Kütləvi
informasiya vasitələri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında kütləvi
informasiyanın axtarılması, əldə edilməsi,
hazırlanması, ötürülməsi, istehsalı və
yayımının ümumi qaydalarını, habelə mətbuatın,
informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının
vətəndaşların tam, doğru-dürüst və
operativ informasiya almaq hüququnun həyata keçirilməsinə
yönəldilmiş fəaliyyətinin təşkilati,
hüquqi və iqtisadi əsaslarını müəyyən
edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Kütləvi informasiya azadlığı
Azərbaycan Respublikasında kütləvi informasiya
azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların
qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq,
ötürmək, istehsal etmək və yaymaq hüququna
dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Kütləvi informasiya vasitələrinin təsis
olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə
olunması, kütləvi informasiyanın axtarılması, əldə
edilməsi, hazırlanması, ötürülməsi,
istehsalı və yayımı Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələri
haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan
başqa, məhdudlaşdırıla bilməz.
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində
təsis olunmuş bütün kütləvi informasiya vasitələrinə
həmçinin onun hüdudlarından kənarda yaradılan
kütləvi informasiya vasitələri məhsullarının
yalnız Azərbaycan Respublikasının ərazisində
yayılan hissəsinə şamil edilir.
Maddə 3. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
kütləvi informasiya - axtarılması, əldə
olunması, hazırlanması, ötürülməsi,
istehsalı və yayımı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan,
ümumi istifadə üçün nəzərdə
tutulmuş mətbu, audio, audiovizual xəbər və digər
məlumatlar;
kütləvi informasiya vasitələri - dövri mətbu
nəşrlər, teleradio proqramları, informasiya agentlikləri,
internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər
yayım formaları;[2]
teleradio və kinoxronika proqramları - daimi adı,
nömrəsi olan və ildə azı bir dəfə efirə
buraxılan audio, audiovizual xəbər və materialların
(verilişlərin) məcmusu; [3]
dövri mətbu nəşrlər - çap prosesinin
və ya hər hansı surətçıxaran texnikanın
vasitəsilə hazırlanmış, birdəfəlik
tirajı 100 nüsxədən çox, daimi adı və cari
nömrəsi olan, ildə azı on iki dəfə
çıxan qəzetlər və ildə azı iki dəfə
çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər;
[4]
kütləvi informasiya vasitəsinin məhsulu - mətbu
nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi,
teleradio, kinoxronika proqramlarının ayrıca
buraxılışı, proqramın audio və ya
vidioyazısının tirajı, yaxud tirajının bir hissəsi;
kütləvi informasiya vasitəsi məhsulunun
yayılması - dövri mətbu nəşrlərin, teleradio
proqramların, audio və ya videoyazılarının
satılması və ya paylanması, teleradio proqramların
yayımı, kinoxronika proqramlarının nümayişi;
ixtisaslaşmış kütləvi informasiya vasitələri
- istehsalı (yayımı) üçün bu Qanunla
xüsusi qaydalar müəyyən edilmiş kütləvi
informasiya vasitələri;
kütləvi informasiya vasitəsinin redaksiyası -
kütləvi informasiya vasitəsinin istehsalını və
yayımını həyata keçirən təşkilat,
müəssisə, idarə və ya vətəndaş, yaxud vətəndaşlar
birliyi;[5]
məsul redaktor - mətbu nəşrə rəhbərlik
edən baş redaktor (redaktor), yaxud onu əvəz edən
şəxs; teleradio təşkilatında verilişlərin
(proqramların) yayımına icazə verən şəxs;
naşir - mətbu nəşrin məhsulunun
istehsalını maddi-texniki cəhətdən təmin edən
nəşriyyat, digər müəssisə (sahibkar), naşirə
bərabər tutulan və əsas gəlir mənbəyi bu fəaliyyət
növü olmayan fiziki və ya hüquqi şəxs;
yayıcı - redaksiya və ya naşirlə
müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla
kütləvi informasiya vasitəsi məhsullarının
yayılmasını həyata keçirən fiziki və ya
hüquqi şəxs;
pornoqrafik materiallar - əsas məzmunu seksual münasibətlərin
anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz
təsviri olan bədii, foto, rəsm əsərləri,
informasiyalar və digər materiallar;
oxşar ad - əvvəllər uçota
alınmış mətbu nəşrin adının digər
təsisçi tərəfindən xarici dilə tərcüməsi
və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi
ilə fərqlənən, həmçinin simvolun və ya
simvolu ifadə edən sözün əlavə edilməsinə
baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil
edən adlar.[6]
Maddə 4. Kütləvi informasiya vasitələrinin
istehsalı və yayımının əsas prinsipləri
Kütləvi informasiya vasitələrinin
redaksiyaları öz fəaliyyətlərində obyektivliyə,
informasiyanın şəraitə uyğun mükəmməlliyinə,
peşəkarlığa, hər kəsin
doğru-dürüst informasiya almaq, fikir və söz
azadlığı hüququna, vətəndaşların şəxsi
həyatına hörmətə, peşə etikasına əməl
edilməsinə, pornoqrafik materialların istehsalı və
yayımının yolverilməzliyinə əsaslanmalıdırlar.[7]
Maddə 5. Kütləvi informasiya vasitələri
haqqında Azərbaycan Respublikasının qanunvericiliyin [8]
Kütləvi informasiya
vasitələri haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, “Televiziya və radio
yayımı haqqında”, “Məlumat azadlığı
haqqında”, “İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında”, “Vətəndaşların
müraciətlərinə baxılma qaydası haqqında”,
"Rabitə haqqında", "Dövlət sirri
haqqında", "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında" Azərbaycan Respublikası
qanunlarından, habelə digər müvafiq qanunvericilik
aktlarından ibarətdir.[9]
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrlə bu Qanun arasında ziddiyyət
yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq
edilir.
