Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini
bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşdırmaq və dövlət maliyyəsinin idarə
edilməsi sistemini təkmilləşdirmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu fərmandan irəli gələn
məsələləri həll etsin.
3. "Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 dekabr
tarixli 525 nömrəli fərmanı qüvvədən
düşmüş hesab edilsin. [1]
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral
tarixli 271 nömrəli Fərmanı ilə təsdİq
edİlmİşdİr.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
(bundan sonra - Nazirlik) Azərbaycan Respublikasında maliyyə
siyasətini həyata keçirən və dövlət maliyyəsinin
idarə olunmasını təşkil edən mərkəzi
icra hakimiyyəti orqanıdır.
1.2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi, Nazirliyin nəzdində Baş Dövlət Xəzinədarlığı
və Dövlət Əyar Palatası, Naxçıvan Muxtar
Respublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikasının şəhər, rayon maliyyə idarə və
şöbələri Azərbaycan Respublikasında dövlət
maliyyəsinin idarə edilməsi sistemini təşkil edir.
1.3. Nazirlik bu Əsasnamə ilə müəyyən
olunmuş vəzifələrə uyğun olaraq
Naxçıvan Muxtar Respublikasının Maliyyə-İqtisadiyyat
Nazirliyinin, Azərbaycan Respublikasının şəhər,
rayon maliyyə idarə və şöbələrinin, həmçinin
tabeliyində olan digər təşkilatların fəaliyyətini
əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik
edir.
1.4. Nazirlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, habelə Azərbaycan
Respublikasının tərəfdar olduğu beynəlxalq
müqavilələri və bu Əsasnaməni rəhbər
tutur.
1.5. Nazirlik müstəqil balansa, banklarda xəzinə,
valyuta, xüsusi və digər hesablara, Azərbaycan
Respublikasının dövlət gerbinin təsviri və
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamp və blanklara malik olan hüquqi şəxsdir.
1.6. Nazirlik dövlət büdcəsindən
ayrılan vəsaitlər və mövcud qanunvericiliyə zidd
olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Nazirliyin vəzifələri
Nazirliyin vəzifələri
aşağıdakılardır:
2.1. Dövlətin vahid maliyyə, büdcə və
vergi siyasətinin istiqamətlərinə dair təkliflərin
hazırlanması və bu siyasətin həyata keçirilməsi;
2.2. Dövlət büdcəsi layihəsinin
hazırlanması və icrasının təşkili;
2.3. Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi
və maliyyə bazarının inkişafı
üçün zəruri tədbirlərin həyata
keçirilməsi;
2.4. Azərbaycan Respublikasının iqtisadiyyatına
xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi
və hərəkəti üzrə uçotun aparılması
və ödənilməsi mənbələrinə dair təkliflərin
hazırlanması;
2.5. Büdcə sisteminin, büdcə-vergi
proqnozlaşdırılmasının, maliyyələşdirmə
mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;
2.6. Büdcə vəsaitlərinin, o cümlədən
məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının
büdcədənkənar vəsaitlərinin, habelə
dövlət borcalmaları və dövlət zəmanəti
ilə alınmış vəsaitlərdən istifadəyə
nəzarətin həyata keçirilməsi; [2]
2.7. Dövlət büdcəsi vəsaitlərinin idarə
edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin
təmin edilməsi;
2.8. Azərbaycan Respublikası ərazisində əyar
nəzarətinin həyata keçirilməsi.
