Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin ləğv edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikasında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin funksiyaları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə verilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin əmlakı və onun tabeliyində olan təşkilatlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin. [1]

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

bir ay müddətində Mədəniyyət Nazirliyinin strukturunu yenidən təsdiq etsin;

bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

 

Bakı şəhəri, 3 fevral 2000-ci il

       

 

            ¹ 270

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, ¹ 2.- S.540.