"Texniki təhlükəsizlik
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
onun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti
iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının bu Qanunun tələblərinə
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının prezidentinə məlumat
versin;
həmin Qanunun 16-cı maddəsində nəzərdə
tutulmuş təhlükə potensiallı obyektləri istismar
edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin
icbari sığortası qaydası və şərtlərinə
dair təkliflərini Azərbaycan Respublikası Prezidentinə
təqdim etsin;
həmin Qanunun müddəalarına uyğun olaraq
texniki təhlükəsizlik sahəsində xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət
növləri və onları verən icra hakimiyyəti
orqanları barədə təkliflərini Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 5-ci maddəsində, 7-ci maddəsinin
1-ci, 2-ci və 4-cü hissələrində, 8-ci maddəsinin
2-ci hissəsində, 9-cu maddəsinin onuncu abzasında, 12-ci
maddəsinin 1-ci və 2-ci hissələrində, 13-cü maddəsinin
1-ci hissəsində, 14-cü maddəsinin 4-cü hissəsində,
15-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında,
3-cü və 6-cı hissələrində, 17-ci maddəsini
1-ci və 2-ci hissələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində “Texniki təhlükəsizlik
haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Texniki təhlükəsizlik
haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin
2-ci hissəsində və 3-cü hissəsinin ikinci cümləsində,
7-ci maddəsinin 3-cü hissəsində və 14-cü maddəsinin
6-cı hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir.[1]
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 2 fevral 2000-ci il
¹ 269
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.539-540.