Maddə 6. Kütləvi informasiya vasitələrinin
dili
Azərbaycan Respublikasının ərazisində
kütləvi informasiya vasitələri dövlət dilindən
istifadə edirlər. Kütləvi informasiya vasitələrində
dövlət dili normalarına riayət edilməlidir. [10]
Azərbaycan Respublikası vətəndaşlarının
kütləvi informasiyanın istehsalı və
yayımında Azərbaycan Respublikası əhalisinin
danışdığı başqa dillərdən, habelə
dünyada geniş yayılmış digər dillərdən
istifadə etmək hüququ vardır. [11]
Maddə 6-1. Kütləvi informasiya vasitələrinin
maliyyələşdirilməsi [12]
Kütləvi informasiya vasitələri qanunla
qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən
vəsaitlər hesabına maliyyələşdirilə bilər.
II fəsil
Kütləvİ İnformasİya
azadlığının əsasları
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində
dövlət senzurasına, habelə bu məqsədlə
xüsusi dövlət orqanlarının və ya vəzifələrin
yaradılmasına və maliyyələşdirilməsinə
yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi
olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin,
idarə, müəssisə və təşkilatların,
ictimai birliklərin, vəzifəli şəxslərin, habelə
siyasi partiyaların kütləvi informasiya vasitələrində
yayılan məlumat və materialların qabaqcadan onlarla
razılaşdırılmasını tələb etmək və
ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
olaraq kütləvi informasiya vasitələrinin məlumat və
materialları hərbi senzuradan keçirilə, habelə hərbi
vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə)
kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət
rejimi tətbiq edilə bilər.[13]
Fövqəladə və hərbi vəziyyətin
qüvvədə olduğu müddət ərzində şərtləri
və bu şərtlərin həyata keçirilməsi
qaydası göstərilməklə kütləvi informasiya
vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla
bilər. [14]
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması zonasında kütləvi informasiya vasitələri
işçilərinin fəaliyyəti əməliyyat aparan
orqan tərəfindən müəyyən edilir. [15]
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat
barədə ictimaiyyətə məlumatlar əməliyyat
aparan orqanın müəyyən etdiyi formada və həcmdə
verilir.
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat
almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki
iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət
orqanlarının, bələdiyyələrin, idarə, müəssisə
və təşkilatların, ictimai birliklərin, siyasi
partiyaların, vəzifəli şəxslərin fəaliyyəti
barədə operativ və doğru-dürüst məlumatlar
almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan
Respublikasının qanunvericiliyində göstərilən
hallardan başqa, məhdudlaşdırıla bilməz.
Dövlət orqanları, bələdiyyələr,
idarə, müəssisə və təşkilatlar, ictimai
birliklər, siyasi partiyalar, vəzifəli şəxslər
öz fəaliyyətləri haqqında məlumatı kütləvi
informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat
konfransları keçirmək yolu ilə, yaxud başqa
formalarda verirlər.
İnformasiya almaq üçün sorğu
yazılı və şifahi ola bilər. Tələb olunan
informasiyanı adları çəkilən orqan, təşkilat
və ictimai birliklərin rəhbərləri, onların
müavinləri, mətbuat xidmətinin işçiləri,
yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə
yazılı sorğuya Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada və müddətdə baxılır. Qanunda göstərilən
müddətdə həmin məlumat öz operativliyini itirərsə,
sorğuya dərhal, bu mümkün olmadıqda isə 24
saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi
məlumatı verməkdən imtina edən dövlət
orqanlarından, bələdiyyələrdən, idarə,
müəssisə və təşkilatlardan, ictimai birliklərdən,
siyasi partiyalardan və ya vəzifəli şəxslərdən
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
şəkildə şikayət etmək hüququna malikdir.
Maddə 9. Antiinhisar tədbirlər
Dövlət kütləvi
informasiya vasitələrinin iqtisadi müstəqilliyinə təminat
verir, kütləvi informasiya vasitələri məhsullarının
istehsalı və yayımı sahəsində
inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin
qarşısını almaq üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun tədbirlər
görür.
Maddə 10. Kütləvi
informasiya azadlığından sui-istifadənin yolverilməzliyi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
qorunan sirləri, habelə yayılması qadağan edilən
digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət
quruluşunu zorakılıqla çevirmək, dövlətin
bütövlüyünə qəsd etmək, müharibəni,
zorakılığı və qəddarlığı, milli,
irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ
etmək, mötəbər mənbə adı altında vətəndaşların
şərəf və ləyaqətini alçaldan şayiələr,
yalan və qərəzli yazılar, pornoqrafik materiallar
çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər
törətmək məqsədi ilə kütləvi
informasiya vasitələrindən istifadə olunmasına yol
verilmir.[16]
Uşaqlar arasında dövriyyəsi qadağan edilən
və ya məhdudlaşdırılan informasiyanın
istehsalçısı və yayıcısı
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
riayət etməyə borcludur.[17]
(Çıxarılıb)[18]
Maddə 10-1. Gizli lent yazıları [19]
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən
istifadə etməyə və ya hazırlanmış məlumat
və materialları yaymağa yalnız
aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə
yazılı razılığı varsa, habelə kənar
şəxsin Azərbaycan Respublikasının Konstitusiyası
ilə müəyyən edilmiş hüquq və
azadlıqlarının qorunması üçün zəruri
tədbirlər görülmüşdürsə.
