari
sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.
Maddə 17. Təhlükə
potensiallı obyektlərə dövlət nəzarəti
1. Təhlükə
potensiallı obyektlərə dövlət nəzarəti həmin
obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə
uyğunluğunu yoxlamaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təşkil olunur
və həyata keçirilir. Sahibkarlara münasibətdə təhlükə
potensiallı obyektlərə dövlət nəzarəti
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla həyata keçirilir.[14]
2. Dövlət nəzarətinin
həyata keçirilməsi ilə əlaqədar müvafiq
icra hakimiyyəti orqanı aşağıdakı səlahiyyətlərə
malikdir;[15]
təhlükə
potensiallı obyektlərə sərbəst daxil olmaq;
təhlükə
potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə
tanış olmaq;
təhlükə
potensiallı obyektləri istismar edən hüquqi və fiziki
şəxslərə müvafiq fəaliyyət
növünün həyata keçirilməsi
üçün verilmiş xüsusi razılıq şərtlərinin
yerinə yetirilməsini yoxlamaq;
təhlükə
potensiallı obyektlərdə baş verən qəzaların
texniki təhqiqatının aparılmasının
düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində
görülmüş tədbirlərin kifayətləndirici
olub-olmamasını araşdırmaq;
yoxlama nəticəsində
aşkar olunmuş pozuntuları aradan qaldırmaq
üçün hüquqi və fiziki şəxslərə
yazılı sərəncam vermək;
texniki təhlükəsizlik
sahəsində, o cümlədən obyektdə bina və
tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq
olunan texniki qurğuların texniki təhlükəsizlik
ekspertizasının həyata keçirilməsinin zərurəti
barədə öz səlahiyyətləri çərçivəsində
göstərişlər vermək;
texniki təhlükəsizlik
tələblərinin pozulmasında təqsirkar olan şəxsləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin
şəxslərin cinayət məsuliyyətinə cəlb
edilmələri üçün toplanmış
materialları hüquq-mühafizə orqanlarına göndərmək;
təhlükə
potensiallı obyektlərin mütəxəssislərinin və
vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini
tələb etmək;
hüquqi və fiziki
şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin
məhdudlaşdırılması yaxud
dayandırılması, habelə texniki təhlükəsizlik
tələbləri kobud şəkildə pozulduqda xüsusi
razılığın fəaliyyətinə xitam verilməsi
barədə qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görmək;
başqa şəxslərin
həyatına, sağlamlığına, əmlakına dəyən
zərərin ödənilməsi barədə məhkəmədə
iddia ilə çıxış etmək;
bu Qanundan, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından irəli
gələn səlahiyyətləri yerinə yetirmək.
Maddə 18. Texniki təhlükəsizlik
sahəsində mübahisələrin həlli qaydası
Texniki təhlükəsizlik
sahəsində mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq həll
olunur.
Maddə 19. Texniki təhlükəsizlik
sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunun
pozulmasında təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda məsuliyyət daşıyırlar; [16]
Əlavə 1
Təhlükə
potensİallı İstehsal obyektlərİ
Təhlükə
potensiallı istehsal obyektləri kateqoriyasına aiddir;
1. Alınan, istifadə
edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql
olunan, məhv edilən aşağıda göstərilən
təhlükəli maddələr:
1.1. tez alovlanan maddələr
– normal təzyiqdə və hava ilə qarışdıqda tez
alovlanma qabiliyyəti alan və normal təzyiqdə qaynama
temperaturu 20S və ya aşağı olan qazlar;
1.2. oksidləşən
maddələr – yanmaya kömək edən, tez alovlanma yaradan və
(və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində,
digər maddələrin tez alovlanmasına səbəb olan
maddələr;
1.3. tez alışan
maddələr – öz-özünə, eləcə də
alışdırma mənbəyindən alışan və
sonra müstəqil yanan mayelər, qazlar, tozlar;
1.4. partlayıcı
maddələr – xarici təsir nəticəsində istilik
ayrılması və qazların əmələ gəlməsi
ilə sürətlə öz-özünə genişlənən
kimyəvi, çevrilməyə malik olan maddələr;
1.5. zəhərləyici
maddələr – canlı orqanizmlərə təsiri nəticəsində
onların məhvinə gətirib çıxaran və
aşağıdakı xarakteristikaya malik olan maddələr:
orqanizmə (mədəyə)
düşərkən hər kiloqrama 15 milliqramdan, hər
kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm
dozası olan;
dəriyə
düşərkən hər kiloqrama 50 milliqramdan hər
kiloqrama 400 milliqrama qədər (daxil olmaqla) orta ölüm
dozası olan;
havada hər litrə
0,5 milliqramdan hər litrə milliqramadək orta ölüm
konsentrasiyası olan;
1.6. yüksək zəhərləyici
maddələr-canlı orqanizmlərə təsir edərkən
onların məhvinə gətirən və
aşağıdakı xüsusiyyətləri olan maddələr:
orqanizm (mədə)
daxilinə qəbul olunarkən hər kiloqrama orta ölüm
dozası 15 milliqramdan çox olmayan;
dəriyə təsir
edərkən hər kiloqrama orta ölüm dozası 50
milliqramdan çox olmayan;
havada hər litrə
olan ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan.