3. Nazirliyin funksiyaları
Nazirlik bu Əsasnamə ilə müəyyən
edilmiş vəzifələrə uyğun olaraq
aşağıdakı funksiyaları həyata keçirir:
3.1. Ölkənin sosial-iqtisadi vəziyyətinin təhlili
əsasında büdcə mədaxilinin
artırılmasına yönəldilmiş təkliflər
hazırlayır;
3.2. Makroiqtisadi göstəricilərin
proqnozlaşdırılmasında, məqsədli büdcə
fondlarının yaradılması və onlardan istifadə
olunması ilə bağlı təkliflərin
hazırlanmasında iştirak edir;
3.3. Müvafiq qanunvericiliyə uyğun olaraq dövlət
büdcəsinin layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edir,
dövlət büdcəsinin tərtibi və icrası
qaydalarını təkmilləşdirmək barədə təkliflər
verir;
3.4. Baş Dövlət Xəzinədarlığının
hesabları üzrə əməliyyatları həyata
keçirir və onların uçotunu təşkil edir;
3.5. Növbəti büdcə ili üzrə dövlət
büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında
gəlir və xərclərin rüblük
bölgüsünü müəyyən edir və onu büdcədən
maliyyələşdirilən idarə və təşkilatlara
çatdırır;
3.6. Müəyyən olunmuş qaydada dövlət
büdcəsinin, o cümlədən məqsədli büdcə
formalarının icrasını təmin edir;
3.7. Büdcə qanunvericiliyinə uyğun olaraq
dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə
təkliflər hazırlayır;
3.8. Dövlət büdcəsinin icrasına, dövlət
büdcəsindən, o cümlədən məqsədli
büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı
üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının
büdcədənkənar vəsaitlərinin maliyyə
orqanları ilə razılaşdırılmış qaydada təsdiq
edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri
daxilində nəzarəti həyata keçirir; [3]
3.8.1. Zərurət yarandıqda təsdiq olunmuş
büdcə ayırmaları həddində funksional təsnifatın
bölmələri daxilində, iqtisadi təsnifatın
bölmə, köməkçi bölmə, paraqraflar, maddə
və yarımmaddələri arasında dəyişikliklər
edir;
3.8.2. Büdcə ili ərzində vahid xəzinə
hesabında olan vəsaitin qalığını (sərbəst
qalıq) idarə edir və ya qanunvericiliklə müəyyən
edilmiş qaydada idarəetməyə verir; [4]
3.9. Dövlət büdcəsinin icrası haqqında
aylıq, rüblük və illik hesabatlar tərtib edilir və
onları müvafiq orqanlara təqdim edir;
3.10. Dövlət büdcəsi ilə digər
büdcələrin qarşılıqlı əlaqələrinin
nizamlanmasını və qarşılıqlı
hesablaşmaları həyata keçirir, o cümlədən
müvafiq ilin dövlət büdcəsinə riayət
olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi qaydada və hədlərdə dövlət büdcəsindən
ssuda verir və dövlət borcunu idarə edir; [5]
3.11. Dövlət büdcəsi ilə digər
büdcələr arasında münasibətləri tənzimləyir;
3.12. Büdcə-vergi
proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi,
habelə maliyyə ehtiyatlarının aşkara
çıxarılması və səfərbər olunması
üçün tədbirləri həyata keçirir;
3.13. Büdcədən ayrılan vəsaitlərlə
bağlı xərclər smetasının tərtibi, təsdiqi
və icrasının ümumi qaydalarını müəyyən
edir;
3.14. Müvafiq icra hakimiyyəti orqanları ilə
birlikdə ölkə iqtisadiyyatının mövcud vəziyyətini
təhlil edir və sosial-iqtisadi problemlərin həllinə
dair təkliflər verir;
3.15. Büdcə-vergi və gömrük siyasətinin
hazırlanması və təkmilləşdirilməsinə
dair təkliflər hazırlayır;
3.16. Müvafiq qanunvericiliyə əsasən xüsusi
razılıq (lisenziya) verilməsi Maliyyə Nazirliyinə həvalə
edilmiş fəaliyyət növlərinə lisenziya verir;
3.17. (Çıxarılıb) [6]
3.18. Aksiz markalarının hazırlanması
üçün sifarişlər verir, onların
satışını və uçotunu təşkil edir,
habelə istehsalçıların və
idxalçıların aksiz markaları ilə təchiz
olunmasını təmin edir.