2) məhkəmənin qərarı ilə
nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio-video
yazılardan, kino-foto çəkilişindən istifadə
olunması və onun yayılması Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun şəkildə
məsuliyyətə səbəb olur.
Maddə 11. İnformasiyanın yayılmasına,
informasiya mənbəyinin açıqlanmasına yol verilməyən
xüsusi hallar [20]
Kütləvi informasiya vasitəsi redaksiyasının
və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərt ilə verdiyi məlumatı
yayılan xəbər və materiallarda
açıqlamasına;
2) adının bildirilməməsi şərtilə məlumat
vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının, müstəntiqin,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun və ya məhkəmənin icazəsi
olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını
yaymasına;
3-1) Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib
edilən və “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş
informasiya hesab edilən cinayət təqibi üzrə icraat
materiallarının surətlərini olduğu kimi
yaymasına;[21]
4) yetkinlik yaşına çatmayan şübhəli,
təqsirləndirilən və ya zərər çəkmiş
şəxslərin şəxsiyyəti barədə hər
hansı məlumatların həmin şəxslərin və
onların qanuni nümayəndələrinin
razılığı olmadan yaymasına;[22]
5) “Dini ekstremizmə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində
nəzərdə tutulmuş məlumatların
yayılmasına yol verilmir.[23]
Kütləvi informasiya vasitəsinin məlumatın dərc
olunmasına (efirə verilməsinə) məsul redaktoru və
(və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında
olan işlə əlaqədar qanunla müəyyən
edilmiş hallardan başqa, informasiya mənbəyini
açıqlamağa məcbur edilə bilməz. Bu halda
müəllif açıqlanmayan təsvirə, məqaləyə,
şəkilə və ya karikaturaya görə məsuliyyət
buraxılışa məsul redaktorun yaxud jurnalistin üzərinə
düşür.
Redaktor və ya jurnalist aşağıdakı hallarda
məhkəmə tərəfindən öz mənbəyini
açıqlamağa məcbur edilə bilər:
1) insan həyatının müdafiəsi
üçün;
2) ağır cinayətin qarşısını almaq
məqsədi ilə;
3) ağır cinayət törətməkdə ittiham
olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi
üçün.
Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri
jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.
Maddə 12. Müəlliflik hüququ və əlaqəli
hüquqlarının obyektlərindən və oxucu məktublarından
istifadə edilməsi
Müəlliflik
hüququ və əlaqəli hüquqların obyektlərindən
kütləvi informasiya vasitələrinin istifadəsinə
"Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl etməklə yol verilir.
Oxucu (dinləyici, tamaşaçı) məktubları
dərc edilərkən (efirə verilərkən) onların məzmununu
təhrif etməyən ixtisara və redaktəyə yol verilir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa
redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına
cavab verməyə məcbur deyildir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan
başqa kütləvi informasiya vasitəsinin redaksiyası
imtina etdiyi materiala dərc etməyə (efirə verməyə)
məcbur edilə bilməz.
Maddə 13. Reklamın yayılması
Kütləvi informasiya vasitələrində reklam
"Reklam haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq hazırlanır və yayılır.
(Çıxarılıb)[24]
III fəsil
Kütləvİ İnformasİya vasİtələrİnİn
təşkİlİnİn hüquqİ əsasları
Maddə 14. Kütləvi informasiya vasitəsinin təsis
edilməsi [25]
Mətbu nəşrlərin təsis edilməsi
üçün dövlət orqanlarından icazə tələb
olunmur.
Mətbu nəşr təsis etmək istəyən
hüquqi və ya fiziki şəxs nəşrin
çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti
orqanına rəsmi müraciət etməyə borcludur.
Müraciətdə aşağıdakılar göstərilməlidir:
mətbu nəşrin adı, məqsədi,
dövriliyi, hüquqi ünvanı;
mətbu nəşrin təsisçisinin, varsa
redaktorunun (baş redaktorunun) adı, soyadı;
mətbu nəşrin təsisçisi yaxud
redaksiyası hüquqi şəxsdirsə, qeydiyyatdan
keçirilmiş nizamnaməsi.
Dini mətbu nəşrlərin təsis edilməsi ilə
bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi
sənədlərə əlavə olunur.[26]
Mətbu nəşrin təsisçisi müvafiq icra
hakimiyyəti orqanına rəsmi müraciət etmədən
yayıldıqda yaxud müraciətdə göstərilən
məlumatların doğru olmadığı aşkarlandıqda
müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə
xitam verilməsi barədə müvafiq məhkəmə
qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrini dövlət
orqanları, bələdiyyələr, siyasi partiyalar
(yalnız mətbu nəşrlər üçün), ictimai birliklər,
idarə, müəssisə və təşkilatlar, Azərbaycan
Respublikası ərazisində daimi yaşayan vətəndaşlar
təklikdə və ya başqaları ilə birlikdə təsis
etmək hüququna malikdirlər.
Kütləvi informasiya vasitəsinin adında dövlət
təşkilatlarının, beynəlxalq qurumların, idarə
və müəssisələrin, yerli özünüidarəetmə
orqanlarının adından istifadə olunmasına həmin
qurumların razılığı ilə yol verilir. Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarını
özündə əks etdirən (yaxın qohumlarının
və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl
təsis edilmiş digər mətbu nəşrlə eyni və
ya oxşar ada malik olan mətbu nəşrlərin təsis
edilməsinə yol verilmir.[27]
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikası ərazisində kütləvi
informasiya vasitəsi təsis etməsi Azərbaycan
Respublikasının bağladığı dövlətlərarası
müqavilə ilə tənzimlənir (xarici dövlətin
hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə
kapitalının və ya səhmlərinin 30 faizindən
çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə
və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin
1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi
şəxsi və ya vətəndaşı olan hüquqi
şəxslər başa düşülür).