1.7. ətraf mühit
üçün təhlükəli maddələr – su
mühitində aşağıdakı kəskin zəhərləyici
göstəriciləri ilə xarakterizə olunan maddələr:
96 saat ərzində
balığa inqalyasiya təsiri edərkən hər litrdə
orta ölüm dozası 10 milliqramdan çox olmayan;
48 saat ərzində
şirin su mikroorqanizmlərə təsiri zamanı hər litrə
orta ölüm dozası 10 milliqramdan çox olmayan;
72 saat ərzində
yosunlara təsir edərkən hər litrə orta inqibirasiya
konsentrasiyası 10 milliqramdan çox olmayan;
2. təzyiq altında
0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 115OS rejimdə
işləyən avadanlıqlar;
3. stasionar şəkildə
quraşdırılmış və səyyar
yükqaldıran mexanizmlər eskalator, kanat yolları,
funikulyorlar və liftlər;
4. qara və əlvan
metalların əridilməsi və bunun nəticəsində ərintilərin
alınması;
5. dağ-mədən
işləri, faydalı qazıntıların zənginləşdirilməsi
və yeraltı şəraitdə işlərin
aparılması;
6.
neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini
daxil etməklə) və geoloji kəşfiyyat işləri;
7. təhlükəli
yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat
vasitələri ilə daşınması;
8.
elevatorlu-unüyütmə, qarışıq yem və mineral
gübrə sənayesi;
9. neft-kimya, neft
emalı və qaz təchizatı sahələri.
Əlavə 2
Təhlükə
potensiallı istehsal obyektində texniki təhlükəsizlik
bəyannaməsinin məcburi işlənib
hazırlanmasına əsas verən təhlükəli maddələrin
son həddi
Cədvəl 1
Təhlükəli
maddənin adı
Təhlükəli
maddənin son hədd miqdarı (t)
1
2
Ammonyak
500
Ammonium nitrat (tərkibində
ammonium nitratdan azot kütləsinin 28%-dən çox
olduğu ammoniy-nitrat və ammonium qarışığı,
ammoniy-nitrat konsentratı kütləsinin 90%-dən çox
olduğu ammoniy-nitratın su məhsulu)
2500
Gübrə
formasında ammonium-nitrat [(ammonium-nitrat (ammonium-nitrat əsasında
sadə gübrələr , eləcə də tərkibində
ammonium-nitratdan azot kütləsinin 28%-dən ço[
olduğu mürəkkəb kübrələr (mürəkkəb
gübrələrin tərkibində fosfat və (və ya)
kalium ilə birlikdə ammonium-nitrat var)]
10000
Akrilonitril
200
Xlor
25
Etilen-oksid
50
Tərkibində sian
olan hidrogen
20
Tərkibində ftor
olan hidrogen
50
Tərkibində sulfid
olan hidrogen
50
Kükürd dioksid
250
Kükürd trioksid
75
Alkillər
50
Fosgen
0.75
Metilizosianat
0.15
Cədvəl 2
Təhlükəli
maddələrin növləri
Təhlükəli
maddənin son hədd miqdarı (t)
Tez alovlanan qazlar
200
Əmtəə-xammal
anbarlarında və bazarlarında olan alışan mayelər
50000
Texnoloji prosesdə
istifadə edilən və ya magistral boru kəmərləri ilə
nəql olunan alışan maddələr
200
Zəhərləyici
maddələr
200
Yüksək zəhərləyici
maddələr
20
Oksidləşən
maddələr
200
Partlayıcı maddələr
50
Radioaktiv maddələr
və vasitələr
50
Ətraf təbii
mühit üçün təhlükə törədən
maddələr
200
Qeyd 1. Cədvəl
1-də göstərilməyən təhlükəli maddələr
üçün Cədvəl 2 tətbiq edilir.
Qeyd 2. Əgər təhlükə
potensiallı obyektlər arasında məsafə 500 metrdən
azdırsa, təhlükəli maddənin cəmi miqdarı nəzərə
alınır.
Qeyd 3. Əgər eyni
kateqoriyadan olan təhlükəli maddələrin bir neçə
növü istifadə olunursa, onda onların hüdud
miqdarı cəmi aşağıdakı kimi təyin olunur:
burada: m (i) - tətbiq olunan maddənin
miqdarı;
M (i) - 1-dən n-ə qədər
bütün i üçün olan maddənin hədd
miqdarıdır.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri,
2 noyabr 1999-cu il
¹ 733-IQ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, ¹ 2.-
S.477-486.