3.19. Müvafiq mərkəzi icra hakimiyyəti
orqanları ilə birlikdə gəlirlərə və əmlaka
ikiqat vergiqoymanın aradan qaldırılmasına dair hökumətlərarası
sazişlərin bağlanması haqqında digər dövlətlərin
müvafiq orqanları ilə öz səlahiyyətləri
çərçivəsində danışıqlar
aparır;
3.20. Qiymət siyasətinin müəyyənləşdirilməsi
və qiymətqoymanın təkmilləşdirilməsi
işində iştirak edir;
3.21. Sığorta fəaliyyətinin inkişafı və
təkmilləşdirilməsinə dair təkliflər verir;
3.22. Pul-kredit siyasətinin əsas istiqamətlərinin
müəyyənləşdirilməsinə, hesablamaların və
pul dövriyyəsinin təşkilinin təkmilləşdirilməsinə
dair təkliflərin hazırlanmasında iştirak edir;
3.23. Qiymətli kağızlar bazarının
inkişafı üzrə təkliflərin
hazırlanmasında iştirak edir və qanunvericiliyə
uyğun olaraq dövlət qiymətli
kağızlarının emissiyası ilə bağlı
funksiyaları həyata keçirir;
3.24. Müvafiq icra hakimiyyəti orqanları ilə
birlikdə dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilən investisiya və innovasiya
proqramlarının işlənib hazırlanmasında
iştirak edir, ayrılan vəsaitlərdən səmərəli
istifadə olunmasına nəzarət edir;
3.25. Dövlət büdcəsi hesabına maliyyələşdirilən
idarəetmə xərclərinin istifadəsinə, büdcə
təşkilatlarında əmək haqqı tariflərinin, vəzifə
maaşlarının düzgün müəyyən edilməsi
və tətbiqinə nəzarət edir, dövlət idarəetmə
orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi
və ştat vahidlərinin müəyyən edilməsi ilə
bağlı təkliflər verir;
3.26. Qanunvericiliklə müəyyən edilmiş
qaydada beynəlxalq maliyyə-kredit təşkilatları ilə
əməkdaşlığı həyata keçirir, maliyyə-kredit
siyasəti məsələləri barəsində həmin təşkilatların
nümayəndələri ilə danışıqlar və məsləhətləşmələr
aparır, onların tərəfindən Azərbaycan
Respublikasına kreditlər ayrılması barədə
danışıqlarda iştirak edir, beynəlxalq təşkilatlara
üzvlüklə əlaqədar tələb olunan xərclərin
həyata keçirilməsi üçün təkliflər
verir;
3.27. Beynəlxalq iqtisadi əməkdaşlıqla
bağlı maliyyə-valyuta problemlərini təhlil edir,
xarici dövlətlərlə maliyyə-valyuta və kredit
münasibətlərinin təkmilləşdirilməsinə,
ölkənin valyuta ehtiyatlarının artırılmasına
və qənaətlə xərclənməsinə dair təkliflər
hazırlayır;
3.28. Dövlətin daxili və xarici borcu üzrə
limiti müəyyənləşdirmək üçün təklif
verir;
3.29. Azərbaycan Respublikasının xarici dövlət
borcunun və xarici dövlətlərin Azərbaycan
Respublikasına borcunun uçotunu aparır, Azәrbaycan
Respublikasının Milli Bankı ilə birlikdə bu
borcların ödənilməsi sahəsində müvafiq tədbirlər
həyata keçirir;
3.30. Dövlət borcunun və dövlət zəmanətinin
reyestrini aparır; [7]
3.31. (Çıxarılıb) [8]
3.32. Təşkilati-hüquqi formasından və
mülkiyyət növündən asılı olmayaraq Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən
bütün müəssisə, idarə və təşkilatlarda
mühasibat uçotunun təşkilinə, hesabatların
hazırlanmasına metodiki rəhbərlik edir, mövcud
qanunvericiliklə nəzərdə tutulmuş qaydada
hesabatları və digər məlumatları alır,
mühasibat uçotu və hesabatı sisteminin beynəlxalq
mühasibat uçotu standartlarına
uyğunlaşdırılmasını təmin edir;
3.33. Azərbaycan Respublikası ərazisində ilkin
uçot sənədlərinin, mühasibat (maliyyə)
hesabatlarının, ciddi hesabat blanklarının, mühasibat
uçotu registrlərinin forma və rekvizitlərinin
hazırlanması və tətbiq edilməsi üçün
razılıq verir;
3.34. Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsinə
dair təkliflərin və əhalinin sosial müdafiəsi
üzrə proqramların hazırlanmasında iştirak edir;
3.35. Tədiyə balansının tərtibində
iştirak edir;
3.36. Azərbaycan Respublikasının Milli Bankı və
digər kredit təşkilatları ilə Azərbaycan
Respublikası adından kredit müqavilələri
bağlayır, alınmış kreditlərin vaxtında
qaytarılmasını və faizlərin ödənilməsini
təmin edir, onlardan məqsədli istifadə olunmasına nəzarət
edir;
3.37. Xidməti vəzifələrin icrası zamanı
dövlət vəsaitlərinin mənimsənilməsi və
digər qanun pozuntuları aşkar olunduqda öz səlahiyyətləri
daxilində tədbirlər görür və müvafiq
orqanlara təqdimatlar verir;
3.38. Müəyyən olunmuş qaydada Nazirliyin səlahiyyətlərinə
aid məsələlər üzrə müvafiq normativ
hüquqi aktlar qəbul edir və onları təsdiq edir, habelə
qanunvericilik aktlarının layihələrini
hazırlayır;
3.39. Qanunvericiliyə uyğun olaraq səhmlərinin nəzarət
zərfi dövlətə məxsus olan banklarda dövləti
təmsil edir, onlardan rüblük hesabatlar alır və fəaliyyətləri
barədə təkliflər hazırlayır;
3.40. Azərbaycan Respublikasında istehsal edilən qiymətli
metalların və onlardan hazırlanmış məmulatların
əyarlanmasını, analizini və damğalanmasını,
ekspertizasını və əyar reaktivlərinin
hazırlanmasını, həyata keçirir; [9]
3.41. Müəyyən olunmuş qaydada Nazirliyin mütəxəssislərinin
ixtisasının artırılmasını təşkil edir;
3.42. Qanunvericiliyə uyğun olaraq digər
funksiyaları həyata keçirir.