Bu maddənin beşinci hissəsində və bu Qanunun
21-ci maddəsində göstərilən, habelə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulan digər hallardan başqa xarici ölkələrin
dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin
kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə
yol verilmir.
Həmçinin:
məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü ilə azadlıqdan məhrum etmə yerlərində
cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi
məhkəmə tərəfindən təsdiq edilən şəxslər;
dövlət qeydiyyatından keçməyən yaxud
fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və
siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə
bilməzlər.
Teleradio
yayımçısının təsis edilməsi qaydaları
müvafiq qanunvericiliklə müəyyən edilir.[28]
Maddə
15.(Çıxarılıb) [29]
Maddə 16. İnformasiya agentliyi
Kütləvi informasiya vasitəsi redaksiyasının,
naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən
statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə
də şamil edilir.
İnformasiya agentliklərinin xəbər və
materialları kütləvi informasiya vasitələrində və
digər kütləvi informasiya agentliklərində
yayılarkən mütləq həmin informasiya agentliyinə
istinad edilməlidir. [30]
Maddə 17. Təsisçinin statusu
Təsisçi (həmtəsisçi) kütləvi
informasiya vasitəsi redaksiyasının nizamnaməsini təsdiq
edir, redaksiya ilə (redaktorla, baş redaktorla) müqavilə
bağlayır, kütləvi informasiya vasitəsinin istehsal və
yayım istiqamətlərini müəyyənləşdirir,
onun maliyyə, avadanlıq və texniki təchizat məsələlərini
həll edir.
Təsisçi kütləvi informasiya vasitəsində
çıxış etmək, bəyanat vermək, digər rəsmi
məlumatlar dərc etdirmək hüququna malikdir. Təsisçinin
çıxış və bəyanatının maksimum həcmi
redaksiyanın qeydiyyatdan keçirilmiş nizamnaməsində,
yaxud təsisçi ilə baş redaktor (redaktor) arasında
bağlanmış müqavilədə müəyyənləşdirilə
bilər. Həmin çıxış, bəyanat və rəsmi
məlumatlarla bağlı şikayət və iddialara görə
təsisçi özü məsuliyyət daşıyır.
Təsisçi (idarə, müəssisə, təşkilat,
dövlət orqanları, bələdiyyələr, siyasi
partiyalar, ictimai birliklər) ləğv olunarsa, əgər
qeydiyyatdan keçirilmiş nizamnamədə başqa hal nəzərdə
tutulmayıbsa, redaksiya kollektivi eyni adlı kütləvi
informasiya vasitəsi təsis etməkdə üstün
hüquqa malikdir. [31]
Təsisçi bu Qanunda, nizamnamədə və
redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış
müqavilədə göstərilən hallar istisna olmaqla,
kütləvi informasiya vasitəsinin istehsalına və ya
yayımına müdaxilə etmir.
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri
birgə təsisçi kimi fəaliyyət göstərirlər.
Maddə 18. Naşirin
statusu
Naşir öz hüquqlarını bu Qanun, habelə
Azərbaycan Respublikasının müəssisələr və
sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında
həyata keçirir və həmin qanunvericiliyə uyğun
şəkildə vəzifələr daşıyır.
Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin
təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının
mülkiyyətçisi ola bilər.
Maddə 19. Kütləvi informasiya vasitəsinin
istehsalının və yayımının
dayandırılması və ya ona xitam verilməsi
Kütləvi informasiya vasitəsinin istehsalı və
yayımı yalnız təsisçinin, məhkəmənin
və ya “Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda teleradio yayımı sahəsində müvafiq dövlət
orqanının qərarı ilə müvəqqəti dayandırıla,
yaxud ona xitam verilə bilər.[32]
Kütləvi informasiya vasitəsi təsis olunduqdan
sonra bir il ərzində fəaliyyət göstərmirsə,
müvafiq icra hakimiyyəti orqanı onun istehsalı və
yayımına məhkəməyə müraciət etmədən
xitam verə bilər. Həmçinin bu Qanunun 43-cü maddəsinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı teleradio təşkilatının
fəaliyyətini müvəqqəti dayandırmaq hüququna
malikdir.
Kütləvi informasiya vasitəsinin istehsalına və
yayımına təsisçi tərəfindən xitam
verildikdə, eyni adlı kütləvi informasiya vasitəsi təsis
etməkdə kütləvi informasiya vasitəsinin
başçısı, yaxud jurnalist kollektivi üstün
hüquqa malikdir.
Təsisçinin kütləvi informasiya vasitəsinin
istehsalını və yayımını yalnız redaksiya
nizamnaməsində, yaxud təsisçi ilə redaksiya (redaktor,
baş redaktor) arasında bağlanmış müqavilədə
nəzərdə tutulan hallarda dayandırmaq və ya ona xitam
vermək hüququ var.
Fəaliyyətin müvəqqəti
dayandırılmasına səbəb olmuş hallar aradan
qaldırıldıqda, kütləvi informasiya vasitəsinin nəşri
(efirə buraxılması) bərpa edilir.
Məhkəmə şikayət ərizəsi ilə əlaqədar
apardığı araşdırmadan sonra işin vəziyyətindən
asılı olaraq aşağıdakı tədbirlərdən
birini və ya bir neçәsini seçə, yaxud kütləvi
informasiya vasitəsinin şikayətə səbəb olmuş
fəaliyyətinə bəraət qazandıra bilər;
1) məhkəmə təkzib, düzəliş və
ya cavab verilməsi barədə qətnamə
çıxarır;
2) kütləvi informasiya vasitəsinin
istehsalını və yayımını iki ayadək müvəqqəti
dayandırır;
3) cərimə sanksiyası tətbiq edir;
4) kütləvi informasiya vasitəsinin istehsalına və
yayımına xitam verir.
