Azərbaycan
Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə
sistemini təkmilləşdirmək, bu sahədə
aparılan islahatların səmərəliliyini daha da
artırmaq məqsədi və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinə uyğun olaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Baytarlıq Komitəsi ləğv
edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Bitkilərin Karantini Müfəttişliyi
ləğv edilsin.
3. bu Fərmanın 1-ci və 2-ci bəndləri ilə
ləğv olunan dövlət orqanlarının səlahiyyətləri
və onların tabeliyindən olan müəssisə və təşkilatlar
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1
ay müddətində:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin Əsasnaməsinə dəyişikliklər edilməsi
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin strukturunda müvafiq dəyişikliklər etsin;
Bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
5. "Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Baytarlıq Komitəsinin
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1993-cü il 3 may tarixli 547 nömrəli Fərmanı
qüvvədən düşmüş hesab edilsin.
6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 4 fevral 2000-ci il
№ 272
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.548.