4. Nazirliyin hüquqları
Nazirliyin öz vəzifələrini və
funksiyalarını həyata keçirmək üçün
aşağıdakı hüquqları vardır:
4.1. Dövlət büdcəsi layihəsinin
hazırlanması, onun icrasına öz səlahiyyətləri
daxilində nəzarətin həyata keçirilməsi, maliyyə
planlaşdırılması və dövlət büdcəsindən
xərclərin maliyyələşdirilməsi
üçün dövlət orqanlarından, təşkilatlardan,
büdcədənkənar dövlət fondlarından və bələdiyyələrdən
zəruri sənədləri almaq;
4.2. Nazirlik tərəfindən müəyyən
edilmiş müddət ərzində və qaydada növbəti
büdcə ili üzrə dövlət büdcəsi layihəsinin
tərtibi üçün lazım olan iqtisadi və sosial
proqramların və proqnozların hazırlanması barədə
əsaslandırılmış sənədləri
aidiyyәti təşkilatlardan və bələdiyyələrdən
almaq;
4.3. Zərurət yarandıqda, dövlət büdcəsi
layihəsinin tərtibi üçün lazım olan sənədləri
və hesablamaları icra hakimiyyəti orqanlarından, dövlət
büdcəsindən maliyyələşən təşkilatlardan,
büdcədənkənar dövlət fondlarından, bələdiyyələrdən
almaq;
4.4. Ayrılmış vəsaitlərin təyinatı
üzrə xərclənməməsi halları aşkar olunduqda,
həmçinin əvvəl ayrılmış vəsaitlərin
xərclənməsinə dair hesabatların təqdim edilmədiyi
hallarda müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini
xəbərdar etməklə müəssisələrin, idarələrin
və təşkilatların dövlət büdcəsindən
maliyyələşdirilməsini məhdudlaşdırmaq;
4.5. Dövlət büdcəsindən, o cümlədən
məqsədli büdcə fondlarından ayrılmış və
təyinatı üzrə istifadə olunmayan vəsaitləri
qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisələrdən,
idarələrdən, təşkilatlardan və bələdiyyələrdən
geri almaq üçün müvafiq tədbirlər görmək;
4.6. Dövlət büdcəsi vəsaitlərindən
istifadə edən idarə, müəssisə və təşkilatlar
üzərində maliyyə nəzarətini həyata
keçirmək;
4.7. Qanunvericiliklə müəyyən olunmuş
qaydada, o cümlədən hüquq-mühafizə və məhkəmə
orqanlarının qərarlarına əsasən idarə,
müəssisə və təşkilatlarda təftiş və
yoxlamalar aparmaq;
4.8. Dövlət büdcəsinin mədaxil hissəsini
təmin edən mərkəzi icra hakimiyyəti orqanlarından
rəsmi məlumatlar almaq;
4.9. Dövlət idarə, müəssisə və təşkilatlarında
maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək;
4.10. Maliyyə Nazirliyi tərəfindən lisenziya
verilmiş təşkilatlarda lisenziyalaşdırma
qaydalarına əməl olunmasına nəzarət etmək;
4.11. İcra hakimiyyəti orqanlarından, təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəssisə
və təşkilatlardan dövlət büdcəsinin və
büdcədənkənar dövlət fondlarının
icrası, büdcə təşkilatlarının büdcədənkənar
vəsaitlərindən və dövlət zəmanəti ilə
alınmış daxili və xarici borclardan istifadə
haqqında statistik və digər hesabat göstəricilərini
almaq; [10]
4.12. Qiymətli metalların və qiymətli
daşların, onlardan hazırlanmış məmulatların
uçotu və saxlanılması üzərində müəyyən
edilmiş qaydada nəzarət etmək; [11]
4.13. Əyar nəzarətinin həyata keçirilməsi
ilə bağlı qanunvericiliyə uyğun olaraq yoxlanılan
obyektə daxil olmaq, qiymətli metal və məmulatı
ekspertiza etmək məqsədilə götürmək və əyar
nəzarəti qaydalarını pozanları qanunvericilikdə nəzərdə
tutulan qaydada cərimə etmək;
4.14. Qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri
daxilində icrası məcburi olan əmr və sərəncamlar
vermək;
4.15. Qanunvericiliklə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
5. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyə Azərbaycan Respublikasının
Konstitusiyasına uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin edilən nazir rəhbərlik edir.