Kütləvi informasiya vasitəsinin şikayətə
səbəb olmuş fəaliyyətinə bəraət
qazandırmaq üçün:
a) informasiyanın ictimai maraqları qoruduğu;
b) məhkəmədə aşkar olunan digər səbəblər
əsas ola bilər.
Bu maddənin altıncı hissəsinin 1-ci, 2-ci və
4-cü bəndləri tətbiq edilərkən:
1) informasiyanın qərəzli
olub-olmadığı, yəni bilərəkdən, yaxud səhlənkarlıq
üzündən yayımlandığı;
2) məhkəmədə aşkar olunan digər səbəblər
əsas ola bilər.
Kütləvi informasiya vasitələrinə bu maddənin
altıncı hissəsinin 3-cü bəndi tətbiq olunarkən
informasiyanın yayılması nəticəsində fiziki və
ya hüquqi şəxsə dəymiş mənəvi, habelə
maddi zərər Azərbaycan Respublikası mülki
qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən
müəyyənləşdirilir. Lakin, müəyyənləşdirilmiş
maddi və mənəvi zərərin son həddi kütləvi
informasiya vasitəsinin üç aylıq orta maliyyə xərclərindən
çox ola bilməz. [33]
Müvafiq icra hakimiyyəti orqanı: [34]
1) əcnəbi və ya ali təhsili olmayan şəxs
mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə
təyin edildikdə;
2) kütləvi informasiya azadlığından və
jurnalist hüququndan sui-istifadə etməyə görə
inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törətdikdə
mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə
dayandırılması barədə məhkəmə
qarşısında iddia qaldırır.[35]
Müvafiq icra hakimiyyəti orqanı:
1) dövri mətbu nəşr bu Qanunun 3-cü maddəsinin
beşinci abzasının tələblərini yerinə yetirmədikdə;
2) dövlətin bütövlüyünə, ölkənin
təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə
vuran çağırışlar və ya informasiyalar, habelə
pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);
3) kütləvi informasiya vasitəsinin xarici ölkənin
dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən
qanuna zidd şəkildə maliyyələşdirilməsini
aşkar etmiş qurumların məlumatları daxil olduqda;[36]
4) kütləvi informasiya vasitəsi məhkəmənin
qərarı ilə qərəzli yazılara görə il ərzində
iki dəfə məsuliyyətə cəlb edildikdə onun
istehsalına və yayımına xitam verilməsi barədə
məhkəmə qarşısında iddia qaldırır.[37]
Maddə 19-1. İnternet informasiya ehtiyatına
müraciətin məhdudlaşdırılması Azərbaycan
Respublikasının qanunları ilə yayılması
qadağan edilən informasiyanın yerləşdirildiyi internet
informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.[38]
Maddə 20. Müqavilə bağlanması qaydası
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri
arasında bağlanmış müqavilədə onların
qarşılıqlı hüquqları, vəzifələri,
məsuliyyətləri, həmtəsisçilərin tərkibinin
dəyişdirilməsi qaydası, şərtləri və
hüquqi nəticələri, yarana biləcək mübahisələrin
həlli qaydaları göstərilir.
Təsisçi və redaksiya (redaktor, baş redaktor)
arasında bağlanmış müqavilədə əmlak və
maliyyə münasibətləri, habelə təsisçinin və
redaksiyanın (redaktorun, baş redaktorun) öhdəlikləri
öz əksini tapır.
Həmçinin redaksiya (redaktor, baş redaktor) ilə
naşir, təsisçi və nəşr öz aralarında
digər müqavilələr də bağlaya bilərlər.
Maddə 21. Kütləvi informasiya vasitələrinə
sponsorluq
Kütləvi informasiya vasitələrinin istehsalı
və yayımı Azərbaycan Respublikasının hüquqi
və fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə
bilər. “Reklam haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə reklamı qadağan edilmiş malların
istehsalı və (və ya) satışı ilə məşğul
olan şəxslər sponsor ola bilməzlər.[39]
Teleradio yayımında xəbərlərin
buraxılışı və siyasi informasiya proqramları
sponsorların maliyyə köməyi ilə hazırlana bilməz.
[40]
Xarici ölkələrin hüquqi və fiziki şəxsləri
kütləvi informasiya vasitələrinə qismən (mətbu
nəşrin ayrıca saylarına, yaxud verilişlərə)
sponsorluq edə bilərlər.
Kütləvi informasiya vasitələrinə sponsorluq
aparıcının və jurnalistin müstəqilliyinə təsir
edə bilməz. [41]
Sponsorun maliyyə yardımı ilə
hazırlanmış dövri mətbu nəşrlərdə
bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu
nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə
nişanının, reklamvericinin, sponsorun adının və
loqosunun yerləşdirilməsi reklam hesab olunur.[42]
Sponsor reklamı “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq yayımlanır.[43]
IV fəsil
Mətbu nəşrİn İstehsalının
hüquqİ əsasları
Maddə 22. Mətbu nəşrin redaksiyası
Redaksiya öz fəaliyyətini
peşə müstəqilliyi və nizamnamə əsasında
həyata keçirir. [44]
Redaksiya hüquqi şəxs, dövri mətbu nəşrin
təsisçisi, əmlakının mülkiyyətçisi,
naşiri və yayıcısı ola bilər. [45]
Mətbu nəşrin redaktoru (baş redaktoru) ali təhsilli
və Azərbaycan Respublikası vətəndaşı
olmalıdır. [46]
Maddə 23.(Çıxarılıb)[47]
Maddə 24.(Çıxarılıb)[48]
Maddə 25.(Çıxarılıb)[49]
Maddə 26. Çap məhsullarının yayılma
qaydası
Mətbu nəşrlərin çap məhsulları
bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında
rabitə müəssisələri, başqa təşkilatlar,
habelə vətəndaşlar tərəfindən yayıla
bilər.
Mətbu nəşrlərin çap məhsullarının
yayılması, bundan ötrü haqq alınırsa, kommersiya
sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq
üçün nəzərdə tutulmuş məhsulun üzərində
"Pulsuz" qeydi olur və belə məhsul kommersiya yolu ilə
yayılma predmeti hesab edilmir.
Məhkəmənin qərarı yoxdursa, kütləvi
informasiya vasitəsi məhsulunun yayılmasına mane
olmağa, o cümlədən onun tirajının, yaxud
tirajının bir hissəsinin müsadirə edilməsinə
yol verilmir. [50]
Maddə 27. Çap məhsullarının
yayılmasına qadağa qoyulmasının xüsusi
halları
Dövlətin bütövlüyünə və
ölkənin təhlükəsizliyinə ciddi zərbə
vuran informasiyalar, habelə pornoqrafik materiallar dərc edilən
xarici mətbu nəşrlərin Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə və
yayılmasına məhkəmənin qərarı ilə
qadağa qoyula bilər.
Məhkəmə bu maddənin birinci hissəsinin tələblərinə
zidd olaraq mətbu nəşrin artıq paylanmış məhsulunu
satışdan yığışdırmaq barədə
operativ qərar qəbul edə bilər. [51]
(Çıxarılıb)[52]
Maddə 28. İstinad məlumatı
Mətbu nəşrin hər
buraxılışında bu məlumatlar olmalıdır:
1) nəşrin adı;
2) təsisçi (həmtəsisçi) barədə
məlumat;
3) baş redaktorun (redaktorun) soyadı və adı;
4) sıra sayı və çapdan
çıxdığı tarix, çapa imzalanma vaxtı
(qrafiklə təyin olunmuş və faktiki vaxt);
5) rabitə idarələri vasitəsilə yayılan
nəşrlərin indeksi;
6) tiraj;
7) qiymət (nəşr kommersiya qaydasında
yayılırsa), yaxud "Sərbəst qiymət" və
ya "Pulsuz" qeydləri;
8) redaksiyanın və dövri nəşrin çap
olunduğu mətbəənin ünvanları. [53]
İstinad məlumatının göstərilmədiyi
kütləvi informasiya vasitələri məhsullarının
çapı və yayılması, habelə istinad məlumatlarının
qəsdən yanlış göstərilməsi qadağan
edilir. [54]
Maddə 29. Məcburi nüsxələr
Dövri mətbu nəşrlərin, o cümlədən
dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin
pulsuz məcburi nüsxələri, tirajın ilk
buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən
təsisçiyə, dövlət arxivinə, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet
və jurnalların məcburi nüsxələri), həmçinin
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsində müəyyən edilmiş qaydada
müvafiq kitabxanalara göndərilir.[55]
Maddə 30.(Çıxarılıb)[56]
Maddə 31.(Çıxarılıb) [57]
Maddə 32. Redaksiya materiallarının saxlanması
Mətbu nəşr redaksiyalarının
materialları (əlyazmaları, məktublar, lent
yazıları və s.) bir il müddətində
saxlanılır.
Materialların saxlanma qaydaları mətbu nəşr
redaksiyaları tərəfindən müəyyənləşdirilir.
V fəsil
(Çıxarılıb)[
VI fəsil
İnformasİyaya düzəlİş, təkzİb
və cavab verİlməsİ
Maddə 44. Təkzib, düzəliş və cavab vermək
hüququ
Kütləvi informasiya vasitəsində fiziki və
hüquqi şəxslərin şərəf və ləyaqətini
ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar
verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin
özünün və ya nümayəndəsinin, hüquqi
şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli
nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində
bir ay müddətində cavab vermək, həqiqətə
uyğun olmayan məlumatın təkzib olunmasını,
düzəliş verilməsini, habelə üzr istənilməsini
tələb etmək, yaxud birbaşa məhkəməyə
müraciət etmək hüququ vardır.[59]
Şikayətçi müraciət edərkən,
yaxud məhkəmə qərar çıxararkən kütləvi
informasiya vasitəsi müvəqqəti olaraq
dayandırılmışsa və ya onun istehsalına
(yayımına) xitam verilmişsə təkzib, cavab və ya
düzəliş cavabdehin vəsaiti hesabına
iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən
birində dərc oluna (efirə verilə) bilər.
Kütləvi informasiya vasitəsində cinayət
işləri üzrə ibtidai araşdırmanın mahiyyəti
və nəticələri barədə həqiqətə
uyğun olmayan və ya təhrif edilmiş məlumatlar
verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən və ya ibtidai araşdırmanı aparan orqan
məlumatın təkzib olunması və ya düzəliş
verilməsi tələbi ilə müraciət etmək
hüququna malikdir.[60]
Maddə 45. Təkzib, cavab və düzəliş
verilməsi qaydası
Təkzibdə hansı məlumatın həqiqətə
uyğun olmadığı, həmin kütləvi informasiya
vasitəsində nə vaxt və necə dərc olunduğu
göstərilir. Dövri mətbu nəşrdə təkzib
bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə
həmin şriftlə yığılır və "Təkzib"
başlığı aktında dərc olunur. Gündəlik və
həftəlik yayılan mətbu nəşrlər təkzib,
cavab və ya düzəliş haqqında tələbin daxil
olduğu gündən sonrakı nömrədə, digər
dövri nəşrlər isə hazırlanan və ya
yaxın günlər üçün planlaşdırılan
buraxılışda təkzibi, cavabı və ya düzəlişi
dərc etməlidirlər.