5.2. Nazir ona həvalə edilmiş fəaliyyət sahəsində
rəhbərliyi həyata keçirir və Nazirliyin
qarşısında duran vəzifələrin yerinə yetirilməsi
üçün şəxsən məsuliyyət
daşıyır.
5.2-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin
strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi
şəxslərin, təşkilatların və sair)
siyahısını Azərbaycan Respublikasının Nazirlər
Kabineti təsdiq edir. [12]
5.3. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin edilən və vəzifədən
azad edilən bir birinci müavini və üç müavini
vardır. Nazirin müavinlərindən biri Maliyyə
Nazirliyinin nəzdində Baş Dövlət Xəzinədarlığının
direktoru vəzifəsini icra edir.
5.4. Maliyyə naziri aşağıdakı səlahiyyətlərə
malikdir:
Nazirliyin səlahiyyətinə aid məsələlər
üzrə Azərbaycan Respublikasının Prezidentinə və
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər
təqdim edir:
Nazirliyin fəaliyyətinə, o cümlədən
Baş Dövlət Xəzinədarlığının
işinə rəhbərlik edir;
müavinlərin arasında vəzifə
bölgüsü aparır;
Nazirliyin mərkəzi aparatının işçilərini
və Nazirliyin tabeliyində olan idarə və təşkilatların
rəhbərlərini vəzifəyə təyin və vəzifədən
azad edir;
işçilərin müəyyən olunmuş say tərkibi
və əmək haqqı fondu həddində Nazirliyin mərkəzi
aparatının strukturunu və ştat cədvəlini,
ayrılan büdcə vəsaitinə uyğun olaraq onun
saxlanması xərclərinin smetasını, həmçinin
Nazirliyin müstəqil struktur bölmələrinin əsasnamələrini
təsdiq edir;
qanunvericiliklə müəyyən olunmuş qaydada
Nazirliyin əməkdaşları barəsində həvəsləndirmə
və ya intizam tənbehi tədbirlərini həyata
keçirir;
5.5. Maliyyə planlaşdırılmasının,
büdcə proqnozlaşdırılmasının,
iqtisadiyyatın maliyyələşdirilməsinin, mühasibat
uçotu və hesabatının, nəzarət-təftiş
işinin metodikasının təkmilləşdirilməsi
haqqında təkliflərə baxılması
üçün mütəxəssislərdən, elmi və
digər təşkilatların nümayəndələrindən
ibarət Metodiki Şura yaradılır.
Metodiki Şuranın tərkibi və onun Əsasnaməsi
nazir tərəfindən təsdiq edilir.
5.6. Nazirlik onun üzərinə qoyulmuş vəzifələri
həyata keçirmək məqsədilə müəyyən
edilmiş qaydada jurnal, bülleten və digər nəşrlər
dərc edir.
5.7. Nazirlikdə nazirdən (kollegiyanın sədri), vəzifəyə
görə onun müavinlərindən, nazirliyin rəhbər
işçilərindən və digər şəxslərdən
ibarət olan və Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi
9 nəfər) yaradılır.
Kollegiyanın iclaslarında Nazirliyin fəaliyyəti
ilə bağlı, o cümlədən maliyyə mexanizminin təkmilləşdirilməsi,
dövlət büdcəsinin layihəsinin hazırlanmasına
və icrası üzrə işlərin təşkilinə
dair məsələlərə baxılır.
Kollegiyanın iclasları Kollegiya üzvlərinin
üçdə ikisi iştirak etdikdə səlahiyyətidir.
Kollegiyanın qərarları onun üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir. Səslər bərabər
bölündükdə Kollegiya sədrinin səsi həlledici
hesab edilir.
Kollegiyanın qərarları
protokollaşdırılır və bir qayda olaraq nazirin əmrləri
ilə həyata keçirilir. Nazir və kollegiya üzvləri
arasında fikir ayrılığı yarandıqda nazir öz
qərarını həyata keçirir və yaranmış
fikir ayrılığı barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti,
Heydər
Əlİyev
Bakı şəhəri, 4 fevral 2000-ci il
№ 271
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.541-547.