Təkzib, cavab və ya düzəliş radio və
televiziya ilə, tələbin alındığı gündən
sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi
etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə,
hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli
nümayəndəsinə efirdə (ekranda) cavabla
çıxış etmək imkanı verilə bilər. [61]
Təkzib və ya cavab mətnində heç bir dəyişiklik
edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib
edilən və ya cavab verilən məlumatın həcmindən
iki dəfədən çox olmamalıdır.
Cavab dərc olunan (efirə gələn)
buraxılışda həmin cavabı şərh etməyə
və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi
informasiya vasitəsinin sonrakı buraxılışlarında
yerləşdirilə bilər.
Təkzib, cavab və ya düzəliş rədd
edildikdə bu barədə tələb etmiş şəxsə
3 gün müddətində əsaslandırılmış məlumat
verilməlidir.
Təkzibdən imtina üçün
aşağıdakılar əsas ola bilər:
məhkəmənin qanuni qüvvəyə minmiş qərarına
ziddirsə;
imzasızdırsa;
həmin məlumat və ya material barədə
kütləvi informasiya vasitəsində artıq təkzib
getmişdirsə;
təkzib və ya cavabın mətni təkzib edilən
və ya cavab verilən məlumatın həcmindən iki dəfədən
çoxdursa;
məlumatın və ya materialın kütləvi
informasiya vasitəsində yayılmasından bir aydan çox
müddət keçmişdirsə (vətəndaşın rəsmi
sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət
və ezamiyyə müddətləri istisna olmaqla). [62]
Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla təkzib olunur.[63]
VII fəsil
Jurnalİstİn STATUSU və akkredİtəsİ [64]
Maddə 46.(Çıxarılıb)[65]
Maddə 47. (Çıxarılıb) [66]
Maddə 48. (Çıxarılıb) [67]
Maddə 49. Jurnalist statusu
Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu
aşağıdakılara şamil edilir;
1) kütləvi informasiya vasitəsinin məlumat
toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul
olan ştatlı müxbirlərinə;[68]
2) kütləvi informasiya vasitəsinin məlumat
toplanması, hazırlanması və redaktəsi ilə
bağlı tapşırıqlarını müntəzəm
yerinə yetirən ştatdankənar müxbirlərinə.[69]
Maddə 50. Jurnalistin akkreditəsi (qeydə
alınması)
Kütləvi informasiya vasitələri dövlət
orqanlarının idarə, müəssisə və təşkilatların,
ictimai birliklərin, razılığı ilə və müəyyən
etdikləri akkreditə qaydalarına əməl etməklə
onların nəzdində öz jurnalistlərini akkretiditə
etdirə bilərlər.
Həmin orqanlar akkreditə olunmuş jurnalistə,
qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə
və başqa tədbirlər barədə qabaqcadan məlumat
verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə
tanış olması üçün şərait
yaradırlar.
Jurnalist və ya redaksiya tərəfindən akkreditə
qaydaları pozulmuşdursa, yaxud, akkreditə etmiş təşkilatın
şərəf və ləyaqətini ləkələyən,
yaxud təhrif olunmuş və ya həqiqətə uyğun
olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin
qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq
olunmuşdursa həmin təşkilat jurnalisti akkreditədən
məhrum edə bilər.[70]
Kütləvi informasiya vasitələri
redaksiyalarının xüsusi müxbirlərinin akrreditəsi
də bu maddənin tələblərinə müvafiq olaraq həyata
keçirilir.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə
jurnalistlərin akkreditə olunmasının xüsusi
qaydası və onların iş rejimi fövqəladə vəziyyət
rejiminin tətbiq edildiyi ərazinin komendantı tərəfindən
müəyyənləşdirilir.[71]
VIII fəsil
Kütləvİ İnformasİya sahəsİndə
beynəlxalq əməkdaşlıq
Maddə 51. Beynəlxalq əməkdaşlıq
Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının kütləvi
informasiya vasitələri, peşəkar jurnalist təşkilatları
əcnəbilər və xarici təşkilatlarla beynəlxalq
əməkdaşlıqda iştirak edə və bu məqsədlə
sazişlər bağlaya bilərlər.
Maddə 52. Xarici mənbələrdən alınan
informasiyanın yayılması
Azərbaycan Respublikası vətəndaşlarının
xarici mənbələrdən, o cümlədən kütləvi
informasiya vasitələrindən birbaşa məlumat əldə
etmək hüququ var.
Bilavasitə televiziya proqramlarının qəbul
olunmasının məhdudlaşdırılmasına Azərbaycan
Respublikasının bağladığı dövlətlərarası
müqavilələrdə nəzərdə tutulmuş hallarda
yol verilir.
Təsisçi və ya redaksiyasının daimi yeri Azərbaycan
Respublikasının hüdudlarından kənarda olan xarici
dövri mətbu nəşrin yayılma qaydası Azərbaycan
Respublikasının bağladığı dövlətlərarası
müqavilədə müəyyən edilməmişdirsə,
onun yayılması üçün müvafiq icra hakimiyyəti
orqanının razılığı tələb olunur.
Maddə 53. Xarici kütləvi informasiya vasitələri
nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində
fəaliyyəti
Azərbaycan Respublikasında akkreditə olunmuş
xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin
digər nümayəndələrinin hüquqi statusu və
peşə fəaliyyəti Azərbaycan Respublikasının
qanunvericiliyi və müvafiq dövlətlərarası
müqavilələrlə tənzim edilir.
Azərbaycan Respublikasında xarici kütləvi
informasiya vasitələrinin nümayəndəlikləri,
dövlətlərarası müqavilələrdə ayrı
qayda müəyyənləşdirilməmişdirsə,
müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə açılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında
akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata
keçirilir.
Azərbaycan Respublikasında akkreditə olunmuş
xarici müxbirlərə jurnalistin bu Qanunla müəyyən
edilmiş statusu şamil edilir.
Azərbaycan Respublikasında müəyyən
edilmiş qaydada akkreditə olunmamış əcnəbi
müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə
şamil edilən hüquqlardan istifadə edir və vəzifələr
daşıyırlar.
Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin
müxbirlərinin peşə fəaliyyətini həyata
keçirmək üçün öz ərazisində
xüsusi məhdudiyyətlər qoymuş dövlətin
kütləvi informasiya vasitəsi müxbirlərinə
münasibətdə cavab olaraq eyni məhdudiyyətlər
qoyula bilər.
IX fəsil
(Çıxarılıb)[72]
X fəsil
Bu qanunun pozulmasına görə məsulİyyət
Maddə 58.(Çıxarılıb)[73]
Maddə 59. Kütləvi
informasiya azadlığının və jurnalist
hüquqlarının pozulmasına görə məsuliyyət
Kütləvi informasiya vasitələrinin təsisçilərinin,
naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının),
yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə
vətəndaşlar, dövlət orqanları, bələdiyyələr,
idarə, müəssisə və təşkilatlar, siyasi
partiyalar, habelə ictimai birliklər və ya vəzifəli
şəxslər tərəfindən hər hansı
müdaxilə, o cümlədən:
senzura tətbiq etmək;
peşə müstəqilliyini pozmaq;
(çıxarılıb)[74]
tirajı və ya onun bir hissəsini qeyri-qanuni
müsadirə etmək, yaxud məhv etmək;
jurnalisti informasiyanı yaymağa və ya
informasiyanı çap etdirməkdən (efirə verməkdən)
imtinaya məcbur etmək;[75]
jurnalistə informasiya verilməsi üzərinə,
qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər
qoymaq və ya informasiya verməkdən imtina etmək;
jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş
müddətdə cavab verməmək;[76]
habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş
digər hüquqlarını pozmaq Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
mülki, inzibati, cinayət və digər məsuliyyətlə
səbəb ola bilər.
Maddə 60. Kütləvi informasiya
azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə
görə məsuliyyət
Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul
redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən məlumatları
açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə
çap olunan materialların bu Qanunun tələblərinə
uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan başqa
informasiyanı onun mənbəyini göstərmədən
yaydıqda;
4) vətəndaşların şəxsi həyatına
qəsd etdikdə;
5) pornoqrafik materialları dərc etdikdə və ya
efirə verdikdə, o cümlədən “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərini pozduqda Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
mülki, inzibati, cinayət və digər məsuliyyət
daşıyırlar. [77]
Əməliyyat-axtarış tədbirləri
keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri
olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya
vasitələrinin nümayəndələri və başqa
şəxslər tərəfindən izlənilməsi, video və
foto çəkilişinə, səs yazısına və digər
bu cür hərəkətlərə məruz qalması
qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə
səbəb olur.[78]
Maddə 61. Kütləvi informasiya vasitələri
haqqında qanunun digər pozulma hallarına görə məsuliyyət
Kütləvi informasiya vasitələri haqqında
Qanunun müddəaları aşağıdakı hallarda
pozularsa:
1) təkzib, düzəliş və cavabdan əsassız
olaraq imtina edildikdə, məhkəmənin qanuni qüvvəyə
minmiş qərar və qətnaməsinə əməl etmədikdə
- redaksiya (məsul redaktor);
2) bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və 28-ci maddələrinin
tələbləri yerinə yetirilmədikdə - təsisçi,
redaksiya, naşir və yayıcı;
3) çap məhsulunun qanuni əsaslarla
yayılmasına mane olduqda, dövri mətbu nəşrin
tirajının pərakəndə satışına
qeyri-qanuni məhdudiyyətlər qoyulduqda - vəzifəli
şəxslər;[79]
4) xarici ölkələrin dövlət
orqanlarının, hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində istehsal olunan
(yayımlanan) kütləvi informasiya vasitələrini qanuna
zidd şəkildə maliyyələşdirmələrinə
yol verdiklərinə görə - təsisçi və
baş redaktor (redaktor);
5) istehsalın və yayımın
dayandırılması və ya ona xitam verilməsi barədə
məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat
kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni
hazırladıqda və yaydıqda - naşir, yayıcı və
redaksiya (redaktor, baş redaktor) Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
mülki, inzibati, cinayət və digər məsuliyyət
daşıyırlar.[80]
Maddə 62. Məsuliyyətdən azad edilmə
halları
Kütləvi informasiya vasitəsində
yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların
mətbuat xidmətləri tərəfindən
yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə,
müəssisə, təşkilat, siyasi partiya və ictimai
birliklərin mətbuat xidmətlərindən
alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən
götürülmüş və təkzib
olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət
orqanlarının, bələdiyyələrin, idarə,
müәssisә, təşkilat və ictimai birliklərin
nümayəndələrinin, habelə siyasi xidmətlərin
və vəzifəli şəxslərin rəsmi
çıxışlarında olduğu kimi təkrar
edilmişdirsə;
5) canlı yayımla efirə gedən
çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna
müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə
getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də
jurnalist buna görə məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 7 dekabr 1999-cu il
¹ 769-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.486-508.